Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Mən sizi bir daha ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Bu gün İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana ilk rəsmi səfəridir. Bu səfərin çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, hörmətli Prezident, mənim dostum Azərbaycanda dəfələrlə olubdur, rəsmi səfər xüsusi əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər və onun nəticələri ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm rol oynayacaqdır.

Bu gün biz maraq doğuran bütün məsələləri çox səmimi, işgüzar şəraitdə müzakirə etdik. İkitərəfli münasibətlər geniş təhlil edildi və gələcək inkişaf perspektivləri müəyyən olundu. Regional əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılmışdır. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Deyə bilərəm ki, bütün məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür, çox yaxındır. Biz bundan sonra da çalışacağıq ki, birgə səylərimizlə həm regional əməkdaşlığı inkişaf etdirək, həm ikitərəfli münasibətləri yeni elementlərlə zənginləşdirək, həm də bölgədə təhlükəsizlik tədbirlərinin güclənməsi üçün əlimizdən gələni edək. Buna böyük ehtiyac var.

Bizim aramızda olan münasibətlər çox dərin tarixi köklərə əsaslanır. Bizim birgə tariximiz, milli-mənəvi dəyərlərimiz, dinimiz əsrlər boyu bizim xalqlarımızı birləşdirib. Bizim xalqlarımız həmişə, əsrlər boyu birgə yaşamış, bir yerdə olmuşlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, bu münasibətlər yeni mərhələyə qalxdı. Bu gün 15 illik tarixə nəzər salaraq deyə bilərik ki, İranla Azərbaycan bütün dövrlərdə bir-birini müdafiə etmiş, mövqelərini dəstəkləmiş, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmiş, bir-birinin mövqeyini müdafiə etmişdir. Bu səmimi dostluq, qardaşlıq münasibətləri bu gün də davam edir və güclənir. Səfərin isə bu münasibətlərin gələcək inkişafında çox böyük rolu vardır.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və əminəm ki, səfər və onun nəticələri bu münasibətləri yeni pilləyə qaldıracaqdır. İqtisadi sahədə çox gözəl imkanlar var və artıq əməli, praktiki işlər də öz həllini tapır. Bizim münasibətlərimizi fərqləndirən cəhət ondan ibarətdir ki, qəbul edilmiş qərarlar, imzalanmış sənədlər həyatda öz əksini tapır. Uzun illər ərzində, on ildən artıq müddət ərzində təbii qaza həsrət qalmış naxçıvanlılar məhz İran tərəfindən mübadilə yolu ilə verilən qazın imkanlarından istifadə edirlər. Bu, Naxçıvanın iqtisadi potensialına böyük dəstəkdir. İnsanların həyat səviyyəsini yaxşılaşdıran çox önəmli amildir.

Elektrik xətlərinin birləşməsi nəticəsində elektrik xətlərimiz vahid tənzimləmə sistemində fəaliyyət göstərir. Bizim aramızda çox fəal ticarət əlaqələri vardır. Son bir il ərzində iqtisadi əlaqələrin inkişafı nəticəsində ticarət dövriyyəsi təxminən 60-70 faiz artmışdır. Biz bilirik ki, imkanlar daha da böyükdür. Bu imkanları aşkarlamaq, onlardan istifadə etmək gələcək illər üçün əsas prioritet məsələlər olacaqdır. Hökumətlərarası birgə komissiyanın uğurlu fəaliyyəti və bu fəaliyyət nəticəsində əlavə imkanların üzə çıxması bizim münasibətlərimizi böyük dərəcədə zənginləşdirir.

İqtisadi, energetika, mədəni, humanitar, siyasi əlaqələr sahəsində bizim aramızda çox gözəl münasibətlər vardır. Bu səfərin önəmliyi məhz ondadır ki, həmin münasibətlərə bir daha qiymət verildi, keçilən tarixi yol təhlil olundu və ən önəmlisi, gələcək inkişaf haqqında fikir mübadiləsi aparıldı və əməkdaşlığın perspektivləri müəyyən edildi. Əminəm ki, bu gün imzalanmış sənədlər yaxın zamanlarda həyatda öz əksini tapacaqdır.

Bu gün imzalanmış Birgə Bəyanat çox əsaslı sənəddir. Orada bütün məsələlər öz həllini tapır. Azərbaycanı narahat edən, bölgə üçün ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri də orada müəyyən olunubdur. İran dövləti bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləmiş, həmişə bizim mövqeyimizi müdafiə etmişdir və məsələnin, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq və normalar əsasında, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını vurğulamışdır. Bu mövqe Birgə Bəyanatda bir daha öz əksini tapıbdır. Mən buna görə şəxsən dostum cənab Prezidentə öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən ümid edirəm ki, bizim aramızda güclənən, genişlənən əməkdaşlıq gələcək illərdə daha da inkişaf edəcək, bizim xalqlarımız hələ çox işlər görəcəklər və birgə səylərlə həm ikitərəfli münasibətlərin inkşafına, həm də bölgədə sülhün, əmin-amanlığın bərqərar olunmasına öz töhfələrini verəcəklər.

Mən bu gün əziz dostum cənab Prezidenti Bakıda səmimi qəlbdən bir daha salamlayıram və qardaş İran xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb