Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab Prezident!
Hörmətli Birinci xanım!
Xanımlar və cənablar!
Gözəl ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə öz minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün apardığımız danışıqlar çox səmərəli olmuş, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə etmişdir. İmzaladığımız sənədlər gələcək siyasi və iqtisadi əməkdaşlığı əvvəlcədən müəyyən edir və biz bu əməkdaşlığımıza böyük nikbinlik hissi ilə baxırıq. Koreya Respublikasının Prezidenti ötən ilin may ayında Azərbaycana rəsmi səfər etdikdən sonra münasibətlərimizdə yeni mərhələ başlandı. Mənim hazırkı səfərim isə, təqribən bir il bundan əvvəl formalaşmış güclü dialoq və tərəfdaşlığın davamıdır.
Bir ildən az müddət ərzində biz ikitərəfli əlaqələrimizdə çox nailiyyətlər əldə etdik. Cənubi Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın ölkənizdəki səfirliyi artıq fəaliyyət göstərir. Biz olduqca güclü iqtisadi əməkdaşlıq ərəfəsindəyik.
Ölkənizlə münasibətlərimiz bizim üçün çox vacibdir. Biz istəyirik ki, Cənubi Koreya şirkətləri ölkəmizə yeni texnologiyalar gətirsinlər. Biz onların özümüzün güclü tərəfdaşlarına, sərmayədarlara və podratçılara çevrilməsini arzulayırıq. Əminəm ki, biz yaxın zamanlarda bunun şahidi olacağıq.
Cənubi Koreya müstəqillik qazandığı vaxtdan etibarən böyük nailiyyətlər əldə edibdir. Yoxsulluq içərisində olarkən ölkəniz güclü iqtisadiyyat qurmaqda israrlı idi və bu gün Cənubi Koreya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.
1991-ci ildə müstəqilliyini qazanan Azərbaycanın vəziyyəti Cənubi Koreyanın ilk müstəqillik illərində üzləşdiyi vəziyyətə bənzəyirdi. Lakin güclü siyasi və iqtisadi islahatlar siyasəti sayəsində və Azərbaycan xalqının göstərdiyi səylər nəticəsində biz siyasi və iqtisadi inkişaf sahəsində qısa müddət ərzində böyük uğurlar qazana bildik.
Artıq növbəti, üçüncü ildir ki, Azərbaycan ümumi daxili məhsulun artımına görə dünyada birinci yeri tutur. Bu gün bizim əsas məqsədimiz infrastrukturumuzu müasirləşdirmək, şaxələndirilmiş güclü iqtisadiyyat yaratmaq və xalqın həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Ona görə də biz həmin məqsədlərə nail olmaqda Cənubi Koreya rəsmiləri və şirkətləri ilə əməkdaşlıq etməkdə çox maraqlıyıq.
Eyni zamanda, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik olan ölkədir. Bizim Cənubi Koreya ilə enerji məsələləri üzrə apardığımız əməkdaşlıq çox fəaldır. Əlbəttə ki, Azərbaycan da Koreya şirkətləri üçün maraqlı ölkədir və bu gün biz bu istiqamətdə artıq ilk praktik addımları görürük. Bu o deməkdir ki, biz birgə səylərlə ölkələrimizin iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verə bilərik.
Eyni zamanda, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Cənubi Koreya rəhbərliyinin tutduğu ədalətli mövqeyə görə minnətdarıq. Bu münaqişə yalnız beynəlxalq hüququn normaları və prinsipləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll oluna bilər. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. Bunun nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində yerinə yetirilməyibdir. Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Əminəm ki, bu məsələnin yeganə həll yolu beynəlxalq hüququn normaları və prinsiplərinə tam əməl etməkdən və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılmasından ibarətdir. Əminəm ki, bu, belə də olacaqdır.
Gördüyünüz kimi, Cənubi Koreya ilə bizim əməkdaşlığımız çox genişdir və o, siyasi, iqtisadi və habelə mədəni aspektləri əhatə edir. Azərbaycandakı universitetdə Koreya dili, tarixi və mədəniyyəti tədris edilir və biz bunu görməkdən çox məmnunuq.
Mən göstərilmiş qonaqpərvərliyinə və gözəl ölkənizə səfər etməyə dəvətinə görə koreyalı ev sahiblərinə bir daha öz minnətdarlığımı bildirmək istəyir, Koreya xalqına rifah və uğurlar arzulayıram.
Mən badəmi Koreya Respublikasının Prezidentinin, Birinci xanımının şərəfinə və dost Koreya xalqının şərəfinə qaldırmaq istəyirəm.
X X X
Sonra incəsənət ustalarının konserti oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA