Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz Yeni Azərbaycan Partiyasının üzvləri!

Əziz dostlar!

Mən sizin hamınızı Yeni Azərbaycan Partiyasının 15-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

On beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. O gündən bu günə qədər partiyamız çox uğurlu və şərəfli yol keçmişdir.

Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi. Əksinə, Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında idi. Azərbaycan xalqı dövlət müstəqilliyinin bəhrəsini, hadisələrin müsbət istiqamətə doğru dəyişməsini görmürdü. Əksinə, Azərbaycanın o vaxtkı rəhbərliyi, AXC-Müsavat rəhbərliyi və onların liderləri Azərbaycanı faktik olaraq uçurum kənarına qoymuşdular.

Heç bir siyasi biliyi, bacarığı olmayan, təcrübəsi olmayan insanlar Azərbaycanı xaosa, anarxiyaya sürükləmişdi. Belə bir şəraitdə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiyanı yaradan, onun inkişafında fəal iştirak edən insanların fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. 91-lərin fəaliyyətini və onların ulu öndərə müraciətini çox yüksək qiymətləndirirəm.

O vaxt, 1992-ci ilin noyabrın 21-də Naxçıvanda yığışmış insanlar əsl vətənpərvər insanlar, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi. Onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdi. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında öz rolunu oynamışlar və bütövlükdə, Azərbaycanın o bəlalardan qurtarmasında və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik və bu gün bu, belədir.

O vaxt Azərbaycanın taleyi müəmmalı idi. Ölkədə gedən xoşagəlməz proseslər total böhran yaratmışdı - həm siyasi, həm iqtisadi, həm də hərbi böhran. Xalqla iqtidar arasında böyük uçurum yaradılmışdı. Baxmayaraq ki, o vaxtkı iqtidar cəmi bir il hakimiyyətdə idi. Onlar cəmi bir il hakimiyyətdə qala bildilər. Baxmayaraq ki, onların əlində bütün imkanlar var idi. Ancaq antimilli siyasət, Azərbaycanın maraqlarına uyğun olmayan hərəkətlər, bacarıqsız rəhbərlik və əslində, Azərbaycanda müstəqilliyin əməldə yox, sözdə olması, əlbəttə ki, bu iqtidarın ömrünü uzun edə bilməzdi. Azərbaycan xalqı öz iradəsini göstərərək, öz siyasi müdrikliyini göstərərək, 1993-cü ildə ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. O vaxt Yeni Azərbaycan Partiyası fəaliyyətə təzə başlamışdı. Amma buna baxmayaraq, qısa müddət ərzində partiya bütün ölkədə çox böyük rəğbət qazana bilmişdi.

Xalq Yeni Azərbaycan Partiyasına və onun rəhbəri olan Heydər Əliyevə böyük ümidlərlə baxırdı. Xalq inanırdı ki, Azərbaycanı o böhranlı vəziyyətdən yalnız Heydər Əliyevin müdrikliyi, siyasi təcrübəsi, baxışları, cəsarəti çıxara bilər və bu, belə də oldu. 1993-cü ildən bu günə qədər Azərbaycan çox böyük bir yol keçmişdir. Biz, sözün əsl mənasında, müstəqil ölkəyik, müstəqil siyasət aparırıq və öz işlərimizlə həm ölkədə müsbət istiqamətdə gedən proseslərə təsir göstəririk, həm də bölgədə bizim təsir gücümüz artır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.

Azərbaycan xalqı hər şeyi görürdü, o vaxt da belə idi, bu gün də belədir. Ulu öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurunu təmin edən ən başlıca şərt olmuşdur.

1993-2003-cü illər Azərbaycan üçün dirçəliş illəri olmuşdur. Biz bütün çətin anları geridə qoyduq, inkişaf yoluna çıxdıq. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı və ölkə iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başlamışdır. Siyasi proseslər müsbət məcrada inkişaf etməyə başlamışdır. Azərbaycanda siyasi plüralizm, demokratiya, söz azadlığı, fikir azadlığı bərqərar olmuşdur. Azərbaycanda çoxpartiyalı sistem məhz o illərdə yaradılmışdır və bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının çox böyük rolu olmuşdur. Yəni, bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. Bu gün biz bunu görürük. Biz bütün vətənpərvər qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Dəfələrlə müxtəlif tədbirlərdə ölkəmizin siyasi səhnəsində normal, sivil davranış normalarının təşkilində təşəbbüskar olmuşuq. Amma əfsuslar olsun ki, bizə radikal mövqedə dayanan qüvvələr bunu hər zaman inkar etmişdir. Halbuki bu, bizə o qədər də lazım deyil. Biz bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyayıq. Biz bu gün nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsiyik. Ancaq bununla yanaşı, biz istəyirik ki, Azərbaycanda siyasi münasibətlər sivil müstəvidə inkişaf etsin, ədavətə son qoyulsun, əsassız ittihamlara son qoyulsun və Azərbaycanın siyasi sistemi təkmilləşsin. Bu, təkcə bizdən asılı deyildir. İqtisadi islahatlar, siyasi islahatlar, demokratiyanın inkişafı - bütün bunlar bizim işimizdir və biz də bunu təmin edirik. Amma siyasi münasibətlərdə mütərəqqi təcrübənin Azərbaycanda tətbiq olunması təkcə bizdən asılı deyildir. Bu işlərdə bütün siyasi qüvvələr iştirak etməlidir. Mən ümid edirəm, vaxt gələcək və bu gün bu əməkdaşlıqdan, dialoqdan imtina edən qüvvələr başa düşəcəklər ki, başqa yol yoxdur.

Bir sözlə, biz müxalifətdə də sivil qaydada fəaliyyət göstərmişik. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına, onun rəhbərliyinə öz inamını göstərmişdir. 1993-cü ildən bu günə qədər, iqtidarda olduğumuz bu dövrdə Azərbaycanda siyasi proseslərin normal istiqamətdə inkişafında Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır.

Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin fəaliyyəti buna bariz nümunədir. Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir.

Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan həm iqtisadi baxımdan, həm də sosial məsələlərin həlli baxımından 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. 1982-ci ildə isə artıq Azərbaycan həm iqtisadi və sənaye artımı baxımından, həm infrastruktur layihələrin mövcudluğu baxımından və bütövlükdə, inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkə idi.

Eyni zamanda, biz bunu müasir tarixdə də görürük. 1993-cü ildə Azərbaycan, demək olar ki, ən ağır vəziyyətdə olan yeni müstəqil dövlətlərdən biri idi. Bəlkə də, birincisi idi. İndi Azərbaycan bu ölkələr arasında ən qabaqcıl mövqelərdədir. Bizim nailiyyətlərimiz başqa ölkələrlə müqayisə oluna bilməz. Bizim iqtisadi inkişafımız, həyata keçirdiyimiz nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir.

Heydər Əliyev 1970-1980-ci illərin əvvəllərində Azərbaycan xalqına necə sədaqətlə xidmət etmişdisə, müstəqil dövlətin başçısı kimi də bir o qədər sədaqətlə xidmət etmişdir. O, kommunist partiyasının üzvü idi və Azərbaycan kommunistlərinin rəhbəri idi. Ancaq 1990-cı ilin Qanlı yanvar faciəsindən sonra o, kommunist partiyasından çıxdı. Bu, o vaxt idi ki, hələ Sovet İttifaqı kifayət qədər güclü idi, Sovet İttifaqında birpartiyalı sistem var idi. O vaxt belə hərəkətlərə görə insanları cəzalandırırdılar, onlar təqib olunurdular. O cümlədən Heydər Əliyev də təqib olunmuşdur. Onun Azərbaycanın daimi nümayəndəliyindəki qətiyyətli çıxışı sovet sisteminin aparatının bütün imkanlarını ona qarşı yönəltmişdi. O, təqib olunurdu və Moskvadan Bakıya gəlməyə məcbur idi. Burada da ona antimilli hakimiyyət imkan vermədi və o, doğma yurduna, Naxçıvana getdi.

Ulu öndər bütün dövrlərdə öz xalqına xidmət edirdi və onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, Azərbaycanın uğurlu siyasət aparmaq iqtidarında olmasında, sözün əsl mənasında, siyasətimizin milli maraqlar üzərində qurulmasında Heydər Əliyevin danılmaz rolu vardır. Bu gün biz bu siyasəti davam etdiririk. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, ancaq çox dinamik, çox sürətlə inkişaf edir, bölgədə, dünyada öz yerini tutmuşdur və bu yer möhkəmdir və getdikcə möhkəmlənir. Biz ən böyük ölkələrlə tərəfdaşlıq münasibətlərindəyik. İmkanlarından, ölçülərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik. Biz öz siyasətimizi qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında qururuq.

Xarici siyasətdəki uğurlarımız Azərbaycanda gedən proseslərə də müsbət təsir göstərir. Biz xarici siyasətdə çox fəalıq, çox çevik siyasət aparırıq və Azərbaycanın istər bölgədə, istər Avropada, istərsə də dünyada maraqları maksimum dərəcədə təmin edilir.

Bölgə məsələlərinə gəldikdə, bu gün bölgədə Azərbaycanın iştirakı olmadan, razılığı olmadan heç bir layihə öz həllini tapa bilməz. Əksinə, biz bir çox hallarda böyük, həm bizim üçün, həm də bölgə ölkələri üçün əhəmiyyətli olan layihələrin təşəbbüskarıyıq. Biz öz təşəbbüsümüzlə o layihələri həyata keçiririk. Əlbəttə, bu gün Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də ölkə daxilində yaradılmış bu gözəl ictimai-siyasi vəziyyət, sabitlik imkan verir ki, ölkəmiz tam şəkildə inkişaf etsin.

Bir daha qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası bu gün bölgənin aparıcı siyasi qüvvəsidir. Bizim həm beynəlxalq əlaqələrimiz möhkəmlənir, həm də ölkədaxili proseslərə Yeni Azərbaycan Partiyası çox böyük dərəcədə təsir edir. Bizim sıralarımızda 400 mindən artıq üzv var. Bu, böyük siyasi qüvvədir. Bizim nümayəndələrimiz bütün sahələrdə fəal iştirak edirlər. Bütün sahələrdə Azərbaycanın inkişafında fəal çalışırlar. Yeni Azərbaycan Partiyası 1995-ci, 2000-ci və 2005-ci illərdə parlament seçkilərində böyük uğurlar göstərərək qələbə qazanmışdır.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün orqanlarda fəal iştirak edirlər. Öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. 1993-cü, 1998-ci və 2003-cü illərdə Yeni Azərbaycan Partiyasının sədrləri Prezident vəzifəsinə seçilmişlər. Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq.

Siyasət ilk növbədə, praktik işlərdir. Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir. Bizimlə rəqabət aparmaq istəyənlərin sayı getdikcə azalır. Biz bunu görürük və artıq Azərbaycanın siyasi səhnəsində qeyri-ciddi, təxribatçı və qeyri-peşəkar qüvvələrə yer yoxdur. Azərbaycan xalqı o qüvvələrə çoxdan “Yox!” demişdir və sadəcə olaraq, onlar öz fəaliyyətini davam etdirmək üçün hərdənbir müsahibələr verirlər, bir-biri ilə görüşürlər, bir-biri ilə savaşırlar. Ancaq Azərbaycanın siyasi səhnəsində artıq o ənənəvi müxalifətin yeri yoxdur.

Bir də ki, hər bir siyasi qüvvə üçün, fəaliyyət göstərmək üçün gərək siyasi meydan olsun. Müxalifətin siyasi meydanı daralıb. Nəyin hesabına? Bizim işlərimizin hesabına. Bizim apardığımız siyasətin hesabına. Haraya baxsan, Azərbaycanın inkişafında istənilən məsələyə baxsaq, bütün sahələrdə bizim uğurlarımız göz qabağındadır. Hər bir sahə üzrə konkret proqramlar var. Yerlərdə bizim fəallarımız yerli icra orqanları ilə çox sıx əməkdaşlıq edərək, öz töhfəsini verirlər. Bu, davam etdirilməlidir və bu əlaqələr daha da sıx olmalıdır. Bütün yerli icra hakimiyyəti başçılarını o vəzifəyə Prezident təyin edir və Prezident, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədridir. Təbiidir ki, Yeni Azərbaycan Partiyası və yerli icra orqanlarının nümayəndələri birlikdə olmalı, bir-birinə kömək etməli və birlikdə çalışmalıdırlar. Mən bilirəm, bəzi hallarda müəyyən qısqanclıq olur, müəyyən ziddiyyətlər yaranır. Mən buna imkan verə bilmərəm. Harada belə hadisə olarsa, hər ikisi cəzalandırılacaqdır. Biz imkan verə bilmərik ki, bizim iqtidar nümayəndələri hansısa bir xırda məsələdə problemlər yaratsınlar. Ona görə mən bu məsələyə xüsusilə toxunmaq istəyirəm. Yerlərdə Yeni Azərbaycan Partiyasının üzvləri, fəalları yerli icra orqanları ilə birlikdə qarşıda duran bütün vəzifələri icra etməlidirlər. Onsuz da, Prezident kimi və Yeni Azərbaycan Partiyasının sədri kimi mən bu vəzifələri onların qarşısında qoyuram. Onların vəzifəsi bu göstərişləri yerinə yetirmək və eyni zamanda, öz təşəbbüsləri ilə bizim işimizə töhfələrini verməkdir.

Bizim gələcək planlarımız da çox açıqdır, çox aydındır. Azərbaycanın uğurlu gələcəyi artıq heç kimdə şübhə yaratmır. Biz bunu onsuz da bilirdik, amma artıq bütün dünya da bunu bilir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və biz bu əməkdaşlığa hazırıq. Biz öz siyasətimizi əməkdaşlıq üzərində qururuq. Bütün addımlarımızı bu istiqamətə yönəldirik ki, bölgədə təhlükəsizlik tədbirləri güclənsin, əməkdaşlıq dərinləşsin. Regional müstəvidə qarşılıqlı əməkdaşlıq bütün ölkələrin xeyrinə işləyir. Yenə də demək istəyirəm ki, biz nəinki bu proseslərin iştirakçısı, eyni zamanda, ən mühüm, ən vacib proseslərin, layihələrin təşəbbüskarıyıq.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarında başlanmış və bu gün uğurla davam etdirilən neft strategiyamız, baxın, bu gün Azərbaycana nə qədər böyük - həm siyasi, həm iqtisadi, həm də ictimai xeyirlər gətiribdir. Bütün bunlar Azərbaycanı gücləndirir. Azərbaycan böyük layihələrin təşəbbüskarıdır. Vaxtilə əfsanə kimi qələmə verilən Bakı-Tbilisi-Ceyhan bu gün reallıqdır və Azərbaycan xalqının davamlı, dayanıqlı inkişafını təmin edəcəkdir.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri - bu, bizim Avropa qaz bazarına çıxışımızdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanması tarixi hadisədir. Bunu izah etməyə dəyməz. Kifayətdir ki, biz baxaq, bu layihələrdən kim xeyir götürəcək, kimsə bu layihələrə qısqanclıqla yanaşaraq, öz məğlubiyyətini dərinləşdirəcəkdir. Bütün bu layihələr bizi sevindirir. Azərbaycan xalqını sevindirir və bizə dost olan ölkələri sevindirir.

Bu layihələr kimi narahat edir? Ermənistanı, təcavüzkar dövləti, hansını ki, biz indi tamamilə bütün layihələrdən - iqtisadi, enerji və nəqliyyat layihələrindən təcrid etmişik. Biz buna nəyin hesabına nail olmuşuq? Halbuki, bilirsiniz ki, bu, o qədər də asan məsələ deyildi. Nəzərə alsaq ki, dünyada erməni lobbisi və dünya erməniliyi çox böyük mövqelərə, o cümlədən maliyyə imkanlarına malikdir, bu, asan məsələ deyildi. Biz böyük çətinliklərlə üzləşmişdik. Mən bunu yaxşı xatırlayıram. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin əleyhinə ən fəal çıxış edən dünya erməniliyi idi. Bütün beynəlxalq maliyyə qurumlarına, aparıcı ölkələrin dövlət, hökumət başçılarına onların ünvanladığı məktubların hamısı bizdə var. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək, bunun qarşısını almaq, bunu qoymamaq. Bəzi hallarda o layihənin yubanmasında bu, öz rolunu oynamışdı. Amma biz bunun qarşısına nəyi qoyduq? Öz iradəmizi, öz siyasətimizi, öz cəsarətimizi. Biz heç nəyə baxmadan bunu etdik.

Bakı-Tbilisi-Qars dəmir yolu - artıq uzun illərdir dünya erməniliyi əlindən gələni edir ki, bu layihəni əngəlləsin. Deyə bilərəm ki, beynəlxalq maliyyə qurumlarına və hətta bəzi beynəlxalq təşkilatlara da bu, təsir etmişdir. Məhz ona görə uzun illər biz bu layihəni başlaya bilmirdik. Biz bunu necə etdik!? Biz gücləndik, maliyyə imkanlarını əldə etdik. Biz bölgədə artıq üçtərəfli əməkdaşlığı möhkəmləndirdik.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa - bütün bu layihələr imkan verdi ki, biz Bakı-Tbilisi-Qars layihəsinə də başlayaq. Və bu, artıq reallıqdır. Kim bundan xeyir götürəcək!? Azərbaycan, Türkiyə, Gürcüstan və bu yoldan istifadə edən başqa tərəfdaşlar - həm Asiyada, həm də Avropada. Kim bu layihədən narahatdır və bunun əleyhinədir!? Ermənistan. Yəni, biz bütün bu addımlarımızla həm öz iqtisadi maraqlarımızı, həm siyasi maraqlarımızı əhəmiyyətli dərəcədə təmin edirik, Azərbaycanı əvəzolunmaz ölkəyə çeviririk, eyni zamanda, təcavüzkar dövlətə öz zərbəmizi vururuq. Getdikcə bu zərbələrin sayı çoxalacaqdır. Çünki indi bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan az ölkə tapılar. O ki ola Ermənistan, kasıb və bütün imkanlardan təcrid edilmiş vəziyyətdə yaşayan, yarımmüstəqil bir dövlət. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik və Azərbaycan iqtidarı bu işlərdə qətiyyətlidir. Biz ölkəmizin ərazi bütövlüyünün bərpasında öz istəyimizə nail olmalıyıq və olacağıq. Bunu etmək üçün müxtəlif yollar var və biz bütün yollardan keçməyə hazırıq.

Əziz dostlar, bir sözlə, bu gün Yeni Azərbaycan Partiyasının 15-ci ildönümündə qürur hissi ilə deyə bilərik ki, bizim partiyamız çox çətin sınaqlardan keçdi, öz ləyaqətini saxladı. Həm müxalifətdə olduğu dövrdə, həm iqtidarda olduğu dövrdə bizim partiyamız bütün əməkdaşlıq imkanlarını ortaya qoydu. Biz öz fəaliyyətimizlə, öz səylərimizlə ölkəmizi gücləndiririk.

Bir də demək istəyirəm ki, bizim ideologiyamız var - azərbaycançılıq ideologiyası, Heydər Əliyev siyasi xətti, alternativsiz siyasi xətt və bizim siyasi baxışlarımız çox açıqdır və aydındır. Eyni zamanda, bununla yanaşı, hər bir siyasi qurumun fəaliyyətini qiymətləndirmək üçün o qurumun real praktik işlərinə baxmaq lazımdır. Biz qürur hissi ilə deyə bilərik ki, son 14 il ərzində Azərbaycanın bu sahədə keçdiyi yol uğurlar yoludur. Biz iqtisadi, siyasi cəhətdən özümüzü möhkəmləndirdik. Azərbaycanda sabitlik tam bərqərar olunubdur. Bütün bugünkü və gələcək uğurlarımızın başlıca şərti də budur. Sabitlik pozulan ölkələrdə gedən proseslərə baxanda, biz bunu bir daha görürük. Biz imkan vermədik ki, Azərbaycanda vəziyyəti qarışdırsınlar, halbuki buna cəhdlər göstərilirdi. Həm 2003-cü ilin prezident seçkilərini və bəzi destruktiv qüvvələrin seçkilərin pozulmasına yönəlmiş cəhdlərini, həm də 2005-ci ilin parlament seçkilərində Azərbaycana, Azərbaycan iqtidarına qarşı əsassız təzyiqləri, daha doğrusu, təzyiq cəhdlərini biz hamımız yaxşı xatırlayırıq. Biz bütün bu sınaqlardan şərəflə çıxdıq. Nəyin hesabına? Biz xalqa arxalanırıq. Bizim işimiz haqq işidir, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Ona görə biz güclüyük. Biz güclüyük ona görə yox ki, kiməsə problem yaradırıq, hansısa siyasi qüvvəni sıradan çıxarırıq. Yox. Həyat bunu edir. Yəni bizə müxalif olan, yaxud olmaq istəyən qüvvələrin siyasi meydanı daralır. Bizə nə edə bilərlər, nə deyə bilərlər, hansı irad tuta bilərlər!? Sadəcə, deyə bilərlər ki, biz pisik, onlar yaxşıdırlar. Amma onların necə yaxşı olduğunu Azərbaycan xalqı yaxşı xatırlayır.

Ölkəmiz ən ağır vəziyyətdə, ən çətin şəraitdə olanda, ölkəmizin dövlətçiliyi əldən gedən zaman onlar hamısı çıxıb getdilər, hakimiyyəti qoyub bəziləri qaçdılar, gizləndilər, bəziləri öz fəaliyyətini dondurdular. Nəticədə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Yəni bunu heç kim unutmur. Ona görə bir şeyi əldə etmək üçün, hansısa siyasi məqsədə çatmaq üçün insanlar gərək işləsinlər, insanlar gərək öz fəaliyyəti ilə o rəğbəti qazansınlar. Artıq dörd ildir ki, öz iş otaqlarından, - artıq iş otaqları da yoxdur, evlərdə fəaliyyət göstərirlər, - çıxmayan siyasi qüvvələrin nümayəndələri hansı dəstəyə ümid edə bilər? Yəni bu bir illüziyadır, yaxud da görüntü yaratmaq cəhdi və bəzi beynəlxalq qurumların onlara verdiyi dəstək onların mövcudluğunu davam etdirir. Amma belə mövcudluqdansa, məncə, siyasi fəaliyyət göstərməmək daha da şərəfli olardı.

Bir sözlə, bu gün Azərbaycanın siyasi mənzərəsi çox müsbətdir. Azərbaycanda bütün azadlıqlar var. Demokratiya baxımından biz fəal inkişaf edirik. Söz azadlığı var, pluralizm var. Biz qanunun aliliyini təmin edir, hüquqi dövlət yaradırıq. Heç kim bizi məcbur etmirdi, biz özümüz 2001-ci ildə Avropa Şurası kimi beynəlxalq təşkilata üzv olduq. Bilirsiniz ki, o təşkilatın əsas fəaliyyət çərçivələri insan haqlarını qorumaq, demokratiyanı, azad sözü qorumaqdır. Biz özümüz şüurlu, könüllü şəkildə o təşkilata üzv olduq ki, Azərbaycanda gedən siyasi proseslər Avropada gedən proseslərə uyğun olsun. Bizi heç kim məcbur etmədi. Biz 2001-ci ilə qədər Avropa Şurasının üzvü deyildik, amma yaşayırdıq, öz siyasətimizi aparırdıq. Biz bunu könüllü şəkildə etdik ki, Azərbaycanda həm qanunvericilikdə, həm siyasi prosesin təkmilləşməsində - bütün sahələrdə islahatlar daha da sürətlə getsin.

Bu gün artıq bir ildir ki, Avropa İttifaqının yeni qonşuluq siyasətinin üzvüyük. Bu təşəbbüsə də biz könüllü qoşulduq. Heç kim bizi məcbur etmirdi. Bizim ölkəmiz heç kimdən asılı deyil. Biz özümüzü təmin edirik və nəinki təmin edirik, başqa ölkələrin inkişafında da az rol oynamırıq. Biz bunu könüllü etdik. Nə üçün? Çünki Avropa İttifaqının təcrübəsi müsbət təcrübədir. Bütün cəhətlərdən - həm iqtisadi inkişaf baxımından, həm sosial məsələlərin həlli baxımından, həm də siyasi proseslərin davam etdirilməsi baxımından. Yəni biz istəyirik ki, müsbət təcrübə toplayaq. Amma əlbəttə ki, bu qonşuluq siyasəti bizim üzərimizə əlavə məsuliyyət qoyur. Biz müəyyən dərəcədə öhdəliklər götürürük. Biz bunu edirik. Halbuki, bir daha demək istəyirəm ki, Azərbaycanın həm indiki imkanları, həm gələcək perspektivləri, həm coğrafi vəziyyətimiz, həm də böyük dövlətlərlə, qonşu dövlətlərlə müsbət yaxşı münasibətlərimiz bizi, ümumiyyətlə, hansısa bir təşkilata meyil göstərməyə vadar etmir. Biz bunsuz da yaşayarıq və yaxşı da yaşayarıq. Ancaq biz bunu edirik ki, ölkəmiz müasirləşsin. İstəyirik ki, ölkəmiz ən müsbət təcrübəyə malik olsun. Ona görə biz bundan sonra da Azərbaycanda demokratiyanın inkişafında fəal olacağıq. Bu sahədə islahatlar - siyasi islahatlar, iqtisadi islahatlar davam etdiriləcəkdir. Məqsədimiz odur ki, Azərbaycan xalqı xoşbəxt yaşasın. Azərbaycanda bütün sosial problemlər öz həllini tapsın. Yoxsulluq, işsizlik, digər problemlər, ədalətsizlik aradan qaldırılsın. Qanunun aliliyi tam şəkildə bərqərar olsun. Azərbaycanda iqtisadi islahatlar imkan versin ki, insanlar yaxşı maaş alsınlar. Kim dövlət işində işləyir, maaşlar qaldırılmalıdır və qaldırılacaqdır.

Özəl sahədə işləyənlər üçün gözəl biznes səraiti yaradılmalıdır. Biz bunu edirik. Biznesin asanlaşdırılması üçün böyük tədbirlər görürük, kreditlər verilir. Özəl sektorun inkişafında biz müxtəlif proqramlar həyata keçiririk. Beləliklə, Azərbaycan möhkəmlənir, Azərbaycanda yaşayan insanlar, vətəndaşlarımız öz həyat səviyyəsini yaxşılaşdırırlar. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, Azərbaycanın müstəqilliyidir. Sözdə deyil, işdə. Bizimlə bərabər Sovet İttifaqının keçmiş respublikaları da müstəqilliyə qovuşmuşlar. Amma tutaq ki, Ermənistan. Onun haqqında demək olarmı ki, o, müstəqil ölkədir. Əlbəttə ki, yox. Müstəqil siyasət apara bilmir. Həm enerji təhlükəsizliyi baxımından, həm nəqliyyat baxımından, həm iqtisadi inkişaf baxımından tamamilə başqa ölkələrin köməyindən asılıdır. Belə olan halda, bu müstəqillik şərtidir. Biz isə tam şəkildə müstəqilik. Bizə qarşı heç kim öz iradəsini yeridə bilməz. Heç kim bizi nəyisə etməyə məcbur edə bilməz. Heç kim öz iradəsini bizə diktə edə bilməz. Artıq bunu hamı bilir. Artıq bu cəhdlər də əhəmiyyətli dərəcədə azalır.

Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər gəlirdi, gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq. Mən bu dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik.

İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, səma aydındır, üfüqlər açıqdır və biz irəli gedirik. Bu yolda sizə, Yeni Azərbaycan Partiyasının fəallarına, bütün üzvlərinə uğurlar arzu edirəm.

Sizi bu bayram münasibətilə bir daha təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

(Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

                                                                         X X X

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyinə həsr edilmiş konsert proqramı oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub