Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-İlk növbədə, yeni qərargahın açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl binadır, müasir standartlara cavab verir. Xarici görünüşü də gözəldir, səmərəli işləmək üçün bütün şərait var. Özü də bu bina qısa müddət ərzində tikilib və partiyanın sərəncamına verilibdir. Əminəm ki, Xaçmaz rayonunda partiyanın işi bundan sonra da səmərəli olacaqdır. Bizim partiyamız Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Partiyanın çox böyük tarixi var, partiya ulu öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaranmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur.

Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizi müxalifət partiyası kimi başlamışdıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak etmişdir. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır.

Ondan sonra, xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması nəticəsində ölkəmiz yeni dövrə qədəm qoymuş, quruculuq-abadlıq işləri başlanmışdır. 1990-cı illərin əvvəlində keçmiş rəhbərlik tərəfindən törədilmiş cinayətlərin aradan qaldırılması üçün böyük işlər görülmüşdür və şübhəsiz ki, partiyamızın bu işlərdə böyük rolu olmuşdur. Çünki 1993-cü ili biz hamımız yaxşı xatırlayırıq. Xaos, anarxiya, hərc-mərclik, iqtisadi, siyasi böhran - bütün bunlar Azərbaycanın gələcəyini şübhə altında qoyurdu, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını şübhə altında qoyurdu. Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o çətin, ağır vəziyyətdən çıxartdı.

Bu gün biz inkişaf dövrünü yaşayırıq. Bildiyiniz kimi, Azərbaycanın bütün sahələrində uğurlu inkişaf gedir. Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir. Ulu öndər tərəfindən qoyulmuş siyasi xətt dəyişməz olaraq qalır və bu, Azərbaycanı müasir dövlətə çevirir. Müasir, güclü iqtisadiyyata malik olan, əməkdaşlığa hazır olan, öz mövqelərini möhkəmləndirən ölkəyə çevirir. Bizim işimiz ondan ibarət olmalıdır ki, hər bir sahədə bu inkişafı daha da gücləndirək, iqtisadi islahatların, siyasi islahatların aparılmasına daha da yaxından kömək göstərək.

Azərbaycanda siyasi islahatlar da sürətlə gedir. Azərbaycanda demokratikləşmə prosesi çox uğurla davam edir. Azərbaycan demokratik ölkədir və əlbəttə, siyasi islahatların davam etdirilməsi gələcəkdə iqtisadi islahatların aparılmasına da kömək göstərəcəkdir. Əslində, bu islahatlar bir-birini tamamlayır və beləliklə, Azərbaycan artıq çox möhkəm ölkəyə çevrilir.

Ölkəmizdə ictimai-siyasi vəziyyət çox müsbətdir. Xalqla iqtidar arasında birlik var, inam var, bizim siyasətimiz, partiyanın xətti Azərbaycan xalqı tərəfindən bəyənilir. Son parlament seçkiləri bunu bir daha əyani şəkildə göstərmişdir. Yeni Azərbaycan Partiyası səslərin çoxunu qazana bilmişdir. Bu onu göstərir ki, bizim siyasətimiz və ən önəmlisi görülən işlər Azərbaycan xalqı tərəfindən bəyənilir.

Bilirsiniz, müxtəlif siyasi qüvvələr var, müxtəlif baxışlar ola bilər. Bizim partiyamızı fərqləndirən cəhət odur ki, bizim siyasətimiz konkret işlərdən ibarətdir. Biz heç vaxt populist vədlər vermirik, reallığı əks etdirməyən şüarlarla çıxış etmirik. Sadəcə olaraq, biz ardıcıl, məqsədyönlü şəkildə öz işimizi görürük. Azərbaycanın möhkəmlənməsi, iqtisadi potensialının güclənməsi, dünyadakı mövqelərinin möhkəmlənməsi üçün əlimizdən gələni edirik.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu gün də çox yüksək səviyyədədir. Partiyanın sədri kimi mən də ona rəhbərlik edirəm. Çox şad oluram ki, partiyamızın imkanları da, təsir dairəsi də artır. Partiyaya üzv olmaq istəyənlərin də sayı artır. Bu da çox müsbət əlamətdir. Xüsusilə, gənclər tərəfindən partiyaya maraq və üzv olmaq istəkləri onu göstərir ki, bizim partiyamızın həm çox cəlbedici məramı, proqramı var. Eyni zamanda partiyaya daxil olmaq istəyənlərin sayının artması onu göstərir ki, bütövlükdə, partiyanın fəaliyyəti çox müsbətdir və insanlar tərəfindən dəstəklənir.

Bizə siyasi cəhətdən rəqib olmaq istəyənlər də, ümid edirəm, nəhayət, başa düşəcəklər ki, siyasi mübarizəni ancaq sivil normalarla, müasir, siyasi üsullarla aparmaq mümkündür. Biz bunun tərəfdarıyıq. Biz Azərbaycanı dünya birliyinə inteqrasiya edirik, Azərbaycanı müasir dövlətə çeviririk. Əlbəttə, həm Prezident kimi, həm də partiya sədri kimi mən şəxsən çox istərdim ki, Azərbaycanda siyasi mübarizə sivil üsullarla aparılsın. Əfsuslar olsun, bizə müxalifətdə olmağa çalışan qüvvələr hələ ki, bunu tam şəkildə dərk etməyiblər. Hələ ki, onların əsas mübarizə metodları qeyri-qanuni hərəkətlərdir, vəziyyəti qarışdırmaq, hərc-mərclik yaratmaq cəhdləridir. Bütün bunların da heç bir əhəmiyyəti yoxdur. Onların bütün bu cəhdləri iflasa uğradı və onları iflasa uğratdıran Azərbaycan xalqı olmuşdur. Azərbaycan xalqının bu siyasətə, yolverilməz əməllərə münasibəti olmuşdur.

Mən bir daha demək istəyirəm, dəfələrlə bəyan etmişdim və demişdim ki, biz siyasi dialoqun aparılmasının tərəfdarıyıq. Biz istəyirik ki, bütün siyasi məsələlər normal, mədəni müstəvidə öz həllini tapsın. Siyasi partiyalar arasında dialoq aparılsın. Ölkəni maraqlandıran, narahat edən əsas taleyüklü məsələlərdə fikir birliyi olsun. Çünki bu, bizim ölkəmizdir və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanlar Azərbaycan xalqının milli maraqlarını müdafiə etməlidirlər. Amma əfsuslar olsun ki, biz bunu müxalifət tərəfindən görmürük. Əksinə, onların fəaliyyəti məhz Azərbaycanın dövlətçiliyinin zəifləməsinə yönəldilibdir. Onların məramı və istəyi ondan ibarətdir ki, Azərbaycan üçün nə qədər pis olsa, onlar üçün o qədər yaxşı olar. Bu antimilli yanaşma, antimilli siyasət əlbəttə, Azərbaycan xalqında çox böyük etiraz doğurur. Azərbaycanın dövlətçiliyinin, mövqelərinin möhkəmlənməsi, iqtisadi uğurların davam etdirilməsi siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın işi olmalıdır.

Amma mən hesab edirəm ki, bütün bu qüsurlara, müxalifətin qeyri-konstruktiv mövqelərinə baxmayaraq, bütövlükdə, Azərbaycanda siyasi proseslər müsbət istiqamətdə inkişaf edir. Əminəm ki, vaxt keçdikcə müxalifətdə olan insanlarda, onların şüurunda tədricən müsbətə doğru dəyişikliklər baş verməlidir. Çünki indi, qloballaşan dünyada, müasirləşən ətrafda, əlbəttə, köhnə təfəkkürlə yaşamaq, hərəkət etmək mümkün deyildir. O, artıq keçmişdə qalıbdır.

Ümid edirəm ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və istəyi ilə Azərbaycanda siyasi münasibətlərin yeni, normal səviyyəyə çıxması da mümkün olacaqdır. Hər halda, biz bunu arzulayırıq, biz bunu istəyirik. Əgər bizə müxalif olmaq istəyənlər buna maraq göstərsələr, bu, çox yaxşı olar. Əgər olmasa, bundan da heç bir faciə düzəltmək lazım deyildir. Biz öz işimizi bilirik. Azərbaycan xalqı bizə öz inamını, etimadını göstəribdir. Bizim, həm partiya kimi, həm də hökumət olaraq həyata keçirdiyimiz bütün proqramlar Azərbaycanın güclənməsinə, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Biz fərəh hissi ilə deyə bilərik ki, istənilən sahədə bizim yaxşı nəticələrimiz var.

Bu gün Xaçmazda elektrik stansiyasının açılışı bütün bölgə üçün yenilik gətirəcək, yeni iqtisadi imkanlar gətirəcəkdir. Yolların salınması, binaların tikilməsi, abadlıq işləri, yeni müəssisələrin, fabriklərin tikilməsi - bütün bunlar Azərbaycanın siyasətidir, onun təntənəsidir. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun rəhbərliyi ilə Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan o çətin vəziyyətdən şərəflə çıxmışdır. Bu siyasət özünü doğrultdu və indi uğurla davam etdirilir. Bizim vəzifəmiz, Yeni Azərbaycan Partiyasının üzvlərinin, fəallarının vəzifəsi ondan ibarətdir ki, hərə öz yerində bu məsələlərlə gündəlik həyatda məşğul olaq. Çünki bizim çox böyük potensialımız var. 400 mindən artıq üzvümüz var və onlar fəal üzvlərdir, iqtisadiyyatın, həyatımızın bütün sahələrində çalışırlar. Biz elə etməliyik ki, siyasətimiz daim diqqət mərkəzində olsun və bu siyasət real nəticələrə gətirib çıxarsın. Mən bunu əvvəllər də demişəm, bir də deyirəm, mən siyasəti belə başa düşürəm: real, konkret iş görmək və ölkəmizi gücləndirmək, mövcud olan sosial problemlərin həlli üçün çalışmaq.

Eyni zamanda, siyasi fəallıq da mütləq və mütləq yüksək səviyyədə olmalıdır. Bizə müxalifətdə olmaq istəyən qüvvələrin zəifliyi, acizliyi, faktik olaraq, siyasi səhnədən silinməyi bizi arxayınlaşdırmamalıdır. Düzdür, bu gün və gələcəkdə bizimlə rəqabət aparmaq iqtidarında olan qüvvə yoxdur. Amma bu o demək deyil ki, biz arxayınlaşaq və fəaliyyətimizi bir az zəiflədək. Əksinə, bizim fəaliyyətimiz siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəldilibdir. Biz siyasi mübarizə məsələlərini çoxdan həll etmişik. Bu baxımdan mən gələcəkdə heç bir problem görmürəm. Bizim fəaliyyətimiz, fəal olmağımız, bütövlükdə, Azərbaycanın inkişafına yönəldilməlidir. Yeni Azərbaycan Partiyasının üzvü bütün kollektivlərdə, bütün sahələrdə həmişə qabaqcıl rollarda olmalıdır, nümunə göstərməlidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımalıdırlar.

Mən əminəm ki, Xaçmaz rayon təşkilatında məhz bu ab-hava, bu ovqat var. Əminəm ki, siz də öz fəaliyyətinizdə, hərə öz yerində bizim ümumi işimizə həmişə dəstək olacaqsınız, fəal olacaqsınız və Azərbaycanın gələcək inkişafı üçün əlinizdən gələni edəcəksiniz.

Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.

Mən partiyanın inkişafı üçün, partiya quruculuğu üçün əlimdən gələni edirəm və edəcəyəm. Partiyanın sədri kimi bu yüksək məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir. Əlbəttə ki, mən çalışıram həm Prezident kimi öz vəzifə borcumu şərəflə yerinə yetirim və həm də partiya sədri kimi bütün işlərdə fəal olmağa çalışıram və bunu edirəm. Mən sizə uğurlar arzulayıram. Arzu edirəm ki, partiya üzvləri bu gözəl binada yaxşı işləsinlər. Burada işləmək üçün bütün şərait var.

Xaçmaz rayonunda bütövlükdə işlər çox yaxşı gedir. Mənim tərəfimdən təyin olunmuş icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qısa müddət ərzində rayonda, demək olar ki, dönüş yarada bilibdir. Böyük işlər görüb, abadlıq-quruculuq işləri məni çox sevindirir. Mən görürəm ki, çox böyük ürəklə işləyir. Rəhbər ürəklə işləyəndə, təşəbbüs göstərəndə onun ətrafında olanlar da fəallaşırlar. Hər şey rəhbərdən asılıdır. Əsas istiqamət, əsas siyasət belə aparılır. Eyni zamanda, bütün fəallar da birləşməlidir. Ona görə biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük: həm iqtisadi inkişaf, sosial məsələlərin həlli, həm də abadlıq-quruculuq işləri və cəmiyyətin fəal olması. Bu da məni çox sevindirir. Bax, bu sözlərimi bu gözəl gündə mən sizinlə bölüşmək istəyirəm.

Əminəm ki, Xaçmaz rayonu bundan sonra da sürətlə inkişaf edəcək, hələ böyük işlər qabaqdadır. Biz Xaçmaz rayonunun inkişafına əlavə vəsait ayıracağıq. Mən həmişə görəndə ki, harada işlər yaxşı gedir, öz dəstəyimi daha da artırıram. Harada ki, işlər yaxşı getmir, orada ciddi tədbir görürəm. Xaçmaz rayonundakı işlər məni qane edir. Yəqin ki, burada yaşayan insanlar da bunu görürlər. Partiya bu işlərdə fəal iştirak etməlidir. Yerli icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası bütün rayonlarda birgə işləməli, bir-birinə dəstək olmalı, bütün işləri əlaqələndirməli və böyük bir qüvvə kimi qarşıda duran bütün vəzifələri həll etməlidirlər. Vəzifələr də çoxdur. Bütün sahələrdə bu vəzifələr artıq müəyyən olunub, siyasət müəyyən olunubdur. Əsas odur ki, göstərilən xətt uğurla icra edilsin, tapşırıqlar vaxtlı-vaxtında yerinə yetirilsin və beləliklə, ölkəmiz daha da möhkəmlənsin. Mən sizə uğurlar, xoşbəxtlik arzulayıram.

Yeni Azərbaycan Partiyasının bayrağını uca tutun!

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib