Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz gədəbəylilər!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizə öz hörmət və məhəbbətimi bildirirəm.

Mən ilk dəfədir ki, Gədəbəy rayonundayam. Çoxdan gəlmək istəyirdim, planlaşdırırdım və bu gün buradayam, sizinlə birlikdəyəm. Mən çox şadam ki, Azərbaycanın bütün yerlərində olduğu kimi, Gədəbəydə də sürətli inkişaf gedir, abadlıq-quruculuq işləri gedir, məktəb tikintisi geniş vüsət alıbdır. Çox istəyirəm ki, rayonun infrastrukturu yeniləşsin, müasirləşsin.

Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turistlər üçün də çox cəlbedici ola bilər. Bütövlükdə, rayonun hərtərəfli inkişafı üçün bütün işlər görülür. Müvafiq sərəncamlar verilmişdir, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramında xüsusi tapşırıqlar öz əksini tapmışdır. Beləliklə, rayonun inkişafı ilə bağlı işlər ardıcıl və məqsədyönlü şəkildə aparılır.

İndi Azərbaycanın hər bir yerində sürətli inkişaf var. Yeni iş yerləri yaradılır, yeni müəssisələr, fabriklər açılır və insanların həyat səviyyəsi yaxşılaşır. İş yerlərinin açılması, bir tərəfdən, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına kömək edir, digər tərəfdən, insanların həyat səviyyəsini yaxşılaşdırır. Son 3 il ərzində Azərbaycanda təxminən 500 min yeni iş yeri açılmışdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatı sürətlə inkişaf etsin. Azərbaycanda büdcə gəlirləri artır, sosial məsələlər öz həllini tapır, maaşlar, pensiyalar artır. Beləliklə, insanlar da yaxşı yaşamağa başlayır, iqtisadiyyat da inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı proqramının əsas məqsədi də məhz budur – ölkəmizi hərtərəfli inkişaf etdirmək. Bunu etmək üçün bizim imkanlarımız var və proqramlarımız var.

İmkanlarımız da getdikcə artır. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda geniş neft-qaz əməliyyatları başlanmışdır. 10 ildən artıqdır ki, bu proses sürətlə gedir və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması onun məntiqi nəticəsidir. Bundan sonra Azərbaycanın iqtisadi inkişafı çox yüksək sürətlə gedəcəkdir. İndi də belədir, bizim iqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf edir. Dünyada bu göstəriciyə görə Azərbaycan birinci yerdədir. Biz istəyirik ki, həyat səviyyəsi baxımından da Azərbaycan dünyada birinci yerdə olsun. Biz istəyirik ki, Azərbaycanda işsizlik, yoxsulluq aradan qaldırılsın. Bütün səylərimizi bu istiqamətə yönəltmişik. Çünki belə olarsa, onda Azərbaycanın bütün məsələləri öz həllini tapa bilər.

Qlobal məsələlər öz həllini tapır, iqtisadiyyatın ümumi inkişafı bizi qane edir, eyni zamanda, hər bir rayonun inkişafına da böyük diqqət göstərilir. Ona görə rayonlara səfərlər edərkən, həm vəziyyətlə tanış oluram, həm də müvafiq göstərişlər verirəm. Göstərişlər nəticəsində konkret proqramlar müəyyən olunur və icrasına başlanır. Bütün sahələrdə bu proqramlar var.

Mən qeyd etdim, son illər ərzində Gədəbəy rayonunda məktəb tikintisi çox sürətlə gedir. Siz də bunu bilirsiniz. Bu, Azərbaycanda çox böyük problemdir. Çünki məktəb binalarının tam əksəriyyəti köhnəlmiş vəziyyətdədir. Bəziləri yararsız vəziyyətdədir və uşaqlar çox çətin şəraitdə oxuyurlar. Müəllimlər də çox çətin şəraitdə işləyirlər. Bunu aradan qaldırmaq üçün indi Azərbaycanın hər yerində geniş məktəb tikintisi aparılır. Son 3 il ərzində 700-dən çox məktəb tikilibdir. Növbəti illərdə məktəb tikintisi daha da genişlənəcəkdir. Bu tikinti həm dövlət xətti ilə, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılır.

Azərbaycanda xəstəxana tikintisi sürətlə getməlidir. Regionlarda artıq müasir xəstəxanalar inşa olunur. Bu bölgədə - həm Gəncədə, həm də Qazaxda yeni müasir, bütün standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri tikilir. Bu bölgədə yaşayan insanların yaxşı tibbi xidmət almaq üçün artıq Bakıya getməsinə ehtiyac olmayacaqdır. Bu yaxınlarda Gəncədə, Qazaxda açılacaq xəstəxanalar bütün bölgə əhalisinə xidmət göstərəcəkdir. Ancaq bu, işimizin birinci mərhələsidir. İkinci mərhələdə hər bir rayon mərkəzində müasir xəstəxana və tibb mərkəzi açılacaqdır ki, insanlar ən yüksək tibbi xidmət ala bilsinlər.

Pensiyalar, maaşlar, minimum əməkhaqqı artırılır. Müəllimlərin, səhiyyə işçilərinin, digər kateqoriyadan olan insanların əməkhaqqı artırılır və son 3 il ərzində dəfələrlə artırılıbdır. Düzdür, bu, bizi indi tam qane edə bilməz. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqqısı hələ aşağıdır. Ancaq biz nail olacağıq ki, bu əməkhaqqı insanların bütün tələbatını ödəyə bilsin.

Ölkənin hərtərəfli inkişafı üçün sahibkarlığın inkişafının da böyük əhəmiyyəti var. Bu məsələyə də çox böyük diqqət göstərilir. Sahibkarların fəaliyyəti üçün lazımi şərait yaradılır, kreditlər ayrılır. Hər il fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara, emal müəssisələri yaratmaq istəyənlərə 100 milyon dollar səviyyəsində kreditlər verilir. Sahibkarlıq vasitəsilə ölkəmizdə işsizlik də, yoxsulluq da aradan qaldırılacaqdır. Yaradılan “Aqrolizinq” Səhmdar Cəmiyyəti xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar üçün nəzərdə tutulubdur. Azərbaycan əhalisinin, demək olar ki, yarısı kəndlərdə yaşayır. Gədəbəy rayonunda da kənd təsərrüfatı iqtisadiyyatın əsas istiqamətidir. “Aqrolizinq”in möhkəmlənməsi və geniş fəaliyyətə başlaması Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Bizim çox gözəl imkanlarımız var, çox gözəl təbii şəraitimiz – iqlimimiz, torpağımız var. Sadəcə olaraq, müasir, yeni texnika, gübrələr alınmalı, kəndlilərə icarəyə verilməlidir. Beləliklə, məhsul istehsalı daha da sürətlə artacaqdır.

Azərbaycan özünü əsas kənd təsərrüfatı məhsulları, o cümlədən əsas ərzaq məhsulları ilə təmin etməlidir. Əfsuslar olsun ki, biz hələlik buna nail ola bilməmişik, ərzaq məhsullarının böyük əksəriyyəti xaricdən gətirilir. Ancaq son illər ərzində artıq bu nisbət yerli istehsalçıların xeyrinə dəyişir. Bütün bölgələrdə yeni fabriklər açılır, yeni zavodlar açılır. Bu, həm yeni iş yeri, həm də yerli istehsal deməkdir, idxalı əvəzləmək, vergilərin çoxalması deməkdir. Bütün bunlar biri-birilə çox bağlıdır. Ona görə bizim diqqət yetirdiyimiz məsələlər, demək olar ki, ölkə qarşısında duran bütün sahələri əhatə edir.

Qlobal məsələlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və fəaliyyətə başlaması Azərbaycan siyasətinin təntənəsidir. Bu yaxınlarda qaz kəməri istismara veriləcəkdir. Digər önəmli, qlobal əhəmiyyət daşıyan məsələlər öz həllini tapır.

Eyni zamanda, hər bir kəndin məsələsi də diqqət mərkəzində olmalıdır. Bunu etmək üçün, əlbəttə, ancaq gözəl proqramlar qəbul etmək, yaxud da qərarlar vermək kifayət etməz. Bütün aidiyyəti qurumlar səmərəli işləməlidir. Qərarlar verilməlidir və yerlərdə icra nümayəndələri onları ləyaqətlə yerinə yetirməlidir. Yalnız o təqdirdə biz istədiyimizə nail ola bilərik. İstədiymiz də çox aydın və çox açıqdır.

Biz istəyirik ki, güclü ölkə yaransın. Biz istəyirik ki, Azərbaycanın mövqeləri daha da möhkəmlənsin və bölgədə gedən bütün proseslərdə Azərbaycan fəal iştirak etsin. Bu, indi də var. Bu gün biz bölgədə liderlik mövqelərimizi möhkəmləndiririk. Ancaq mən istəyirəm ki, daha da möhkəm olsun. Azərbaycan nəinki bölgədə gedən proseslərdə, geniş mənada, bizim qitədə gedən proseslərdə öz sözünü deyə bilsin. Bu gün bu, belədir. Həm coğrafi mövqeyimiz, həm siyasi əhəmiyyətimiz, eyni zamanda, təbii sərvətlərimizin olması və onların artıq dünya bazarlarına çıxarılması Azərbaycanın önəmini qat-qat artırır. Bu, ölkənin hərtərəfli inkişafına yaxşı xidmət göstərəcəkdir. O cümlədən, daxili siyasət də Azərbaycanın inkişafına yönəldilibdir. İctimai-siyasi asayişin qorunması, sabitliyin qorunması əsas məsələlərdir. Biz görürük, harada sabitlik pozulursa, bütün işlər də tamamilə pozulur, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, ölkədə xoşagəlməz proseslər başlayır, asayiş pozulur, xaos yaranır. Ondan sonra bu xaosun nəticələrini aradan qaldırmağa başlayırlar.

Azərbaycan öz tarixində, 1990-cı illərin əvvəllərində bu acı məqamları yaşamışdır. Ölkə faktik olaraq dağılırdı. Ölkədə gedən proseslər Azərbaycanın parçalanmasına gətirib çıxarırdı, faktik olaraq, bizim müstəqilliyimizə son qoya bilərdi. Ulu öndər Heydər Əliyevin müdrikliyi, cəsarəti və siyasəti, xalqın onu dəstəkləməsi Azərbaycanı o bəlalardan qurtardı və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan öz inkişaf dövrünü yaşayır. Biz bu inkişaf dövrünü əbədi, dönməz etmişik. Bu inkişaf dövrü Azərbaycan xalqına, onun rifah halının yaxşılaşmasına xidmət edir. Ölkəmizin rahat şəraitdə, sabitlik şəraitində yaşamasına xidmət edir. Azərbaycanda çox gözəl ictimai-siyasi ab-hava var. Xalqla iqtidar arasında birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir və məhz bunun nəticəsində uğurla icra edilir.

Əlbəttə, mən heç şübhə etmirəm ki, Azərbaycanın gələcək inkişafı uğurlu olacaqdır. Bunu etmək üçün bütün imkanlarımız var. Siyasi iradə, xalqla iqtidar arasında birlik var, iqtisadi potensial, təbii ehtiyatlar var, insanların intellektual potensialı var. Bütün bunlar hər bir ölkənin uğurlu inkişafını şərtləndirən amillərdir.

Biz bunların hamısını Gədəbəy rayonunun timsalında da görürük.

Rayonun gələcək inkişafı, infrastrukturun yeniləşməsi üçün əlavə tədbirlər görüləcəkdir. Mən çıxışımın əvvəlində dedim, ilk dəfərdir Gədəbəydəyəm və gördüm ki, Şəmkirdən Gədəbəyə gələn yol bizi qane edə bilməz, standartlara uyğun deyildir. Bu gün burada Nəqliyyat Nazirliyinə tapşırıq verirəm ki, layihə hazırlasınlar və Şəmkir-Gədəbəy yolunun əsaslı təmirini təşkil etsinlər.

İndi Azərbaycanda yeni çəkilən yollar ən yüksək standartlara cavab verir. O cümlədən Gəncə-Qazax avtomobil yolu yenidən tikilibdir. Bakı-Qazax avtomobil yolu tikilir. Şəmkir-Gədəbəy avtomobil yolu tikiləndən, müasir səviyyəyə gətiriləndən sonra insanlar buradan maşınla Şəmkirə, oradan istər Bakı istiqamətinə, istərsə də Qazax istiqamətinə rahat gedəcəklər. İnsanların rahatlığı birinci məsələdir və biz buna nail olacağıq.

Əziz dostlar, mən sizi bir daha ürəkdən salamlayıram. Əminəm ki, Gədəbəy rayonunun inkişafı bundan sonra da uğurlu olacaqdır. Bu, bizim hamımızdan - həm dövlətdən, həm yerli nümayəndələrdən, həm də burada yaşayan insanlardan asılıdır. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb hal-əhval tutdu, onların qayğı və problemləri ilə maraqlandı.

Dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirən gədəbəylilər ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yada saldılar və ölkənin ümumi inkişafına, o cümlədən Gədəbəy rayonuna göstərdiyi qayğıya görə Prezidentə təşəkkür etdilər, gələcək işlərində ona uğurlar arzuladılar.

Prezident Gədəbəyin “Xalq aşıqları” ansamblının ifasını dinlədi. Aşıqlar dövlətimizin başçısına həsr etdikləri mahnı ifa etdilər.

Onlar mədəniyyətimizə, muğamımıza göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür etdilər.

Dövlətimizin başçısı el sənətkarlarına minnətdarlığını bildirdi.

Prezident Gədəbəyin “Xalq aşıqları” ansamblının ifasını da dinlədi.

Tanınmış el aşığı, ansamblın rəhbəri İSFƏNDİYAR RÜSTƏMOV dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, bu qədim torpağa xoş gəlmisiniz. Sizinlə ilk dəfə Təbrizdə görüşmüşdük.

İLHAM ƏLİYEV: Yadımdadır, Təbrizdə konsulluğun açılışı zamanı.

İSFƏNDİYAR RÜSTƏMOV: Bəli. Cənab Prezident, ürəyim çox döyünürdü ki, qardaşım oğlu, – mən Heydər müəllimin diqqət göstərdiyi saz-söz ustadıyam, Allah ona qəni-qəni rəhmət etsin, - görəsən, bizi yad edəcəkmi. Çoxdan söz gəzirdi ki, hörmətli Prezident İlham Əliyev Gədəbəyə gələcəkdir. Biz bu gün arzumuza çatdıq. Gördüyünüz bu ansambla Heydər Əliyev 1981-ci ildə “Xalq aşıqları” adı vermişdir. Ansamblın 40 yaşı tamam oldu. Noyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə ansamblın 40 yaşını qeyd edəcəyik. Bundan əlavə, mənim də 70 yaşım tamam olur. Ulu öndərimizin Bakıda tikdirdiyi o sarayın açılışında Heydər Əliyevin təklifi ilə mənim ansamblım da iştirak etmişdir. Biz həmin sarayda Aşıq Alının, Aşıq Ələsgərin yubileylərini, Dədə Qorqudun 1300 illiyini birlikdə keçirmişik. Amma indi istəyirəm ki, mənim 70 illiyim həmin sarayda keçirilsin. Sizin orada iştirak etməyiniz mənim arzumdur. Yubiley bu yaxınlarda keçiriləcəkdir. Yəqin ki, Prezidentimiz sənətkarı yada salacaqdır.

Möhtərəm Prezident, Mehriban xanıma da təşəkkür edirik. Onun mədəniyyətimizə, muğamımıza göstərdiyi qayğı bizi çox sevindirir. Çox istərdik ki, muğam sənətini yüksək zirvələrə qaldırdığı kimi, bizim qədim ozan sənətinə də öz qayğısını göstərsin.

X X X

Dövlətimizin başçısı el sənətkarını təbrik etdi, ona minnətdarlığını bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb