Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Çox sağ olun.

Bu gözəl medala görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu medal mənim üçün əzizdir. Mən fürsətdən istifadə edib, hamınızı qarşıdan gələn Yeni il münasibətilə, eyni zamanda, Qurban bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Biz bütün bu bayramları yaxın günlərdə qeyd edəcəyik. Arzu edirəm ki, növbəti 2007-ci il bizim üçün uğurlu olsun, Azərbaycan xalqı üçün xoş keçsin, ölkəmizin gələcək inkişafı üçün də yadda qalsın. Əminəm ki, 2006-cı ildəki kimi 2007-ci ildə də biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq, buna nail olacağıq.

Rəssamlar İttifaqı bu il 65-ci ildönümünü qeyd edir. Sizi bu gözəl yubiley münasibətilə də ürəkdən təbrik edirəm. Bu yubileylə əlaqədar burada nümayiş etdirilən sərgi də çox gözəl təəssürat bağışlayır. Bu, bir daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Rəssamlar İttifaqının fəaliyyəti və peşəkarlığı nəticəsində, rəssamların gördüyü işlərin nəticəsində Azərbaycanda bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər.

İndi biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və şübhəsiz ki, bu, bütün sahələrə həm müsbət, həm də bəzi hallarda, mənfi təsirini göstərir. Biz çalışırıq ki, mənfi təsirlərin dərəcəsini maksimum səviyyədə azaldaq. Azərbaycanda görülən işlər, həyata keçirilən sosial proqramlar da məhz bu məqsədi daşıyır ki, bazar iqtisadiyyatı şəraitində insanların bəzi təbəqələrinin çətinliklərinin qarşısı dövlət tərəfindən alınsın və dövlət öz dəstəyini göstərə bilsin. Əlbəttə, rəssamların da bu vəziyyətlə uyğunlaşması asan məsələ deyildir. Siz bu çətin sınaqdan çox şərəflə çıxa bilmisiniz və bu gün Azərbaycan rəssamları dünyada tanınır. Müxtəlif şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan rəssamlarının işləri vardır. Siz bizdən də yaxşı bilirsiniz ki, Azərbaycan rəssamları bu gün doğrudan da çox böyük beynəlxalq şöhrət qazanıblar. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir.

Düzdür, biz indi daha çox iqtisadi uğurlardan danışırıq və hər bir dövlətin, hökumətin fəaliyyəti müəyyən meyarlarla ölçülür: iqtisadi artım, siyasi məsələlərin həlli, təhlükəsizlik məsələlərinin təşkil olunması. Ancaq bununla bərabər, hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir.

Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda qalır. İqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa bir konkret xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır, əməllər yadda qalır.

Azərbaycanın çox nadir imkanları, çox nadir şansı var ki, biz ölkəmizi hərtərəfli inkişaf etdirək, müasirləşdirək. Öz milli ənənələrimizə sadiq qalaraq, dünyada gedən proseslərə açıq gözlə baxaq və ən müsbət, ən mütərəqqi yenilikləri Azərbaycanda tətbiq edək. Bu baxımdan bütövlükdə ölkənin mədəni həyatına çox böyük diqqət göstərilməlidir. Mən Prezident kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın. Bu sahəyə daim diqqət verilməlidir və son müddət ərzində Azərbaycanın iqtisadi imkanları artdıqca, əlbəttə, biz bunu daha da sürətlə həyata keçiririk. Xoş niyyət ola bilər və bu, bizdə həmişə vardır. Amma bunu həyata keçirmək üçün imkanlar olmalıdır. Azərbaycan zənginləşməlidir, iqtisadi potensial möhkəmlənməlidir və möhkəmləndikcə, bütün başqa məsələlər öz həllini asanlıqla tapa bilər.

Fərhad müəllim qeyd etdi ki, Azərbaycanın bölgələri də inkişaf edir. Siz də bölgələrdə olursunuz və Azərbaycan rəssamlarının əsas ilham mənbəyi Azərbaycanın təbiətidir, dağlarıdır, Xəzər dənizidir, meşələrimizdir, çaylarımızdır, mənzərələrdir. Əlbəttə, siz bölgələrə tez-tez gedir və bu dəyişiklikləri görürsünüz. Mən də tez-tez oluram, mən də görürəm və çox sevinirəm. Çünki Azərbaycanın inkişafı məhz bölgələrin inkişafından keçir. Ən müasir texnologiyalar Azərbaycanda olmalıdır. Mən istəyirəm ki, dünyada olan ən yüksək səviyyə Azərbaycanda tətbiq edilsin. Azərbaycan xalqı buna layiqdir. Ən qabaqcıl meyarlar və səviyyə Azərbaycanda olmalıdır. Ona görə, o cümlədən mədəniyyət sahəsində indi görülən işlər artan iqtisadi potensialın əsasında daha da sürətlə gedir.

Bir müddət bundan əvvəl mən Azərbaycanın iki muzeyinin bərpası ilə əlaqədar göstəriş verdim və artıq bu işlər uğurla gedir. Azərbaycan Tarixi Muzeyində və Azərbaycan Ədəbiyyatı Muzeyində ikinci ildir təmir-bərpa işləri çox yüksək səviyyədə aparılır. Yəqin ki, gələn il hər iki muzey öz qapılarını açacaqdır. Mən Tarix Muzeyinin bərpası ilə əlaqədar verilmiş qərarı özümə mənəvi bir borc hesab edirdim. Çünki bilirsiniz, o binanı, evi məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdir. Mən bu binaya iki prizmadan yanaşırdım. Bir tərəfdən, ora Azərbaycan Tarixi Muzeyidir, gərək ən yüksək səviyyədə təmir olunsun və istifadəyə verilsin. Digər tərəfdən, mən buna Hacı Zeynalabdinin evi kimi yanaşırdım və hesab edirdim, Azərbaycanın borcudur ki, onun evi bərpa edilsin və biz buna nail oluruq.

Gələn il isə Azərbaycanda çox geniş yenidənqurma-bərpa işləri nəzərdə tutulur. Bütün teatrlar təmir olunacaqdır. Opera və Balet Teatrı, Azərbaycan Milli Dram Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Heydər Əliyev adına Saray tamamilə yenidən qurulacaqdır. Gəncə şəhərində filarmoniyanın, teatrın tikintisi. Bir müddət bundan əvvəl Lənkəranda teatr təmir olundu, Naxçıvanda Heydər Əliyev adına Mədəniyyət sarayının yenidən qurulması, ondan sonra muzeylərin bərpası. Artıq İncəsənət Muzeyində işlər başlanmış, layihələr təqdim edilmişdir. Muğam Mərkəzi tikilir. Xalça muzeyi üçün çox gözəl layihə hazırlanmışdır və mən də onu təsdiq etdim. Yəqin ki, tikinti gələn il başlayacaqdır. Bir müddət bundan əvvəl mən Muzey Mərkəzinə getdim, gördüm təmirə çox böyük ehtiyac var. Xalça Muzeyi faktik olaraq fəaliyyət göstərmir. Orada anbarlarda yığılan, bizim milli dəyərimiz olan xalçaları tamaşaçı faktik olaraq görmür. Ona görə həm Muzey Mərkəzi təmir olunur və orada digər ekspozisiyalar nümayiş etdiriləcək, həm də bununla bərabər, Xalça Muzeyi də tikilməlidir.

Bu yaxınlarda mən İstiqlal Muzeyinin və İstiqlal abidəsinin yaradılmasına dair sərəncamlar imzaladım. Mən çox istəyirəm ki, Azərbaycanda, Bakının ən gözəl yerində çox əzəmətli, möhtəşəm İstiqlal abidəsi ucaldılsın. Azərbaycanın müstəqilliyini əks etdirən əsər hələ ki, yoxdur. Mən bütün rəssamları, heykəltəraşları müsabiqədə iştirak etməyə dəvət edirəm. Açıq müsabiqə elan olunub və əminəm ki, fəal iştirak edəcəksiniz.

Müasir İncəsənət Muzeyinin yaradılması, bilirsiniz ki, çoxdan müzakirə olunan məsələ idi. Bu qərar da verildi. Mən istəyirəm ki, muzeyin binası da müasirliyi əks etdirsin, xarici görünüşü çox gözəl olsun, əlbəttə, daxili tərtibatı da müasir olsun.

Rəssamları, heykəltəraşları narahat edən, maraqlandıran məsələlərdən biri də emalatxana ilə təminatdır. Mən buna bir az daha da geniş kontekstdə baxıram. Əlbəttə ki, emalatxanalar olmalıdır və olacaqdır. İlk növbədə, istər onun yeri, istərsə də dizaynı baxımından, sizin də rəyiniz nəzərə alınmalıdır. Ancaq mən hesab edirəm ki, biz gərək buna bir az daha geniş, bir yaradıcılıq mərkəzi kimi baxaq. Orada təkcə emalatxanalar olmasın, görüşlər, konfranslar keçirmək, istirahət etmək üçün yer olsun. Rəssamlar yaradıcılıq şəraitində orada işləyə, istirahət edə bilsinlər, qonaqları qəbul edə, müxtəlif tədbirlər keçirə bilsinlər. Ona görə mən öz tərəfimdən qərarları verdim, indi növbə sizindir. Sizdən təklif gözləyirəm. Təklif olan kimi, dərhal bunun maliyyə mənbələrini də həll edəcəyik.

Bir sözlə, bütün bunları deməklə mən heç də bildirmək istəmirəm ki, bu sahədə məsələlərin hamısı öz həllini tapmışdır. Problemlər var, çoxdur və əminəm ki, birgə fəaliyyət nəticəsində biz bunları həll edəcəyik. Eyni zamanda, mən sizdən həm təklif gözləyirəm, həm də bəlkə sizi narahat edən məsələ var. Tutaq ki, biz hansısa məsələni bilmirik, bunu etmək mümkündür, amma hansısa səbəbə görə etmirik. Ona görə istəyirəm ki, siz də öz fikirlərinizi söyləyəsiniz.

Mən bir daha demək istəyirəm, indi Azərbaycan elə inkişaf edir, özünün elə inkişaf dövrünü yaşayır ki, bizim qarşımızda faktik olaraq, həll edilə bilməyən məsələ qalmır. Biz hər şeyə qadirik. Azərbaycan bir ölkə kimi artıq dünya birliyində özünə layiq yerini tutubdur. Bizim beynəlxalq hörmətimiz artır, təzyiq etmək imkanlarımız da artır. Nəinki biz, artıq regionda gedən bütün işlərlə maraqlanan siyasətçilər, ekspertlər, dövlət xadimləri Azərbaycanı regionun lideri kimi tanıyırlar. Bu, böyük nailiyyətdir. Səmimi deyirəm, mən çox böyük qürur hissi keçirirəm. Bizim ölkəmiz 15 illik müstəqillik dövründə özünü təsdiq edə bilibdir. Bu da çox böyük nailiyyətdir. Yəni şərt deyildi ki, bu, belə olmalı idi. Başqa cür də ola bilərdi. Tam başqa cür ola bilərdi. Fərhad bu gün qanlı 20 Yanvar günlərini xatırlatdı. Faktik olaraq, Azərbaycana edilən zorakılıq, təcavüz - Azərbaycan xalqının iradəsini qırmaq, əzmək üçün edilən o təcavüz ölkəmizi sarsıtmışdı, insanları sarsıtmışdı. On illər ərzində insanların şüurunda olan düşüncələri darmadağın etmişdi. İnsanlar çox ağır vəziyyətdə idi, pərişan idi. O vəziyyətdən çıxmaq, özünü toplamaq və bir ölkə kimi özünü təsdiq etmək çox böyük məsələdir. Xatırlayırıq ki, 1993-cü ilə qədər Azərbaycanda gedən çətin proseslər faktik olaraq, ölkəmizi siyasi səhnədən silirdi. Azərbaycan olmaya da bilərdi, parçalana da bilərdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri heç vaxt unudulmur. Bu gün 15 il müstəqil ölkə kimi yaşayan Azərbaycan özünü təsdiq edə bilibdir.

Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik, müstəqil dövlət kimi yaşamırdıq. Bəzi hallarda müstəmləkə kimi, bəzi hallarda müttəfiq respublika kimi, demək olar ki, heç bir dövrdə Azərbaycanda siyasi sistem mövcud deyildi, müstəqil iqtisadi siyasət, təbii ki, yox idi. Bütün bunları yaratmaq, bərpa etmək, sıfırdan ölkəni yaratmaq böyük nailiyyətdir. Xüsusilə indi biz görürük, ölkəmiz həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də regional çərçivədə qabaqcıl mövqelərdədir. Bu, bizi, ölkə rəhbərlərini, əlbəttə, yeni işlərə sövq edir. Əldə edilən uğurlar ruhlandırır, mövcud olan qüsurlar, çətinliklər bizi daha da fəal edir və etməlidir. Mən də bu görüşü çoxdan arzulayırdım. Çoxdan istəyirdim ki, rəssamlarla görüşüm. İndi yaxşı fürsət yarandı və biz görüşürük. Bir daha demək istəyirəm, mən öz tərəfimdən çalışacağam ki, gələcəkdə bu sahəyə diqqət daim artsın. Sizi narahat edən problemlərin həlli üçün çalışacağam. Amma yaxşı olardı, bilim ki, sizi ən çox narahat edən məsələlər hansılardır və biz onları operativ qaydada həll edə bilərik.

X X X

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dövlətimizin başçısına təşəkkürünü bildirdi, onu doğum günü münasibətilə təbrik etdi, cansağlığı, ailə səadəti, xoşbəxtlik arzuladı və ulu öndərin ən çox sevdiyi rəssamlardan olan Səttar Bəhlulzadənin əsərini yadigar olaraq Prezidentə təqdim etdi.

Prezident İlham Əliyev dəyərli hədiyyəyə görə təşəkkür etdi, Səttar Bəhlulzadənin Azərbaycan rəssamlıq məktəbinin ən dəyərli nümayəndələrindən biri olduğunu söylədi, rəssamlara bir daha uğurlar arzuladı.

Dövlətimizin başçısı görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər