Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab kardinal Bertone!

Hörmətli xanımlar və cənablar!

Hörmətli din xadimləri!

Mən sizin hamınızı ürəkdən salamlayıram, bütün qonaqlara Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Bu gün bizim həyatımızda çox əlamətdar və unudulmaz bir gündür. Azərbaycanda katolik kilsəsi açılır və mən bu münasibətlə Azərbaycanda yaşayan bütün katolikləri ürəkdən təbrik edirəm. Bu hadisə onu göstərir ki, Azərbaycanda dinlərarası münasibətlər çox yüksək səviyyədədir. Bu sahədə görülən işlər, tədbirlər Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir. Çünki hər bir ölkənin normal, uğurlu inkişafı üçün iqtisadi və siyasi uğurlarla bərabər, sülh olmalıdır, əmin-amanlıq, sabitlik olmalıdır, millətlərarası və dinlərarası münasibətlər yaxşı səviyyədə olmalıdır. Biz bütün bunları Azərbaycanda görürük. Azərbaycan xalqı əsrlər boyu bütün başqa xalqlarla mehribanlıq şəraitində yaşamışdır, Azərbaycanda, Azərbaycanın tarixində heç vaxt milli, yaxud da dini zəmində nəinki münaqişə, hətta narazılıq da olmamışdır. Azərbaycanda yaşayan insanlar bütün bunları çox yaxşı bilirlər. Əlbəttə, burada dövlət siyasətinin çox önəmli rolu vardır. Eyni zamanda, Azərbaycanda yaşayan insanların qəlbində olan qardaşlıq, mehribanlıq duyğuları çox mühüm rol oynayır.

Biz bu gün hörmətli dövlət katibi ilə Vatikan-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini müzakirə etdik. Biz ümumiyyətlə, bu səfərə çox böyük diqqət göstəririk və qiymət veririk. Çünki bu onu göstərir ki, Vatikanla Azərbaycan arasında mövcud olan möhkəm əlaqələr daha da möhkəmlənir. Bu əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vatikana 1997-ci ildə etdiyi səfəri xüsusilə qeyd etmək istəyirəm. O səfərdən sonra münasibətlər, demək olar ki, yeni pilləyə qalxmışdır. Şübhəsiz ki, 2002-ci ildə Roma Papası II İoann Pavelin Azərbaycana tarixi səfəri də bu münasibətlərin inkişafında çox böyük rol oynamışdır. Biz hamımız həmin səfəri yaxşı xatırlayırıq. O, doğrudan da tarixi bir səfər idi və bir daha göstərdi ki, Azərbaycan, müstəqil ölkəmiz bütün istiqamətlərdə böyük uğurlara nail olubdur. Eyni zamanda və ilk növbədə, millətindən, dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün insanlar eyni hüquqlara malikdirlər, bərabərdirlər və bu, ölkəmizin gələcəyi üçün çox vacib amildir.

Mən Vatikana öz səfərimi də xatırlayıram. 2005-ci ildə Vatikanda olarkən orada keçirilən danışıqlar, müzakirələr bir daha imkan verdi ki, ikitərəfli münasibətlərimizi təhlil edək. Bugünkü tədbirin baş verməsi üçün o vaxt lazımi tədbirlər görülmüşdü. Bakıda kilsənin tikintisi üçün çox gözəl yer ayrılmışdır və qısa müddət ərzində gözəl kilsə tikilmişdir. Mən bu hadisəyə müxtəlif aspektlərdən yanaşıram. İlk növbədə, bu gün Azərbaycanda yaşayan katoliklərin bayramıdır. Katolik kilsəsinin fəaliyyətə başlaması onların böyük bayramıdır. Digər tərəfdən, bu, tarixi həqiqətin bərpasıdır. Çünki biz bilirik ki, XX əsrin əvvəllərində Azərbaycanda katolik kilsəsi tikilmişdir, lakin bolşevik inqilabından sonra o, dağıdılmışdır. Bu gün kilsənin tikilib istifadəyə verilməsi o tarixi həqiqətin bərpası deməkdir. Digər tərəfdən, əminəm, dünyada yaşayan bütün katoliklər üçün çox vacib və əlamətdar hadisədir ki, Azərbaycanda bu kilsə tikilibdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini dözümlülük, dini tolerantlıq çox yüksək səviyyədədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi, qardaşlıq, mehribanlıq şəraitində yaşaması bizim ölkəmizi gücləndirir. Ölkəni gücləndirən müxtəlif amillər var. Həm siyasi nüfuz, həm iqtisadi potensial, həm sosial məsələlərin həlli və həm də digər məsələlər. Ancaq millətlərarası münasibətlər, xüsusilə çoxmillətli ölkələrdə çox böyük əhəmiyyət kəsb edən məsələdir.

Azərbaycan çoxmillətli ölkədir. Biz bununla fəxr edirik və Azərbaycanda yaşayan bütün milli azlıqlara öz qayğımızı göstəririk və bundan sonra da göstərəcəyik. Azərbaycan o ölkədir ki, burada bütün dinlər sərbəst fəaliyyət göstərir. Eyni zamanda, din dövlətdən ayrıdır, Azərbaycan dünyəvi dövlətdir və bu da bizim üçün çox vacib olan məsələdir. Biz bütün dinlərə böyük hörmətlə yanaşırıq və Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait var.

Bir daha demək istəyirəm ki, hesab edirəm, bugünkü hadisə gələcək üçün də çox mühüm rol oynayacaqdır. Azərbaycanın gələcək inkişafı, dünya birliyinə inteqrasiyası, Avropa ilə olan gözəl münasibətlərinin davam etdirilməsi, Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində uğurlu fəaliyyətin davam etdirilməsi üçün bu hadisə çox vacib rol oynayır. Əlbəttə, yenə deyirəm, ilk növbədə, Azərbaycanda yaşayan katoliklər üçün bu gün böyük bayramdır. Mən bu bayram münasibətilə bütün katolikləri təbrik etmək istəyirəm.

Bir daha qeyd etmək istəyirəm ki, biz kilsənin tikilməsinə çox böyük diqqət göstərmişik - həm yerin seçilməsində, həm də lazımi sənədlərin hazırlanmasında. Mən çox şadam ki, bu gün biz hörmətli kardinal Bertone həzrətləri ilə bərabər bu kilsənin açılışında iştirak edirik. Bir daha demək istəyirəm ki, bundan sonra da Azərbaycanda bütün millətlər dövlət tərəfindən qayğı ilə əhatə olunacaqlar. Azərbaycanda bundan sonra da heç vaxt nə milli, nə də dini zəmində heç bir problem olmayacaqdır. Bütün milli azlıqlar bizim qardaşlarımızdır. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri bizim qardaşlarımızdır və bu qardaşlıq davam etdiriləcəkdir. Azərbaycan dostluq ölkəsidir, qardaşlıq ölkəsidir. Azərbaycan o ölkədir ki, uğurla inkişaf edir, irəliyə baxır və tərəqqi yolunu seçibdir.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

 
Vatikanın dövlət katibi kardinal TARÇİZİO BERTONE Bakıda katolik kilsəsinin açılışını bəşər tarixi salnaməsinə düşən əlamətdar hadisə kimi dəyərləndirdi. Kilsənin tikilməsi barədə qərar qəbul etmiş ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini Vatikan Dövlətinin yüksək qiymətləndirdiyini xüsusi vurğuladı. O dedi:

-Cənab Prezident, Sizin şəxsiyyətinizə olan hörmətimiz yalnız Sizin yüksək səlahiyyətli vəzifəniz və Sizin ölkə ilə Vatikan arasında yüksək səviyyəli əlaqələrin olması ilə məhdudlaşmır. Bu hörmət həmçinin Azərbaycanda, bu torpaqda və əsasən, Bakı kimi şəhərdə dini tolerantlığın hökm sürməsi üçün görülmüş işlərlə bağlıdır.

Cənab Prezident, sizin iştirakınız mənə fürsət verir ki, atanız, unudulmaz Prezident Heydər Əliyevin bu çox dəyərli əməlinə görə Sizə Katolik kilsəsinin dərin minnətdarlığını çatdırım. O, bu kilsənin tikintisi üçün şəhərin mərkəzində torpaq ayrılmasına razılığını, istəyini bildirmişdir. Onun bu istəyi yaddaşlardan silinməyən Roma Papası II İoann Pavelin Azərbaycana səfərindən bir gün əvvəl həyata keçirilmişdi. Bu, onun tərəfindən ən böyük və ən gözəl “Xoş gəldiniz!” addımı oldu. Onun istəyi nəticəsində, dini tolerantlığın Azərbaycan həyatının gündəliyində bir sütuna dönməsi mümkün oldu. O, bu mövzuya aid olan unudulmaz bir çıxışında bu dəyərlərin zəngin mədəniyyətə malik olan Azərbaycanın hər zaman xüsusiyyəti olduğunu bildirmişdi.

Cənab Prezident, istərdim Sizə Roma Papası XVI Benediktin və bütün Katolik kilsəsinin adından ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə böyük hörmət bəslədiyimizi bildirim. O, qarşısına qoyduğu məqsədin öhdəsindən cəsarətlə və qətiyyətlə gəlirdi.

Kardinal Tarçizio Bertone kilsənin tikintisinə hərtərəfli dəstəyinə, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevə Vatikan Dövlətinin və şəxsən Papa XVI Benediktin xüsusi minnətdarlığını çatdırdı: XVI Benedikt bilir ki, bu gün bu kilsənin açılışı Sizin böyük rolunuz, dəstəyiniz və dövlət işindəki adamlar ilə birgə zəhmətiniz nəticəsində reallaşdı.

Kardinal Azərbaycanda milli, dini tolerantlığın daha da möhkəmləndirilməsi üçün ulu öndər Heydər Əliyevin siyasətinin davam etdirildiyini və beynəlxalq birliyin bunu yüksək qiymətləndirdiyini bildirdi.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı ALLAHŞÜKÜR PAŞAZADƏ dedi:

-Vaxtilə Roma Papası II İoann Pavel Azərbaycanda olarkən mərhum Heydər Əliyevlə görüşündə, daha sonra isə Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrini Vatikanda qəbul edərkən Azərbaycandakı mövcud tolerantlıqla fəxarət duymağa tam mənəvi haqqımızın olduğunu xüsusi vurğulamışdı. Azərbaycanın tolerantlıq sahəsində örnək rolunu Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi həzrətləri və bir çox başqa tanınmış şəxslər olduqca yüksək dəyərləndirmişlər.

Bugünkü uğurlarımız da məhz yüksək ənənələri davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev həzrətlərinin dini-mənəvi dəyərlərə verdiyi önəm, göstərdiyi böyük qayğıdan qaynaqlanır. Biz, dindarlar dövlət rəhbərinin müqəddəs dəyərlərə ehtiramlı münasibətini dərin minnətdarlıqla qarşılayır, olduqca yüksək qiymətləndiririk.

Hər kəs özünə arzuladığını başqalarına da arzulamalıdır. Bugünədək təcavüz və terrorizmin acı nəticələrini üzərində hiss etməkdə olan Azərbaycan xalqı bütün dünya xalqlarına əmin-amanlıq, rifah, səadət diləyir və bunu həm sözdə, həm də əməldə nümayiş etdirir. Bu gün iştirakçısı olduğumuz mərasim buna bariz nümunədir.

Bizim ən ümdə məqsədimiz ərazi bütövlüyümüzün bərpası, doğma Qarabağın təcavüzkarlardan azad olunması, vətəndaşlarımızın öz torpaqlarına qayıtmasıdır. Biz, inşallah, Qarabağa qayıdaraq, erməni vandalları tərəfindən dağıdılmış müqəddəs ibadətgahlarımızın yenidən həyata qaytarılacağı günü səbirsizliklə gözləyirik. Biz, bəşəriyyət adına ləkə olan Xocalı faciəsinin harayını bütün dünyanın eşitməsini, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının lənətlənməsini, haqq səsimizə səs verilməsini istəyirik. Bu işdə biz sizdən də dəstək umuruq.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının başçısı ALEKSANDR ATA Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı:

- Azərbaycan XXI əsrə cəsarətlə qədəm qoymuşdur. Bu əsrin ötən illərində baş vermiş dəyişikliklər hətta bütövlükdə iyirminci əsrdəki dəyişikliklərlə müqayisəyəgəlməzdir. Bu illər ərzində baş vermiş hadisələrdən xüsusilə ikisi Azərbaycanın gələcəyə necə can atmasını göstərir. Bunlardan biri gənclərə münasibətdir: biz gənclərimizin necə oxuduğunun, onların fiziki cəhətdən necə möhkəmləndiyinin, gənclərin həqiqətən Azərbaycanın dayağına və gələcəyinə çevrilməsi üçün çox işlər görülməsinin şahidiyik.

Şəxsən məndən ötrü ikinci əlamətdar hadisə dini icmaların həyatının dirçəlməsidir. Biz ibadətxanaların abadlaşdırılmasını, Azərbaycanın memarlıq və mədəniyyət irsi olan gözəl məscidlərin bərpa olunmasını müşahidə edirik. Bu yaxınlarda biz pravoslav kafedral kilsəsinin və sinaqoqun yeni gözəl binasının bərpa edilməsinin şahidi olduq. Ən başlıcası isə, biz hamımız həmin hadisələrin iştirakçıları olduq. Biz bu binaların layihələrini də birlikdə işləyib hazırlamışıq, bütün bu işlərin həyata keçirilməsi üçün maliyyə vəsaitlərini də birlikdə tapmışıq.

Bu gün isə biz sizinlə birlikdə şəhərimizdə yeni kilsə binasının açılışında iştirak edirik. Bu onu göstərir ki, Azərbaycan gələcəyini qurur, ölkəmizə gələn, burada çalışmaq istəyən, bu ölkə barədə fikir söyləyəcək hər kəsin Azərbaycanda sabitliyin olduğunu, burada sadəcə dini dözümlülük mənasında tolerantlığın deyil, müxtəlif dinlərə, müxtəlif millətlərə və müxtəlif mədəniyyətlərə mənsub insanlar arasında qarşılıqlı hörmət hisslərinin olduğunu, onların ölkəmizin xoşbəxt gələcəyini qurmağa çalışdığını təsdiqləmələri üçün lazım olan hər şeyi edir.

Dağ yəhudiləri dini icmasının sədri SEMYON İXİİLOV da ölkəmizdə millətlərarası və dinlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirərək dedi:

-İcazə verin, bütün yəhudilər adından, Azərbaycanda yaşadıqları bütün müddətdə antisemitizm kimi dəhşətli, biabırçı hadisənin nə demək olduğunu bilməyən bütün yəhudi dini icmaları adından katolikləri bu Allah evinin açılışı münasibətilə təbrik edim.

Bu məbəd Roma Papası II İoann Pavelin 2002-ci ildə Bakıya səfəri zamanı onun xahişi ilə Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev tərəfindən ayrılmış torpaq sahəsində tikilmişdir. Çox təəssüf ki, bu böyük insanlar bu gün bizim aramızda yoxdur. Hesab edirəm ki, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmək yerinə düşərdi. Allah onlara rəhmət eləsin.

Semyon İxiilov katolikləri təbrik etdi, onları Azərbaycanın ən ümdə arzularının reallaşması üçün dualar etməyə çağırdı.

Vatikan Dövlətinin Azərbaycandakı apostol nunsisi KLAUDİO QUCEROTTİ Bakıda katolik kilsəsinin açılışı münasibətilə sevinci məhz ulu öndər Heydər Əliyevin bəxş etdiyini vurğuladı, tolerantlığa töhfələrinə görə Vatikan Dövlətinin Prezident İlham Əliyevin də xidmətlərini yüksək qiymətləndirdiyini bildirdi:

-Bu dəvəti və burada iştirakımızı və bütün diqqəti yüksək dəyərləndirirəm. Bu, Azərbaycanın çox dəyərli mənəvi varlığıdır. Qardaşlar, bacılar və qonaqlar kimi öz üzərimizdə hiss etdik ki, biz heç vaxt düşmən ola bilmərik. Əksinə, biz sevgi dolu bir ailənin üzvləri ola bilərik.

Klaudio Qucerotti Azərbaycandakı katolik icmasına Papa XVI Benediktin təbriklərini yetirdi, ən xoş arzularını bildirdi.

X X X

Mərasimin rəsmi hissəsi Azərbaycan Dövlət Xor Kapellasının ifası ilə başa çatdı.

Tədbir iştirakçıları əlamətdar hadisə münasibətilə bir daha təbriklərini yetirdilər.

Prezident İlham Əliyev Roma Papası II İoann Pavelin Azərbaycana səfərini əks etdirən fotostendə baxdı. Dövlətimizin başçısına Müqəddəs Məryəm Ana kilsəsinin şəkillərindən ibarət albom nümayiş etdirildi.

Sonra Prezident İlham Əliyev və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin ərazisində görüləcək əlavə işlər barədə danışdılar.

Azərbaycan Prezidenti bir daha təbriklərini yetirdi.

######

 
 
 
 
 
 
 
 
 
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib