Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyini qeyd edirik. Bu gözəl gündə ulu öndərin həyat və fəaliyyətini yenidən təhlil edərkən bir daha görürük ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra o demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!”. Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.

Heydər Əliyev haqqında çoxlu kitablar, elmi əsərlər, publisistik əsərlər yazılmışdır, məqalələr, təhlillər dərc olunmuşdur. Dünyanın aparıcı siyasi və ictimai xadimlərinin onun haqqında dedikləri sözlər hamımıza bəllidir. Nadir şəxsiyyət Azərbaycan xalqının inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev çox istedadlı bir insan idi. Onun istedadı bütün sahələrdə özünü göstərirdi. Əgər o, siyasətçi olmasaydı, çox gözəl alim ola bilərdi, filosof ola bilərdi. Nəzəri baxışları, fəlsəfi tezisləri və təhlilləri onun dünyagörüşünü, nə qədər müdrik insan olduğunu göstərirdi.

Heydər Əliyev Azərbaycan tarixini, ədəbiyyatını çox gözəl bilirdi. O, çox gözəl ədəbiyyatşünas, yazıçı ola bilərdi. Bildiyiniz kimi, onun rəssamlıq sənətinə böyük həvəsi var idi və gənc yaşlarından rəssamlıqla məşğul olurdu. Onun çəkdiyi rəsmlər göstərir ki, bu insan doğrudan da, böyük istedad sahibi idi. Uşaqlıq, gənc yaşlarında Naxçıvanda məktəbdə oxuyarkən teatrda tamaşalarda çıxış edirdi və onu da deməliyəm ki, ancaq baş rollarda və qəhrəmanlar obrazında. Onun həm xarici görünüşü, həm də daxili aləmi bunu diktə edirdi, səhnədə yalnız müsbət personajları oynayırdı. Bütün bunları ona görə deyirəm ki, bu istedadlı insan istənilən sahədə böyük zirvələrə çata bilərdi. Əgər o, siyasətlə yox, başqa sahə ilə məşğul olsaydı, o sahədə də ən yüksək zirvələri fəth edəcəkdi.

Heydər Əliyev çox cəsarətli insan idi. O, həlledici anlarda öz müdrikliyi və cəsarəti sayəsində xalqımızı ağır bəlalardan qurtara bilmişdir. Onun həm hərbi xidmətdə olduğu zaman, - o vaxt çox mötəbər döyüş ordenləri ilə təltif edilmişdi, - eyni zamanda, müstəqil Azərbaycanın rəhbəri kimi atdığı addımlar, vaxtında atdığı cəsarətli addımlar Azərbaycan xalqının inkişafına, Azərbaycanın bugünkü gözəl inkişafına xidmət edirdi.

Bir sözlə, Heydər Əliyev haqqında bir çıxışda böyük təhlil aparmaq çox çətindir. Onu deyə bilərəm ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi rəhbəri olmuşdur. Xalqımızın, ölkəmizin ən çətin, ən həlledici anlarında onun sözü, qətiyyəti, qəbul etdiyi qərarlar bu gün Azərbaycanın uğurla inkişaf etməsi üçün çox böyük rol oynayır.

1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbər vəzifəsinə seçiləndə respublikanın iqtisadiyyatı çox bərbad vəziyyətdə idi. İndi bunu bəlkə də bəziləri xatırlamır, ancaq statistik göstəricilərdən biz bunu görürük. Bütün müttəfiq sovet respublikaları arasında Azərbaycan ən axırıncı yerdə idi. Həm ümumi daxili məhsul istehsalı baxımından, həm də inkişaf baxımından bütövlükdə Azərbaycan 1960-cı illərdə SSRİ-də geridə qalmış respublika kimi tanınmışdı. Demək olar ki, iqtisadiyyat çox məhdud idi, sənaye potensialı əslində yox idi və respublikanın gələcəyi də mərkəzi fondlardan daha çox asılı idi. Yəni Azərbaycan özü-özünü təmin edə bilən respublika deyildi.

Ancaq Heydər Əliyevin rəhbərliyi altında bu illər ərzində görülən işlər 1982-ci ildə ona gətirib çıxardı ki, Azərbaycan SSRİ-də ən qabaqcıl respublika idi. Həm iqtisadi inkişaf baxımından, sənaye istehsalı baxımından, həm də bütün göstəricilər baxımından. Azərbaycanda ictimai proseslər başqa respublikalardan böyük dərəcədə fərqlənirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük quruculuq, abadlıq işləri aparılmışdır. Məhz o illərdə bu gün də müstəqil Azərbaycana xidmət edən güclü sənaye potensialı yaranmışdı. Azərbaycan sənaye respublikasına çevrilmişdi. Bu gün Azərbaycanın neft-qaz sektoru üçün əvəzsiz olan infrastruktur məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə yaradılmışdır. Əgər o vaxt o infrastruktur yaradılmasaydı, müstəqillik dövründə böyük neft-qaz layihələrinin icrası ən azı 10 il, bəlkə də, 15 il gecikə bilərdi. 1994-cü ildə Azərbaycan xarici investorları ölkəmizə dəvət edəndə artıq burada çox güclü infrastruktur var idi. O infrastruktur məhz Heydər Əliyevin vaxtında yaradılmışdır.

Yəni 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanın keçdiyi yol inkişaf yolu olmuşdur. Həm kənd təsərrüfatında, həm sənaye potensialının möhkəmlənməsində, həm də respublikanın mədəni həyatında böyük nailiyyətlər əldə edilmişdi. Azərbaycanı tanımağa, Azərbaycana hörmət etməyə başlamışdılar. O illərdə Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmışdı.

Biz onu da qeyd etməliyik ki, 1982-ci ildə Heydər Əliyev Siyasi Büroya üzv seçiləndən və Moskvada işə başlayandan sonra Azərbaycanda vəziyyət getdikcə, yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı. Həm iqtisadi inkişaf baxımından, həm də respublikada ictimai proseslər mənfi istiqamətdə cərəyan edirdi və nəticədə bu, çox böyük çətinliklərə, böyük fəlakətlərə gətirib çıxarmışdı.

Heydər Əliyevin siyasi nüfuzu, Azərbaycanda onun rəhbərliyi altında aparılan böyük quruculuq işləri xalqın ona böyük məhəbbətinin yaranmasına səbəb olmuşdu. O münasibət 1993-cü ildə də həlledici olmuşdu. Çünki o illərdə Azərbaycan xalqı böyük fəlakətlərlə üz-üzə qalanda məhz öz liderinə üz tutub onu yenidən Azərbaycana dəvət etmişdi. Ancaq 1982-ci ildən 1990-cı illərə qədər və ondan sonrakı illər ərzində Azərbaycanda həm ictimai-siyasi proseslər narahatlıq doğururdu, həm də ölkənin imkanları yavaş-yavaş daralırdı. Baxmayaraq ki, 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin qərarları və təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli inkişafı üçün bir neçə vacib qərarlar qəbul edilmişdi. O, Moskvada işləyərkən, əlbəttə, bütün Sovet İttifaqının iqtisadiyyatına cavabdehlik daşıyırdı. Ancaq, eyni zamanda, - bunu hamı yaxşı bilir, - o, beş il ərzində məhz Azərbaycanın inkişafı üçün, Azərbaycanda yeni müəssisələrin yaranması üçün, Azərbaycana mərkəzi fondlardan daha artıq sərmayənin gətirilməsi üçün çox çalışırdı. Həmin illərdə nəzərdə tutulmuş proqramlar əgər o, siyasi hakimiyyətdən gedəndə dayanmasaydı, onların Azərbaycanın bugünkü potensialına da böyük köməyi olardı. Ancaq 1987-ci ildə o, müxtəlif səbəblər üzündən siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Əlbəttə, burada şəxsi-qərəzlik məqamları kifayət qədər idi.

Heydər Əliyev çox parlaq şəxsiyyətdir, müstəqil şəxsiyyətdir. Baxmayaraq ki, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik etdiyi dövrdə Sovet İttifaqında ümumiyyətlə, bütün sistem böyük dərəcədə mərkəzləşdirilmiş idi, yenə də onun təşəbbüsləri, bəzi hallarda rəsmi həddə olan, Azərbaycan çərçivəsində olan düzəlişlər onun müstəqilliyini göstərirdi. Bəziləri bu müstəqilliyi qəbul etmək istəmirdilər, bəziləri buna qısqanclıqla yanaşırdılar. Amma o, bir insan kimi müstəqil idi. O, azad insan idi. O, heç vaxt öz iradəsinin ziddinə heç bir addım atmazdı. Əgər o, hansısa qərarla razılaşmırdısa, heç vaxt o qərarı dəstəkləməzdi. Bunun nəticəsində və başqa amillər nəticəsində o, 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırıldı. Beləliklə, onun hakimiyyətdən getməsi Azərbaycanda vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı. Bu iki hadisənin arasında birbaşa bağlılıq var. İlk növbədə, ondan sonrakı rəhbərlər 1993-cü ilə qədər bəziləri səriştəsizlik, bəziləri isə xəyanət üzündən Azərbaycanı fəlakətə sürükləyirdilər. Azərbaycanı parçalanma ərəfəsinə gətirib çıxarmışdılar. O illərdə Azərbaycanda gedən proseslər məhz bu böhranı şərtləndirən amillər olmuşdur.

O, 1987-ci ildə hakimiyyətdən gedəndən təxminən iki həftə sonra erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılması haqqında ilk dəfə məsələ qaldırdılar. Özü də xarici mətbuatda. Erməni lobbisinin SSRİ-dəki fəal üzvləri, onların böyük əksəriyyəti o vaxt SSRİ-nin rəhbəri Qorbaçovun ətrafında birləşmişdilər. Demək olar ki, Qorbaçovun ətrafı böyük dərəcədə ermənilərdən ibarət idi. Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasında o separatçıların, millətçilərin, Azərbaycana, Azərbaycan xalqına düşmən kimi baxan insanların da böyük rolu olmuşdur. Çünki onlar bilirdilər ki, Heydər Əliyev nə qədər Moskvada, Kremldə oturur, Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi heç vaxt qaldırıla bilməz. Əfsuslar olsun ki, Azərbaycanda bəzi milli xainlər də ona qarşı erməni millətçiləri tərəfindən mərkəzə ünvanlanmış anonim məktublara qoşulmuşdular. Onların da bu işlərdə əli olmuşdur. Nəticədə Azərbaycanda rəhbərliyə gəlmiş insanlar respublikanı idarə edə bilməmiş və faktik olaraq, mərkəzi hakimiyyətin vassallarına çevrilmişdilər. Düzdür, Azərbaycan 1987-ci ildə müstəqil deyildi. Ancaq buna baxmayaraq, respublikanın kifayət qədər imkanları var idi ki, milli məsələlərdə müəyyən dərəcədə öz prinsipiallığını, müstəqilliyini göstərsin və başqa respublikalar kimi, mərkəzi hakimiyyətə öz iradəsini diktə etsin. Əfsuslar olsun ki, bu, belə olmadı və Azərbaycanın yavaş-yavaş tənəzzülə uğraması başladı və nəticədə qanlı Yanvar hadisəsi baş verdi.

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı ən böyük cinayətlərdən biridir. Bu cinayəti mərkəzi hakimiyyət öz vətəndaşlarına qarşı törətmişdir. Buraya yeridilən qoşunlar günahsız dinc insanları qətlə yetirmişdir. Yüzdən artıq insan qətlə yetirilmiş, yüzlərlə adam yaralanmış, itkin düşmüşdür. Yenə də o ağır anda Heydər Əliyev, - baxmayaraq ki, o vaxt təqaüddə idi və mən bunu yaxşı bilirəm, ümumiyyətlə, 1987-ci ildən onun siyasətlə məşğul olmağa heç bir marağı olmamışdır, - Azərbaycan xalqına qarşı bu təcavüzə dözə bilmədi. Baxmayaraq ki, o vaxt Sovet İttifaqının və Kommunist partiyasının kifayət qədər böyük gücü var idi, hələ Sovet İttifaqının dağılmasına iki il qalırdı. O vaxt heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaqdır.

Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mərkəzi hakimiyyəti, Qorbaçovu, Kommunist partiyasını açıq ittiham etdi. Açıq bildirdi ki, bu, Azərbaycan xalqına qarşı edilən cinayətdir. Ondan sonra nə oldu - biz hamımız yaxşı bilirik. Bundan sonra ona qarşı həm kommunist mətbuatında böyük kampaniya başlanmışdı, həm də təftiş orqanlarına göstəriş verilmişdi ki, Heydər Əliyevin fəaliyyəti araşdırılsın və o, cəzalandırılsın. Onu da deyə bilərəm, - bunu ictimaiyyət bilir, mən bu işlərin içində olan bir adam kimi deyirəm, - o vaxt Heydər Əliyevin həbsi haqqında planlar hazırlanmışdı və artıq hər şey buna doğru gedirdi. Bu, bir daha onu göstərir ki, Heydər Əliyev əyilməz iradə sahibi idi, prinsipial və əsl vətənpərvər insan idi. O, təqaüddə idi, daim təzyiqlər və nəzarət altında idi və bəlkə də, onun yerində başqası olsa, deyərdi ki, bu, mənim işim deyildir.

Ancaq Heydər Əliyev üçün başlıcası Azərbaycan xalqının maraqları idi və o, ədalətsizliyə dözə bilmədi. Azərbaycan xalqına qarşı törədilən cinayətə dözə bilmədi, öz səsini ucaltdı və onun səsi bütün dünyaya yayılmışdı. Bütün dünya mətbuat orqanları onun Daimi nümayəndəlikdəki mətbuat konfransında dediyi sözləri yaymışdı. Beləliklə, bu hadisə dünyada daha da geniş yayıldı. Əgər o olmasaydı, qapalı bir dövlət olan Sovet İttifaqı, bəlkə də, o vaxt bunu böyük dərəcədə ört-basdır edə bilərdi.

Bundan sonra, təbii ki, ona qarşı təzyiqlər güclənmişdi və Moskvada qalmaq təhlükəli idi və o, doğma Vətənə, Azərbaycana üz tutdu. Ancaq Azərbaycanın o vaxtkı rəhbərləri birbaşa cinayətkar kommunist və Qorbaçov rəhbərliyinin əlaltıları idilər və imkan vermirdilər ki, Heydər Əliyev Bakıda qalsın. O, Bakıda küçəyə gəzintiyə çıxmışdı. Dərhal böyük izdiham yarandı, insanlar onun arxasınca getməyə başladılar. O, haraya gedir, insanlar onun arxasınca gedir və bu kütlə böyüyürdü. Bu, o vaxtkı rəhbərləri narahat etmişdi. Polisləri göndərmiş və Heydər Əliyevə xəbərdarlıq etmişdilər ki, siz burada qanunsuz mitinq keçirməyin. O da demişdi ki, mən mitinq keçirmirəm, sadəcə olaraq, öz doğma şəhərimdə gəzintiyə çıxmışam.

Yəni biz bu hadisələri xatırlayarkən bir daha görürük ki, ədalətsizliyin, əsassız ittihamların və haqq-ədalətə qarşı hərəkətin heç vaxt uğurlu nəticəsi ola bilməz.

Heydər Əliyev məcbur oldu, doğulduğu Naxçıvana getdi və orada naxçıvanlılar onu Ali Məclisin sədri vəzifəsinə seçdilər. O illərdə ilk dəfə olaraq, Azərbaycanda üçrəngli bayraq məhz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Məclisinin qərarı ilə onun binasında ucaldıldı. O vaxt bu, Bakıda sovet Azərbaycanının bayrağı altında oturanlar üçün də böyük bir dərs oldu. Onda Sovet İttifaqı dağılmamışdı, Azərbaycan müstəqil deyildi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Heydər Əliyev Naxçıvanda dövlət bayrağı elan etmişdi. Naxçıvanda, Azərbaycanın ayrılmaz hissəsində üçrəngli bayraq dövlət bayrağı elan olunmuşdu. Ondan sonra, Sovet İttifaqı dağılandan sonra burada, Bakıda da bu bayraq ucaldıldı və indi o, Azərbaycanın dövlət bayrağıdır.

Naxçıvanın erməni qəsbkarlarından xilas edilməsində Heydər Əliyevin çox böyük rolu olmuşdur. O, Naxçıvanı qorudu və Ermənistan tərəfindən bütün silahlı basqınların qarşısı alındı, düşmən yerində oturduldu. Naxçıvanın hüdudlarını qoruya bildi. Baxmayaraq ki, Naxçıvan, demək olar, mühasirədə idi, çünki sərhədin böyük hissəsi Ermənistanladır. Heydər Əliyevin həm siyasi səriştəsi, təcrübəsi, həm qətiyyəti, həm də cəsarəti sayəsində bütün naxçıvanlılar səfərbər olunmuşdu və doğma diyarı qoruya bildilər.

Azərbaycanda 1993-cü ildə böhran yarananda, bundan əvvəl Heydər Əliyevi Naxçıvanda hakimiyyətdən devirmək istəyənlər - o vaxtkı Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin rəhbərləri məcbur olub onu Bakıya dəvət etdilər. Ona görə yox ki, Azərbaycanın xilasının yalnız Heydər Əliyevlə bağlı olduğunu anladılar. Ona görə ki, onların özlərinin həyatı təhlükə qarşısında idi. Çünki onlara qarşı edilən hərəkətlər onları təşvişə salmışdı - bəziləri qaçıb gizlənmişdilər, bəziləri isə öz vəzifələrini dondurmuşdular. 1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə - 1920-ci ildə yaşamışdıq. O vaxt da cəmi iki il ərzində Azərbaycan müstəqil respublika kimi yaşaya bildi, ondan sonra süqut etdi.

1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır. Bu gün bizim dövlət büdcəmiz, icmal büdcə 16 milyard dollara yaxındır. Nəyin hesabına?! Məhz 1994-cü ildə bu salonda imzalanmış “Əsrin müqaviləsi”nin icrası hesabına. Azərbaycan dünya üçün böyük həcmdə qaz ixrac edən ölkəyə çevrilibdir. Nəyin hesabına?! Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə “Şahdəniz” müqaviləsinin imzalanması hesabına. Yəni belə misallar çoxdur, istənilən sahədə - istər iqtisadi, sosial, xarici siyasət sahəsində, istərsə də qaçqınların və məcburi köçkünlərin yeni şəraitlə, yeni qəsəbələrlə təmin olunması sahəsində vardır. Bütün istiqamətlərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycanı inkişaf etdirdi, onun müstəqilliyini möhkəmləndirdi. Bu gün biz gələcəyə inamla baxırıq. Bu gün Heydər Əliyevin siyasi xətti davam etdirilir.

Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra andiçmə mərasimində demişdim ki, Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır. Həyat və bizim fəaliyyətimiz, Heydər Əliyevin davamçılarının fəaliyyəti bunu sübut etdi. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Son dörd il ərzində iqtisadiyyatımız 96 faiz artmışdır. Yoxsulluq 49 faizdən 16 faizə düşmüşdür. 600 mindən çox yeni iş yerləri açılmışdır və dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiqliyimiz hesabına nail ola bilmişik. Azərbaycanın uğurlu gələcəyi, Azərbaycanın güclü inkişaf etmiş ölkəyə çevrilməsi, - buna artıq heç kimdə şübhə yoxdur - Heydər Əliyevin siyasi xətti ilə bağlıdır. Biz, onun davamçıları bu siyasətə sadiqik və bundan sonra əlimizdən gələni edəcəyik ki, Azərbaycan daha da inkişaf etsin, qüdrətli və inkişaf etmiş ölkəyə çevrilsin.

Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı, 1991-ci illərdəki müvəqqəti məğlubiyyət, əslində, məğlubiyyət deyildi. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.

Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, bizim ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!

X X X

Xatirə gecəsi geniş konsert proqramı ilə başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisi Dövlət Universiteti ilə ADAU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Dünya Fəlsəfə Günü: qlobal çağırışlar fonunda fəlsəfi düşüncənin yeni missiyası

Putinlə Trampın görüşü bir saatdan az davam edib

Prezident Kitabxanasında “Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı keçirilib

Pakistan polisi 4 terrorçunu məhv edib

Putin və Tramp arasında görüş başlayıb

XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq

ABŞ süni intellekt texnologiyasının istifadəsinə dair qlobal tənzimləmənin tətbiqinə qarşıdır

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

Van Qoqun “Çiçəklənən şabalıd ağacları” tablosu hərracda 190,4 milyon dollara satılıb

Peruda “El-Ninyo” təhlükəsinə görə yanacaq təchizatı sahəsində fövqəladə vəziyyət elan edilib

Keçmiş məcburi köçkün: Böyük fəxrlə doğma yurda dönürük

Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir

Si Cinpin: Çin APEC-də praktiki əməkdaşlığı dəstəkləmək üçün 20 milyon dollar ayıracaq

Honduras hakimiyyəti 12 nəfərin qətlindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr yeridir

“Nvidia”nın sabiq rəhbərinin vəzifəsinə qaytarılması üçün başladılan petisiya 200 mindən çox imza toplayıb

ABŞ kəşfiyyat rəisi kompüter şəbəkəsindəki nasazlıqları təsadüf adlandırıb

Donald Tramp nüvə obyektlərində yoxlamaların keçirilməsi fikrinə müsbət yanaşıb

ABŞ Prezidenti: İran razılaşma əldə etmək istəyir, lakin bizə uzunmüddətli saziş lazımdır

Tramp İranla münaqişənin həlli üçün Rusiya və Çindən kömək istəməyi planlaşdırmadığını bildirib

NASA-nın “Voyager 1” zondu tarixdə ilk dəfə Yerdən bir işıq günü məsafəyədək uzaqlaşıb

Devid Bekhem “Coty” şirkətinə qarşı 41 milyon dollarlıq məhkəmə iddiası qaldırıb

Sərnişin təyyarəsi quşla toqquşduqdan sonra təcili eniş edib

Estoniya Rusiya sərhədinin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib

ABŞ müdafiə naziri: Venesuelanın müdafiə sektorunda islahatlara kömək etməyə hazırıq

Naxçıvan Dövlət Universitetində “Açıq mikrofon” layihəsinin növbəti görüşü olub

Xankəndidə Zəfər Gününə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

Finlandiyada ən nadir pişik cinslərindən olan likoylar yetişdirilir

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib

Çin batareyaların, Günəş panellərinin və külək turbinlərinin pərlərinin təkrar emalı ilə bağlı yeni qaydalar hazırlayır

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

Naxçıvan Dövlət Universiteti ilə muxtar respublikanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir

“Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu uduzub

ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir

Səfir: İçərişəhər hər zaman insana ilham verir

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Kanada mətbuatı: Kanada Azərbaycanla tərəfdaşlığı genişləndirməlidir

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

Bakıda səfirlərin fotolarından ibarət “Başqa Azərbaycan” sərgisi açılıb

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub

Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarını azaltmağa hazırlaşır

Cənubi Koreyada imtahanda süni intellektdən istifadə edənləri xəbər verənlər 75 min dollar mükafat alacaq

Dünya Çin Dili Konfransında Azərbaycanda Çin dilinin tədrisinə dair məruzə dinlənilib

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Qarabağ və Şərqi Zəngəzurun bərpası: dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı və regional sülh gündəliyi ŞƏRH

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

VK: Təəssüflər olsun ki, bəzi vəkillərin saxlanılması ilə bağlı məlumatların mediada ictimaiyyətə təqdim edildiyini müşahidə edirik

Qarabağda CİS və Yerin Məsafədən Müşahidəsi texnologiyaları ilə layihələr reallaşdırılır – MÜSAHİBƏ

Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışında mühüm nəqliyyat-logistika qovşağına çevrilir - ŞƏRH

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Avropada yeni sərhəd nəzarəti sistemi britaniyalılar üçün ciddi problemlər yaradır

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün

Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib

“E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3015 şikayət daxil olub

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə təhvil verilib

Lətif Kərimovun 120 illiyi münasibətilə yeni kitab təqdim olunub

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Böyük Qayıdışdan regional sülhə: Azərbaycan postmüharibə dövrünün yeni reallıqlarını formalaşdırır – ŞƏRH

Səudiyyə Ərəbistanı enerji sahəsində razılaşmaların əldə olunmasına maneçilikdə ittiham edilir

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib

AzTU Fənlərarası Elm Reytinqdə yer alıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur