Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli qonaqlar,

Hörmətli nazirlər,

Xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz.

İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda keçirilən çoxsaylı tədbirlər İslam Konfransı Təşkilatı ilə Azərbaycan arasında olan çox fəal əlaqələri daha da möhkəmləndirir. Biz çalışırıq ki, təşkilat çərçivəsində bütün tədbirlərdə çox fəal iştirak edək və bəzi tədbirlərin və görüşlərin təşəbbüskarıyıq. Bu, Bakıda İslam Konfransı Təşkilatının çərçivəsində keçirilən ikinci tədbirdir. Birinci tədbir xarici işlər nazirlərinin görüşü idi və o görüş zamanı çox faydalı və əhəmiyyətli qərarlar qəbul edilmişdir. Bu gün isə biz Azərbaycanda turizm nazirlərinin konfransını keçiririk.

Bugünkü hadisə özlüyündə göstərir ki, Azərbaycan təşkilatın işində çox fəal iştirak edir və çalışır ki, onun möhkəmlənməsinə öz töhfəsini versin. İslam Konfransı Təşkilatı İslam dünyasını birləşdirən təşkilatdır. Təşkilatın nüfuzu, dünyadakı rolu ildən-ilə artmaqdadır və bu, bizi çox sevindirir. Çünki, müsəlman ölkələrinin həmrəyliyi, birliyi indiki zəmanədə daha böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi əlaqələr, mədəni tellər, siyasi maraqlar, əlbəttə ki, çox önəmlidir. Bizim mövcud çağırışlara birgə cavablarımız, dünyanı əhatə edən böhranlara münasibətlərimiz, qaynar nöqtələrdə baş verən hadisələrə münasibətimiz, əlbəttə ki, dünyada gedən proseslərə çox əhəmiyyətli dərəcədə təsir göstərir. Təşkilatımız - İslam Konfransı Təşkilatı gücləndikcə, əlbəttə ki, bizim mövqelərimiz güclənəcək, bölgəyə və dünyaya baxışlarımız daha da bərabər şəkildə formalaşacaq və eyni zamanda bölgədə və dünyada gedən proseslərə təsirimiz daha da möhkəmlənəcəkdir. Biz bunu arzulayırıq, bunu istəyirik və İKT-nin tədbirlərinin Azərbaycanda keçirilməsi də bu məqsədi daşıyır.

Eyni zamanda, İslam dünyasının turizm nazirlərinin Azərbaycana gəlməsi Azərbaycanın bir növ təqdimatı deməkdir. Çünki, Azərbaycan gənc müstəqil dövlətdir. Biz müstəqil dövlət kimi cəmi 15 ildir yaşayırıq və hələ ki, özümüzü tanıtmağımıza böyük ehtiyac var. Mən bilirəm ki, nazirlərin böyük əksəriyyəti Azərbaycana ilk dəfədir səfər edirlər və hesab edirəm ki, ölkəmizlə tanışlıq gələcək əlaqələrin möhkəmlənməsinə gözəl şərait yaradacaqdır. Biz İslam Konfransı Təşkilatına üzv olan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşməsini istəyirik, buna çalışırıq. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi bu məqsədlərə xidmət edir.

Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Azərbaycanda gedən proseslər, bölgədə gedən proseslər ölkəmizin mövqelərini möhkəmləndirir. İqtisadi artım baxımından ölkəmiz bu gün dünyada birinci ölkədir. Keçən il Azərbaycanda iqtisadi artım 26 faiz təşkil etmişdir, bu ilin 6 ayında isə 36 faizdir. Bu bizə imkan verir ki, maddi imkanlarımız möhkəmlənsin, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirək. Biz iqtisadiyyatın bütün sahələrini inkişaf etdirmək əzmindəyik və şübhəsiz ki, turizm sahəsinə də böyük diqqət göstərilir. Bir sözlə, Azərbaycanın ildən-ilə artan iqtisadi imkanları ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün çox gözəl zəmin yaradır.

Bununla bərabər, bölgədə və Azərbaycanda ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, uzun illərdir öz həllini tapa bilmir. Ermənistanın Azərbaycana hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ona gətirib çıxarıb ki, ölkəmizin, ərazimizin 20 faizi işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşübdür.

Bu həm böyük humanitar fəlakətdir, həm böyük ədalətsizlikdir və Ermənistan tərəfindən bütün beynəlxalq normaları pozmaq deməkdir. Bu münaqişəyə dair müxtəlif beynəlxalq təşkilatlar öz qərarlarını vermişdir. Birləşmiş Millətlər Təşkilatı dörd qətnamə qəbul etmişdir və bu qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, Ermənistan tərəfi qətnamələrə məhəl qoymur. Avropa Şurası keçən ilin əvvəlində buna bənzər qətnamə qəbul etmişdir və o qətnamədə Ermənistan işğalçı dövlət kimi tanınmışdır. İslam Konfransı Təşkilatı, həmişə olduğu kimi, Azərbaycanın haqq işinə öz dəstəyini əsirgəmir və təşkilatın çoxsaylı qərarları, qətnamələri açıq-aşkar şəkildə Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasını tələb edir. Amma bütün bunlara baxmayaraq, münaqişə öz həllini tapmır. Azərbaycan həm etnik təmizləmə siyasətinə düçar olmuşdur, eyni zamanda, Azərbaycanda çoxsaylı terror aktları törədilmişdir. Bu terror aktları nəticəsində 2 mindən artıq soydaşımız həlak olmuşdur.

Bu gün sentyabrın 11-dir və hamımız yaxşı xatırlayırıq ki, beş il bundan əvvəl Amerika Birləşmiş Ştatlarında dəhşətli terror aktı baş vermişdir. Günahsız insanlar həlak olmuşlar, biz onların xatirəsini bu gün bir daha yad edirik. İslam dünyası o dəhşətli terror aktını pisləmişdir və bu gün bizim birgə səylərimiz o cümlədən dünyada terrorizmə qarşı aparılan mübarizəyə xidmət göstərir. Terrorizmlə mübarizə aparmaq üçün bütün ölkələrin səyləri birləşməlidir. Təkbaşına bu bəla ilə mübarizə aparmaq mümkün deyildir. Azərbaycan bu işə töhfəsini verməyə hazırdır və verir. İslam Konfransı Təşkilatı çərçivəsində çoxsaylı görüşlərdə həmişə bir məsələ də vurğulanıb ki, bəzi qüvvələr İslamı terrorla eyniləşdirmək istəyirlər. Buna qətiyyətlə yol vermək olmaz. İslamı terrorla eyniləşdirmək istəyən qüvvələr sadəcə olaraq, ya bilməyərəkdən, yaxud da ki, qəsdən bizim dinimizə təcavüz etmiş olurlar. İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq.

Beləliklə, təşkilat çərçivəsində həm iqtisadi, həm siyasi, həm də mədəni xarakter daşıyan çoxsaylı məsələlər var, çağırışlar var. Mən əminəm ki, bizim görüşlərimiz nə qədər çox olsa, biz daha da böyük uğurlara nail olacağıq. İqtisadi sahədə İKT-yə üzv olan ölkələr arasında əməkdaşlıq daha da sürətlə aparılmalıdır. Bizim siyasi sahədə çox gözəl əməkdaşlığımız var, bizi birləşdirən mədəni əlaqələr buna çox gözəl xidmət göstərir. Eyni zamanda, iqtisadi sahədə daha da böyük əməkdaşlığa ehtiyac var. Bizim ölkələrimiz çox böyük potensiala malikdir və hesab edirəm ki, qarşılıqlı ticarətin təşviqi və dəstəklənməsi hər bir ölkənin iqtisadi siyasətində öz yerini tapmalıdır.

Bugünkü konfrans isə turizm sahəsində əməkdaşlığa həsr olunur və bu gün burada nümayiş etdirilən qısa film Azərbaycanın turizm imkanlarını təqdim etmişdir. Ölkəmizin çox gözəl təbii şəraiti var, doqquz iqlim qurşağı var, 800 kilometrdən çox dənizsahil zonası var. Yəni Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait var. Biz indi bu sahəyə çox böyük diqqət göstəririk. Turizm infrastrukturunun möhkəmlənməsinə çox böyük vəsait qoyulacaqdır. Bununla bərabər, ölkənin bütünlüklə infrastrukturu yeniləşir. Çünki, turizmi inkişaf etdirmək üçün mütləq infrastrukturun -yolların, aeroportların və digər obyektlərin yaradılması zəruridir.

Deyə bilərəm ki, indi Azərbaycanda - ölkənin qərbində, cənubunda və şimalında üç yeni beynəlxalq aeroport tikilir, baxmayaraq ki, ölkənin ərazisi o qədər də böyük deyildir. Üç yeni, beynəlxalq standartlara cavab verən aeroportun tikintisi o cümlədən turizmin inkişafına xidmət göstərəcəkdir. Avtomobil yolları Azərbaycanda sürətlə inşa edilir. O cümlədən kənd yolları, magistral yollar. Azərbaycanın ən ucqar kəndlərinə yeni yollar çəkilir ki, həm insanlar daha da rahat gedib-gələ bilsinlər, eyni zamanda, turistlər üçün əlverişli şərait yaradılsın. Həm Bakı şəhərində, həm də Azərbaycanın müxtəlif bölgələrində yeni müasir hotellərin tikintisi nəzərdə tutulur.

Bir sözlə, dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır ki, turizmin inkişafı üçün bütün infrastruktur layihələri tezliklə həyata keçirilsin. Eyni zamanda, əlbəttə ki, özəl bölmə də bu gözəl imkanlardan istifadə edib yeni, müasir turizm obyektləri yaratmalıdır.

Bu gün bu fürsətdən istifadə edib təşkilata üzv olan ölkələrin şirkətlərinə və dövlət orqanlarına da müraciət etmək istəyirəm ki, Azərbaycanın turizm imkanlarından siz də bəhrələnin. Çünki bu sahə Azərbaycanda çox sürətlə inkişaf edəcək, bütövlükdə ölkəmizə çox böyük həcmdə xarici sərmayə qoyuluşu nəzərdə tutulubdur. İstərdik ki, bizim dost, qardaş ölkələrin nümayəndələri turizm sahəsində də iştirak etsinlər. Turizm həm mədəniyyət deməkdir, həm də əlbəttə ki, iqtisadiyyatın böyük sektoru deməkdir, eyni zamanda, ölkələrimizi birləşdirən amildir. Çünki, insanların müxtəlif ölkələrə gəlişi, ölkələrin vəziyyəti, tarixi abidələrlə tanış olması, əlbəttə ki, ölkələri bir-birinə daha da yaxın edir. Əlbəttə, siyasi əlaqələr çox mühümdür və bunlar var. Mən iqtisadi əlaqələrdən söhbət açdım və hesab edirəm ki, iqtisadi əlaqələr təşkilata üzv olan ölkələri daha da sıx birləşdirəcəkdir. Bununla bərabər turizm imkanlarından istifadə edilməsi də insanları bir-birinə daha da yaxın edəcəkdir. Buna da böyük ehtiyac var.

Bir daha demək istəyirəm ki, bizim çox zəngin birgə tariximiz var, bizi birləşdirən İslam dini var, bizim mədəniyyətimiz var. İnsanlarımız bir-biri ilə nə qədər çox təmasda olsalar, bizim üçün bir o qədər də yaxşı olacaq, İslam dünyası bir o qədər möhkəmlənəcək, İslam Konfransı Təşkilatı daha da böyük nailiyyətlərə malik olacaq və bütövlükdə, dünya daha da dolğun şəkildə inkişaf edəcəkdir.

İslam dünyası çox böyük qüvvədir. Bu qüvvədən biz səmərəli istifadə etməliyik. Bölgədə və dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunmasında İslam dünyasının çox böyük rolu var və bu rol getdikcə artmaqdadır. Biz hamımız, hər birimiz çalışmalıyıq ki, İslam ölkələrini birləşdirən əlaqələr daha da möhkəm olsun və mövqelərimiz daha da möhkəmlənsin. Bütün bu məsələləri nəzərə alaraq, bir daha demək istəyirəm ki, Azərbaycanda İslam Konfransı Təşkilatı ölkələrinin turizm nazirlərinin konfransının keçirilməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Mən bir daha bütün qonaqları ürəkdən salamlayıram, Azərbaycana gəldiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm və konfransın işinə uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra İKT-yə üzv olan ölkələrin turizm nazirlərinin IV Konfransının sədri, Seneqalın turizm və hava nəqliyyatı naziri USMAN MASSEK NDİAY çıxış etdi. O, konfransda iştirakına və dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq edərək dedi ki, cənab Prezident, Sizin dünyada turizmin roluna verdiyiniz qiyməti, eyni zamanda, ölkənizdə bu sahənin inkişafına göstərdiyiniz qayğını bilirik və buna görə təşəkkür edirik. Biz tam aydınlığı ilə gördük ki, Azərbaycan xalqı və Sizin hökumətiniz İKT-nin bütün çağırışlarına qoşulurlar. Sizi əmin etmək istəyirəm ki, söylədiyiniz bütün fikirlər bizim tərəfimizdən qəbul olunur.

O, yüksək səviyyədə təşkil olunan bu konfransın yaddaşlarda daim yaşayacağını, neçə illərdir Azərbaycan paytaxtı Bakı ilə Seneqalın paytaxtı Dakarın qardaşlaşdığını xatırlatdı, həmrəylik və insanların bir-birini tanıması baxımından İslam Konfransı Təşkilatı çərçivəsində görülən işlərdən danışdı. Nazir İsrail-Livan münaqişəsi ilə bağlı fikirlərini açıqladı və atəşkəsin əldə olunmasında İslam dünyasının tutduğu mövqeyi yüksək qiymətləndirdi.

İKT ölkələrinin birgə səylərinin və bir-birini dəstəkləməsinin əhəmiyyətinə toxunan nazir dedi ki, biz turizmi inkişaf etdirməli, bu sahədə mənafelərimizi həmişə qorumalıyıq. O, IV Konfransda qəbul olunmuş sənədlərin müvəffəqiyyətlə həyata keçirildiyini, səmərəli fəaliyyət üçün davamlı işlərin görüldüyünü söylədi, bu baxımdan gözəl Bakıda keçirilən konfransın xüsusi önəm daşıdığını vurğuladı.

X X X

İslam Konfransı Təşkilatının baş katibi EKMƏLƏDDİN İHSANOĞLU geniş məruzəsində qədim tarixə malik ölkəmizin paytaxtı ilə yaxından tanış olmağın bütün iştirakçılarda xoş təəssürat yaratdığını bildirdi, İKT-yə üzv olan ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilmiş görüşünü məmnunluqla xatırlatdı, bu cür mühüm tədbirlərin təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və hökumətinə təşəkkür etdi. Baş katib dedi ki, Azərbaycan İslam ölkələri arasında birliyin və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir. O, İKT-nin onillik fəaliyyət planından danışaraq məlumat verdi ki, bu sənəd XXI əsrdə müsəlmanların qarşısında duran mühüm vəzifələri yerinə yetirmək, əsas çağırışları təmin etmək imkanı yaradır. Yoxsulluğun aradan qaldırılması üçün iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi ilə bağlı İKT-yə üzv ölkələr arasında məzmunlu görüşlər keçirilir.

Baş katib məlumat verdi ki, 2005-ci ildə İslam ölkələrinin ticarət dövriyyəsinin həcminin 14 faizi İKT-nin üzvü olan ölkələrlə ticarətin payına düşür və 2015-ci ilə qədər bunun 20 faizə çatdırılması qərara alınmışdır. Bu işdə turizm çox böyük rol oynamışdır. Bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi baxımından konfrans bütün iştirakçılar üçün faydalı olacaqdır. Hazırda turizm sektorunda yeni böyük imkanlar açılır. 2004-cü illə müqayisədə 2005-ci ildə turizm sahəsində gəlirlər 5,5 faiz artmışdır. Ən yüksək göstərici (10 faizdən çox) Afrika ölkələrində qeydə alınmışdır. Şərqi Asiyada və Yaxın Şərq ölkələrində artım 7 faiz olmuşdur. Ümumilikdə, İKT-yə üzv ölkələrin turizmdən əldə etdikləri gəlir 35 milyard dollara, bu ölkələrə gələn turistlərin sayı isə 40 milyona nəfərə çatmışdır. Ən çox turist Türkiyə və Malayziyaya gəlmişdir. Hazırda bu ölkələr turizm sahəsində Avropa ölkələri ilə çox ciddi rəqabət aparmaq iqtidarındadır.

E.İhsanoğlu dedi ki, turizm sektoru iş yerlərinin açılması üçün də faydalıdır. Milli parklar və qoruqlar vasitəsilə turizmin dayanıqlı inkişafı üzrə layihəsinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması da zəruridir. Bu sahə mədəni əlaqələri də genişləndirir.

Baş katib bildirdi ki, 2006-cı il noyabrın 7-14-də turizm və əl işləri üzrə ilk beynəlxalq sərgi-konfrans keçiriləcəkdir. 2007-ci il iyunun 1-3-də isə Livanın paytaxtı Beyrut şəhərində ikinci sərgi-konfransın keçirilməsi planlaşdırılmışdır.

Bakı konfransı ölkələrarası iqtisadi, ticari və mədəni əlaqələrin gücləndirilməsinə çox mühüm töhfədir. Zəngin təbii sərvətlərlə yanaşı, göz oxşayan təbiətə malik Azərbaycanın qədim tarixi abidələri, mədəni irsi, folkloru, qeyri-adi flora və faunası vardır. Bu, doğrudan da, İslam dünyasının nə qədər zəngin olmasına dəlalət edir.

E.İhsanoğlu ötən iki gün ərzində geniş iclaslarda əhəmiyyətli məsələlərin müzakirə olunduğunu xatırladaraq dedi ki, ölkələrimiz arasında turizmin inkişafını hansı yollarla gücləndirməyin metodları, burada səsləndirilən ciddi tövsiyələr müfəssəl şəkildə təhlil ediləcək və İKT qərarların icrasını təmin etmək üçün bütün səylərini göstərəcəkdir.

X X X

Sonra çıxış edən Ümumdünya Turizm Təşkilatının baş katibi FRANÇESKO FRANJİALLİ Azərbaycanda olmaqdan, İKT ölkələri turizm nazirlərinin bütün tədbirlərində iştirak etməkdən məmnunluq duyduğunu söylədi. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq dedi ki, son beş ildə beynəlxalq turizm çox çətin və qeyri-müəyyən şəraitdə inkişaf edir. Baş verən hadisələr, terror aktları, münaqişələr, epidemiyalar, təbii fəlakətlər bu sahəyə ciddi maneə yaratmışdır. Buna baxmayaraq, dünyada insanların turizmə, səyahətə böyük istəyi, marağı vardır.

O, Ümumdünya Turizm Təşkilatının apardığı statistika barədə məlumat verərək bildirdi ki, 2005-ci ildə 800 milyondan çox turist müxtəlif ölkələrə getmişdir ki, bu da 2004-cü illə müqayisədə 5,5 faiz artım deməkdir. Turistlərin 109 milyonu bilavasitə İKT-yə üzv olan ölkələrin payına düşmüşdür. Bu ölkələrdən 6-nın hər biri 5 milyondan çox xarici turist qəbul etmişdir.

Bu sahənin inkişafına ciddi təhlükə yaradan amillərin, münaqişələrin aradan qaldırılmasının vacibliyini xüsusi vurğulayan ÜTT-nin baş katibi son tədqiqatlardan danışdı, turizm sənayesinin tərəqqisi, qarşılaşdığı problemlərlə bağlı ötən il Çində keçirilmiş iclas barədə məlumat verdi. Eyni zamanda bildirdi ki, bu ilin sonunadək təşkilatın regional komissiyasının Yaxın Şərqdə xüsusi görüşü təşkil olunacaqdır.

Françesko Franjialli islamın mütərəqqi, məhəbbət və dözümlülük aşılayan din olduğunu xüsusi vurğulayaraq dedi ki, mən Prezident İlham Əliyevin nitqində toxunduğu fikirləri tam dəstəkləyirəm. Azərbaycanda da turizmin inkişafına xüsusi diqqət yetirilir, yeni imkanlar açılır. Bu işdə Azərbaycan dövlətinin başçısının səylərini və təşəbbüsünü yüksək qiymətləndirirəm.

Cənab F.Franjialli turizmin planlaşdırılması işində İKT ölkələrinə yardım göstərməyə hazır olduğunu bildirdi, ÜTT-nin gələcək planları və vəzifələrindən danışdı, konfransın bütün iştirakçılar üçün səmərəli olacağını söylədi.

X X X

Sonra İslam Konfransı Təşkilatına üzv olan ölkələrin turizm nazirlərinin V Konfransına sədrlik Azərbaycan tərəfinə - mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə keçdi.

Azərbaycanın mədəniyyət və turizm naziri ƏBÜLFƏS QARAYEV çıxış edərək dedi:

-Hörmətli cənab Prezident,

Hörmətli cənab baş katib,

Hörmətli nazirlər və nümayəndə heyətinin başçıları,

Hörmətli konfrans iştirakçıları,

Hörmətli xanımlar və cənablar!

İcazə verin, turizm nazirlərinin V Konfransının Bakı şəhərində keçirilməsi üçün göstərilən etimada görə, İslam Konfransı Təşkilatına öz minnətdarlığımı bildirim.

Bu konfransda şəxsən iştirak etdiyinə və məzmunlu nitqinə, habelə konfransın keçirilməsini şəxsi nəzarətində saxladığına görə, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Hörmətli həmkarlarıma Azərbaycana təşrif buyurduqlarına və bizim konfransın keçirilməsini dəstəklədiklərinə görə təşəkkür edirəm.

Əminəm ki, konfrans zamanı aparılan müzakirələr və qəbul olunacaq qərarlar İslam Konfransı Təşkilatı çərçivəsində turizm əməkdaşlığının genişləndirilməsinə, o cümlədən dünya turizminin inkişafına xidmət edəcəkdir. İnanıram ki, Azərbaycan İslam ölkələri arasında turizm əlaqələrinin daha geniş vüsət alması istiqamətində fəaliyyətini artıracaq, qəbul olunmuş qərarların həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Sizə bir daha təşəkkür edir və konfransın işinə uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçıları ilə birlikdə “Gülüstan” sarayının foyesində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Azərbaycan - 2006 turizm aləmi” fotomüsabiqəsində nümayiş etdirilən əsərlərdən ibarət sərgi ilə tanış oldu.

Dövlətimizin başçısı konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

X X X

Fasilədən sonra turizm nazirləri qapalı iclaslarda müzakirələri davam etdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir