Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!
Bu gün mənim ölkənizə rəsmi səfərimin ikinci günüdür. Dünən Koreya Respublikasının Prezidenti ilə olduqca səmərəli və konstruktiv müzakirələrimiz oldu. Nümayəndə heyətimizin üzvləri də öz həmkarları ilə görüşmüşlər. Əməkdaşlığımızın bütün sahələrini əhatə edən bir çox sənədlər imzalanmışdır. Bütün bunlar ölkələrimiz arasında tərəfdaşlığın qurulmasına və əlaqələrimizdə yeni mərhələnin başlanmasına hər iki tərəfin çox böyük marağının olmasından irəli gəlir.
Azərbaycan gənc müstəqil ölkədir. Müstəqilliyimizi cəmi 15 il bundan əvvəl qazanmışıq. Bir sistemdən digər sistemə keçid dövrü asan olmamışdır, lakin biz bütün əsas çətinliklərin aradan qaldırılmasına nail ola bildik. Bu gün isə Azərbaycan öz iqtisadiyyatını sürətlə inkişaf etdirən ölkədir. İqtisadi artım göstəricisinə görə, artıq üçüncü ildir ki, Azərbaycan dünyada birinci yeri tutur. Əminəm ki, gələn illər ərzində bu meyil davam edəcəkdir.
Hazırda biz öz infrastrukturumuzu təkmilləşdiririk və bazar prinsipinə əsaslanan müasir iqtisadiyyatın qurulması məqsədi ilə müxtəlif layihələr həyata keçiririk ki, ölkə əhalisinin həyat tərzi daha da yaxşılaşsın. Bu, artıq baş verir. Biz bunları xalqın gündəlik həyatında, artan iqtisadiyyatda və həyata keçirdiyimiz çoxmilyardlıq layihələrdə görürük.
Bu gün Azərbaycan ilə Cənubi Koreyanın biznes dairələri arasında görüş keçirilmişdir və əminəm ki, bunun çox mühüm və praktik nəticələri olacaqdır. Ötən il Koreya Respublikasının Prezidenti Azərbaycana səfər etdiyi zaman biz müxtəlif sənədlər imzaladıq. Dünən isə biz bir daha imzalanma mərasimi keçirdik. Əminəm ki, bu sənədlər yaxın zamanlarda nəticə verəcəkdir. Biz bu gün həmin sazişlərin praktik nəticələrini görürük. Şirkətlərimiz əməkdaşlıq etməyə başlayır. Hökumət və nazirliklərin rəsmiləri qarşılıqlı səfərlər edirlər. Birgə əməkdaşlığın qurulması üçün olduqca böyük planlar var.
Koreya Respublikası çox qısa tarixi dövr ərzində güclü iqtisadiyyatı qurmağa nail oldu. Ölkəniz yoxsulluqdan rifaha doğru irəlilədi. Bu, sizin bir neçə onilliklər bundan əvvəl çəkdiyiniz eyni əziyyətləri çəkən ölkələr üçün yaxşı nümunədir. Hazırda siz bizə lazım olan müasir texnologiyalara maliksiniz. Bizim isə təbii sərvətlərimiz var ki, sizin üçün cəlbedici ola bilər. Ona görə də həmin amillərin bir-biri ilə uzlaşması ikitərəfli münasibətlərimizin çox yaxşı elementidir. Bizim olduqca güclü siyasi əlaqələrimiz var. Bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Cənubi Koreya hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müaqişəsinin beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllində ölkəmizi hər zaman dəstəkləyibdir.
Biz çox qısa müddət ərzində səfirliklərimizi açdıq və hazırda tərəfdaşlığımızın və əməkdaşlığımızın davam etdirilməsi üçün bütün əsaslar var. Hazırda biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, güclü qeyri-neft sektorunun formalaşmasına, informasiya texnologiyalarının, infrastrukturun və nəqliyyat yollarının inkişafına, təhsil sahəsinə diqqət yetiririk. Ümid edirik ki, əməkdaşlığımız çox səmərəli ola bilər.
Əlbəttə ki, enerji sektoru gələcək onilliklər ərzində Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcəkdir. Həyata keçirdiyimiz çoxmilyardlıq layihələr Azərbaycanda iqtisadiyyatın ümumi inkişafına birmənalı şəkildə təkan verəcəkdir. Biz bu sektorda mühüm tarixi nailiyyət əldə etdik. Azərbaycanın nefti və qazını Avropa və dünya bazarlarına çıxaran boru kəmərləri artıq mövcuddur. Gələcək illərdə biz dünyada neft və qaz hasil edən ən mühüm ölkələrdən birinə çevriləcəyik.
Bütün bunlar ölkəmizdə tamamilə yeni vəziyyət yaradır. Biz bu inkişafın bəhrəsini görəcəyik, daha çox maliyyə vəsaitləri toplayacağıq. Həmin vəsaitləri ölkənin rifahı üçün istifadə etməyi planlaşdırırıq. Onları iqtisadiyyatın və infrastrukturun müasirləşdirilməsi, o cümlədən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi və nəhayət, güclü iqtisadiyyatın qurulması üçün istifadə edəcəyik. Bunu etməyi çox arzulayırıq. Cənubi Koreyada isə həmin mühüm xidmətləri göstərə biləcək və yaxşı nüfuza malik olan peşəkar şirkətləriniz var. Bəlkə, hazırkı qarşılıqlı marağın da səbəbi məhz budur.
Şəxsən mən çox məmnunam ki, Cənubi Koreya şirkətləri Azərbaycanda bizneslə məşğul olmaqda çox maraqlıdır. Onlar çox fəaldır. Biz Azərbaycanda nəqliyyat və yol hərəkəti sisteminin idarə edilməsi və tikinti sahəsində həyata keçiriləcək müxtəlif özəl və hökumət layihələri üzərində artıq işləyirik. Bir sözlə, bütün bunlar olduqca qısa müddət ərzində özünü büruzə vermiş əməkdaşlığın çox vacib meyarlarıdır. Mən bir daha bildirmək istəyirəm ki, müstəqillik qazandıqdan sonra bizim Cənubi Koreya ilə münasibətlərimiz inkişaf etmişdir. Lakin bu, ötən il Koreya Respublikası Prezidentinin Azərbaycana səfərinə qədər belə fəal olmamışdır.
Hər halda, əməkdaşlığımız üçün yaxşı gündəlik mövcuddur. İmzalanmış sənədlər iqtisadi əməkdaşlığın bütün aspektlərini əhatə edir. Yaxşı tərəfdaşlıq iradəsi var. Adət-ənənələr və yaşlılara hörmətcil münasibət, mədəniyyət və tariximizin qorunması baxımından xalqlarımız arasında çox oxşarlıqlar mövcuddur. Bütün bunlar əməkdaşlığın çox vacib elementləridir. Təbii ki, biznes maraqları əsas yer tutur, lakin insanlar arasında ünsiyyət də vacibdir.
Azərbaycanın Cənubi Koreyada bu səviyyədə təqdim olunması tərəfdaşlığın yaxşı göstəricisidir. Əminəm və şübhə etmirəm ki, çox qısa müddət ərzində biz iqtisadi əməkdaşlığımızın praktik nəticələrini görəcəyik. Bunun üçün bizim arzumuz var. Diqqət mərkəzində olacaq prioritetləri artıq müəyyən etmişik. Bir neçə layihəyə başlamaqla, digər layihələr də irəli sürüləcəkdir. Ölkələrimiz bir-birinə daha yaxın olacaq və bizim hamımız bundan bəhrələnəcəyik.
Azərbaycanda olduqca əlverişli sərmayə mühiti var. Biz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda aparıcı ölkəyik. Bizim ölkədə xarici sərmayələrin qorunması üçün münasib sistem qurulubdur. Xarici şirkətlərlə işləməkdə artıq böyük təcrübə qazanmışıq. Misal üçün, enerji sektorunda dünyanın bütün əsas şirkətləri bizim tərəfdaşlarımızdır. Azərbaycanda biznesin aparılması faydalıdır, çünki vəziyyəti proqnozlaşdırmaq olar. Siyasi vəziyyət sabitdir. Hökumət yerli sahibkarlığa diqqətlə yanaşır və onu dəstəkləyir və xarici şirkətlərlə də əməkdaşlığa açıqdır. Ona görə hesab edirəm ki, bizimlə işləyəcək Cənubi Koreya şirkətləri peşman olmayacaqlar. Mən artıq qeyd etdim ki, çox yaxın vaxtlarda biz əməkdaşlığımızın praktik nəticələrini görəcəyik.
Çox şadam ki, bugünkü forumda biznes dairələrinin nümayəndələri müxtəlif təklifləri müzakirə edirlər. Eyni zamanda, bu gün Azərbaycanın iqtisadi inkişafı və müxtəlif sektorlardakı imkanları nümayiş etdirilmişdir. Əminəm ki, yaxın zamanlarda hazırkı görüşün yaxşı nəticələrini görəcəyik.
Mən bir daha demək istəyirəm ki, ölkələrimiz arasındakı münasibətlər bizim üçün çox vacibdir və burada özümüzü çox rahat hiss edirik. Koreya torpağına qədəm qoyduğumuz andan etibarən bizə göstərdiyiniz səmimi qonaqpərvərliyi duyduq. Biz də Koreya xalqına eyni hisslərlə yanaşırıq.
Mən əməkdaşlığımıza verdiyiniz töhfəyə görə bir daha sizə minnətdaram və hamınıza uğurlar və rifah arzulayır, bu badəni Koreya xalqının şərəfinə qaldırıram.
Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir!

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb