Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz abşeronlular!

Bu gün çox gözəl və əlamətdar bir gündür. Bu gün Abşeron rayonunda ulu öndər Heydər Əliyevin abidəsi açılır. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə və sədaqətlə xidmət etmişdir. 1970-ci illərdə, Azərbaycan Sovet İttifaqının tərkibində yaşadığı dövrdə respublikamızın sosial-iqtisadi inkişafı üçün böyük işlər görülmüşdür, böyük sənaye potensialı yaradılmışdır ki, bu da indi Azərbaycanın hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edir. O illərdə, demək olar ki, respublikamızın hər bir yerində abadlıq, quruculuq işləri aparılmış və Azərbaycan qabaqcıl yerlərə çıxmışdı.

Ondan sonrakı dövr Azərbaycan üçün çox ağır olmuşdur. Bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra ölkədə gedən mənfi proseslər faktik olaraq, Azərbaycanı uçurum kənarına gətirib çıxarmışdı. Ölkədə yaşanan həm siyasi, həm də iqtisadi böhran Azərbaycana çox böyük problemlər yaratmışdı. Faktik olaraq, Azərbaycanın dövlət müstəqilliyi böyük şübhə altında idi. Azərbaycan xalqının çağırışı ilə 1993-cü ildə rəhbərliyə qayıdan və Prezident vəzifəsinə seçilmiş Heydər Əliyev ölkəmizi və xalqımızı bu böyük bəlalardan qurtardı. Azərbaycan o gündən bu günə qədər çox sürətlə, dinamik şəkildə inkişaf edir. Əgər 1991-ci ildə ən ağır vəziyyətdə olan ölkə Azərbaycan idisə, bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Artıq bütün dünya ictimaiyyəti bunu bilir ki, iqtisadi artım sürətinə görə ölkəmiz dünyada birinci yerdədir. Bütün bunları etmək üçün, əlbəttə ki, böyük bilik, savad, bacarıq, cəsarət, müdriklik lazım idi. Bu gün bu siyasət davam etdirilir. Azərbaycanın hər bir yerində böyük quruculuq işləri aparılır. Biz bunu Abşeron rayonunun simasında da əyani şəkildə görürük.

Qısa müddət ərzində rayonun siması dəyişdi, yeni yollar, parklar salınır, abadlıq işləri aparılır. Bu işlər, demək olar ki, respublikamızın, ölkəmizin hər bir yerində görülür. Mən çox istəyirəm ki, bu proseslər daha da sürətlə getsin, insanlar daha da yaxşı yaşasınlar, iqtisadiyyatımız daha da uğurla inkişaf etsin.

İqtisadi inkişafın təməli də məhz ulu öndərin Azərbaycana rəhbərliyə qayıdışından sonra qoyuldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin neft strategiyası icra olunmağa başlamışdır və bu gün uğurla davam etdirilir. Dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir və təsadüfi deyil ki, Heydər Əliyevin adını daşıyır. Çünki o, bu kəmərin çəkilməsinin təşəbbüskarı olmuşdur. Biz ağır, çətin vəziyyətə, bütün çətinliklərə, maneələrə baxmayaraq, kəmərin tikintisinə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın uzunmüddətli inkişaf yolunu təmin edəcəkdir.

Bu gün həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən Azərbaycan qabaqcıl ölkələrin sırasındadır. Siyasi sabitlik tam şəkildə bərqərar olunmuşdur. Dünya praktikası onu göstərir ki, əgər sabitlik yoxdursa, heç bir inkişafdan söhbət gedə bilməz. Bunu uzaq, yaxın tarix əyani şəkildə göstərir. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir. Ölkəmiz çox uğurla inkişaf edir, beynəlxalq mövqelərini möhkəmləndirir. Azərbaycanda mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi artıq ənənəvi xarakter almışdır.

Dünən Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin turizm nazirlərinin konfransı keçirilmişdir. Ondan əvvəl beynəlxalq təşkilatların çərçivəsində zirvə görüşləri keçirilmişdir. Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirir. Bunun əsasında düşünülmüş siyasət və əlbəttə ki, iqtisadi imkanlar dayanır. İqtisadi imkan olmasa, heç bir işi görmək mümkün deyildir. Bizim iqtisadi islahatlarımız uğurla icra edilir. Büdcəmiz ildən-ilə artır. Son üç il ərzində büdcə xərcləri bir neçə dəfə artıbdır. Bir neçə aydan sonra yeni büdcə qəbul olunacaq və əminəm ki, biz yenə də artımı görəcəyik. Artım isə öz növbəsində, insanların gündəlik həyatında öz əksini tapır. Maaşlar, pensiyalar qaldırılır. Onu da deyə bilərəm ki, bu yaxınlarda yenə də minimum əməkhaqqının və pensiyanın qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.

Görün, indi ölkəmizin nə qədər ehtiyacı var. Haraya baxsaq, inkişafı görəcəyik. Yeni işlər görülür, yollar çəkilir, elektrik stansiyaları tikilir, su, qaz xətləri çəkilir, parklar abadlaşır, binalar, zavodlar, fabriklər, məktəblər tikilir.

Mən bu gün yeni böyük məktəbin təməl daşını qoyacağam. Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alıb, son illər ərzində bir yox, iki yox, yüzlərlə məktəb tikilibdir. Biz bunu gələn illərdə də edəcəyik. Xəstəxanalar tikilir. Yəni insanların gündəlik tələbatını ödəmək üçün bütün işlər görülür. Hər sahədə düşünülmüş konsepsiya var, taktika və proqram var. Bütün işləri proqram çərçivəsində aparırıq. O cümlədən regionların sosial-iqtisadi inkişafı Proqramı da artıq iki il yarımdır icra olunur və bunun nəticəsində təqribən 450 min yeni iş yeri açılıbdır. Bu proses davam edir. Çünki hələ ki, Azərbaycanda işsizlərin sayı kifayət qədərdir. Yoxsulluq şəraitində yaşayan insanlar da kifayət qədərdir. Baxmayaraq ki, yoxsulluq şəraitində yaşayanların sayı bir il ərzində 20 faiz aşağı düşübdür. Bizim məqsədimiz Azərbaycanda yoxsulluğu, işsizliyi tamamilə aradan qaldırmaqdır və buna nail olacağıq. Bunu deməyə gördüyümüz işlər əsas verir. Bunu deməyə Azərbaycanın ildən-ilə artan iqtisadi potensialı və bizim proqramlarımız əsas verir. Çünki bir daha demək istəyirəm ki, hər bir sahədə bizim proqramlarımız var.

Yerlərdə fəaliyyət göstərən məmurlardan çox şey asılıdır. Çünki birincisi, düzgün qərarlar qəbul edilir və onlar yerlərdə icra olunmalıdır. İkincisi, yerli icra orqanları da təşəbbüs göstərməlidirlər. Bu da olmalıdır və Abşeron rayonunun simasında biz bunu görürük. Mən həmişə həm müsbət, həm də mənfi cəhətləri birmənalı şəkildə bəyan edirəm. Görəndə ki, işlər yaxşı gedir, əlbəttə, mənim ürəyim sevinir. Siz, burada yaşayan insanlar görürsünüz ki, qısa müddət ərzində böyük işlər görülübdür. Bu, hələ işlərin ilkin mərhələsidir. Rayonun inkişafı üçün əlavə vəsait veriləcəkdir. Yeni fabriklər, zavodlar tikiləcək, iş yerləri yaradılacaq və beləliklə, insanlar daha da yaxşı yaşayacaqlar.

Digər tərəfdən, maaşlar və pensiyalar hər il qaldırılacaqdır. Həm minimum əməkhaqqı, həm də pensiyanın minimum məbləği ildən-ilə qaldırılacaqdır. Çünki indiki səviyyə bizi qane edə bilməz. İndiki səviyyə Azərbaycanın hazırkı iqtisadi durumuna bağlıdır. Bizim iqtisadi vəziyyətimiz yaxşılaşdıqca, əlbəttə, insanların da bütün tələbatları ödəniləcəkdir.

Bir daha demək istəyirəm ki, 1994-cü ildə o cəsarətli addımın atılması ilə Azərbaycanın uzunmüddətli inkişaf perspektivləri müəyyən olundu. Təsəvvür edin ki, əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, Azərbaycanda vəziyyət necə olacaqdı?! Əlbəttə ki, ölkəmiz çox böyük problemlərlə, həm iqtisadi, eyni zamanda, siyasi problemlərlə üzləşəcəkdi. Çünki biz görürük ki, iqtisadi azadlıq, iqtisadi müstəqillik, ümumiyyətlə, ölkənin müstəqilliyini müəyyən edir. Azərbaycanı çox gözəl gələcək gözləyir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarı zamanı ölkəmizə çox böyük vəsait gələcək, maddi imkanlar yaxşılaşacaq və ilk növbədə, insanların həyat səviyyəsi yaxşılaşacaqdır. Mən buna şübhə etmirəm. Biz artıq bunu görürük və bütün səylərimizi bu sahəyə yönəldirik.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanın hər bir bölgəsi, hər bir rayonu inkişaf etməlidir. Abşeron rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcəkdir, nə lazımdırsa, kömək ediləcəkdir. Ancaq eyni zamanda, rayon ictimaiyyəti də, həmişə olduğu kimi, fəal olmalıdır ki, Abşeron Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevrilsin. Mən əminəm ki, siz buna nail olacaqsınız. Bir halda ki, siz belə yaxşı işləyirsiniz, əminəm, gələcəkdə də yaxşı işlər görüləcəkdir.

Əziz dostlar, sizi bir daha ürəkdən salamlayıram. Bu gün doğrudan da çox gözəl gündür. Ulu öndərin abidəsi önündə toplaşmışıq. Həm Heydər Əliyevin - ulu öndərin xatirəsinə öz hörmətimizi bildiririk, həm də görülən işlər haqqında təhlil aparırıq. Ən önəmlisi isə, gələcək haqqında fikirləşirik: Azərbaycanın gələcəyi necə olacaq, Azərbaycan haraya gedir, bir, iki, üç ildən sonra Azərbaycanda vəziyyət necə olacaq? Bütün bunlar bu gün bizim düşüncələrimizdir. Mən ümid edirəm ki, bütün qüvvələri səfərbər edib ölkəmizi zənginləşdirəcək və çox qüdrətli, müasir dövlət yaradacağıq. Bu işdə hamınıza uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev sakinlərə yaxınlaşaraq onlarla söhbət etdi, qayğı və problemləri ilə maraqlandı.

Rayon Veteranlar Şurasının sədri, Böyük Vətən müharibəsi iştirakçısı Dadaş Muradov dövlətimizin başçısına təşəkkür edərək dedi ki, cənab Prezident, mən Sizinlə ikinci dəfədir görüşməyimdən çox şadam. Siz gözəl insan, Azərbaycan xalqının ən yaxşı oğlusunuz. Rəhmətlik ulu Heydər, əbədi Prezidentimiz bizi Sizə, Sizi də bizə tapşırmışdır. Mən 51 ildir müəlliməm, müharibə əliliyəm. İndiyə qədər Abşeronda belə əzəmətli tikinti-quruculuq işləri görməmişəm. Yollar asfaltlanır, işıqlandırılır, küçələrdə əməlli-başlı səliqə yaradılmışdır. Bunların hamısı Sizin diqqətinizin nəticəsidir. Arxayınıq ki, bundan sonra da bizə diqqət yetirəcəksiniz. Abşerona kifayət qədər maliyyə vəsaiti ayırın ki, biz daha yaxşı yaşayaq. Mən bunu bütün abşeronluların adından deyirəm.

İLHAM ƏLİYEV: Abşeron rayonuna əlavə maliyyə vəsaiti ayıracağam, nə lazımsa edəcəyəm. Təki burada işlər yaxşı getsin.

DADAŞ MURADOV: Rəhmətlik Süleyman Rüstəm deyirdi ki, “Cənnət görmək istəyən, Azərbaycana gəlsin”. Mən də deyirəm ki, “Cənnət görmək istəyən Abşerona gəlsin”. Bütün şəhərlər nümayəndələrini göndərsin, gəlib baxsınlar ki, necə yaxşı işlər gedir, nə gözəl parkımız var. Nə Sumqayıtda, nə də Bakıda belə gözəl park yoxdur.

İLHAM ƏLİYEV: Yollar Bakının yollarından daha da gözəldir.

DADAŞ MURADOV: Bəli, hər yer işıqlandırılır, küçələrdə rahat gedirsən. Nə elektrik enerjisinə, nə qaza, nə suya, heç nəyə ehtiyacımız yoxdur. Allah Sizə uzun ömür, cansağlığı versin. Başladığınız işlərdə müvəffəqiyyətlər, ailə səadəti arzulayırıq. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər