Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Qazaxıstan torpağında mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün biz ikitərəfli əməkdaşlıqla, bir sıra regional və beynəlxalq məsələlərlə bağlı geniş və səmərəli fikir mübadiləsi, danışıqlar apardıq. Əminəm ki, bütün bunlar, həmçinin imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Bu səfər mənim üç il ərzində Qazaxıstana ikinci rəsmi səfərimdir. Bu, onu göstərir ki, bizim aramızdakı çox intensiv və səmərəli dialoq daha da genişlənir.

Qazaxıstanla Azərbaycan arasındakı münasibətlərin dərin tarixi kökləri vardır. Xalqlarımızı bir-birinə uzun əsrlər ərzində təşəkkül tapmış münasibətlər bağlayır. Humanitar sahədə əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra təməli ümummilli lider Heydər Əliyev tərəfindən və Sizin, cənab Prezident, tərəfinizdən qoyulmuş dostluq və əməkdaşlıq son illər ərzində daha da möhkəmlənibdir.

Birgə səylərimiz, qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti əməkdaşlığımızın genişlənməsinə və əmtəə dövriyyəsinin 2 dəfə artmasına şərait yaratmışdır.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əlaqələrimiz var. Bu əməkdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi, ümumi problemlərimizin birgə səylərlə aradan qaldırılması baxımından xüsusilə əhəmiyyətlidir.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalmaqdadır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, müsəlman məzarlıqları təhqir olunmuş, dünya və İslam sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.

Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin və işğal edilmiş digər ərazilərin nəzarətsiz silahlarla doldurulması, radioaktiv tullantıların basdırılması, təbii sərvətlərin talanması, narkotik vasitələrin istehsalı, terrorçu dəstələrin və qanunsuz silahlı birləşmələrin hazırlanması ciddi narahatlıq doğurur.

Dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağda bir qədər əvvəl keçirilmiş qondarma “seçkiləri” qətiyyətlə pisləyərək, münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin vacibliyini bir daha vurğulayırlar.

Azərbaycan, öz növbəsində, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və inteqrasiyaya təkan verəcək böyük beynəlxalq layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bütün regionun yeni inkişaf mərhələsini formalaşdırır.

Neft-qaz və nəqliyyat sektorlarında əməkdaşlığımız ölkələrimiz arasında və regional işbirliyi üçün böyük əhəmiyyət kəsb edir. Neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilməsi haqqında keçən il Almatı şəhərində Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış müqavilə enerji sahəsində möhkəm tərəfdaşlığımızın yeni mərhələsini açdı. Biz bu sahədə səylərimizi birləşdirib, siyasətimizi əlaqələndirməklə ölkələrimizin iqtisadi maraqlarını daha da dolğun şəkildə təmin edə bilərik.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması, tərəfdaşlığımızın parlaq nümunəsi kimi tarixi əhəmiyyət daşıyaraq, həm qarşılıqlı mənafelərimizin təmin edilməsi, həm də beynəlxalq aləmdə mövqelərimizin güclənməsi baxımından çox önəmlidir.

Mən Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etməsinin, genişlənməsinin tərəfdarıyam və inanıram ki, dost və qardaş ölkənizə səfərim, Sizinlə görüşümüz, apardığımız fikir mübadiləsi bu münasibətləri daha yüksək səviyyəyə qaldıracaqdır.

Hörmətli Nursultan Abişeviç,

Mən ilk növbədə, Azərbaycanın böyük oğlu Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu gün söhbətimiz zamanı Siz görüşlərinizi xatırladınız, öz çıxışınızda bu barədə danışdınız. Azərbaycanda bu, bizim üçün çox xoşdur. Bu, bizim qəlblərimizi riqqətə gətirir. Sizin Heydər Əliyev ilə şəxsi dostluğunuz ölkələrimizin bugünkü münasibətlərinin əsasını qoymuşdur. Sizin nüfuzunuz, münasibətləriniz, islahatlara meyilliliyiniz, sizin milli mənafeləri qorumağınız - bütün bunlar sizi birləşdirir, yaxınlaşdırırdı. Yəqin buna görə də bu gün keçmiş sovet məkanında Qazaxıstan və Azərbaycan daha dinamik, sakit, sabit inkişaf edən, islahatların aparıldığı, hakimiyyətin böyük nüfuza malik olduğu, xalq üçün işlədiyi və ölkələrimizin inkişaf etməsi, dünyada layiqli yer tutması, suverenliyini möhkəmləndirməsi, müstəqil siyasət yeritməyə qadir olması üçün hər şeyi etdiyi dövlətlərdir.

Azərbaycan xalqının Heydər Əliyevlə vidalaşdığı, Azərbaycan üçün hüznlü günlərdə Sizin dostunuzla vidalaşmaq üçün Bakıya gəlməyinizi, dostunuza, Azərbaycan xalqına ehtiramınızı bildirməyinizi, qəlbinizin dərinliyindən gələn hisslərinizi, İnsana xas hissləri nümayiş etdirməyinizi biz hamımız xatırlayırıq və heç zaman unutmayacağıq.

Bu gün Qazaxıstanın necə inkişaf etdiyini, necə uğurlar qazandığını, dünya səhnəsində hansı yeri tutduğunu, ən əsası isə, ölkənizdə necə böyük nüfuza malik olduğunuzu, Qazaxıstanda necə sevildiyinizi görəndə bir daha seçdiyiniz yolun düzgünlüyünə əmin olursan. Bütün bunlar göz qabağındadır və hər hansı sözdən yaxşıdır. Sadəcə olaraq, Qazaxıstana gəlmək və buradakı həyatı görmək lazımdır.

Türk dünyasının görkəmli xadimlərindən biri, nüfuzlu dövlət xadimi kimi Sizə Azərbaycanda böyük hörmət bəsləyir, Sizi ölkəmizin dostu kimi sevirlər.

Mən Qazaxıstana rəsmi səfərə dəvətə görə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək, şəxsən Sizə uzun ömür və əla iş arzulayıram. Arzulayıram ki, planlarınızın hamısını şəxsən özünüz həyata keçirəsiniz, - mən bilirəm ki, Siz planları onilliklər üçün nəzərdə tutursunuz, - 20-30 ildən sonra özünüz Qazaxıstanın necə çiçəklənən dövlətə çevrildiyinin şahidi olasınız.

Sizin sağlığınıza!

X  X  X

Sonra prezidentlər Qazaxıstan paytaxtını gəzdilər. Azərbaycan Prezidenti İlham Əliyev Astananın mərkəzi ilə tanış oldu, nadir memarlıq üslubunda tikilmiş binalara tamaşa etdi.

Şəhərlə tanışlıq zamanı prezidentlər paytaxt sakinləri ilə də görüşüb söhbət etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB