Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz həmvətənlər, əziz dostlar!

Mən sizin hamınızı bu gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün bütün Azərbaycan xalqını bu gözəl Bahar bayramı münasibətilə təbrik edirəm.

Novruz bayramı Azərbaycan xalqının ən əziz, ən sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. İkinci ildir ki, beş gün biz bunu qeyd edirik. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır. Digər tərəfdən, bu beş gün imkan verir ki, hər bir ailə bu günlərdə istirahət etsin, bir yerdə dincəlsin və bir yerdə olsun. Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik, assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.

Bu gün biz müstəqil dövlət kimi sürətlə inkişaf edirik. Həm iqtisadi sahədə, həm siyasi sahədə - bütün sahələrdə Azərbaycan müstəqil dövlət kimi dünyada öz yerini tutubdur. Bu yer möhkəm yerdir. Biz bu bölgədə aparıcı dövlətə çevrilmişik. Bundan sonra Azərbaycan ancaq və ancaq irəliləyiş yolu ilə gedəcəkdir, irəliyə doğru, tərəqqiyə doğru, rifaha doğru gedəcəkdir.

Biz bu gün müxtəlif layihələr üzərində işləyirik. İndiyə qədər görülmüş işlər Azərbaycanı ən çətin vəziyyətdən - 1990-cı illərin əvvəlində yaranmış vəziyyətdən çıxarıb, tərəqqi yoluna gətirmişdir. Bizim iqtisadiyyatımız üç ildir ki, artım sürətinə görə dünyada birinci yerdədir. Bütün sosial məsələlər öz həllini tapır. İldə iki dəfə əmək haqları və pensiyalar artırılır və bundan sonra da bu siyasət davam etdiriləcəkdir. İqtisadi sahədə əldə edilmiş uğurlar bizim maddi imkanlarımızı artırır. Biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik, islahatları dərinləşdiririk. Azərbaycan üçün, ölkəmiz üçün lazım olan bütün böyük layihələri həyata keçiririk.

Bizim artan iqtisadi gücümüz ölkəmizin siyasi gücünü də artırır. Əlbəttə ki, hər bir ölkənin inkişafı üçün iqtisadi amillər başlıca rol oynayır və bu gün Azərbaycan həm iqtisadi baxımdan, həm enerji təhlükəsizliyi baxımından özünü tam şəkildə təmin edən ölkədir. Beləliklə, bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Bizim siyasətimiz ancaq və ancaq Azərbaycan xalqının milli maraqlarına söykənir, bu maraqları güdür və bundan sonra da biz bu siyasətə sadiq olacağıq.

Biz iqtisadiyyatı artırmaqla, eyni zamanda, bölgədə regional əməkdaşlığın inkişafına güclü təkan veririk. Biz böyük layihələrin təşəbbüskarıyıq, icraçısıyıq və bu layihələrin icrası nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi mənfəət əldə edir. İqtisadi islahatlar bundan sonra da aparılacaqdır. Baxmayaraq ki, dörd il ərzində bizim iqtisadiyyatımız iki dəfə artıb, - bu, dünyada analoqu olmayan bir nəticədir, - biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq ki, Azərbaycan necə inkişaf edəcək, bizim inkişafımız hansı nəticələrə gətirib çıxaracaqdır. Bütün bunları etmək üçün, əlbəttə ki, hər bir sahə üzrə xüsusi proqramlar olmalıdır. Onlar da var və icra edilir. Mən əminəm ki, gələcəkdə Azərbaycan çox güclü, inkişaf etmiş müasir dövlətə çevriləcəkdir. Biz artıq bunun ilkin elementlərini, ilkin əlamətlərini görürük. Bizim güclü iqtisadi potensialımız, bölgədə möhkəm yerimiz, təsiretmə imkanlarımızın genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunu da böyük dərəcədə qaldırır.

Biz dünyada çox böyük hörmətə malik bir ölkəyik. Daxili siyasətin davamı olaraq, xarici siyasətimiz Azərbaycanın milli maraqlarını güdür və bu maraqlar lazımi səviyyədə qorunur. Dünyada Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır. Biz bu gözəl reputasiyanı qazanmışıq və bundan sonra da öz xarici siyasətimizi bölgədə və dünyada əməkdaşlığın dərinləşməsinə yönəldəcəyik. Bizim xarici siyasətimiz sabitliyin möhkəmlənməsinə, bölgədə əməkdaşlığın dərinləşməsinə, sülhün bərqərar olunmasına yönəldilibdir. Bütün ölkələrlə çox gözəl, normal münasibətlərimiz var və Azərbaycanın iqtisadi, siyasi önəmi artdıqca, əlbəttə ki, bizə xaricdən olan maraq da artır.

Bildiyiniz kimi, bu yaxınlarda BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı aparılan səsvermə də bizim siyasi gücümüzü göstərmişdir. Azərbaycanın haqq işi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələləri o qətnamədə təsdiq edilmişdir və BMT - dünyanın aparıcı beynəlxalq təşkilatı tərəfindən qəbul olunmuşdur. Bu, bizim böyük diplomatik və siyasi qələbəmizdir. Bu, bir tərəfdən, Azərbaycanın artan nüfuzunu göstərir, çünki bizi dəstəkləyən ölkələr bizim haqlı olduğumuzu birmənalı şəkildə bəyan etdilər. Baxmayaraq ki, bəzi ölkələrə güclü təzyiqlər də göstərilmişdi. Digər tərəfdən, bu onu göstərir ki, dünya ictimaiyyəti bu məsələyə ədalətli yanaşır. Bizim işimiz haqq işidir. Biz münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunmasını tələb edirik və bu mövqedən geri çəkilməyəcəyik.

Qətnamədə Azərbaycanın işğal altındakı ərazilərinin işğalçılardan azad olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələlərinin öz əksini tapması, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirir.

Biz dəfələrlə bəyan etmişik və mən bu gün də bəyan etmək istəyirəm ki, bunun kənarında, bu çərçivələrin kənarında heç bir razılaşma mümkün deyildir. Dağlıq Qarabağın müstəqilliyi heç vaxt tanınmayacaqdır, dünya birliyi bu barədə bir daha öz mövqeyini bildirmişdir. Azərbaycan isə heç vaxt buna imkan verməyəcəkdir.

Bizim iqtisadi gücümüz artır, siyasi çəkimiz artır, ordu quruculuğuna böyük diqqət göstərilir. Bildiyiniz kimi, bu, bizim üçün prioritet sahədir,

dövlət xərclərimizin böyük bir hissəsi ordu quruculuğuna yönəldilibdir. Demək olar ki, orduya nəzərdə tutulan xərclər birinci yerdədir və biz bunu gələcəkdə də davam etdirəcəyik. Biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, yalnız və yalnız atəşkəs rejimi yaranmışdır.

Biz bundan sonra həm siyasi, həm də iqtisadi islahatları dərinləşdirəcəyik. Azərbaycanın çox gözəl imkanları, çox gözəl perspektivləri var. Biz öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik və bu gün bundan çox böyük iqtisadi mənfəət əldə edirik. Gələcəkdə Azərbaycanın qarşısında heç bir maddi problemlər olmayacaqdır. Bizim çoxşaxəli enerji siyasətimiz mövqeyimizi möhkəmləndirir, eyni zamanda, imkan verir ki, öz təbii ehtiyatlarımızı dünya bazarlarına müxtəlif yollarla çıxaraq və beləliklə, bundan maksimum dərəcədə mənfəət götürək.

Növbəti illərdə Azərbaycanın uğurlu neft-qaz siyasəti davam etdiriləcəkdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bizim tarixi nailiyyətlərimizdir. Bu layihələr imkan verəcək ki, bundan sonra uzun illər, onilliklər ərzində Azərbaycan xalqı yaxşı yaşasın, öz sosial vəziyyətini yaxşılaşdırsın və ölkəmizdə güclü iqtisadi potensial yaransın. Həm iqtisadi islahatların dərinləşməsi və həm də sosial məsələlərin həlli həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir.

Bununla bərabər, biz nəhəng nəqliyyat layihələri həyata keçirmək arzusundayıq və bunu edirik. Bizim təşəbbüsümüzlə bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlanmalıdır. Bu da böyük tarixi qələbədir. Bu layihənin həm iqtisadi, həm siyasi baxımdan, həm də regional əməkdaşlıq baxımından əhəmiyyəti çox böyükdür və gələcəkdə Azərbaycana çox böyük xeyirlər gətirəcəkdir.

Azərbaycanın bütün bölgələri inkişaf edir. Mən bölgələrə tez-tez gedir, vəziyyətlə tanış oluram və görürəm ki, işsizlik aradan qaldırılır, yoxsulluq aşağı düşür, abadlıq-quruculuq işləri aparılır. Bölgələrimizdə müasir infrastruktur layihələri həyata keçirilir və beləliklə, Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Biz böyük neft-qaz sərvətlərinə malikik. Amma bizim məqsədimiz odur ki, qeyri-neft sənayesini, iqtisadiyyatın qeyri-neft sahəsini inkişaf etdirək. İqtisadiyyat çoxşaxəli olsun, neft amilindən, neftin qiymətindən asılı olmasın və güclü qeyri-neft potensialı yaransın.

 
Sahibkarlığın inkişafı, kənd təsərrüfatının inkişafı, bölgələrin inkişafı - bütün bunlar reallıqdır. Son illər ərzində qəbul edilmiş proqramların hamısı icra olunur, verilmiş vədlərin hamısı həyatda öz əksini tapır. Azərbaycan güclü ölkəyə çevrilir. Biz artıq başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərində iştirak edirik və bunu genişləndirəcəyik.

Azərbaycan enerji resursları və onların nəqli baxımından Avropa üçün çox önəmli ölkəyə çevrilir və əlbəttə, bu amil Avropa ilə münasibətlərimizin inkişafında mühüm rol oynayır. Əlbəttə, biz bundan istifadə edəcəyik ki, əməkdaşlıq dərinləşsin və Azərbaycanda istər siyasi, istər iqtisadi, istərsə də sosial sahədə mövcud olan bütün meyarlar Avropa İttifaqının meyarlarına yaxınlaşsın və ona uyğunlaşsın. Biz bu işləri görmək üçün Yeni qonşuluq siyasəti proqramına qoşulmuşuq. Baxmayaraq ki, bizim qoşulmağımızın səbəbləri heç də maddi səbəblər olmamışdır. Biz nə iqtisadi cəhətdən, nə maddi cəhətdən, nə də siyasi cəhətdən heç kimdən asılı olan ölkə deyilik. Sadəcə olaraq, biz istəyirik ki, dünyada mövcud olan ən yaxşı təcrübəni, bizim şəraitə uyğun olan təcrübəni Azərbaycanda da tətbiq edək ki, güclü vətəndaş cəmiyyəti yaransın, demokratiya tam şəkildə bərqərar olunsun, iqtisadi, siyasi azadlıqlar möhkəmlənsin və Azərbaycan müasir ölkəyə çevrilsin.

Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bunu etmək üçün bütün imkanlar var. Siyasi iradə var, xalqla iqtidar arasında vəhdət var. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət, sabitlik, əmin-amanlıq mövcuddur. Biz indi başqa ölkələrdə, yaxın qonşuluqda baş verən hadisələri izləyirik və görürük ki, inkişaf olmayan yerdə sabitlik də yoxdur və əksinə, əmin-amanlıq, sabitlik olmayan yerdə, xalqla iqtidar arasında vəhdət olmayan yerdə inkişafdan da söhbət gedə bilməz.

Bizim gələcəyimiz çox parlaq olacaqdır, qarşımızda bütün yollar açıqdır. Biz irəliyə, müasirliyə, inkişafa, tərəqqiyə doğru gedirik və çox istəyirəm ki, tezliklə bütün istəklərimizə nail olaq. Bizim qəbul etdiyimiz proqramlar, əlbəttə ki, bir müddət vaxt aparacaqdır. Mən çox istəyirəm ki, biz bunu tezləşdirək. Ən yaxın zamanlarda Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, ən yaxın zamanlarda Azərbaycan daha da möhkəm ölkəyə çevrilsin.

 
Biz bu gözəl bahar bayramında Bakının tarixi binalarının yeni simasını görürük. Bildiyiniz kimi, Bakının tarixi yerlərinin qorunması, təmiri, bərpası üçün mən xüsusi sərəncam imzalamışdım və çox böyük quruculuq, abadlıq işləri aparılır, tarixi binalar təmir edilir. Bizim üçün, Bakı sakinləri üçün əziz olan yerlər bərpa olunur. Gözəl parklar salınır, abadlıq işləri aparılır. Bakı həm gözəllik baxımından, həm də rahatlıq, infrastruktur baxımından dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevriləcəkdir. Biz öz qədim tariximizi qoruyuruq, ancaq, eyni zamanda, dünyanın ən müasir standartlarını Azərbaycanda və Bakıda tətbiq edirik.

Bu yaxınlarda İçərişəhər tarixi kompleksinin qorunması üçün lazımı tədbirlər görülmüşdür. Qədim tariximiz olan İçərişəhəri qorumalıyıq və abadlaşdırmalıyıq. Bu yaxınlarda bakılıların sevimli yeri olan Milli Parkın yenidən qurulması, təmiri və onun əvvəlki vəziyyətinə qaytarılması üçün lazımı tədbirlər görülübdür. Əminəm ki, bir il ərzində Milli Park dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir. Biz bunu edəcəyik. Başqa yerlərdə, həm şəhərimizin tarixi yerlərində, həm də şəhərin kənarında yerləşən yerlərdə də abadlıq-quruculuq işləri aparılır, inkişaf gedir.

Əziz doslar, bu gözəl gündə biz bir daha əminliklə deyə bilərik ki, Azərbaycan dövləti öz müstəqilliyini möhkəmləndirir, ölkəmiz inkişaf yolu ilə gedir. Azərbaycan dünyada böyük hörmətə malik bir ölkədir. Bizim iqtisadi və sosial siyasətimiz insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Öz tarixi keçmişimizə, öz milli adət-ənənələrimizə çox böyük hörmətlə yanaşırıq. Biz mədəniyyət sahəsində böyük işlər görürük. Bütün teatrlar, muzeylər təmir olunur, yeni muzeylər, yeni teatrlar tikiləcəkdir. Bir sözlə, Azərbaycan uğurla inkişaf edir. Bu inkişaf davam etdiriləcəkdir. Bunu etmək üçün Azərbaycanda vətəndaş birliyi daha da möhkəmlənməlidir və bu, belə də olacaqdır.

Mən bu əziz gündə bütün Azərbaycan xalqını gözəl bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək, cansağlığı, xoşbətlik arzulamaq istəyirəm.

Bayramınız mübarək olsun!

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

X X X

Sonra dövlətimizin başçısı meydana toplaşan sakinlərlə səmimi görüşdü. Buraya toplaşan paytaxt sakinləri dövlət müstəqilliyimizin verdiyi bəhrələrdən olan Novruza ümumxalq bayramı mahiyyəti qazandıran, xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə yüksək qiymət verən ulu öndəri rəhmətlə andılar və Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı ürəkdən təbrik etdilər.

Prezident İlham Əliyev İçərişəhərdə keçirilən Novruz şənliklərində də iştirak etdi. Bakının ayrı-ayrı rayonlarının buraya toplaşan nümayəndələri Prezidenti hərarətlə salamladılar. Dövlətimizin başçısı Bakı sakinləri və şənlik iştirakçıları ilə mehribancasına görüşərək, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi. Bahar qız Prezidenti xalqımızın qədim el bayramı münasibətilə bir daha ürəkdən təbrik etdi, Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə ona uğurlar arzuladı.

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, “Kosa, Keçəl və Bahar qız” tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını, aşıq havalarını və muğam dəsgahlarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər.

Prezident İlham Əliyev meyxanaçıların ifasını dinlədi, Novruz şənliklərinin elementlərindən olan xoruz döyüşünə maraqla tamaşa etdi. Dövlətimizin başçısına milli papaq, xanımına isə kəlağayı hədiyyə olundu, onların bədnəzərdən uzaq olması üçün el adətincə üzərlik yandırıldı.

Prezidenti özlərinə xas sevinclə salamlayan paytaxtın balaca sakinləri unudulmaz Heydər babaya, Vətənə və dövlətimizin başçısına həsr olunmuş mahnılar ifa etdilər.

Sonra Prezident İlham Əliyevi Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa dövlətimizin başçısına müraciətlə dedi:

-Cənab Prezident, bayramınız mübarək. Mən bu Keçəl ilə birlikdə Sizi və ailənizi xalqımızın müqəddəs Novruz bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər və ölkəmizə əmin-amanlıq arzulayırıq. Novruz bayramı ulu öndərimizin səyi nəticəsində rəsmən ümumxalq bayramına çevrilmişdir. İndi Prezidentimizin sayəsində xalqımız gözəl şənlənir.

Bu Keçəl ilə respublikamızı qarış-qarış gəzmişik. Vallah, o qədər dəyişikliklər baş verir, quruculuq işləri o qədər sürətlə gedir ki, hətta getdiyimiz yerləri tanımaq olmur, bəzən azırıq. Bakıda yeni körpülər, binalar tikilir, şəhərimiz necə də abadlaşır, gözəlləşir, yaxşılaşır.

Cənab Prezident, Azərbaycan neftinin, qazının Avropaya ixracı Sizin zəhmətinizin bariz nümunəsidir. Beş il bundan əvvəl demişdim ki, ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin çiyninə dövlət quşu qonacaq, Prezident seçiləcəkdir və seçildiniz. İndi də, qarşıdan gələn seçkilərdə də xalqımız Sizə dayaq duraraq, yekdilliklə Prezident vəzifəsinə seçəcəkdir. Prezidentimiz həmişə qalib gəlib və gələcəkdir.

Kosa və Keçəl arzu və istəklərinin çin olması üçün Prezidentlə və onun xanımı ilə yumurta döyüşdürdülər.

Bakının müxtəlif rayonlarından gəlib Novruz şənliyində iştirak edənlər dövlətimizin başçısını səmimiyyətlə salamladılar. Prezident İlham Əliyev burada təndirdə kabab və çörək bişirilməsinə, ipəyirmə, naxışvurma, xalçatoxuma və digər qədim el sənətlərinin nümayişinə baxdı, kəndirbazın çıxışına maraqla tamaşa etdi, bişirilən yeməklərdən daddı.

Daha sonra aşıqlar Prezidentin şərəfinə mahnı oxudular. Dünya memarlığının gözəl nümunələrindən olan qədim Qız qalası ətrafında folklor və rəqs qruplarının çıxışı da maraqla qarşılandı. Burada Azərbaycanın qədim el sənətləri nümunələrindən ibarət sərgi də açılmışdı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgiyə çıxarılmış və milli varlığımızı, ulu baba və nənələrimizin mənəvi aləminin zənginliyini, sənətkarlığın ən incə çalarlarını nümayiş etdirən xalı-xalçalara, kilimlərə, geyim dəstlərinə, oyuncaqlara, daşdan, dəmirdən, ağacdan və sapdan hazırlanmış müxtəlif sənətkarlıq nümunələrinə baxdılar.

Dövlətimizin başçısı bayram şənliyinə gəlmiş Bakı sakinlərinə və respublika paytaxtının qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir