Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli dostlar!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, bu gün mənə sizin tanınmış universitetinizin fəxri doktoru kimi mötəbər adın verilməsinə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir və əminəm ki, gələcək illər ərzində mən Cənubi Koreya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə verdiyim töhfəni davam etdirəcəyəm. Bir neçə illər bundan əvvəl universitetdə dərs demiş bir şəxs kimi belə dərəcənin alınması mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Artıq qeyd edildiyi kimi, bu gün bizim ölkədə təhsil məsələlərinə olduqca böyük diqqət yetirilir, çünki təhsil gələcək və tərəqqi deməkdir. Müxtəlif sahələrdə böyük irəliləyişə nail olmuş ölkələr, o cümlədən sizin ölkəniz təbii sərvətlər sayəsində deyil, - Cənubi Koreyanın da bu cür sərvətləri yoxdur, - məhz insanların biliyi və təhsili, eləcə də elm və texnologiyalar nəticəsində uğurlu addımlar atmışdır.
Bu gün biz dünyanın ən inkişaf etmiş ölkələrinə nəzər yetirsək görərik ki, onların hamısında təhsil ən prioritet məsələ hesab edilir. Biz eyni işləri Azərbaycanda da görməyə çalışırıq və bunun üçün yaxşı imkanlarımız var. Bu yaxınlarda biz gənclərin xaricdə təhsil alması üçün xüsusi Prezident proqramını həyata keçirməyə başlamışıq. Gənc azərbaycanlı tələbələrin sizin Universitetdə təhsil almaq imkanlarını artıq müzakirə etmişik. Biz təhsil proseslərinə böyük sərmayələri qoymaqda davam edirik. Təkcə son üç il ərzində Azərbaycanda təqribən 800 yeni məktəb tikilmişdir və bütün yeni məktəblərdə kompyuter sinifləri və internetə çıxış var.
Bəlkə də bu, sizin üçün o qədər mühüm görünmür, çünki siz bunlarla çoxdan tanışsınız. Lakin müstəqilliyini cəmi 15 il bundan əvvəl qazanmış və ilk anlardan bir çox siyasi və iqtisadi çətinliklərlə üzləşmiş bizim ölkə üçün bu, sözün əsl mənasında, böyük nailiyyətdir. Təhsil sahəsinə sərmayənin yatırılması xalqımıza, onun gələcəyinə və tərəqqisinə sərmayə qoymaq deməkdir.
Bizim xüsusi imkanlarımız var. Artıq qeyd edildiyi kimi indi Azərbaycan sürətlə inkişaf edən ölkədir. Artıq üçüncü ildir ki, iqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir. 2005-ci ildə ÜDM artımı 26 faiz, 2006-cı ildə isə 35 faiz olmuşdur. 2007-ci ilin birinci rübündə iqtisadiyyatımız təqribən 40 faiz artmışdır. Sənaye istehsalının artımı 40 faiz olmuşdur. Son üç il ərzində 500 mindən çox yeni iş yerləri açılmışdır. Ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmışdır.
Bütün bunlar iqtisadi islahatlar siyasətinin, siyasi sabitliyin və Azərbaycandakı mühitin nəticəsidir. Lakin Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra vəziyyət çox çətin idi və hətta bizim müstəqil ölkə kimi yaşamağımız sual altında idi. Ancaq ümummilli liderimiz Heydər Əliyev ölkənin gələcəyi üçün qapıları açdı və iqtisadi islahatlara başladı, siyasi sabitlik yaratdı. Bu gün isə, biz artıq güclü iqtisadi təməli və olduqca gözəl perspektivləri olan ölkəyik.
Azərbaycanda həyata keçirilən enerji layihələri hazırda bütün regionu əhatə edir və onlar transmilli, transkontinental layihələrinə çevrilməkdədir. Biz hazırda dünyada mühüm neft və qaz hasilatçısı olmaq ərəfəsindəyik. Xəzər regionunu Aralıq dənizi və dünya bazarları ilə birləşdirən nadir boru kəmərləri çəkmişik. Bu, həyatımızın müxtəlif aspektlərinə, yəni təhsil, səhiyyə və sosial problemlərin həlli kimi sahələrə əlavə sərmayə qoymaq imkanları yaradır.
Sizin nümunəniz, Cənubi Koreyanın nümunəsi bizim üçün çox vacibdir, çünki müstəqil olduqdan sonra siz də həmin çətinliklərlə üzləşdiniz. Lakin olduqca qısa müddət ərzində, hər hansı təbii sərvət olmadan və yalnız Koreya xalqının əməyi, biliyi və təhsili sayəsində dünyada aparıcı iqtisadiyyatlardan birinə çevrildiniz.
Bir sözlə, sizin təcrübənizi öyrənməyə imkanlarımız var və ikitərəfli münasibətlərimiz çox müsbət istiqamətdə inkişaf edir. Mən bir daha bildirmək istəyirəm ki, biz Azərbaycanda bir siyasi sistemdən digər sistemə keçid dövrünü başa çatdırmışıq. 70 il ərzində biz Sovet İttifaqının bir hissəsi olmuşuq. Həmin vaxt biz müstəqil deyildik və fərqli siyasi sistemdə yaşamışıq. Yəni, totalitar siyasi sistemdə yaşamışıq. Lakin hazırda bazar iqtisadiyyatına və açıq cəmiyyətə keçid artıq başa çatıbdır. Müstəqillikdən 15 il sonra bizim iqtisadiyyatımızın, ÜDM-in 80 faizini özəl sektor təşkil edir. Azərbaycanda 15 il bundan əvvəl həmin rəqəm sıfıra bərabər idi. Hazırda bizim siyasi sistemimiz açıqdır və dünyadakı bütün müsbət təcrübə Azərbaycanda tətbiq edilir. Bütün bunlar gərgin əməyin nəticəsidir. Bunlar bizim güclü ölkə qurmaq arzumuzdan irəli gəlir.
Azərbaycanın çox zəngin tarixi, mədəniyyəti və ənənələri var. Lakin əsrlər boyu biz müstəqillikdən məhrum olmuşuq. Ona görə də, indi, müstəqil olduqdan sonra biz güclü dövlət qurmalıyıq. Bütün insanlar üçün yaxşı həyat tərzini təmin etməliyik. Biz ədalətli cəmiyyət formalaşdırmalıyıq və orada bazar iqtisadiyyatı prinsipləri qətiyyətli sosial siyasətlə müşayiət olunmalıdır. Biz məhz bunu edirik. Enerji fəaliyyətindən əldə etdiyimiz vəsaitləri sosial sektora, təhsilin, səhiyyənin, informasiya texnologiyalarının inkişafı və digər sahələrə sərmayə kimi yatırmağa çalışırıq. Bütün bu sahələrə diqqət yetiririk və gələcək üçün çox yaxşı perspektivlərimiz var.
Azərbaycanın nəhəng neft və qaz ehtiyatları var və onlar, ən azı, 100 il üçün kifayətdir. Ölkəmizdə bu yaxınlarda aşkar olunmuş neft və qaz yataqlarında artıq hasilat başlanmışdır. Bu, ən azı, 100 il ərzində öz tələbatımızı ödəməyə, böyük həcmdə neft və qaz ixrac etməyə imkan yaradacaq ki, bu da dostlarımızın, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verəcəkdir.
Mən artıq ikinci gündür ki, sizin gözəl ölkənizdəyəm. Dünən mənim Prezidentlə çox səmərəli və konstruktiv danışıqlarım olubdur. Biz ikitərəfli münasibətlərimizin bütün aspektlərini əhatə etdik. Müxtəlif sahələri əks etdirən ondan çox sənəd imzalanmışdır. Bu gün Koreya-Azərbaycan biznes forumu keçirilmişdir və o da çox uğurlu olmuşdur. Biz olduqca geniş sahələrdə işləyirik. Siyasi əlaqələr, iqtisadi əməkdaşlıq və təbii ki, Koreya şirkətləri ilə həyata keçirilməsini planlaşdırdığımız konkret layihələr gündəlikdədir. Biz Koreya şirkətlərinə açığıq və onları sərmayədar və podratçı kimi salamlayırıq. İndi artıq bir neçə konkret layihələr müzakirə olunur. Əminəm ki, çox qısa müddət ərzində müqavilələr imzalanacaqdır. Danışıqlar və müzakirələr mərhələsində olan layihələrin dəyəri 1 milyard dollardan yuxarıdır. Bu, yalnız başlanğıcdır, sadəcə, Koreya Respublikası Prezidentinin ötən il may ayında Azərbaycana səfərindən sonra əldə olunubdur. Biz fəal siyasi və iqtisadi dialoqa başladıq, çox qısa müddət ərzində, yəni bir ildən az müddətdə prezidentlərin rəsmi səfərlərini həyata keçirdik. Cənubi Koreyanın Azərbaycandakı və Azərbaycanın Cənubi Koreyadakı səfirlikləri artıq fəaliyyət göstərir. Biz artıq neft və qaz, enerji, informasiya texnologiyaları, nəqliyyat, tikinti, təhsil, səhiyyə sektoruna, həyatımızın hər bir aspektinə aid konkret layihələri müzakirə edirik. Əlbəttə ki, bu, münasibətlərimizin ciddiliyinin aydın göstəricisidir. Sizin ölkə ilə münasibətlərin inkişaf etdirilməsində çox maraqlıyıq. Biz güclü tərəfdaşlığın qurulmasını və bundan qarşılıqlı surətdə bəhrələnməyi arzulayırıq.
Artıq qeyd etdiyim kimi, Azərbaycan sürətlə inkişaf edən ölkədir. İqtisadi artım çox sürətlidir. Siyasi vəziyyət çox sabitdir və proqnozlaşdırıla bilər. Bu, həm də bizim uğur səbəblərindən biridir, çünki xalq bizə etimad göstərir. Xarici şirkətlər ölkəmizdə özlərini rahat hiss edir. Onlar bilir ki, vəziyyəti proqnozlaşdırmaq olar və uzun illər, onilliklər ərzində Azərbaycanda işləyəcəklər. Hazırda biz neft əməliyyatlarından böyük maliyyə resurslarını formalaşdırırıq. Bir neçə infrastruktur layihəsini həyata keçirməyi planlaşdırırıq. Cənubi Koreya şirkətlərini həmin layihələrdə iştirak etməyə və bizimlə işləməyə dəvət edirik.
Regiondakı ümumi vəziyyət regional təhlükəsizlik və sabitliklə bağlıdır. Bizim qonşularımız var və çalışmalıyıq ki, regional təhlükəsizliyə töhfə verək. Çünki təkcə öz ölkənin daxilində təhlükəsiz və proqnozlaşdırılan vəziyyətin olması kifayət deyildir. Eyni zamanda, qonşu ölkələrdə də sabitlik olması vacibdir.
Ən böyük problemimiz Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın davam edən işğalı altında olmasıdır. On ildən çoxdur ki, həmin işğal davam edir. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməni qəbul edib, lakin onlar yerinə yetirilməyibdir. Bizim fikrimizcə, bu məsələnin yeganə həll yolu hüquqi formata əsaslanmalıdır. Bu baxımdan onu yalnız beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edə bilərik. Bu o deməkdir ki, Azərbaycanın bütün beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan dərhal çıxarılmalıdır və bizim qaçqın və köçkünlərimizə öz yurd-yuvalarına qayıtmaq imkanı verilməlidir. Dağlıq Qarabağın gələcəyi üçün biz müxtəlif ölkələrdə, Avropa ölkələrində mövcud olan muxtariyyət variantlarından istifadə edə bilərik. Bu, məsələnin yeganə həll yoludur. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt razılıq verməyəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və həmin ərazi üzərində suverenliyimiz bərpa olunacaqdır. Bunu etmək üçün biz beynəlxalq vasitəçilərlə işləyirik. Biz danışıqlar prosesindəyik, lakin eyni zamanda, bu məsələni güclənməyimiz vasitəsilə həll etmək istəyirik.
Ona görə, biz müasir infrastruktura çox sərmayələr qoyuruq. Öz iqtisadiyyatımızı, ordumuzu gücləndiririk və büdcəmizi artırırıq. Güclü olduğumuz təqdirdə, istənilən məsələni həll edə, təcavüzün və ədalətsizliyin nəticələrini aradan qaldıra bilərik. Əfsuslar olsun ki, bəzən beynəlxalq ictimaiyyət bu həll edilməmiş məsələyə göz yumur. Ona görə, bu məsələni özümüz həll etmək üçün biz güclü olmalıyıq. Bu, bizim ölkəmizin üzləşdiyi əsas maneə və problemdir. Lakin əminəm ki, biz onu həll edəcəyik və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa edəcəyik. Beynəlxalq səviyyədə çox fəal işimizi davam etdirəcəyik. İqtisadi islahatlar siyasətini davam etdirəcək, tərəfdaşlarımız və dostlarımızla çox fəal işləyəcəyik. İnanıram ki, çox qısa müddət ərzində biz güclü Azərbaycan qurmağa nail olacağıq.
Mən bir daha Cənubi Koreyanın təcrübəsinə istinad etmək istəyirəm. Ölkəniz olduqca qısa müddət ərzində çox böyük uğurlar qazanmışdır. 1945-ci ildə müstəqillik əldə edildikdən sonra sizin çətin anlarınız olub və yalnız 1960-cı illərdən etibarən iqtisadiyyatınızı sürətlə inkişaf etdirməyə başladınız. Tarixən çox qısa müddət ərzində siz bu gün dünyada aparıcı iqtisadiyyatlardan biri sayılan iqtisadiyyatınızı qurdunuz. Bu, yaxşı nümunədir və biz hər zaman müsbət nümunəni götürməyə çalışırıq. Ona görə də sizin təcrübənizi öyrənmək bizim üçün çox vacibdir.
Xalqlarımız da bir-birinə bağlıdır, çünki onların arasında bir çox oxşarlıqlar var. Hər ikimiz öz tariximizə çox sadiqik, zəngin mədəniyyətimiz var. Milli adət-ənənələrimizə çox diqqətliyik. Yaşlı nəslə böyük hörmətlə yanaşırıq. Hər iki xalq üçün ailə dəyərləri çox vacibdir. Ölkələrimiz diqqəti öz işlərinə yönəldir və digər ölkələrin daxili işlərinə qarışmır. Bütün bunlar xalqlarımız arasında daha yaxşı anlaşmanı yaradan vacib elementlərdir. Bu, təbii ki, ikitərəfli münasibətlərin inkişafı üçün də vacibdir. İkitərəfli əlaqələr, sadəcə, prezidentlər, nazirlər və ya biznes adamları arasında təmaslarla kifayətlənmir. İnsanlar arasında əlaqələr də vacibdir. İnsanlar bir-birini daha yaxşı tanımağa başlayanda, əminəm ki, çox qısa müddət ərzində bizim tərəfdaşlığımız və əməkdaşlığımız çox geniş olacaqdır. Biz indi yalnız başlanğıc mərhələsindəyik. Bu gün biz əməkdaşlıq sahələrini müəyyən etdik. Ümumiyyətlə, ötən il və bu dəfə həyatımızın bütün aspektlərini əhatə edən 15 sənəd imzalamışıq və artıq praktik işlərə başlayırıq. Heç bir şübhə yoxdur ki, bu cür güclü qarşılıqlı marağın sayəsində biz qısa müddət ərzində inkişafın şahidi olacağıq və qarşılıqlı uğurları görəcəyik.
Göstərdiyiniz diqqətə görə mən bir daha minnətdarlığımı bildirmək istəyirəm. Universitetinizin bu yüksək, fəxri doktoru adının verilməsinə görə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr dövlətlərimizin rifahı naminə uğurla inkişaf edəcəkdir.
Çox sağ olun.
X X X
Sonra Dünya Taekvondo Federasiyasının prezidenti, universitetin Elmi şurasının üzvü doktor Çanq Von Çu çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb