Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mənim Fransaya dövlət səfərim başa çatır. Bu günlər ərzində ölkələrimiz arasında olan əlaqələr yeni təkan almışdır. Səfər günlərində geniş danışıqlar aparılmış, iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrin inkişafı üçün lazım olan sənədlər imzalanmışdır. Deyə bilərəm ki, bu səfərdən sonra Fransa-Azərbaycan münasibətləri yeni pilləyə qalxmışdır. Ölkələrimiz arasında mövcud olan gözəl siyasi əlaqələr, təbii ki, iqtisadi sahədə işlərin görülməsinə kömək göstərir və biz ümid edirik ki, Fransa-Azərbaycan ticarət əlaqələri də sürətlə inkişaf edəcəkdir.
Sizə deyə bilərəm ki, artıq neçə ildir Fransanın tanınmış, aparıcı şirkətləri Azərbaycanda işləyir, sərmayə qoyur, müxtəlif layihələr üzərində çalışırlar və biz onların Azərbaycandakı fəaliyyətini çox yüksək qiymətləndiririk. Mən ümid edirəm ki, bu səfərdən sonra Fransa şirkətləri Azərbaycanda daha da fəal işləyəcəklər və beləliklə, bizim iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir. Eyni zamanda, Fransanın regionları ilə Azərbaycan arasında mümkün olan əlaqələrin inkişafı üçün də gözəl imkanlar vardır. Mən çox şadam ki, səfər zamanı sizin regiona - Nord-Pa-de-Kale regionuna gəlmişəm və əminəm ki, bu səfərdən sonra bu regiondan olan iş adamları da Azərbaycana gələcəklər və biz birlikdə işləyəcəyik.
İndi Azərbaycanda bizneslə məşğul olmaq çox əlverişli iş olubdur. Azərbaycanda çox gözəl investisiya mühiti var və son 10 il ərzində ölkə iqtisadiyyatına 33 milyard dollar sərmayə qoyulmuşdur. Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Onların böyük əksəriyyəti, əlbəttə ki, energetika sektorunda fəaliyyət göstərir. Amma biz istəyirik ki, böyük şirkətlər, o cümlədən Fransa şirkətləri iqtisadiyyatın digər sahələrində də işləmək üçün Azərbaycana gəlsin. Çünki bir daha demək istəyirəm ki, iş görmək, gözəl iqtisadi imkanlar əldə etmək üçün Azərbaycanda çox yaxşı şərait vardır.
Azərbaycanda iqtisadi inkişaf da çox sürətlə gedir və bu baxımdan ölkəmiz dünyada birinci yeri tutur. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə isə 35 faiz artmışdır. Çox güman ki, bu il də iqtisadi artım təxminən eyni səviyyədə olacaqdır. Beləliklə, üç il ərzində Azərbaycanda ümumi daxili məhsul 2 dəfə artacaqdır. Əlbəttə ki, bu, investisiyaların qoyuluşu üçün də çox önəmli məsələdir və biz gözəl investisiya mühitindən istifadə edib dünyanın müxtəlif yerlərindəki şirkətlərlə səmərəli əməkdaşlıq edirik. Bir də demək istəyirəm ki, Fransa şirkətlərinin bu işlərdə xüsusi yeri vardır. Biz, sadəcə, istəyirik ki, daha da fəal olsunlar.
Dövlətimizin gəlirləri artır, büdcəmiz artır və beləliklə, növbəti illərdə Azərbaycanda çoxlu layihələr həyata keçiriləcəkdir. Bizim ölkəmiz müasirləşir. İnfrasturktur layihələrinə böyük sərmayə qoymaq fikrindəyik. Tikinti işlərində böyük layihələr nəzərdə tutulur. Fransa şirkətlərinin böyük təcrübəsi, şöhrəti var və onlar bu gözəl imkanlardan faydalana bilərlər.
Əgər Fransa şirkətləri Azərbaycanda investor kimi fəaliyyət göstərmək istəsələr, biz buna çox sevinərik. Əgər kontraktor kimi işləmək istəsələr, bunun üçün də imkanlar var. Çünki bir daha bildirmək istəyirəm ki, gələn illərdə Azərbaycanda, demək olar, iqtisadiyyatın bütün sahələrinə dövlət xətti ilə böyük sərmayələr qoyulacaqdır. Biz sadəcə istəyirik ki, bu işləri yaxşı şirkətlər ən yüksək səviyyədə görsünlər.
Hər bir iqtisadi uğurun əsasında siyasi sabitlik məsələləri dayanır. Əgər Azərbaycanda siyasi sabitlik olmasaydı, biz heç vaxt ölkəmizə bu qədər xarici sərmayə gətirə bilməzdik. Potensial investorlar üçün bu amil də çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan siyasi cəhətdən çox sabit ölkədir. Artıq Azərbaycanın həm regional, həm siyasi, həm də iqtisadi məsələlərdə aparıcı rolu vardır. Bizim tərəfimizdən və xarici tərəfdaşlarla birlikdə inşa edilmiş neft-qaz kəmərləri Azərbaycanın təbii sərvətlərini Avropa və dünya bazarlarına çatdırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə başlamışdır.
Bizim Fransa ilə olan əlaqələrimizin bir hissəsi də Avropa İttifaqı-Azərbaycan əlaqələri çərçivəsində həyata keçirilir. Avropa İttifaqı ilə keçən ilin noyabr ayında imzalanmış yeni qonşuluq siyasətinə dair müqavilə ölkəmizi Avropaya daha da yaxınlaşdıracaqdır. Yəni bütün bu amillər, əlbəttə ki, bütövlükdə Azərbaycanın gələcək inkişafını müəyyən edəcək, Avropa ilə Azərbaycan arasında mövcud olan çox gözəl əlaqələri daha da möhkəmləndirəcək, Azərbaycanı Avropa üçün çox möhkəm tərəfdaşa çevirəcək və beləliklə, bizim həm siyasi, iqtisadi, həm də başqa sahələrdə olan münasibətlərimiz genişlənəcəkdir. Fransanın böyük şirkətləri, transmilli şirkətlər, əlbəttə ki, bu imkanlardan istifadə edirlər, Azərbaycanda olan vəziyyətlə tanışdırlar. Biz istəyirik ki, orta səviyyəli şirkətlər, orta təbəqənin maraqlarını əks etdirən şirkətlər Azərbaycanda işləsinlər və beləliklə, əlaqələrimiz daha da möhkəmlənsin. Çünki siz də bunu yaxşı bilirsiniz ki, inkişaf etmiş ölkələrdə iqtisadi potensialın formalaşması işində orta səviyyəli şirkətlər əksəriyyət təşkil edir.
Mən çox istərdim ki, Fransanın regionlarında fəaliyyət göstərən, xüsusilə sizin regionda işləyən şirkətlər Azərbaycanı tanısınlar, özləri üçün kəşf etsinlər, Azərbaycana gəlsinlər və bizimlə işləsinlər. Ümid edirəm ki, bu görüşdən sonra biz bunun şahidi olacağıq.
Bir məsələni də demək istəyirəm ki, bu səfər zamanı mənə və bizim nümayəndə heyətinə çox böyük hörmət, böyük qonaqpərvərlik göstərilmişdir. Mən Fransanın ən yüksək ordeni ilə təltif olunmuşam. Bu, mənim üçün çox böyük şərəfdir. Bu, bir daha göstərir ki, bizim aramızda olan əlaqələr səmimidir, dostluq əsasında qurulubdur, uzunmüddətlidir, iki ölkə üçün faydalıdır və Fransa-Azərbaycan xalqları üçün əhəmiyyətlidir. Mən bu fürsətdən istifadə edib, sizin hamınızı Azərbaycana dəvət edirəm.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
Sonra Fransanın “Eurosast”, “Eriteks”, “Mod-Material”, “Teknipol Lill Metropol”, “Transport Terrestr Promosyon” şirkətlərinin nümayəndələri çıxış etdilər, təmsil etdikləri şirkətlər barədə məlumat verdilər.
Onlar əsasən kənd təsərrüfatı, səhiyyə, yüngül sənaye, mebel, məişət əşyaları istehsalı, istehsal müəssisələri üçün yeni texnologiyaların hazırlanması, elmi tədqiqat işlərinin görülməsi, rabitə və informasiya texnologiyaları, şəhər nəqliyyatı, yükdaşıma və digər sahələrdə fəaliyyət göstərdiklərini söylədilər, Azərbaycanda da işləmək istədiklərini bildirdilər.
Nord-Pa-de-Kale regional şurasının sədri DANİEL PERŞERON çıxışında yüksək səviyyəli xalqın təmsilçilərinin - Azərbaycan Prezidenti İlham Əliyevin və nümayəndə heyəti üzvlərinin bu görüşdə iştirakının özləri üçün böyük şərəf və tarixi hadisə olduğunu vurğuladı. O dedi ki, cənab Prezident, biz Sizi bu gözəl salonda dərin hörmət və ehtiram hissi ilə salamlayırıq. Mən ona görə böyük hörmət və ehtiramla deyirəm ki, Sizin dərin hörmət bəslədiyim, tarixi və mədəniyyəti qarşısında baş əydiyim xalqınız vardır. Mən əvvəllər Türkiyədə çalışdığım zaman bütün bunları dərindən öyrənmişəm, şahidi olmuşam. Fransanın bu şimal bölgəsinin zəngin sənaye potensialına malik olduğunu vurğulayan cənab Perşeron dedi ki, Siz siyasi iradəniz, təcrübəniz və gücünüzlə ölkənizdə iqtisadi sərbəstliyə, iqtisadi artıma nail olmusunuz və xalqlar arasında əməkdaşlığa üstünlük verirsiniz.
Daniel Perşeron iqtisadi dirçəliş üçün möhkəm sabitliyin olduğu və inkişaf edən ölkə kimi, həmçinin “qara qızıl” və digər sərvətlərlə zəngin Azərbaycanda yaradılmış sərmayə mühitindən Fransa şirkətlərinin faydalanmasının vacibliyini vurğuladı və bunun hər iki tərəf üçün sərfəli olacağını söylədi. Şuranın sədri yüksək səviyyəli siyasi lider kimi Prezident İlham Əliyevin fəaliyyətini bir daha təqdir etdi.
Prezident İLHAM ƏLİYEV minnətdarlıq edərək dedi:
- Mən xoş sözlərinizə görə, bizə göstərilən qonaqpərvərliyə görə sizə ürəkdən təşəkkür edirəm. Biz sizinlə ilk dəfədir görüşürük və ilk dəfədir ki, sizin regiona səfər edirik. Amma əminəm ki, məndə və nümayəndə heyətinin hər bir üzvündə belə bir təəssürat var ki, biz bir-birimizi çoxdan tanıyırıq. Bu, çox önəmli məsələdir və hər bir uğurlu layihənin həyata keçirilməsi üçün başlıca şərtdir. İnsanlar arasında olan münasibət, qarşılıqlı maraq və xoş niyyət, Fransa-Azərbaycan münasibətləri, Fransa və Azərbaycan xalqlarının dostluğu, əlbəttə ki, bütün gələcək layihələri həyata keçirəcəkdir.
Mən bu görüşə gələn bütün insanlara, xüsusilə burada öz fəaliyyəti haqqında məlumat verən dostlarımıza təşəkkürümü bildirirəm. Çox maraqlı məlumat verdilər. Əminəm ki, gələcəkdə biz perspektivi görəcəyik.
X X X
Palatanın sədri Patrik Van den Şrik Azərbaycan Prezidenti ilə keçirilən bu görüşün çox faydalı nəticələr verəcəyini vurğuladı və dedi ki, bu görüş həm də gələcək görüşlərin və əməkdaşlığın təməlini qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb