Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Əziz ağsulular!

Sizi ürəkdən salamlayıram. Bildiyiniz kimi, mən mütəmadi qaydada bölgələrə səfər edir və vəziyyətlə tanış oluram. Dünən və bu gün Ucar və Zərdab rayonlarında olmuşam. Sözün düzü, Ağsuya səfər nəzərdə tutulmurdu. Mən düşünürdüm ki, buraya ayrıca bir səfər edim. Ancaq biz dünən buradan keçəndə fikirləşdim ki, dayanıb sizinlə görüşüm. Amma tələsirdim, Ucar rayonunda tədbirlər var idi. Bu gün isə Bakıya qayıdarkən dedim ki, mən mütləq ağsulularla görüşməliyəm, burada gedən vəziyyətlə tanış olmalıyam və sizə öz ürək sözlərimi deməliyəm.

Mən çox şadam ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Ağsuda işlər yaxşı gedir. Abadlıq, quruculuq işləri aparılır, yeni binalar tikilir, yollar çəkilir, küçələr abadlaşdırılır, parklar salınır, məktəblər tikilir. Bu, Azərbaycanın inkişafını göstərir. Onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Bildiyiniz kimi, bölgələrdə olan vəziyyət, regional inkişaf proqramlarının həyata keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

Mənim məqsədim odur ki, Azərbaycanın hər bir bölgəsi, təkcə böyük şəhərlər deyil, təkcə paytaxt Bakı deyil, bütün bölgələr, bütün rayonlar inkişaf etsin. Rayonlarda olan səviyyə şəhər səviyyəsinə uyğunlaşsın və beləliklə, kəndlə şəhər arasında fərq azalsın. Bütün inkişaf etmiş ölkələrdə bu mövcuddur və onların inkişafını şərtləndirən amillərdən biri də odur ki, şəhərlə kənd arasında fərq çox azdır. Azərbaycanda da biz buna çalışmalıyıq, buna nail olmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, iqtisadi imkanlar, maliyyə imkanları lazımdır. Biz də bunları yaradırıq. Azərbaycanın düşünülmüş iqtisadi siyasəti var. Bu siyasətin təməli 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün uğurla davam etdirilir.

Bizim iqtisadi imkanlarımız artır, büdcə gəlirləri artır. Bildiyiniz kimi, uzun illər üzərində işlədiyimiz, Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşübdür və artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılır. Bu, ölkəmizə çox böyük maddi imkanlar açacaq, maliyyə resursları gətirəcək və xalqımız ildən-ilə daha da yaxşı yaşayacaq, Azərbaycanın iqtisadiyyatı daha da möhkəmlənəcəkdir.

İqtisadiyyatı güclü olan dövlətdə bütün problemlər asanlıqla öz həllini tapır. Çünki indi biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və hər bir ölkənin inkişafını müəyyən edən onun iqtisadi potensialıdır. Biz bunu yaradırıq və Azərbaycanın gələcəyi çox uğurlu, çox parlaq olacaqdır.

Mən bir neçə dəfə bunu demişəm, beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən iqtisadi islahatları çox yüksək qiymətləndirirlər və onların hesablamalarına görə, Azərbaycan növbəti 20 il ərzində 140 milyard dollar vəsait əldə edəcəkdir. Bu, bizə imkan verəcək ki, ölkəmizi müasirləşdirək, yeniləşdirək, yeni iş yerləri açılsın, insanların rifah halı yaxşılaşsın. Beləliklə, Azərbaycan qüdrətli dövlətə çevriləcəkdir.

Ancaq ölkənin inkişafı yalnız iqtisadi amillərlə bağlı deyildir. Ölkədə ictimai-siyasi vəziyyət də müsbət, yaxşı olmalıdır. Bu da Azərbaycanda var. Uzun illər ərzində Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, vətəndaş birliyi ölkəmizin inkişafına çox böyük dəstək verir. Biz görürük, bəzi ölkələr var ki, orada daxildə çəkişmələr gedir, ziddiyyətlər mövcuddur. Siyasi qüvvələr bir-biri ilə çəkişir, vuruşur. Nəticədə isə ölkənin inkişafı ləng gedir. Harada ki, sabitlik var, iqtidarla xalq arasında birlik, qarşılıqlı hörmət var, o ölkələrdə inkişaf var. Bunu keçmiş və yaxın tarix göstərir. Bunu bu günün gerçəkliyi, bölgədə, dünyada gedən proseslər əyani şəkildə göstərir. Ona görə, bir tərəfdən, güclü iqtisadiyyat, digər tərəfdən, ictimai proseslərin düzgün istiqamətdə getməsi, demokratikləşmə proseslərinin sürətlənməsi, bölgədəki mövqelərimizin möhkəmlənməsi Azərbaycanın tam müstəqil siyasət aparmasının təminatıdır.

Bütün bu amillər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və deyə bilərəm ki, bütün sahələrdə irəliləyiş göz qabağındadır. Biz çalışmalıyıq ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək. Həm iqtisadi potensial, həm də hərbi potensial möhkəmlənməlidir. Bu istiqamətdə də böyük işlər görülür və bu gün ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Sosial məsələlərin həlli də yaddan çıxmamalıdır. Biz, iqtidar xalq üçün işləyir, xalq üçün çalışırıq. Ona görə ki, xalqın rifah halının yaxşılaşması bir nömrəli məsələdir. Sosial məsələlər, yəni məktəb, xəstəxana tikintisi, maaşların, pensiyaların artırılması - bütün bunlar bilirsiniz ki, bizim prioritet məsələlərimizdir. Azərbaycanda, demək olar, bütün bölgələrdə, bütün rayonlarda inkişaf var. Haradasa daha da sürətlə gedir, haradasa bir az ləng gedir, amma bu proses artıq geniş vüsət alıbdır. O cümlədən Ağsu rayonunda da gedən işlər bizi çox sevindirir. Burada da proqramlar icra olunur, vəziyyət yaxşılaşır və əminəm ki, gələcək illərdə daha da yaxşı olacaqdır.

Bizim ildən-ilə artan büdcəmiz Azərbaycanda bütün problemlərin həllinə imkan verəcəkdir. Növbəti illərdə biz gərək öz proqramlarımızı dəqiqləşdirək. İki il yarım bundan əvvəl qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Proqramda çox önəmli məsələlər öz əksini tapıbdır. Bildiyiniz kimi, son iki il yarım ərzində 400 min yeni iş yeri açılıbdır. Bu, böyük göstəricidir, böyük nailiyyətdir. Ancaq bundan sonrakı mərhələlərdə biz gərək hər bir rayon üzrə xüsusi proqram hazırlayaq və bu məqsədlə müvafiq göstərişlər verilibdir. Orada rayonun bütün problemləri əks olunmalıdır, onun icra mexanizmləri, maliyyə mənbəyi mütləq nəzərdə tutulmalıdır və bu proqram konkret xarakter daşımalıdır.

Bilirsiniz ki, bəzi hallarda proqramlar qəbul edilir, ancaq onlar şüar xarakteri daşıyır, niyyət xarakteri daşıyır. Bu, bizə lazım deyildir. Bizə lazımdır ki, konkret göstərilsin, - harada, nə vaxt nə və necə tikiləcək, yaradılacaq və fəaliyyətə başlayacaqdır. Budur bizim məqsədimiz və bu yolla gedirik.

Sahibkarlığın inkişafına dəstəyi artırırıq, kreditlər verilir, kənd təsərrüfatı texnikası üzrə təchizat yaxşılaşıb və “Aqrolizinq” vasitəsilə bu məsələ öz həllini tapır. Yəni, harada ki, dövlətin dəstəyi lazımdır, biz çalışırıq bütün sahələrdə, kömək göstərək. Şübhəsiz ki, insanların fəal işləri bölgələrdə gedən proseslərə də böyük dəstək, köməkdir. Çünki hər şey mərkəzdən idarə oluna bilməz. Mərkəzdə, Bakıda hökumət, Prezident siyasi qərarları verir, istiqamətləri müəyyən edir, görüləcək tədbirlərin həyata keçirilməsi üçün maliyyə mənbələrini formalaşdırır. Ancaq yerlərdə bu proqramların icra olunması ilə əlaqədar işlər sürətlə getməlidir. Yerlərdəki rəhbərlərdən, onların fəaliyyətindən çox şey asılıdır.

Mən çalışıram ki, bütün bölgələrdəki vəziyyətlə tanış olum. İlk növbədə, problemlərin aşkar olunması üçün. Nailiyyətlər var, uğurlar var, biz bunu bilirik və bilməliyik. Ancaq bütün diqqətimizi bizi narahat edən problemlərə yönəltməliyik. Harada insanları məsələlər narahat edir, harada sosial vəziyyət yaxşı deyil, harada ədalətsizlik hökm sürür, harada insanları incidirlər. Ona görə bu məsələlərə daim diqqət göstərilməlidir. Mənə verilən bütün ərizə və şikayətlərə baxıram, göstərişlər verirəm. Orada əks olunan məsələlərə biz dərhal reaksiya veririk. Ancaq bir şeyi demək istəyirəm ki, son bir il ərzində, birincisi, o ərizə, şikayətlərin sayı azalıb, ikincisi isə, orada qaldırılan məsələlər daha çox şəxsi xarakter daşıyır. Kiminsə maddi yardıma ehtiyacı var, kiminsə müalicəyə ehtiyacı var. Yəni bu da təbiidir. İnsanların, hər bir insanın, hər bir ailənin problemləri var. Amma ümumi problemlər, şikayət xarakterli problemlər kəskin şəkildə aşağı düşübdür. Bu, bir tərəfdən onu göstərir ki, ölkədəki problemlər həll olunur, digər tərəfdən, yerlərdə insanlara münasibət müsbət istiqamətdə dəyişir və belə də olmalıdır.

Mənim yerlərdəki nümayəndələrimdən tələbim də bundan ibarətdir. Xalq sizdən razı olmalıdır. Siz xalq üçün yaşamalı, yaratmalısınız, xalqın qayğıları ilə yaşamalısınız və xalqa xidmət etməlisiniz. Bu bizim hamımızın borcudur və biz bu borcu şərəflə yerinə yetirməliyik.

Mən Bakıya qayıdarkən Ağsuda görüşmək istədim və heç gözləmirdim ki, belə qısa müddət ərzində buraya bu qədər adam yığışacaqdır. Sizə minnətdaram, öz təşəkkürümü bildirirəm, gələcək işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).

X X X

Azərbaycan Prezidenti İlham Əliyev sonra sakinlərə yaxınlaşaraq görüşüb söhbət etdi, onları narahat edən məsələlərlə maraqlandı, problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib