Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Xanımlar və cənablar!

Əziz ucarlılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Ucar rayonuna gəlmişəm. Sizinlə birlikdəyəm və çox şadam ki, biz bu gün görüşürük. Bu gün ulu öndər Heydər Əliyevin abidəsinin, onun adını daşıyan muzeyin açılışı oldu. Bir daha muzeydəki fotoşəkillərə nəzər salaraq, hamımız görürük ki, bütün dövrlərdə ulu öndərin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. Azərbaycanı 1970-ci illərdə və 1990-cı illərdə məhz Heydər Əliyevin siyasəti nəticəsində inkişaf etdirmək mümkün olmuşdur. Ucar rayonuna da ulu öndərin həmişə böyük diqqəti olmuşdur və muzeyin eksponatları 1978-ci ildə onun buraya səfərini bu gün bir daha bizə xatırlatdı. Bu gün də Azərbaycan Heydər Əliyev yolu ilə uğurla inkişaf edir. Bütün sahələrdə biz Heydər Əliyev siyasətini davam etdiririk və bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan xalqı müdrik xalqdır, istedadlı xalqdır və həmişə ulu öndərin siyasətini dəstəkləmişdir. Bu gün Azərbaycanın uzunmüddətli inkişaf strategiyası müəyyən olunur. Ölkəmizin sosial-iqtisadi inkişafı xeyli dərəcədə regionların inkişafından asılıdır. Məhz bu məqsədlə iki il yarım bundan əvvəl mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu gün uğurla icra olunur. Mənim bölgələrə mütəmadi səfərlərimin əsas məqsədi yerlərdəki vəziyyətlə tanış olmaq, mövcud olan problemləri araşdırmaq və əlavə tədbirlər haqqında qərarların verilməsindən ibarətdir. Bilirsiniz ki, son iki il yarım ərzində regionlarda böyük quruculuq-abadlıq işləri görülübdür. İqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması - bütün bu amillər Azərbaycanı daha da möhkəmləndirir və insanlarımızın rifah halını daha da yaxşılaşdırır.

Azərbaycan iqtisadi inkişaf sürəti baxımından dünyada birinci ölkədir. Dünyada hər hansı bir sahədə birinciliyi əldə etmək asan məsələ deyildir. Nəzərə alsaq ki, dünyada 200-dən çox ölkə mövcuddur, bunların içərisində iqtisadi inkişaf templərinə görə birinci yerdə olmaq, həqiqətən, böyük nailiyyətdir. Bu, bizim işimizin nəticəsidir. 1990-cı illərin ortalarında Heydər Əliyev tərəfindən müəyyən edilmiş düzgün iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan bu gün ən qabaqcıl ölkələr sırasındadır.

Bilirsiniz ki, son illər ərzində yeni iş yerlərinin açılmasına çox böyük diqqət yetirilir. Çünki yeni iş yerlərinin açılması, bir tərəfdən, bölgələrin vəziyyətini, insanların həyat səviyyəsini yaxşılaşdırır və digər tərəfdən, bütövlükdə yerli istehsalın güclənməsinə təkan verir. Son iki il yarım ərzində Azərbaycanda 400 min yeni iş yeri açılmışdır. Mən xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində belə bir proqramla çıxış etmişdim ki, 5 il ərzində 600 min iş yerinin açılması nəzərdə tutulubdur. Bu gün artıq həyat göstərir ki, bizim bütün qərarlarımız, bütün planlarımız yerinə yetirilir. Çünki onlar reallığa əsaslanır.

Biz öz fəaliyyətimizi, siyasətimizi düşünülmüş, konkret şəkildə aparırıq. Azərbaycanın hərtərəfli inkişafına çalışırıq. Belə olan halda, əlbəttə ki, uğurlar da var. Azərbaycanda yoxsulluğun səviyyəsi təkcə bir il ərzində 20 faiz aşağı düşmüşdür. Bizim iqtisadi proqramlarımız icra olunur, abadlıq-quruculuq işləri aparılır, yeni yollar salınır, elektrik stansiyaları tikilir, su xətləri, qaz kəmərləri çəkilir. Təkcə keçən il Azərbaycanda 300-dən çox məktəb tikilmişdir. Bütün bölgələrdə yeni müasir tibb ocaqları tikilir. O cümlədən Ucar rayonunda da bu işlər görülür. Məktəb, xəstəxana tikintisi bu gün Azərbaycanda prioritet məsələdir. Bizim insanlarımız yaxşı şəraitdə oxumalı, yaxşı tibbi xidmət almalıdırlar. Abadlıq, quruculuq olmalıdır, yaxşı yollar olmalıdır, işıq, qaz, su təchizatı olmalıdır. Biz bütün bu problemlər üzərində işləyirik, müxtəlif proqramlar qəbul edilib və icra olunur.

Bölgələrin inkişafı gələcəkdə daha da sürətlə gedəcək, çünki Azərbaycanın maddi imkanları artır. Bunun əsas səbəbi Azərbaycanda Heydər Əliyevin neft strategiyasının uğurla aparılmasıdır. Çünki 1994-cü ildə neft strategiyasının həyata keçirilməyə başlanması ilə Azərbaycana böyük sərmayə qoyulubdur və bu gün Azərbaycan öz neft layihələrini uğurla həyata keçirir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi tarixi hadisədir. Məhz Heydər Əliyevin qətiyyəti, onun cəsarəti nəticəsində, Azərbaycan xalqının müdrikliyi nəticəsində bu kəmər artıq reallıqdır. Baxmayaraq ki, onun tikintisi çox böyük çətinliklərlə müşayiət olunmuşdur. Çünki bəzi qüvvələr bunu istəmirdi, daxildə bəzi qüvvələr bunun əleyhinə çıxmışdı. Ancaq baxın, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilməsəydi, bizim iqtisadi gələcəyimiz o qədər də nikbin olmazdı.

Bu gün isə kəmərin işə düşməsi ilə əlaqədar Azərbaycanın maddi vəziyyəti ildən-ilə, özü də çox kəskin şəkildə, yaxşılaşacaqdır. Çünki Azərbaycan neft hasil və ixrac edən çox önəmli ölkəyə çevriləcəkdir. Ölkə xəzinəsinə milyardlarla dollar vəsait gələcəkdir. Nəzərə alsaq ki, artıq bizim bütün sahələrlə bağlı proqramlarımız var və onların icrası xeyli dərəcədə maliyyə mənbələrindən asılıdır, belə olan halda, şübhəsiz ki, növbəti illərdə Azərbaycanda bütün sahələrdə çox böyük irəliləyiş gözlənilir. Maddi imkanlar, əlbəttə, çox önəmli rol oynayır, eyni zamanda insanların bütün proqramlarda iştirak etməsi, siyasətimizi dəstəkləməsi bizi daha da gücləndirir. Bu gün Azərbaycanda həm ictimai-siyasi, həm iqtisadi, həm də sosial vəziyyət çox müsbətdir. Xalqla iqtidar arasında birlik var, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Prezident kimi mən öz başlıca vəzifəmi xalqa xidmət etməkdə görürəm və öz fəaliyyətimlə bunu etməyə çalışıram. Çalışırıq ki, bizi narahat edən, düşündürən və insanları incidən bütün məsələləri aradan qaldıraq. İqtisadi inkişaf, sosial ədalət, maddi rifah, abadlıq-quruculuq - budur bugünkü Azərbaycanın əsas prioritetləri. Bir də demək istəyirəm ki, bunları icra etmək, bu planları həyata keçirmək üçün bütün imkanlar var.

Düşünülmüş proqramlar var, siyasi iradə, xalqın dəstəyi var və insanlarımızın istedadı və bacarığı var. Biz bütün bu amilləri səfərbər edib Azərbaycanımızı daha da zənginləşdirməliyik. Müasir, qüdrətli dövlət qurmalıyıq. Onsuz da bizim bölgədəki mövqelərimiz günü-gündən möhkəmlənir. Azərbaycan artıq regionda çox önəmli və bir çox məsələlərdə həlledici mövqelərə malikdir. Getdikcə bizim önəmimiz ancaq və ancaq artacaqdır. Çünki bizim coğrafi vəziyyətimiz, neft-qaz yataqlarımızın olması, artıq fəaliyyətə düşmüş nəhəng neft kəməri, nəqliyyat infrastrukturu - bütün bunlar ölkəmizin önəmini artırır. Biz də bundan çox məharətlə istifadə etməliyik və istifadə də edirik.

Bu gün Azərbaycan bölgədə gedən proseslərdə çox fəal iştirak edir, bəzi hallarda çox önəmli, dünya üçün önəmli məsələlərdə təşəbbüskardır və gələcəkdə bizim rolumuz artacaqdır. Beynəlxalq mövqelərin möhkəm olması, əlbəttə ki, daxili vəziyyətə də müsbət təsir göstərir. Bir sözlə, Azərbaycanın uğurlu inkşafı artıq realdır.

Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Problemlər də, həllini gözləyən məsələlər də çoxdur. İqtisadi sahədə, sosial sahədə, bütün sahələrdə. Biz onların hamısını həll etməliyik. Ancaq mərkəzdə - Bakıda qəbul edilmiş qərarlar buna kifayət etməz. Mənim yerlərdəki nümayəndələrim bütün göstərişləri icra etməli və insanlara ləyaqətlə xidmət etməlidirlər. Mən yerlərdəki bütün nümayəndələrimə həmişə deyirəm ki, siz xalq üçün işləməli, xalq üçün çalışmalı, xalqın qayğıları ilə yaşamalısınız. Çünki bizim əsas məqsədimiz bundan ibarətdir və bütün icra orqanlarından tələb edirəm ki, öz vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirsinlər.

Bir sözlə, Azərbaycanın gələcək perspektivləri çox aydındır. Bizim siyasətimiz çox açıqdır. Biz irəliyə gedirik, özü də sürətlə gedirik. İndi Azərbaycanda bütün sahələrdə yeniliklər var, irəliləyiş var. Bəzi sahələrdə bu irəliləyiş daha da sürətlə gedir, bəzi sahələrdə bir az ləngdir, amma gedir. İqtisadi, siyasi, sosial, mədəni və bütün başqa sahələrdə.

Mən gələcəkdə Azərbaycanın qarşısında ciddi problemlər görmürəm, mövcud olan problemlər öz həllini tapacaqdır. Ancaq ən birinci problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və Ermənistanın Azərbaycana etdiyi təcavüz, etnik təmizləmə siyasəti və bunun acı nəticələridir. Bilirsiniz ki, biz çalışırıq bu məsələni sülh yolu ilə yoluna qoyaq. Bu məqsədlə danışıqlarda iştirak edirik. Düzdür, artıq 10 ildən çoxdur ki, danışıqlar gedir, ancaq heç bir nəticə yoxdur və bəzi hallarda danışıqlar prosesinə inamsızlıq da yaranır. Həm xalqda, həm də danışıqlarda iştirak edən şəxslərdə də belə bir fikir yaranır. Çünki nə vaxta qədər biz bu danışıqlarda iştirak etməliyik? Nə vaxta qədər biz gözləməliyik? Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək, istəmirik müharibə olsun, qan tökülsün. Amma digər tərəfdən, torpaqlarımızın itirilməsi ilə də heç vaxt barışmayacağıq. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə heç vaxt barışmayacaq və heç vaxt Azərbaycanın milli maraqlarına uyğun olmayan heç bir sülh sazişinə getməyəcəkdir. Bizim mövqeyimiz çox açıqdır, aydındır. Bu mövqe hələ bir neçə il bundan əvvəl mənim tərəfimdən bəyan olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və müzakirə oluna bilməz. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı öz sıralarına qəbul edəndə Dağlıq Qarabağla birlikdə qəbul etmişdir və Dağlıq Qarabağ bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bu, məsələnin sülh yolu ilə həll olunmasına çox gözəl hüquqi əsas yaradır. Azərbaycan bu mövqelərdən geri çəkilməyəcəkdir.

Digər tərəfdən, hamımız bilirik ki, Dağlıq Qarabağ bütün dövrlərdə Azərbaycan torpağı olmuşdur, ermənilər qonaq kimi gəlmişdilər və bunu təsdiq edən dəqiq sənədlər var, faktlar var. Siyasi cəhətdən bu gün Azərbaycanın üstünlüyü göz qabağındadır. İqtisadi cəhətdən ölkəmizin inkişafı imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 10-20 dəfə üstün olacaqdır. Bu gün bizim iqtisadiyyatımız artıq 5 dəfə üstündür. Hərbi cəhətdən bilirsiniz ki, biz ordu potensialını gücləndiririk və bu məqsədlə böyük tədbirlər görürük. Bütün sahələrdə bizim üstünlüyümüz artıq göz qabağındadır və mən əminəm ki, bu məsələni biz öz xeyrimizə həll edəcəyik.

Əziz bacılar və qardaşlar, sizi bir daha ürəkdən salamlayıram, sizi görməyimə çox şadam. Arzu edirəm ki, Ucar rayonu daha da yaxşı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).

X X X

Sonra dövlətimizin başçısı İlham Əliyev sakinlərlə görüşüb səmimi söhbət etdi, onların problemləri ilə maraqlandı. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladaraq, onun layiqli davamçısı kimi Prezidentə gələcək fəaliyyətində uğurlar arzuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər