Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar!
İcazə verin, sizi Azərbaycan torpağında bir daha səmimi qəlbdən salamlayım və aparılmış danışıqlardan dərin məmnunluğumu bildirim. Aleksandr Qriqoryeviçlə görüşümüzdə bizi maraqlandıran bütün məsələlər - siyasi qarşılıqlı əlaqələr, iqtisadi əməkdaşlıq, energetika, neft-qaz əməliyyatları sahəsində əməkdaşlıq, humanitar, hərbi-texniki əməkdaşlıq, yəni, son vaxtlar aşkar tərəqqi olan bütün istiqamətlər barədə çox geniş fikir mübadiləsi aparıldı.
Çox qısa müddətdə münasibətlərimizin tamamilə yeni səviyyəyə çıxması bizi olduqca sevindirir. Bu, çox etibarlı, çox güclü qarşılıqlı əlaqələr, tərəfdaşlıq, əməkdaşlıq səviyyəsidir. Biz belə əməkdaşlıq üçün zəruri olan hər şeyi qısa müddətdə təmin etdik. Bu gün biz bu barədə danışdıq, çox az vaxt ərzində Azərbaycanın Belarusda və Belarusun Azərbaycanda səfirlikləri açıldı. Ötən ilin oktyabrında biz Minskdə həmçinin razılığa gəldik və demək olar, dərhal sonra Bakı-Minsk aviareysi açıldı. Artıq bunun özü də fəal iqtisadi əməkdaşlığın mühüm elementidir. Razılaşmalardan yarım il sonra Azərbaycanda, Azərbaycan müəssisələrində Belarus zavodlarının məhsulu buraxılır, əmtəə dövriyyəsinin artırılmasına dair çox fəal dialoq gedir. Bütün bunlar praktik işlərin, ölkələrimizin rəhbərliyinin siyasi iradəsinin və əlbəttə ki, bu layihələrin tapşırıq verilmiş əlaqədar qurumlar, təşkilatlar tərəfindən fəal həyata keçirilməsinin nəticəsidir.
Belarus Prezidentinin Azərbaycana bugünkü səfəri də münasibətlərimizin inkişafında mühüm mərhələdir. Müstəqillik illəri ərzində ölkələrimiz dövlətin inkişafı, müstəqilliyin möhkəmlənməsi, iqtisadi potensialın möhkəmlənməsi üçün çox böyük yol keçmişdir. Müstəqil ölkələr kimi, Belarus və Azərbaycan bu gün də tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Biz sizin uğurlarınıza, nailiyyətlərinizə, ölkənizin dönmədən inkişafını və əhalinin firavanlığını təmin edən hər şeyə sevinirik. Eyni hal Azərbaycanda da baş verir. 1990-cı illərin ortalarının çox ağır böhranından çıxan iqtisadiyyatımız indi olduqca dinamik inkişaf edir. Son üç ildə iqtisadiyyatın artım sürətinə görə Azərbaycan dünyada inamla birinci yerdə gedir. İqtisadi artımımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ilin birinci rübündə isə 40 faiz olmuşdur. Bütün bunlar Azərbaycanın potensialının artdığını, iri regional layihələri, sərmayə layihələrini həyata keçirmək imkanlarını göstərir. Biz eyni halı Belarusda da müşahidə edirik.
Keçən ilin oktyabrında ölkənizə ilk rəsmi səfərim zamanı dövlətinizin inkişafını özüm əyani surətdə yəqin etdim. Mən sənaye müəssisələrinə də getdim, şəhərlə tanış oldum və hər yerdə qayda-qanun, təmizlik, qaydaya salınmış istehsal, sahmanlı məişət və yüksək mədəniyyət gördüm.
Odur ki, əgər nailiyyətlərdən danışsaq, onda haqlı olaraq fəxr edə bilərik ki, Azərbaycan və Belarus müstəqil dövlətlər kimi formalaşmışlar. Qarşıda hələ çox problemlər var. Biz bir çox sosial problemləri - insanların həyat şəraitinin yaxşılaşması, rifahının yüksəlməsi ilə bağlı problemləri həll etməliyik. Lakin artıq bugünkü nailiyyətlər inamla deməyə imkan verir ki, biz qarşımızda duran bütün problemləri həll edəcəyik.
Azərbaycan böyük həcmdə neft və qaz hasil edən ölkəyə çevrilir, neft hasilatının səviyyəsi sürətlə artır. Neft hasilatı bu il 43 milyon tona çatacaq, gələcəkdə 50-60 milyon tonadək artıracağıq, qaz hasilatını da artıracağıq. Bizim çox böyük yataqlarımız var, indi onların işlənilməsinə başlamışıq. Bu yataqlar Azərbaycanın, dostlarımızın və tərəfdaşlarımızın enerji təhlükəsizliyini azı yüz il təmin edəcəkdir. Ona görə də əməkdaşlığın mümkün istiqamətlərini təhlil edərək, belə qənaətə gəlmişik ki, iqtisadiyyatın diqqətimizin mərkəzində olan, əslində, bütün istiqamətləri və sektorları ikitərəfli əlaqələr, ikitərəfli əməkdaşlıq üçün hazır və açıqdır.
Ölkəmizdə fəal iqtisadi islahatlarla yanaşı, güclü sosial siyasət də aparılır. Bununla da biz keçid dövrü islahatlarının ağırlığını azaltmağa çalışırıq və xalqın həyat və rifah səviyyəsinin yüksəlməsi üçün gələcəkdə bütün tədbirləri görəcəyik.
Nailiyyətlərlə yanaşı, problemlərimiz də var və onlardan ən başlıcası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalının davam etməsidir. Dağlıq Qarabağda başlanmış separatizm Ermənistanın Azərbaycana qarşı təcavüzünə gətirib çıxardı, etnik təmizləmə siyasəti aparıldı, bu siyasət nəticəsində bir milyon azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Ərazimizin 20 faizi bu gün də işğal altındadır. Bu, ölkəmiz üçün, regionumuz üçün ən böyük problemdir və ümumən, regionun gələcək sabit inkişafı üçün ən böyük təhlükədir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə, digər çox nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul etməsinə baxmayaraq, münaqişə indiyədək həll olunmayıbdır. Bizim mövqeyimiz son dərəcə sadə və ədalətlidir, beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Hər bir münaqişə kimlərinsə istəklərinin, arzularının və xam xəyallarının baş tutması üçün deyil, məhz mövcud hüquq normaları çərçivəsində həll edilməlidir. Beləliklə, hazırda erməni silahlı qüvvələrinin işğalı altında olan bütün yeddi rayon azad edilməli, qaçqınlar və məcburi köçkünlər öz tarixi yaşayış yerlərinə qayıtmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağın inzibati sərhədi daxilində yaşamış on minlərlə azərbaycanlı öz tarixi torpağına - Dağlıq Qarabağa qayıtmalıdır. Bundan sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə müəyyən edilə bilər. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, beynəlxalq təşkilatlar, BMT tanımışdır və buna görə də münaqişənin istənilən həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Azərbaycan ya bu gün, ya sabah və ya 10 ildən sonra, yaxud da 100 ildən sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutan həll variantı ilə heç zaman razılaşmayacaqdır. Bizim mövqeyimiz bu münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumlara, təşkilatlara yaxşı məlumdur və onlar tərəfindən dəstəklənir.
Mən bu barədə ona görə danışıram ki, baş verənləri sizə aydın izah edim, çünki, təəssüflər olsun, bəzən siyasi maraqların, xaricdə müəyyən lobbi təşkilatlarının fəaliyyətinin xeyrinə tarix təhrif olunur. Lakin tarix olduğu kimi qalır. O, aydın şəkildə göstərir ki, indiki halda biz təcavüzə məruz qalmışıq və işğalçı qüvvələrin ərazimizdən dərhal çıxarılmasını tələb etməyə tam haqqımız var. İndi seçimi Ermənistan etməlidir: o, ya getdikcə qüdrətlənən Azərbaycan tərəfindən ədalətli qisas qorxusu altında yaşamalı, yaxud da regionda öz qonşuları ilə sülh şəraitində yaşamalıdır.
Əziz dostlar, mən bu gün bir daha sizi salamlamaq istəyirəm. Biz Aleksandr Qriqoryeviçin ölkəmizə səfərinə çox böyük əhəmiyyət veririk. Bizim çox mehriban şəxsi münasibətlərimiz var ki, bu da dövlətlər arasında münasibətlər üçün çox vacibdir. Aleksandr Qriqoryeviç, bu gün Siz Azərbaycana çox böyük nümayəndə heyəti ilə gəlmisiniz. Bunun özü də ikitərəfli münasibətlərimizə Sizin necə böyük əhəmiyyət verdiyinizi göstərir. Mən əminəm ki, bu gün hər iki tərəfdən danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvləri də öz səviyyələrində bizdən nümunə götürəcək və bizim kimi, onlar da dostluq və əməkdaşlıq edəcəklər.
Mən bu badəni Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun sağlığına və bütün Belarus xalqının tərəqqisi şərəfinə qaldırmaq istəyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb