Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür. Bu gün biz Heydər Əliyev Mərkəzinin təməldaşını bərabər qoyduq. Əminəm ki, qısa müddət ərzində bu Mərkəz tikilib istifadəyə veriləcək və ondan sonra bizim xalqımızın xidmətində olacaqdır. Bu gözəl bina, əminəm ki, şəhərimizə əlavə yaraşıq verəcəkdir. Bu gün burada nümayiş etdirilən təqdimatda binanın həm xarici görünüşü, həm də daxili tərtibatı kifayət qədər geniş şəkildə göstərilmişdir. Bu binanın nəinki bölgədə, dünyada analoqu yoxdur. Bu, çox gözəl memarlıq abidəsi, müasir memarlıq abidəsi olacaqdır. Bu fürsətdən istifadə edib bizimlə bərabər bu mərasimdə iştirak edən məşhur memar, xanım Zaha Hadidə binanın layihəsini hazırladığına görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Binanın xarici gözəlliyi, eyni zamanda funksional keyfiyyəti çox yüksəkdir. Bu binada həm böyük toplantı, konsert salonu, müxtəlif ölçüdə olan böyük konfrans, sərgi salonları, həm də muzey, ən müasir kitabxana, rəsmi mərasimlər salonları, elmi tədqiqat mərkəzi cəmləşəcəkdir. Əminəm ki, binanın istifadəyə verilməsindən sonra burada çox fəal həyat başlayacaqdır. Mən istəyirəm ki, binanın qapıları, Heydər Əliyev Mərkəzinin qapıları daim açıq olsun, insanlar burada işləsinlər, istirahət etsinlər, tədbirlərini keçirsinlər. Bir sözlə, bu Mərkəz beynəlxalq elmi, mədəni mərkəzə, tədqiqat və konfranslar mərkəzinə çevriləcəkdir.

Bununla bərabər, bu böyük ərazidə bir neçə hektardan ibarət olan çox böyük park salınacaqdır və ətraf binalarda yaşayan sakinlər də bundan istifadə edə biləcəklər. Əminəm ki, Bakının və Azərbaycanın müxtəlif yerlərindən gələn insanlar bu parkda istirahət edəcəklər. Bu, həm şəhərin infrastrukturuna çox böyük bir töhfədir, ulu öndər Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir, eyni zamanda, Bakıda yeni, dünyada analoqu olmayan nadir memarlıq abidəsinin yaradılmasıdır.

Azərbaycanın inkişafı, ölkəmizdə əldə edilmiş uğurlar indi bizə imkan verir ki, belə binaları yaradaq. Əminəm ki, bu bina onilliklər və əsrlər boyu yaşayacaq və Bakının növbəti simvoluna çevriləcəkdir. Eramızın ilk əsrlərində yaradılmış “Qız qalası” Bakının qədim simvoludur. Heydər Əliyev Mərkəzi növbəti simvol olacaq və bütün dünya miqyasında öz gözəlliyi ilə, nadirliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir.

Mən çox şadam ki, bu gün biz Mərkəzin təməlqoyma mərasimində birlikdə iştirak edirik. Mərkəzin yaradılması haqqında bir müddət bundan əvvəl mən xüsusi Sərəncam imzalamışam. Bütövlükdə, Heydər Əliyev Mərkəzinin yaradılması ideyası məndə çoxdan yaşayır. Mən artıq bir neçə il ərzində bu barədə fikirləşirdim. Çox şadam ki, həm memarlıq baxımından, həm də müasirlik, funksional tərtibat baxımından bu bina ən yüksək standartlara cavab verəcəkdir.

Ulu öndərimiz Heydər Əliyev bütün dövrlərdə - həm 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycan xalqının inkişafında, ölkəmizin inkişafında, potensialın möhkəmlənməsində çox mühüm rol oynamışdır. 1970-80-ci illərdə Azərbaycanda güclü sənaye potensialının yaradılması, sosial məsələlərin həlli ilə bərabər, Bakının gözəlləşməsində də çox böyük işlər görmüşdür. O illərdə Bakıda tikilmiş binalar bu gün də öz gözəlliyi ilə seçilir.

Heydər Əliyev tərəfindən tikilmiş və onun adını daşıyan Saray, İdman-Konsert Kompleksi, “Gülüstan” sarayı və başqa memarlıq abidələri bu gün də öz gözəlliyi ilə çox fərqlənir.

Onu da yəqin bilirsiniz ki, ulu öndərimizin memarlıq sənətinə çox böyük marağı var idi. O, 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu və bu sənəti çox sevirdi. Həmişə memarların işinə, onların fəaliyyətinə həm böyük diqqət göstərirdi, həm də onlara kömək edirdi. Burada oturan insanların böyük əksəriyyəti bilir ki, o illərdə Azərbaycanda, Bakıda gözəl binaların müəllifi, eyni zamanda, Heydər Əliyevin özü idi. O, memarlarla vaxtaşırı görüşürdü, öz fikirlərini deyirdi, onların fikirləri ilə hesablaşırdı. Onun dövründə tikilən bütün gözəl binaların həmmüəllifi də ulu öndərin özü idi. 1970-80-ci illərdə belə idi, müasir dövrdə də belə olmuşdur.

Bu gün Bakıya çox böyük gözəllik verən Heydər Əliyev Fondunun da memarı və müəllifi məhz Heydər Əliyev özü olmuşdur. Bəlkə də çox adam bunu bilmir, amma mən yaxşı bilirəm. Həmin binanın konturlarını o, özü çəkmişdi, xarici görünüşünü, daxili tərtibatını özü seçmişdi və bütün memarlara və inşaatçılara tövsiyələrini vermişdi.

Ona görə mən çox şadam ki, Bakıda onun adını daşıyacaq Mərkəz, sadəcə, bir mərkəz deyil, eyni zamanda, dünya səviyyəli memarlıq abidəsi olacaqdır. Onun adını daşıyacaq Mərkəz həm onun həyat və fəaliyyətini, siyasi irsini tədqiq edəcək, həm də xarici görünüşü ilə fərqlənəcəkdir.

Bu gün Azərbaycan çox sürətlə inkişaf edir, bizim imkanlarımız genişlənir. Azərbaycanda çox güclü iqtisadi və sənaye potensialı yaradılır. İqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf edir. Son üç il ərzində bizim iqtisadiyyatımız ən azı 95 faiz artacaqdır və heç bir başqa ölkədə tarix boyu belə yüksək nailiyyətlər olmamışdır. Bakının infrastruktur problemləri öz həllini tapır. Bu məsələyə çox böyük diqqət göstərilir, yeni yollar salınır, yeni körpülər salınır. Bu ərazidə də yeni yol qovşaqları, körpülər salınır, şəhərimizə əlavə gözəllik verəcək və eyni zamanda, insanlara rahatlıq verəcəkdir.

Bizim uğurlu iqtisadi fəaliyyətimiz ölkəmizin güclənməsinə xidmət edir. Bütün bu uğurların təməli də məhz ulu öndər tərəfindən qoyulmuşdur. Azərbaycanda məhz onun uzaqgörənliyi, rəhbərliyi ilə başlanmış uğurlu neft strategiyası nəticəsində yeni imkanlar yaranır, ölkəmiz qarşısında yeni üfüqlər açılır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin adını daşıyır. Ona görə ki, bunun təşəbbüskarı məhz o olmuşdur. Eyni səbəbə görə, Ceyhan terminalı da Heydər Əliyevin adını daşıyır. Onun təşəbbüsü ilə Azərbaycanda Bakı-Tbilisi-Ərzurum qaz kəməri və başqa böyük layihələr də həyata keçirilir. İndi biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini nəinki müzakirə edirik, onun yaradılmasına başlayırıq.

Bütün bu məsələlər həm ölkəmizi gücləndirir, beynəlxalq mövqelərimizi artırır, həm də bütövlükdə regional və coğrafi-siyasi vəziyyətə çox böyük dərəcədə təsir göstərir. Bu təsir Azərbaycandan gəlir. Çünki bütün bunlar bizim layihələrimizdir. Biz bunların təşəbbüskarı olmuşuq, biz onları irəliyə aparırıq və layihələrin icrası nəticəsində, ilk növbədə, Azərbaycan xalqı xeyir görəcəkdir. Həm iqtisadi imkanlar artacaq, insanların həyat səviyyəsi yaxşılaşacaq, həm də ölkəmizin qüdrəti artacaq və Azərbaycan çox qüdrətli ölkəyə çevriləcəkdir.

Ona görə biz bu məsələlərə çox böyük diqqət veririk. İstəyirik ölkəmiz iqtisadi cəhətdən daha da güclü olsun. Amma, eyni zamanda, Bakının xarici görünüşünün yaxşılaşmasına da böyük diqqət göstərilir. Bir müddət bundan əvvəl mənim tərəfimdən imzalanmış Sərəncama əsasən, Bakının bütün tarixi binaları bərpa olunmalı, təmizlənməli, çox gözəl şəkildə, müasir səviyyədə işıqlandırılmalıdır. Bu proses artıq başlanmışdır. Mən bilirəm ki, Bakı sakinləri buna çox böyük diqqət yetirir, çox böyük qiymət verirlər. Çünki Bakının hər bir sakini istəyir ki, onun doğma şəhəri daha da gözəl olsun. Tarixi binalar öz əvvəlki görüntüsünü almalı, bəlkə ondan da gözəl olmalıdır. Bütün bu tarixi irsimizi saxlamaq şərti ilə biz şəhərimizə və bütövlükdə, ölkəmizə müasirlik gətirmişik.

Bizim çox böyük tariximiz var, zəngin mədəniyyətimiz var və bu tarix, bu mədəniyyət xalq kimi, millət kimi bizi qoruyub saxladı və bu gün biz müstəqil ölkə kimi yaşayırıq. Amma bununla bərabər, biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametr baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək. Çünki müasirlik, tərəqqi ölkəni gücləndirən amillərdir. Bu amillər insanların daha da yaxşı yaşaması üçün imkanlar yaradır.

Şəhərimizin abadlaşdırılması, gözəlləşdirilməsi işləri paytaxtın bütün rayonlarında aparılmalıdır. Əlbəttə ki, Bakının əsrlər boyu yaranmış tarixi mərkəzi vardır. İlk növbədə, diqqət oraya yönəldilməlidir. Amma digər rayonlara da böyük diqqət verilməli, yollar salınmalı, infrastruktur yaradılmalı, binalar təmir olunmalı, yeni binalar tikilməlidir. Ölkəmiz böyüyür, bu da təbiidir, çünki Azərbaycanda əhali artımı müşahidə olunur. Bu da iqtisadi inkişafın əlamətidir. Biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan üçün ən çətin olan dövrdə - 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində ölkə faktik olaraq dağılanda əhalinin artımı da müşahidə edilmirdi. Yəni insanlar bütün bu amillərə reaksiya verir. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Mənim göstərişimə əsasən, Bakıda bir dənə də yöndəmsiz, xarici görünüşü yaxşı olmayan bina tikilməməlidir. Bütün binalar öz memarlığı ilə seçilməlidir. Şərt deyil ki, bu memarlıq hansısa üsluba mənsub olmalıdır. Həm müasir üslubda, həm də qədimi üslubda, bizim üçün ənənəvi olan üslubda tikilməlidir. Amma keyfiyyətli, gözəl, yaraşıqlı, insanların yaşaması üçün rahat binalar. Mən əminəm ki, biz buna nail olacağıq. Bu günə qədər görülən bütün işlər öz bəhrəsini verir, Azərbaycan həm öz imkanlarını artırır, həm güclənir, həm də insanların yaşaması üçün yeni imkanlar yaranır. Mən istəyirəm ki, bütün bu makroiqtisadi göstəricilərlə yanaşı, əlbəttə, bizim şəhərlərimiz daha da gözəlləşsin. Təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif rayonlarında indi çox güclü abadlıq, quruculuq işləri aparılır. Köhnə binalar təmir olunur, yeni binalar tikilir, yeni yollar salınır. Yəni bu inkişaf bütün ölkəmizi əhatə edir və Azərbaycan xalqının yaxşı yaşaması üçün şərait yaradır.

Bu gün, ulu öndərin adını daşıyacaq Mərkəzin təməlqoyma mərasimində isə mən istəyirəm ki, biz onun bütün xidmətlərini bir daha yada salaq. Yada salaq ki, 1982-ci ilin sonundan, onun Azərbaycandan getməsindən sonra və yenidən siyasi rəhbərliyə qayıtmasına qədər, demək olar, Bakıda və Azərbaycanda bir dənə də yaddaqalan bina, bir dənə də böyük müəssisə tikilməmişdi. Tikilənlər də o binalar və müəssisələr idi ki, onların təməli onun vaxtında qoyulmuşdu, sonra onların bəzilərində isə işlər heç tamamlanmamışdı. Onun vaxtında beynəlxalq aeroportun təməli qoyulmuşdu və demək olar ki, daş işi qurtarmışdı. O, Bakıdan gedəndən sonra və qayıdana qədər isə daş-daş üstə qoyulmamışdı. Çünki Azərbaycanın o vaxtkı antimilli rəhbərliyinin əqidəsi tam başqa idi. O vaxt ancaq talançılıqla məşğul olurdular. Hamımızın yaxşı yadındadır ki, hətta trolleybus xətlərini də kəsirdilər, onda mis olduğuna görə xaricə satırdılar. Yəni talançılıq, dağıdıcı fəaliyyət o vaxt bütün ölkəmizi bürümüşdü.

Onun Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra vəziyyət tamamilə dəyişildi. Sabitlik yarandı, qanunsuz hərəkətlərə son qoyuldu, iqtisadi inkişaf başladı, Azərbaycana böyük həcmdə xarici sərmayə gəlməyə başladı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə görə 10 milyard dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulurdu. O ölkəyə ki, hələ vətəndaş müharibəsi təzə qurtarmışdı və ümumiyyətlə, gələcəyi şübhə altında idi. Ancaq o, nail oldu ki, bütün dünya diqqətini Azərbaycana yönəltdi. Sabitlik yaranandan, ictimai-siyasi asayiş möhkəmlənəndən sonra sərmayə də qoyuldu, islahatlar da başlandı. Bu gün Azərbaycanın iqtisadiyyatına ən çox sərmayə qoyan Azərbaycan dövlətidir və Azərbaycan şirkətləridir.

Mən bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında bunu qeyd etdim. İlk dəfədir ki, müstəqillik əldə olunandan sonra 2007-ci ildə yerli investisiyalar xarici investisiyaları üstələyibdir. Bu, nəyi göstərir?! Həm Azərbaycan dövlətinin gücünü, Azərbaycanda sahibkarlıq sinfinin yaranmasını, həm də ölkədə mövcud olan çox gözəl investisiya mühitinin olmasını. Mən heç şübhə etmirəm ki, növbəti illərdə yerli investisiyalar xarici investisiyalardan daha da çox olacaqdır. Artıq buna imkanımız var və biz bunu edirik. İldən-ilə artan büdcə xərcləri bu imkanları yaradır.

Son üç-dörd il ərzində Azərbaycanda büdcə xərcləri təxminən 5-6 dəfə artıbdır. Bu da reallıqdır. Bu imkan verir ki, bizə lazım olan, insanları narahat edən bütün məsələlər öz həllini tapsın. Sosial məsələlər, infrastruktur layihələri, sənaye potensialının güclənməsi üçün lazım olan tədbirlərin görülməsi, neft strategiyamızın uğurla davam etdirilməsi üçün bütün imkanlar var. Sadəcə olaraq, qəbul edilmiş bütün qərarlar vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir, qarşımıza qoyduğumuz bütün məqsədlər həyatda öz əksini tapmalıdır. Belə olan halda, əlbəttə ki, Azərbaycanda problemlərin tam əksəriyyəti həll ediləcəkdir.

Əziz dostlar, mən Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasiminin iştirakçılarına bu sözləri bir daha demək istəyirəm. Mən çox şadam ki, bu gün biz bu təməl daşını birlikdə qoyduq. Əminəm ki, qısa müddət ərzində gözəl, əzəmətli bina tikiləcəkdir və bu bina həm xarici görünüşünə görə, həm daxili keyfiyyətlərinə görə Heydər Əliyevin adına layiq olacaqdır. Onun kimi gözəl, onun kimi əzəmətli, onun kimi əyilməz olacaqdır.

Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı). 

                                                          X X X

Prezident İlham Əliyev xanım Zaha Hadid və mərasimdə iştirak edən Azərbaycanın görkəmli memarları ilə görüşüb söhbət etdi. Memarlar bu layihəni yüksək səviyyədə hazırladığına görə Zaha Hadidə minnətdarlıqlarını bildirdilər. 

                                                          X X X

Sonra Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin inşa ediləcəyi və onunla qonşu ərazilərin mövcud planı ilə tanış oldu. Dövlətimizin başçısı ətraf ərazilərin müasir standartlara uyğun abadlaşdırılmasının, yaşayış və istehsalat binalarının təmirinin zəruriliyini vurğuladı, bu ərazinin kompleks şəkildə müasirləşdirilməsi üçün müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və memar Zaha Hadid xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib