Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz xınalıqlılar!

Sizi ürəkdən salamlayıram və yeni istifadəyə verilmiş yolun açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Xınalıq çox qədim məkandır, Azərbaycanın ən qədim kəndlərindən biridir. Mənə verilən məlumata görə, burada insanlar əsrlər boyu, ən azı, 4 min il bundan əvvəl yaşamışlar. Çox ağır, çətin şəraitdə, bu dağlarda, soyuqda yaşamışlar.

Əlbəttə ki, bu kəndin gələcək inkişafı üçün mütləq və mütləq buraya yol çəkilməli idi. Mən keçən il Qubada olarkən maraqlandım ki, bizim ən qədim, ən məşhur kəndlərimizdən biri olan Xınalığa yol var, ya yox? Dedilər ki, çox bərbad vəziyyətdədir. Beş saata, altı saata getmək mümkün deyildir. Bu, böyük əziyyətdir. Ona görə dərhal Nəqliyyat Nazirliyinə göstəriş verdim ki, layihə hazırlasınlar və buraya yeni yolun çəkilişi üçün müvafiq işləri görsünlər. Bu da çox böyük qəhrəmanlıq tələb edən bir məsələdir. Bu kəndə yol çəkmək çox böyük hadisədir və onu göstərir ki, Azərbaycanın indi imkanları elədir ki, istənilən məsələ öz həllini tapa bilər. Çünki əgər Xınalığa yol çəkə biliriksə, deməli, daha bizim qarşımızda heç bir maneə ola bilməz. Cəmi 4 ay ərzində gözəl yol çəkilib, mən bu yolu gəlmişəm, maşını özüm sürmüşəm, özü də çox rahat gəlmişəm. Bu, hələ işin birinci mərhələsidir. Hələ əlavə yol örtüyü də salınacaq, lap şüşə kimi yol olacaq və insanlar bundan sonra rahat gəlib-gedəcəklər. Eyni zamanda, rayon mərkəzi ilə daim əlaqə saxlanılacaqdır. Bundan başqa, buraya turistlər gələcək, inkişaf olacaqdır. Yol olmayan yerdə inkişaf ola bilməz. Siz, demək olar ki, ilin əksər hissəsini təcrid olunmuş vəziyyətdə yaşayırsınız. 8-9 ay ərzində buraya gəliş-gediş mümkün deyildir. Ona görə əlbəttə ki, burada böyük çətinliklər var.

Bu yolun çəkilişi birinci addımdır. Bundan sonra başqa işlər də görüləcəkdir. Mən göstəriş verəcəyəm ki, sizin toxunduğunuz məsələlər də həll olunsun. Elə məsələlər var ki, yerli icra hakimiyyəti orqanları həll edə bilər, elələri də var ki, onları mərkəzi icra orqanları həll etməlidir. Burada telefon rabitəsi üçün, qurğuların quraşdırılması üçün göstəriş verəcəyəm. Təhsil Nazirliyinə göstəriş veriləcək ki, yeni, gözəl məktəb tikilsin. Su probleminin həlli üçün “Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verəcəyəm. Yenə deyirəm, Azərbaycan indi elə sürətlə inkişaf edir, iqtisadi potensialını elə möhkəmləndirir ki, istənilən məsələ öz həllini tapa bilər. Mənim əsas məqsədim ondan ibarətdir ki, Azərbaycanın bütün yerlərində yaşayan insanlar bu gözəl imkanlardan bəhrələnə bilsinlər. Ən ucqar kənddə yaşayanlar ən müasir şəraitlə təmin olunmalıdırlar. Çünki Azərbaycan inkişaf edir, müasirləşir, bizim iqtisadiyyatımız çox uğurla inkişaf edir. Əgər iqtisadiyyat inkişaf etməsəydi, bu yolu çəkmək mümkün deyildi. Bu yolun çəkilişinə 14 milyon yeni manat xərclənibdir. Böyük puldur. Bunu haradan götürmüşük? Büdcəmiz artır. Bizim iqtisadi siyasətimiz uğurludur, iqtisadi islahatlar sürətlə aparılır və əlavə imkanlar yaranır. Demək, pul olan halda, texnika da olacaqdır. Əgər texnika olmasaydı, nə qədər pulun olsa da, yolu çəkmək mümkün deyildir. Texnika alınıbdır, bütün işlər yüksək səviyyədə, dünya səviyyəsində görülübdür. Mənim də istəyim budur ki, bütün işlər ən yüksək səviyyədə görülsün. Azərbaycan xalqı buna layiqdir. Biz indi bölgədə ən qabaqcıl ölkəyə çevrilirik, daha doğrusu, çevrilmişik. İqtisadi artım baxımından dünyada birinci yerdəyik. Sosial məsələlər öz həllini tapır, maaşlar, pensiyalar qaldırılır. Bu yaxınlarda pensiyalar, müəllimlərin maaşları qaldırılıbdır. Ondan əvvəl səhiyyə işçilərinin maaşları artırılıbdır. Yanvarın 1-dən minimum əmək haqqı qaldırılacaqdır. Yəni bütün bunlar onun üçündür ki, insanlar daha da yaxşı yaşasınlar. Bir tərəfdən, sosial təminat yaxşılaşır, digər tərəfdən, infrastruktur layihələri həyata keçirilir. İndi Azərbaycanda yol tikintisi çox geniş vüsət alıbdır. Bütün ucqar kəndlərə yollar çəkilibdir. Əlbəttə, magistral yollar da çəkilir. Bu da lazımdır. Azərbaycanı dünyaya, başqa qonşu ölkələrlə birləşdirən magistral yollar çəkilir. Məsələn, indi Bakı-Quba avtomobil yolu tikilir. Mən dünən axşam buraya gələndə gördüm ki, işlər başlayıbdır. Düz Rusiya sərhədinə qədər uzanacaq, yəni Bakıdan buraya gəlmək çox rahat olacaqdır. İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşur, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi.

Prezident nə vaxt sevinir? O vaxt sevinir ki, onun xalqı sevinir, insanların üzü gülür. O vaxt sevinir ki, inkişaf var, yenilik var. Bax, bu gün bunlar var. Azərbaycanın bütün yerlərində, o cümlədən burada, ən qədim kənddə, Qafqazın ən yüksək zirvəsində yerləşən kənddə. Siz 2300 metr yüksəklikdə yerləşirsiniz. Bəlkə bir 2-3 kənd var ki, sizdən hündürdədir. Ən qədim, ən ucqar, ən əlçatmaz kəndlərdəndir. Xınalıqlılar ən qədim tarixə malikdirlər. Siz deyirsiniz 5 min il tarixi var, ola bilər. Amma 4 min il dəqiqdir.

Bu illər, bu əsrlər ərzində xınalıqlılar öz xüsusiyyətlərini saxlamışlar, öz dilini saxlamışlar. Xınalıq dili dünyada mövcud olan dillərdən, bəlkə də, ən qədimidir. Mən bunları bilirəm. Bu onu göstərir ki, Azərbaycan nə qədər zəngin ölkədir: həm təbii ehtiyatlar, həm gözəl təbiət, həm də insanların - millətlərin, etnik qrupların müxtəlifliyi. Biz Azərbaycanda bir ailə kimi yaşayırıq. Harada belə vəziyyət var? Biz indi görürük, başqa yerlərdə, əksinə, insanların arasında bəzən süni şəkildə, başqa səbəblərdən narazılıqlar, qarşıdurma yaranır, hansısa ayrı-seçkilik olur. Azərbaycanda bunlar yoxdur. Hər bir Azərbaycan vətəndaşı mənim qardaşımdır. Kənddə yaşayan hər bir vətəndaş mənim üçün əzizdir. Mən prezident seçiləndə demişəm ki, çalışacağam, hər bir Azərbaycan vətəndaşı üçün prezident olum. Hər bir Azərbaycan vətəndaşının prezidenti olum ki, hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu dəyişiklikləri görsün. Artıq mən üç ildir bu vəzifədəyəm. Bu barədə çox danışmaq istəmirəm, amma üç ildə işlər görülübdür.

Bu gözəl gündə sizinlə bərabər olmaq mənim üçün çox xoşdur. Mən sizi bir daha ürəkdən salamlayıram, əminəm ki, bu yol çəkiləndən sonra kəndin yeni dövrü başlanacaqdır. Bu kənd əbədi yaşayacaq, xınalıqlılar əbədi yaşayacaqlar və doğma Azərbaycanımızın inkişafına, çiçəklənməsinə öz töhfələrini verəcəklər. Bir daha sizi salamlayıram, yolun istifadəyə verilməsi münasibətilə təbrik edirəm.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

X X X

Görüşdən yadigar olaraq Prezident İlham Əliyevə Xınalıq kəndində toxunmuş xalça hədiyyə edildi.

Dövlətimizin başçısı xanımı ilə birlikdə kəndin bir neçə sakininin evinə gedərək, onların qonağı oldu, yaşayış şəraitləri ilə tanış oldu.

Sakinlər bir daha Prezident İlham Əliyevə ən xoş arzu və niyyətlərini bildirdilər.

X X X

Azərbaycan Prezidenti Xınalıq kənd orta məktəbinə də baş çəkdi, ayrı-ayrı sinif otaqlarına baxdı, şəraitlə yaxından tanış oldu.

Bildirildi ki, 300 nəfərin təhsil aldığı məktəb binasının vəziyyəti qənaətbəxş deyil, müvəqqəti sinif otaqları tikilsə də, tələbatı ödəmir. Ona görə də yeni məktəb binasına ehtiyac duyulur. Dövlətimizin başçısı burada yeni müasir məktəb binasının tikilməsi üçün Təhsil Nazirliyinə göstəriş veriləcəyini söylədi, şagirdlərin yaxşı təhsil alması üçün hər cür şəraitin yaradılacağını vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib