Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycan xalqının ən əziz, ən

sevimli bayramlarından biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Azərbaycan xalqı bu gözəl bayramı əsrlər boyu qəlbində yaşatmışdır. Bütün dövrlərdə Novruz bayramı Azərbaycanda qeyd olunurdu. Ancaq biz dövlət müstəqilliyimizi bərpa edəndən sonra bu bayram dövlət bayramı kimi qeyd olunur, rəsmi bayramdır. Son bir neçə il ərzində isə bu bayram Azərbaycanda bir neçə gün qeyd edilir. Builki bayram günləri bir həftədən çox olacaqdır. Bu, bir tərəfdən, Azərbaycan xalqının, Azərbaycan dövlətinin bu bayrama olan münasibətidir, digər tərəfdən, bu, imkan verir ki, Azərbaycanın bütün bölgələrində hər bir ailə bir həftədən çox birlikdə olsun, istirahət etsin, dincəlsin və xoş günlər keçirsin.

Azərbaycan bu gün müasirləşir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox uğurlu yol keçmişdir, çox böyük sınaqlardan şərəflə çıxmışdır. Biz müasir dövləti köklü, əsaslı, milli dəyərlər üzərində qururuq. Milli dəyərlər, ənənələr Azərbaycan xalqı üçün həmişə əziz olubdur. Bu gün də bu möhkəm zəmin əsasında müasir Azərbaycanın qurulması prosesi uğurla davam edir. Azərbaycan öz imkanlarını artırır. İqtisadi inkişaf baxımından son beş il ərzində Azərbaycan dünya miqyasında lider ölkə olmuşdur. Əminəm ki, bu liderliyi bundan sonra da əldən verməyəcəkdir. Ölkədə aparılan geniş siyasi və iqtisadi islahatlar, quruculuq, abadlıq işləri ölkəmizin hərtərəfli inkişafına çox böyük töhfə vermişdir. Həm Bakı şəhərinin gözəlləşməsi, həm də bütün bölgələrdə gedən abadlıq-quruculuq işləri hər birimizi çox sevindirir.

Biz son beş il ərzində ölkə qarşısında duran çoxlu məsələləri, problemləri həll edə bilmişik, qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı vaxtından əvvəl və daha da böyük həcmdə icra edilmişdir. Böyük infrastruktur layihələri, Azərbaycanda növbəti illər üçün lazım olan əsas infrastruktur layihələri son beş il ərzində, demək olar ki, öz həllini tapıbdır. Növbəti beş ildə biz bu siyasəti davam etdirəcəyik. Əlbəttə ki, əminəm, növbəti beş ildə bu vaxta qədər həll olunmamış problemlər də öz həllini tapacaqdır.

İqtisadiyyatımız beş ildə 2,6 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Bütün bu göstəricilər insanların gündəlik həyatında öz əksini tapır. Azərbaycan iqtisadiyyatı bölgədə artıq sabitləşdirici amilə çevrilibdir.

Bütövlükdə Azərbaycanın artan nüfuzu, daxili siyasi sabitlik, bölgədəki vəziyyətə təsir imkanlarının artması və regional layihələrin təşəbbüsü nəticəsində biz beynəlxalq mövqelərimizi də böyük dərəcədə möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və dünya üçün bir çox mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı başlıca şərtdir. Biz nəinki böyük layihələrin iştirakçıları, eyni zamanda, bu layihələrin təşəbbüskarıyıq. Bizim təşəbbüsümüzlə bölgədə enerji sahəsində köklü dəyişikliklər baş vermişdir. Demək olar ki, bu layihələr bölgənin geosiyasi vəziyyətinə çox böyük müsbət təsir göstərmişdir. Bu gün biz bu imkanlardan ölkəmizin hərtərəfli inkişafı üçün və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi üçün istifadə edirik və bu da təbiidir.

Əlbəttə, bizim qarşımızda duran ən önəmli, ən əsas problem Dağlıq Qarabağ probleminin həllidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Yüz minlərlə azərbaycanlı etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpağından didərgin salınmış, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Həm iqtisadi imkanlarımızı, həm də diplomatik səylərimizi artırırıq. Eyni zamanda, hərbi gücümüzü artırırıq və ötən il Azərbaycanda keçirilmiş hərbi parad bizim nə qədər güclü ordu potensialına malik olduğumuzu bütün dünyaya sübut etdi. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, məsələ ədalətli həll olunmalıdır, beynəlxalq hüquq normalarına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Qondarma Dağlıq Qarabağ rejiminə heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaqdır. Biz nə qədər güclü olsaq, məsələnin həlli bir o qədər yaxın olacaqdır. Son beş il ərzində bu istiqamətdə çox böyük diplomatik, siyasi, iqtisadi, hərbi tədbirlər, təbliğat işləri görülmüşdür.

Bu gün bölgədə vəziyyət tamamilə başqadır. Xüsusilə dünyanı bürümüş və bölgəyə çox böyük təsiri olan iqtisadi böhran açıq-aydın göstərir ki, kim nəyə qadirdir, kim kimdir və kimin imkanları nədən ibarətdir. Azərbaycan bu böhrandan ən az əziyyət çəkən ölkələrdəndir. Əgər bölgəyə və bütövlükdə postsovet məkanına nəzər salsaq görərik ki, çoxlu problemlər var. Bəzi ölkələr öz hesabına yaşaya bilmirlər, bəzi ölkələr xarici maliyyə yardımı olmadan öz iqtisadiyyatını inkişaf etdirə bilmirlər və hətta sosial problemlərin həllində də çətinlik çəkirlər. Bəzi ölkələrdə milli valyutanın məzənnəsinin kəskin şəkildə düşməsi nəticəsində kütləvi müflisləşmə, kasıblaşma gedir. Müəssisələr dayanır, insanların alıcılıq qabiliyyəti azalır və beləliklə, sosial gərginlik yaranır.

Biz bölgədə baş verən hadisələrə əlbəttə ki, həmişə diqqət yetiririk və görürük ki, vəziyyət hansı istiqamətdə inkişaf edir. Bu gün nəinki, sadəcə olaraq, müşahidə aparmaq imkanlarımız var, eyni zamanda, bölgədəki mövcud vəziyyətə təsir imkanlarımız da böyük dərəcədə artıbdır. Bütün bunlar bizim məqsədyönlü siyasətimiz nəticəsində mümkün olmuşdur, Azərbaycanın öz imkanlarından çox məharətlə istifadə etməsindən irəli gəlir.

Əlbəttə, biz gələcəkdə də çalışacağıq ki, ilk növbədə, Azərbaycanın dayanıqlı inkişafını, iqtisadi inkişafını təmin edək. Eyni zamanda, bölgədə yaranmış vəziyyətə bizim münasibətimiz də adekvat olacaqdır.

Azərbaycan bir daha göstərdi ki, bütün sınaqlardan şərəflə çıxır. Keçən ilin yayında bölgədə yaranmış hərbi, siyasi böhran Azərbaycanda hissi olunmadı, Azərbaycan xalqı bunu hiss etmədi. Halbuki, bizim qonşuluğumuzda çox gərgin vəziyyət yaranmışdı. Bu gün dünyanı bürümüş, ən böyük ölkələrə təsir göstərən və bölgədə çox böyük problemlərlə nəticələnən iqtisadi böhran da Azərbaycanda hiss olunmur. Manatın məzənnəsinin sabit qalması, - gələcəkdə də sabit qalacaq, - istehlak qiymətlərinin aşağı düşməsi nəticəsində insanların alıcılıq qabiliyyəti daha da artıbdır. Büdcə təşkilatlarında çalışan insanların maliyyə vəziyyəti daha da yaxşılaşıbdır. Yenə də demək istəyirəm ki, bu böhran hər bir ölkəyə öz təsirini göstərir və biz elə etməliyik və əminəm, buna nail olacağıq ki, Azərbaycan xalqını maksimum dərəcədə bu böhrandan qoruyaq.

Biz gələcəyə nikbinliklə baxırıq. Bu vaxta qədər verilmiş bütün sözlər icra olunub, qarşıda duran bütün vəzifələr yerinə yetirilmişdir. Ancaq hələ çoxlu problemlər var, gələcəkdə biz onları həll etməliyik. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir və görüləcəkdir. İqtisadi inkişaf strategiyamız davam etdiriləcəkdir. Baxmayaraq ki, dünyada neftin qiyməti 3-4 dəfə azalıb, bu il və növbəti illərdə investisiya layihələrinin tam əksəriyyəti, bütün sosial proqramlar icra olunacaqdır. Bu il və növbəti illərdə məktəb tikintisi, xəstəxanaların tikintisi, mədəniyyət ocaqlarının tikintisi, bərpası davam etdiriləcəkdir. Yəni ki, bizim planlarımızda heç bir dəyişiklik olmayacaqdır. Bu yaxınlarda növbəti beş ili əhatə edən müfəssəl iqtisadi inkişaf proqramı təsdiq olunacaqdır. Əminəm ki, bu proqramın icrası nəticəsində beş ildən sonra Azərbaycan daha da qüdrətli, daha da imkanlı olacaq və bizim təsir dairəmiz daha da genişlənəcəkdir.

Bu günlərdə Azərbaycanın demokratik inkişafına böyük təkan verən və demokratiyanı inkişaf etdirən çox önəmli hadisə baş vermişdir. Azərbaycan xalqı referendumda Konstitusiyaya əlavələr və dəyişikliklərə öz münasibətini bildirmişdir. Bu təklifləri dəstəkləməsinə görə bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan xalqı bir daha öz həmrəyliyini nümayiş etdirdi, görülən işlərə öz münasibətini bildirdi, öz dəstəyini ifadə etdi. Bu dəstək bizə güc verir, bu dəstəyin nəticəsində bütün islahatları aparmaq daha asan olacaqdır. Həm siyasi islahatların aparılması, demokratik prosesin təkmilləşdirilməsi davam etdirilməlidir, həm də biz iqtisadi sahədə əldə olunmuş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, bu gün dünya Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıyır, biz gələcəyə yenə də eyni fəallıqla yanaşmalıyıq. Gələcək işlərimizi elə qurmalıyıq ki, Azərbaycanın hərtərəfli, dayanıqlı, uzunmüddətli inkişafı davam etsin.

Bu gün bizimlə bərabər bu bayram şənliklərində YUNESKO-nun baş direktoru Kouşiro Matsuura iştirak edir. Mən onu səmimiyyətlə salamlayıram. Qeyd etmək istəyirəm ki, cənab Matsuura Azərbaycanın dostudur, ölkəmizdə dəfələrlə olmuşdur və Azərbaycanda, Bakıda bir neçə mədəniyyət ocağının təməlinin qoyulması mərasimlərində iştirak etmişdir. Bu gün biz yenə də təzə muzeyin açılışında birlikdə olacağıq. YUNESKO ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır, çox işgüzardır. Bu əlaqələr, ilk növbədə, bizə imkan verir ki, öz mədəniyyətimizi, öz zəngin tarixi irsimizi dünyaya çatdıraq, özümüzü tanıtdıraq. Eyni zamanda, icra olunan birgə layihələr, birgə proqramlar Azərbaycanda mədəni irsin qorunması, elmin, təhsilin inkişafı, təkmilləşməsi sahəsində əlavə işlərin görülməsi üçün də çox vacibdir.

Mən bu gözəl bayram günündə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram.

Bayramınızı mübarək olsun!

X X X

Sonra Prezident İlham Əliyev İçərişəhərdə keçirilən Novruz şənliklərində də iştirak etdi. Şənliyə toplaşanlar dövlətimizin başçısını hərarətlə salamladılar. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, “Kosa və Keçəl” tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını, aşıq havalarını və muğam dəstgahlarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər.

Prezident İlham Əliyev və şənliyin digər iştirakçıları aşıqların və meyxanaçıların çıxışına, habelə Dövlət Pantomim Teatrı aktyorlarının ifasında “Muğam-trio” səhnəciyinə, qədim el sənətlərinin nümayişinə baxdılar, kəndirbazın çıxışına maraqla tamaşa etdilər, bişirilən yeməklərdən, habelə Novruz şirniyyatından daddılar.

Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl Prezident İlham Əliyevlə və YUNESKO-nun baş direktoru Kouşiro Matsuura ilə yumurta döyüşdürdülər.

Dövlətimizin başçısı şənliyə toplaşanlarla səmimiyyətlə görüşərək, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi.

Dünya memarlığının gözəl nümunələrindən olan qədim Qız qalası ətrafında folklor və rəqs qruplarının çıxışı da maraqla qarşılandı. Burada Azərbaycanın qədim el sənətləri nümunələrindən ibarət sərgi də açılmışdı.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru Kouşiro Matsuura sərgiyə çıxarılmış və Azərbaycan xalqının milli varlığını, ulu baba və nənələrimizin mənəvi aləminin zənginliyini, sənətkarlığın ən incə çalarlarını nümayiş etdirən xalı-xalçalara, kilimlərə, geyim dəstlərinə, müxtəlif sənətkarlıq nümunələrinə baxdılar.

Dövlətimizin başçısına, Mehriban xanıma, Leylaya və YUNESKO-nun baş direktoru Kouşiro Matsuuraya milli hədiyyələr təqdim olundu.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

######
 
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər