Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü tamam olur. Biz bu gözəl gündə sizinlə bərabər Yaşıl teatrın açılışına toplaşmışıq. Əslində, bildiyiniz kimi, Yaşıl teatr 1960-cı illərdə tikilibdir. Ancaq nəzərə alsaq ki, bura tamamilə yenidən qurulub, yenidən inşa edilib, biz tam haqlı olaraq deyə bilərik ki, bu gün Yaşıl teatrın ikinci həyatının başlanmasında iştirak edirik. Bu gözəl teatr həmişə bakılıların ən sevimli yerlərindən biri olmuşdur. 1960-cı illərdə tikilmiş və istifadəyə verilmiş bu gözəl mədəniyyət ocağı Bakıya həm yaraşıq verirdi, həm də burada çox gözəl tədbirlər keçirilirdi. Azərbaycanın çox tanınmış, çox məşhur ifaçıları, müğənnilər, yaradıcı qruplar burada öz məharətini göstərmişlər.
Mən çox şadam ki, biz qısa müddət ərzində bu teatrın yenidən fəaliyyətə başlamasına nail ola bilmişik. Bundan sonra Yaşıl teatr uzun illər, onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcəkdir. Mən bu teatrın bərpasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm.
Teatrın bərpasının tarixi də çox maraqlıdır. Xatirimdədir, düz iki il bundan əvvəl “Gülüstan” sarayında müstəqillik gününə həsr edilmiş tədbirdən sonra mən saraydan çıxaraq, yuxarıdakı yolla piyada öz iş yerimə gedirdim. Yuxarıdan bu teatrın vəziyyətinə baxdım və gözümün qarşısında çox acınacaqlı mənzərə canlandı. Teatr faktik olaraq dağılmışdı. Bu gün qaranlıq düşəndən sonra burada nümayiş etdiriləcək filmdə o kadrlar göstəriləcəkdir. Mən dərhal Bakı Şəhəri İcra Hakimiyyətinin başçısına göstəriş verdim, - teatr onların tabeliyindədir, - layihə hazırlandı. Memarlar, inşaatçılar çox gözəl layihə hazırladılar və faktik olaraq, yenidənqurma işləri başlandı. İndi, iki il keçmədən biz bu teatrın açılışında iştirak edirik.
Mən bu gün xüsusilə Bakı Şəhəri İcra Hakimiyyətinin əməkdaşlarının işini qeyd etmək istəyirəm. Onların böyük fəaliyyəti olubdur. Düzdür, tikintiyə mən özüm nəzarət etmişəm. Tikinti gedən zaman dəfələrlə vəziyyətlə tanış olmuşam. Ancaq deyə bilərəm ki, şəhərin rəhbəri Hacıbala Abutalıbov bu teatrın tikintisində gündəlik rejimdə iştirak edirdi. Mən hər dəfə ona zəng edəndə və ya işdə olmayanda, sonra özü zəng edib deyirdi ki, Yaşıl teatrdayam. Mən bilmirəm, bəlkə heç də hər zaman burada deyildi, amma ədalət naminə deməliyəm ki, doğrudan da Hacıbala müəllim bu işlərdə çox böyük həvəslə iştirak edirdi. İndi teatr artıq fəaliyyətə başlayır, o, bundan sonra Yaşıl teatrda olduğunu deyə bilməyəcəkdir. Amma indi Azərbaycanda, Bakıda o qədər gözəl binalar, obyektlər tikilir ki, əlbəttə, hər bir rəhbər üçün iş tapılar.
Əziz dostlar, biz çox istəyirdik, çox çalışırdıq ki, mayın 10-na qədər teatr hazır olsun və biz məhz bu gün onun açılışını qeyd edək. Bu gün bizim üçün çox əziz bir gündür. Bu gün Azərbaycan xalqının ümummilli liderinin doğum günüdür. Heydər Əliyevin Azərbaycan tarixində xidmətləri əvəzsizdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə, -həm 1970-80-ci illərdə, həm də müstəqillik illərində həmişə öz xalqına sədaqətlə xidmət etmişdir. Həmişə öz xalqının qayğıları ilə yaşayırdı. Məşhur adamlardan, siyasətdə böyük uğurlar qazanmış insanlardan, liderlərdən soruşurlar ki, bu uğurların sirri nədir, bu müvəffəqiyyətli siyasətin səbəbi nədir? Jurnalistlər bir çox hallarda ulu öndərə belə suallar verirdilər. O, heç vaxt özü haqqında danışmağı xoşlamırdı. Ancaq biz, onun davamçıları, vəziyyəti real təhlil edə bilən şəxslər, əlbəttə, bilirik ki, o siyasətin uğuru, ilk növbədə, onun müdrikliyi, uzaqgörənliyi, siyasi nüfuzu, cəsarəti sahəsində mümkün olmuşdur. Bütün bu amillərlə yanaşı, məncə, ən başlıca amil onun Azərbaycan xalqına olan sevgisi, məhəbbətidir. Bu, ən başlıca amildir.
Əgər bu olmasaydı, heç vaxt heç bir rəhbər heç bir uğur qazana bilməzdi. Yenə də deyirəm ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə gəldiyi dövrdə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdə idi, faktik olaraq, sənaye istehsalı yox idi. İqtisadiyyatımız aqrar sektor üzərində qurulurdu, o da yavaş-yavaş tənəzzülə uğrayırdı. Ancaq Azərbaycanda 1982-ci ilə qədər, 13 il ərzində əldə edilmiş nailiyyətlər Azərbaycanı həm sənayenin inkişafı baxımından, həm də yeni müəssisələrin yaranması, kənd təsərrüfatının, sosial sektorun inkişafı baxımından bütün Sovet İttifaqı respublikaları arasında birinci yerə çıxarmışdı.
Eyni zamanda, hamımız yaxşı xatırlayırıq ki, 1990-cı illərin əvvəli, - Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa etmişdir, - Azərbaycanda nə qədər ağır, çətin illər idi. Faktik olaraq, ölkəmizin gələcəyi şübhə altında idi. Biz müstəqilliyi əldən də verə bilərdik. Necə ki, vaxtilə birinci demokratik respublika iki ildən sonra süqut etmişdi, bu dəfə də müstəqilliyin bərpasından iki il keçməmiş yenə də Azərbaycan dövləti üçün çox böyük təhlükə var idi. İndi təsəvvür etmək çətindir ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda rəhbərliyə gəlməsəydi, bizi nələr gözləyə bilərdi. Hər halda, Azərbaycan çox böyük çətinliklərlə üzləşə bilərdi və bizim müqəddəratımız, müstəqil dövlət kimi yaşamağımız şübhə altına düşə bilərdi. Dünyada bir çox xalqlar var ki, onların dövlət müstəqilliyi yoxdur, yaxud, onlar nə vaxtsa bunu itiriblər. Bizim xoşbəxtliyimiz ondadır ki, məhz ölkəmiz üçün ən ağır və çətin günlərdə xalq müdrikliyini göstərərək, öz rəhbərini dəvət etdi, onu dəstəklədi, ona inandı. O da xalqın dəstəyinə arxalanaraq, 10 il ərzində Azərbaycanı ən geridə qalmış yerlərdən, faktik olaraq, iqtisadi iflic vəziyyətindən, total böhrandan ən sürətlə və dinamik inkişaf edən ölkələr sırasına daxil etdi. İndi Azərbaycanın reallıqları bunu göstərir.
Bu gün əldə edilmiş uğurların təməli məhz 1990-cı illərin ortalarında qoyulmuşdur. Heydər Əliyevin bacarığı, onun siyasi nüfuzu, cəsarətli siyasəti, iqtisadi və siyasi islahatlar Azərbaycanı bu illər ərzində çox yüksək zirvələrə qaldırmışdır. Biz dalbadal üçüncü ildir iqtisadi artım cəhətdən dünyada birinci yer tutan ölkəyik. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik tam şəkildə bərqərar olunubdur. Azərbaycan xalqı quruculuq işləri ilə məşğuldur. Biz ölkəmizi gücləndiririk, abadlaşdırırıq. Ölkəmizin hər bir yerində - Bakıda, müxtəlif şəhər və rayonlarda çox böyük quruculuq-abadlıq işləri aparılır və hər bir vətəndaş bu işlərdə çox fəal iştirak edir. Hamı bu gözəl ab-havadan çox bacarıqla istifadə edir ki, ölkəmiz daha da güclənsin, beynəlxalq müstəvidə öz yerini möhkəmlətsin və Azərbaycan xalqı rahat, sülh, firavanlıq şəraitində yaşasın. Bu, Heydər Əliyevin arzusu idi və o, öz fəaliyyəti ilə, öz səyləri ilə Azərbaycanı bu yola çıxardı. Ölkəmiz üçün ən ağır, çətin illərdə əsl liderlik keyfiyyətlərini göstərərək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri siyahısına sala bildi.
İndi bizim beynəlxalq nüfuzumuz da çox möhkəmdir. Ulu öndər tərəfindən başlanmış uğurlu neft strategiyası bu gün Azərbaycanın iqtisadi inkişafının əsas səbəbidir. Əgər o olmasaydı, biz bu uğurları əldə edə bilməzdik. Son illər ərzində bizim dövlət büdcəmiz, ümumi daxili məhsulumuz kəskin şəkildə artıbdır. Azərbaycanın həm iqtisadi, həm sosial, həm də siyasi inkişafı onu göstərir ki, ölkə inamla irəliləyir. Bunu təkcə biz demirik, Azərbaycana gəlmiş hər bir insan - qonaq, yaxud da rəsmi şəxs bunu görür.
Biz çox sürətlə inkişaf edirik, çox yüksək sürət götürmüşük və bu sürətlə irəli gedirik. Yenə də deyirəm, bütün bu işlərin səbəbkarı ulu öndər olmuşdur. Məhz buna görə Heydər Əliyev Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır. Məhz buna görə 1993-cü ildə xalq ona üz tutdu. Baxmayaraq ki, o vaxt Azərbaycanda imkanlara malik olan kifayət qədər şəxslər var idi, hakimiyyətə iddialı kifayət qədər adamlar var idi. Onların həm maliyyə imkanları geniş idi, həm də hərənin yanında bir silahlı dəstəsi də var idi. Yadınızdadır ki, burada anarxiya, xaos hökm sürürdü. Dövlət idarəçiliyi pozulmuşdu, asayiş pozulmuşdu və hərə özü üçün bir ağa idi. Ancaq Heydər Əliyevin o vaxt nə ordusu var idi, nə silahlı dəstəsi var idi, nə də başqa imkanı var idi. Onun ancaq siyasi bacarığı və 1970-80-ci illərdən etibarən xalqın ürəyində qalan o inam, sevgi və məhəbbət. Xalq da düzgün seçim etdi. Azərbaycan xalqı müdrik xalqdır və o ağır günlərdə öz liderini dəvət etdi.
Bu gün biz hamımız xoşbəxtik ki, inkişaf edən ölkədə yaşayırıq. O ölkədə ki, orada sabitlik var. O ölkədə ki, vətəndaş cəmiyyəti yaradılıbdır. O ölkədə ki, xalqla iqtidar arasında birlik var, cəmiyyətdə arxayınlıq var, sakitlik var, əmin-amanlıq var. İnsanlar öz işləri ilə məşğul olurlar, onların sosial vəziyyəti yaxşılaşır. Biz bunu da rəsmi rəqəmlərdən görürük. Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə düşübdür. Əminəm ki, bu ilin nəticələrinə görə yenə də kəskin şəkildə düşəcəkdir. Azərbaycanda yüz minlərlə insan yeni iş yeri ilə təmin olunur. Bütün bunlara görə biz ulu öndərə borcluyuq. Bizim də borcumuz ondan ibarətdir ki, bu yolu davam etdirərək, onun siyasətinə sadiq qalaq və onun qoyduğu yolla bundan sonra da inkişaf edək.
Onu da qeyd etmək istəyirəm ki, bildiyiniz kimi, son illər ərzində Azərbaycanda mədəniyyət ocaqlarının təmiri və yaradılması çox sürətlə gedir. Bax, bu gün Yaşıl teatr açılır. Bir neçə teatrda - Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında, Kukla Teatrında təmir-bərpa işləri gedir. Azərbaycan Dövlət Dram Teatrında təmir işləri başlanmalıdır, layihə təqdim olunmuşdur. Düzdür, layihəyə mənim bəzi iradlarım olmuşdur, yeni layihə işlənilir. Biz yaxın zamanlarda Opera və Balet Teatrının əsaslı təmirinə başlayacağıq. Bütün bu təmirlər ən yüksək dünya səviyyəsində aparılacaqdır.

Muzeylər təmir edilir. Tarix muzeyi, Ədəbiyyat muzeyi, İncəsənət muzeyinin iki binası təmir edilir, ondan sonra Muzey Mərkəzi təmir olunacaqdır. Mən “İstiqlal” Muzeyinin yaradılması haqqında Sərəncam vermişəm. Ən gözəl, müasir üslubda tikiləcək xalça muzeyinin layihəsi təsdiq edilib və yaxın zamanlarda tikintiyə başlayacağıq. Azərbaycanda Muğam Mərkəzi tikilir. Hər bir Bakı sakini üçün əziz olan “Nizami” kinoteatrının bərpasına başlayacağıq. Layihə öz təsdiqini tapıbdır. Biz yaxın zamanlarda onu da ən yüksək dünya səviyyəsində təmir edəcəyik. Heydər Əliyev adına saray əsaslı təmirə dayandırılıb və bir ildən sonra onun açılışı olacaqdır. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir-bərpa işləri aparılır. Yəqin ki, bir aydan sonra tam şəkildə hazır olacaqdır.
Mənim sərəncamımla bu yaxınlarda Heydər Əliyev Mərkəzinin yaradılması da nəzərdə tutulubdur. O da çox möhtəşəm mərkəz olacaq ki, orada bütün tədbirləri keçirmək mümkün olsun. Bir sözlə, bu gün Azərbaycanda ən yüksək səviyyədə təmir olunan və yaxud da öz təmirini gözləyən 18 mədəniyyət ocağı var. Yəni, Azərbaycanın reallıqları budur. Hər bir sahədə belədir. Mən çox vaxtınızı almaq istəmirəm. Bəlkə də bu gün bütün sahələrdə görülən işlər haqqında danışmağa ehtiyac yoxdur. Amma bunlar Azərbaycanın reallıqlarıdır. Bu yol bizə uğur gətirəcək və gətirir. Bu yol Heydər Əliyev yoludur, bu yol inkişaf yoludur, bu yol tərəqqi yoludur, bu yol qələbə yoludur! Mən bu yolda bütün Azərbaycan xalqına yeni-yeni uğurlar arzulayıram!
Sağ olun.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
Sonra incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə tanınması, sürətli inkişafı naminə gördüyü tarixi işləri, eləcə də Yaşıl teatrın əvvəlki və indiki vəziyyətini əks etdirən film göstərildi.
Yamyaşıl ot örtüyü, yaraşıqlı oturacaqları, məhəccərlər, qranit döşəmə, ən müasir işıqlandırma sistemi, fəvvarələr və şəlalə analoqu olmayan, ərazisi iki dəfə genişləndirilmiş teatrın ümumi görünüşünə xüsusi gözəllik bəxş edir. 2500 tamaşaçı yeri olan teatrda 40 yeraltı otaq tikilmişdir.
X X X

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar atəşfəşanlıq oldu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atəşfəşanlığı seyr etdilər, teatrın səhnəsinə gələrək, incəsənət ustaları ilə görüşdülər, onlara çıxışlarına görə təşəkkürlərini bildirdilər və uğurlar arzuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO