Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz uşaqlar!

Əziz müəllimlər!

Əziz dostlar!

Mən sizin hamınızı yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

Keçən ilin sonunda, yeni il ərəfəsində biz burada birlikdə bu yeni, gözəl məktəbin təməl daşını qoyduq və indi onun açılışına toplaşmışıq. Bu, çox sevindirici bir haldır, çox gözəl, əlamətdar bir gündür. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün proqramlar, hər bir qərar qısa müddət ərzində və yüksək keyfiyyətlə həyatda öz əksini tapır. Hələ 7-8 ay bundan əvvəl burada bu gözəl məktəb yox idi. Amma indi bu, reallıqdır. Uşaqlar bu gözəl şəraitdə oxuyacaqlar, müəllimlər bu gözəl şəraitdə işləyəcəklər. Azərbaycanda həm təhsilin səviyyəsi artacaq, həm bizim qəsəbələrimiz, kəndlərimiz abadlaşacaq, həm də bütün sahələrdə səviyyə daha da yüksələcəkdir.

Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Məhz buna görə təhsil sahəsinə ayrılan xərclər ildən-ilə artır. Müqayisə üçün deyə bilərəm ki, son 3-4 il ərzində təhsilə ayrılan büdcə xərcləri 3,3 dəfə artmışdır və indi, 2007-ci ildə bu məbləğ təxminən 900 milyon manat təşkil edir. Bu, çox böyük rəqəmdir, çox böyük vəsaitdir. Bu vəsaitlə yeni məktəblər tikilir, müəllimlərin maaşları qaldırılır. Deyə bilərəm ki, son 4 il ərzində Azərbaycanda 1200 məktəbin tikintisi tarixi nailiyyətdir.

Azərbaycanda bütövlükdə 4500 məktəb var və bunların böyük bir hissəsi, əfsuslar olsun ki, uzun illər təmirsiz qalmışdır. Baxmayaraq ki, 1200 məktəb tikilib, yenə də təxminən 700 məktəbin tikintisinə böyük ehtiyac var. 1000-dən çox məktəbdə təmir işləri aparılmalıdır. Biz bütün bu işləri görəcəyik. Necə ki, son illər ərzində gördük. Təkcə bu il Azərbaycanda 200 yeni məktəb və əlavə korpus istifadəyə verilibdir, 50-dən çox məktəb təmir olunubdur. Bu, deməyə əsas verir ki, növbəti illərdə də məktəb tikintisi sürətlə gedəcək, Azərbaycanda yararsız vəziyyətdə olan bir dənə də məktəb qalmayacaqdır. Bütün məktəblər müasir, gözəl, təmiz, bütün lazımi avadanlıqla təchiz olunmuş vəziyyətə gətiriləcəkdir. Beləliklə, biz məktəb infrastrukturunun yaranmasını təmin edəcəyik. Yeni tikilən bütün məktəblərdə istilik sistemi quraşdırılır. Əvvəllər tikilən məktəblərdə də istilik sistemi quraşdırılır ki, qışda uşaqlar üşüməsinlər və oxumaq üçün hər cür şərait olsun.

Oxumaq hamıya lazımdır. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər. Çünki ölkənin inkişafı təkcə iqtisadi amillərlə ölçülmür, iqtisadi amillər də öz növbəsində insanların cəmiyyətə verdiyi töhfədən asılıdır. Bizim çox gözəl imkanlarımız var, iqtisadi potensialımız ildən-ilə artır. Dünyada elə bir ikinci ölkə yoxdur ki, üç il ardıcıllıqla iqtisadi artımın belə yüksək sürəti müşahidə olunsun. Bu, əlbəttə, bizə yeni imkanlar yaradır, büdcəmiz artır. Bu məktəblərin böyük əksəriyyəti dövlət xətti ilə tikilibdir.

Ancaq onu da qeyd eləmək istəyirəm ki, Azərbaycanda bu təşəbbüsü ilk olaraq Heydər Əliyev Fondu irəli sürmüşdür və Fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni, bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir. Çünki hər bir ölkənin iqtisadi-siyasi potensialının möhkəmlənməsində təhsil birinci rol oynayır.

Azərbaycanda indi çox gözəl perspektivlər var. Biz gərək hazırlıqlı kadrlar yetişdirək, uşaqlar gənc yaşlarından bütün müasir texnologiyalara bələd olmalıdır. Bu məqsədlə bütün məktəblərdə kompyuterlər quraşdırılır. Kompyuter müasir dünyada əvəzolunmaz bir vasitədir. Hər bir uşaq, hər bir gənc bunu bilməlidir, xarici dilləri bilməlidir. Dünyada baş verən bütün hadisələri, bütün yenilikləri bilməlidir ki, həyatda öz yerini tutsun. Azərbaycanda bütövlükdə bu sahədə bu vaxta qədər görülən işlər qənaətbəxşdir. Növbəti illər üçün yeni proqramlar hazırlanır. 2008-2013-cü illərdə bütün sadaladığım məsələlər həm məktəblərin tikintisi, təmiri, müasir avadanlıqla təchiz olunması və həm də təhsilin keyfiyyətinin yüksəldilməsi tam şəkildə öz həllini tapmalıdır. Hesab edirəm ki, Azərbaycan bu sahədə postsovet məkanında ön sıralardadır. Bizim bütün başqa istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlarımız var və bunları daha da möhkəmləndirməliyik.

Burada qeyd olundu ki, təhsilin təşkil olunmasında da islahatlar aparılır. Bildiyiniz kimi, artıq biz dərs ilini sentyabrın 15-dən başlayırıq. Bu da bizim təşəbbüsümüz idi. Çünki vaxtilə Sovet İttifaqında bütün bölgələrdə - cənub bölgələrində, şimal bölgələrində dərslər sentyabrın 1-dən başlayırdı. Ancaq bizim üçün dərsləri sentyabrın 15-dən başlamaq daha da məqsədəuyğundur. Çünki sentyabrın 15-nə qədər havalar, adətən, çox isti keçir və uşaqlar belə vaxtda məktəbə getməkdə, əlbəttə ki, əziyyət çəkirdilər. Ona görə biz hər bir məsələyə ayrıca yanaşmalıyıq. Eyni zamanda, məktəblərin beşgünlük dərs həftəsinə keçirilməsi məsələsi. Bu da bizim təşəbbüsümüzlə olmuşdur.

Mən fikirləşdim ki, necə ola bilər, böyüklər həftədə beş gün işləyir, iki gün istirahət edirlər, amma uşaqlar, inkişaf edən orqanizm altı gün dərs keçirlər. Bu, ədalətsizlikdir. Biz istəyirik ki, uşaqlarımız sağlam böyüsünlər. Əlbəttə ki, bilik lazımdır, oxumaq lazımdır. Eyni zamanda, sağlamlığa da diqqət verilməlidir. Bununla bərabər, bizdə, Azərbaycanda uşaqların tərbiyə olunmasında ailənin çox böyük rolu var. Ailə Azərbaycan cəmiyyətinin özəyidir. Həftənin altıncı və bazar günləri - valideynlərin istirahət etdiyi günlərdə uşaqlar məktəbə gedir, ailədən ayrı olurdular. Ona görə biz qərar qəbul etdik ki, biz beşgünlük həftəyə keçək. Hesab edirəm ki, bu da çox düzgün addımdır və uşaqlar, valideynlər bunu alqışlayırlar.

Məktəb formasının tətbiq olunması da çox düzgün bir addımdır. Vaxtilə bu praktika olub, amma sonra nədənsə aradan götürülübdür. Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və hər bir insanın maddi rifahı onun özündən asılıdır. İndi bütün imkanlar var. Bazar iqtisadiyyatı, liberal iqtisadiyyat, iqtisadi artım, yəni işləmək üçün, pul qazanmaq üçün, yaxşı vəzifə tutmaq üçün bütün imkanlar var. Beləliklə, insanlar arasında müxtəlif həyat səviyyəsi mövcuddur. Amma məktəbdə hamı eyni olmalıdır. Ancaq kiminsə imkanı daha çoxdur, o, öz uşağına daha da bahalı əşyalar alır. Ancaq kiminsə buna imkanı çatmır. Ona görə məktəbdə qeyri-bərabərlik meydana gəlir. Bu da düzgün hal deyildir. Çünki uşaqların hamısı valideynlərindən asılıdır. Nə vaxt ki, onlar böyüyəcəklər, yaxşı oxuyacaqlar, yaxşı təhsil alacaqlar, yaxşı işlə təmin olunacaqlar, onda, əlbəttə, hərənin özünə görə imkanları da olacaqdır. O imkanlar istənilən formada özünü büruzə verə bilər. Amma məktəb illərində biz buna yol verə bilmərik. Ona görə bütün məktəblərdə məktəbli forması tətbiq olunmalıdır. Hər bir məktəb özü o formanın parametrlərini seçməlidir.

Beləliklə, biz bütün sahələrə, o cümlədən təhsil sahəsinə çox böyük diqqət göstərməklə burada da islahatların sürətlənməsini təmin edirik. Amma bütün bu islahatlar müsbət dəyişikliklərə gətirib çıxarmalıdır. Bu vaxta qədər görülən işlər bunu göstərir.

Qeyd etdiyim kimi, Azərbaycanda təhsil sahəsinə çox böyük vəsait ayrılır, büdcənin 14 faizi təhsil məsələlərinə sərf olunur. Amma buna baxmayaraq, bildiyiniz kimi, mənim tərəfimdən imzalanmış Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan 14 milyon manat ayrılmışdır. Bu vəsait də yalnız qəza vəziyyətində olan məktəblərin təmirinə yönəldiləcəkdir. Çünki qəza vəziyyətində kifayət qədər məktəb var. Biz onları təcili surətdə təmir etməliyik ki, uşaqlar çox rahat şəkildə oxuya bilsinlər və müəllimlər də gözəl şəraitdə işləyə bilsinlər.

Müəllimlərin sosial problemlərinin həlli də həmişə gündəlikdədir. Maaşlar mütəmadi qaydada artırılır. Növbəti ildə, 2008-ci ildə müəllimlərin əmək haqlarının yenə qaldırılması nəzərdə tutulur. Artıq gələn ilin büdcəsi müzakirə olunmağa başlanacaq, onun ilkin variantı mənə təqdim edilibdir.

Mən xüsusi qeyd etmişəm ki, büdcə təşkilatlarında işləyənlərin, o cümlədən müəllimlərin əmək haqları qaldırılsın. Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların inkişafını təmin edən amillərdən, bəlkə də, birincisi bilik, intellektual potensial olubdur, savad olubdur. Əlbəttə ki, təbii ehtiyatlarla zəngin olan ölkələr əlavə üstünlük əldə ediblər. Çünki təbii ehtiyatlar ölkənin iqtisadi gücünə çox böyük müsbət təsir göstərir. Amma bu, kifayət deyildir.

Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə, insanların intellektual potensialıdır. Bu da ki, Azərbaycanda var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bizim xalqımızın nümayəndələri bütün sahələrdə çox böyük uğurlar əldə etmişlər. Mən çox istəyirəm ki, indiki səviyyədə, indiki şəraitdə, Azərbaycanın müstəqillik dövründə ölkəmiz daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz yerini möhkəmləndirsin. İndi bu proses gedir və sürətlə gedir. Həm iqtisadi artım, həm siyasi proseslərin müsbət məcrada inkişaf etməsi və həm də ilk növbədə, peşəkar kadrların hazırlanması. Bu proses orta məktəbdən başlayır, ondan sonra ali məktəblərdə davam etdirilir.

Bildiyiniz kimi, indi biz ən istedadlı, layiqli tələbələri dövlət xətti ilə xaricə, aparıcı ali məktəblərə oxumağa göndəririk ki, onlar dünyanın ən qabaqcıl təhsil səviyyəsinə çata bilsinlər. Bütün bunlara böyük vəsait lazımdır və bu vəsaiti biz təmin edirik. Çünki bilirik ki, bu, Azərbaycan xalqının gələcəyi, Azərbaycan dövlətinin möhkəmlənməsi məsələsidir. Biz bunu təmin etmək üçün əlimizdən gələni əsirgəmirik ki, doğma vətənimiz daha da güclənsin, daha da qüdrətlənsin və Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edə bilsin. Bütün bu işlər məhz məktəbdən başlayır və məktəbə, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir.

Mən bir daha demək istəyirəm ki, bu gün çox böyük sevinc hissi içindəyəm. Çünki cəmi bir neçə ay bundan əvvəl burada heç nə yox idi, boş yer idi. Biz gəldik, burada müəllimlərlə birlikdə olduq, təməl daşını qoyduq. O vaxt demişdim ki, məktəb tikilib istifadəyə veriləndə mən özüm onun açılışına gələcəyəm. Belə də oldu. Necə ki, bu vaxta qədər olub, bundan sonra da bizim bütün vədlərimiz, sözlərimiz, atılan addımlarımız keyfiyyətlə, yüksək sürətlə həyatda öz əksini tapacaq və Azərbaycan inamla irəliyə gedəcəkdir.

Sağ olun!

/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı/. 

                                                                       X X X

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müəllim və uşaqlarla xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub