Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!
Mən ilk növbədə, sizin hamınızı qarşıdan gələn Qurtuluş günü münasibətilə təbrik etmək istəyirəm. Qurtuluş gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir.
Son 14 il ərzində Azərbaycanın hərtərəfli tərəqqisi bizə imkan verib ki, ölkəmizin hər bir sahəsi, iqtisadiyyatımızın hər bir istiqaməti uğurla inkişaf etsin. Əldə edilmiş nailiyyətlər bizdə inam hissini daha da gücləndirir. Biz qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetiririk, bütün proqramları vaxtında icra edirik və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təmin olunması üçün böyük işlər görürük.
Mən çox şadam ki, bugünkü gözəl gündə biz Bakıda istifadəyə verilən çox gözəl mehmanxananın açılışına toplaşmışıq. “Holiday İNN” otellər zənciri dünya şöhrətli bir qrupdur və müxtəlif ölkələrdə çoxsaylı otelləri vardır. Mən də çox şadam ki, artıq Azərbaycanda da “Holiday İNN” oteli fəaliyyət göstərəcəkdir. Bu gün bu otellə tanış olarkən gördüm ki, burada dünyanın ən yüksək standartları mövcuddur. Çox gözəl xarici görünüşü, daxili dizaynı var, qonaqlardan ötrü istirahət etmək, dincəlmək üçün bütün imkanlar var. Azərbaycana çoxsaylı turistlərin, qonaqların gəlməsi üçün də əlavə imkanlar yaradır. Əminəm ki, otelin fəaliyyəti çox uğurlu olacaq, burada bütün otaqlar həmişə dolu olacaqdır. Çünki belə gözəl otelin yaradılması şəhərimizin həyatında çox əlamətdar bir hadisədir.
Azərbaycanda dünya şöhrətli otellərin markaları fəaliyyət göstərir. Ancaq uzun müddət ərzində yeni otellər, demək olar ki, tikilmirdi. Amma indiki zəmanədə yeni otellərin fəaliyyətə başlaması üçün çox gözəl şərait var - Azərbaycanın sürətli iqtisadi inkişafı, gözəl investisiya mühiti. Biz Azərbaycana gələn turistlərin ildən-ilə artmasını müşahidə edirik. Əlbəttə ki, bundan sonra da gözəl otellər tikilməlidir. Məndə olan məlumata görə, yaxın zamanlarda digər dünya şöhrətli otel şəbəkələri Azərbaycana gələcəkdir.
Çox əlamətdar hadisədir ki, bu otel məhz Heydər Əliyev adına beynəlxalq hava limanının yaxınlığında tikilmişdir. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq hava nəqliyyatı üçün də regional mərkəzə çevrilir. Çünki əgər belə olmasaydı, otelin aeroportda tikilməsinə də ehtiyac olmazdı. Biz bilirik ki, yalnız böyük beynəlxalq hava limanlarında bu səviyyəli otellər tikilir. Azərbaycanın coğrafi vəziyyəti, onun nəqliyyat infrastrukturunun möhkəmlənməsi, əlbəttə ki, bu otelin məhz burada tikilib istifadəyə verilməsinə şərait yaradıbdır.
Azərbaycanda bütün nəqliyyat infrastrukturu, xüsusilə hava nəqliyyatı möhkəmlənir. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilib və tikilməkdədir - Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala. Bütün bunlar bizim güclü nəqliyyat infrastrukturumuzun möhkəmlənməsinə də şərait yaradır. İndi Azərbaycandan başqa ölkələrə uçuşların sayı artır, yeni reyslər açılır, bizim başqa ölkələrlə hava körpülərimiz yaranır, müasir tipli “Boinq” və “Aerobus” təyyarələri alınır. Demək olar ki, indi “Azal”ın parkında bu təyyarələr üstünlük təşkil edir və yəqin bir neçə ildən sonra artıq bizdə sovet istehsallı köhnə təyyarələr qalmayacaqdır.
Bildiyiniz kimi, bu yaxınlarda imzalanmış müqavilələrə görə Azərbaycana dünyanın ən müasir təyyarələrinin gətirilməsi də nəzərdə tutulur. “Boinq-787” drimlayner adlanan təyyarə bütün postsovet məkanında ilk olaraq Azərbaycana gələcəkdir və bizim aviaşirkətimiz ondan istifadə edəcəkdir. Bütün bunlar Azərbaycanın ümumi inkişaf dinamikasının əlamətləridir. Bizim ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadi inkişaf, o cümlədən sənayenin inkişafı, uğurlu neft strategiyamız, Azərbaycanın dünya birliyinə inteqrasiyası, dünya birliyində özünəlayiq yerini tutması, xidmət sektorunun inkişafı, çox liberal iqtisadi siyasət, investisiyaların qorunması, gözəl investisiya iqliminin formalaşması, xarici və daxili investisiyaların artımı, özəl sektora, qeyri-neft sektoruna olan diqqət, infrastruktur layihələrinin icrası - bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlər, istiqamətlərdir. Azərbaycanda elə sahə yoxdur ki, orada inkişaf, özü də çox güclü inkişaf olmasın. Bütün bunları iqtisadi artım mümkün edir.
Bizim ölkəmiz artıq bundan sonra maliyyə çətinlikləri ilə üzləşməyəcəkdir. Bundan sonra biz ancaq və ancaq irəliyə gedəcəyik, ancaq və ancaq öz iqtisadi və maliyyə potensialımızı gücləndirəcəyik. Belə olan halda, əlbəttə ki, Azərbaycanda istənilən sosial məsələlər öz həllini tapa bilər və biz bu gün bunu görürük.
Azərbaycanda “Holiday İNN” otelinin fəaliyyətə başlaması çox böyük əhəmiyyətə malik olan hadisədir. Bu sadəcə, yeni bir otelin açılışı, fəaliyyətə başlaması deyildir. Bu onu göstərir ki, Azərbaycanın bugününə, Azərbaycanın gələcəyinə inam var. Xarici investorlar Azərbaycana inanırlar, əmindirlər ki, bura qoyulan böyük həcmdə sərmayə qaytarılacaq, onlar bundan gəlir əldə edəcəklər. Belə olan halda, əlbəttə ki, bu, növbəti investisiyaların gəlməsi üçün gözəl şəraitdir. İstənilən ölkədə biləndə ki, Azərbaycanda “Holiday İNN” oteli də fəaliyyət göstərir, əlbəttə, bu, ölkəmizin infrastrukturuna, xidmət sektoruna daha da böyük marağın yaranmasına gətirib çıxaracaqdır.
Əlbəttə, mən otelin xarici görünüşü ilə tanış idim, hamımız bunu görürdük. Amma ilk dəfədir otelin içindəyik və deyə bilərəm ki, daxili tərtibatı, görünüşü xarici görünüşündən daha da üstündür. İşlər çox yüksək səviyyədə görülüb, gözəl materiallardan istifadə olunubdur. Çox keyfiyyətli avadanlıq var və səviyyə də çox yüksəkdir. Bu da məni çox sevindirir. Çünki mən istəyirəm ki, Azərbaycanda yeni yaradılan, tikilən hər bir müəssisə, hər bir otel, hər bir sənaye obyekti dünyanın ən yüksək standartlarına cavab versin. Bu otelin timsalında biz bunu görürük.
Bir daha demək istəyirəm ki, bu gözəl gündə otelin açılışı çox əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir, bizim çox gözəl gələcəyimiz var. Otelin bütün işçilərinə uğurlar arzulayıram. Arzu edirəm ki, burada yaxşı işləsinlər, qonaqlara yaxşı xidmət göstərsinlər.
Otelin fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyəti uğurlu olacaq və Azərbaycanın ümumi inkişafına öz töhfəsini verəcəkdir. Sağ olun.
/Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar