Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar,

əziz dostlar!

İlk növbədə mən sizi Novruz bayramı münasibətilə ürəkdən

təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram.

Bu gözəl bayram günündə biz Azərbaycanda muğam festivalının açılışında bərabər iştirak edirik. Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda bu günlərdə muğam həftəsi yaşanır. İki gün bundan əvvəl muğam üzrə elmi simpozium öz işinə başlamışdır, bu gün muğam festivalının açılışıdır. Eyni zamanda, Azərbaycanda Beynəlxalq muğam müsabiqəsi də keçiriləcəkdir. Müxtəlif ölkələrdən çoxsaylı qonaqları səmimiyyətlə salamlayıram və əminəm ki, həm elmi simpoziumda, həm də müsabiqədə, festivalda bizim qonaqlarımız öz istedadını, öz məharətini göstərəcəklər.

Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir. Bu, Muğam Mərkəzində keçirilən ilk beynəlxalq tədbirdir. Bu gözəl bina, bir tərəfdən, müasir standartlara tam cavab verir, digər tərəfdən, milli üslubda tikilibdir və əminəm ki, bundan sonra uzun illər ərzində Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək, sözün əsl mənasında, muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcəkdir.

Eyni zamanda, bu festivalın və Azərbaycanda keçirilən muğam həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir. 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir. Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir, qardaşlıq sənətidir. Ümid edirəm ki, bu günlərdə qoyulan bu gözəl yeni ənənə yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi ənənəyə çevriləcəkdir.

Bu gözəl binanın tarixini siz yaxşı bilirsiniz, Muğam Mərkəzinin yaradılması ilə əlaqədar qərar veriləndə məhz şəhərin ən gözəl yeri seçilməliydi. Dənizkənarı bulvar Bakı şəhərinin ən gözəl yerlərindən biridir və məhz bu gözəl yerdə Muğam Mərkəzi tikilməliydi.

Bu gün bizimlə bərabər bu tədbirdə YUNESKO-nun baş direktoru cənab Matsuura iştirak edir. Qeyd etmək istəyirəm ki, məhz cənab Matsuuranın iştirakı ilə 2005-ci ildə bu gözəl binanın təməli qoyulmuşdur və mən o günü çox yaxşı xatırlayıram. O gözəl gündə bizim görkəmli incəsənət xadimlərimiz iştirak edirdi. Biz birlikdə təməl daşını qoyduq və indi bu gözəl tədbirdə iştirak edirik. Ondan sonra, 2008-ci ildə cənab Matsuura Bakıda olarkən tikinti ilə tanış oldu və yenə də biz birlikdə Muğam Mərkəzinin yanında yerləşəcək yeni, müasir Xalça Muzeyinin təməlini qoyduq və artıq tikinti başlanmışdır. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda dünyanın istənilən inkişaf etmiş şəhərinin əlavə yaraşığı ola biləcək müasir Xalça Muzeyi tikilib istifadəyə veriləcəkdir.

Bu gün biz bütün günü birlikdəyik. Cənab Matsuura Azərbaycanda əziz qonaqdır, Azərbaycanın böyük dostudur, YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafında onun çox böyük rolu var. Bu gün biz Novruz bayramı şənliklərində bərabər iştirak etmişik. Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın mədəni həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. Azərbaycanda yeni, çox gözəl Müasir İncəsənət Muzeyi açılmışdır və o muzeydə bizim görkəmli rəssamlarımızın əsərləri nümayiş etdirilir. O əsərlər ki, onlar illərlə hansısa anbarlarda, yaxud da ki, evlərdə, yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərə yeni həyat verilib və Müasir İncəsənət Muzeyi də öz zövqlü tərtibatı ilə fərqlənir. Əminəm ki, müasir üslubda, dizaynda yaradılmış, eyni zamanda, böyük milli məna daşıyan muzey Bakı sakinlərinin diqqətini cəlb edəcəkdir.

Muğam Mərkəzi də eyni üslubdadır - müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə münasibət, milli köklərə bağlılıq. Əslində, bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir və çox aydındır. Biz köklü əsaslar üzərində - tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü, dünyəvi, qüdrətli Azərbaycan qururuq və bu işdə artıq böyük nailiyyətlərə çatmışıq. Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir, iqtisadi, siyasi islahatlarla yanaşı, mədəniyyətlə bağlı məsələlərə çox böyük diqqət göstərilir. İndiki böhranlı günlərdə mədəniyyət sahəsinə vəsaitin ayrılması və onun prioritet kimi dövlətin diqqət mərkəzində qalması çox şeyi deyir, çox şey ifadə edir. İlk növbədə, bizim öz mədəni irsimizə, zəngin mədəniyyətimizə, tariximizə, milli ənənələrimizə olan münasibəti göstərir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu dəyərlərin qorunub saxlanması üçün, gələcək nəsillərə etibar olunması və inkişaf etdirilməsi üçün, əlbəttə ki, öz potensialımızı biz hərtərəfli gücləndirməliyik. Güclü iqtisadiyyat, güclü sosial siyasət, zəngin tarixi irsimizə bağlılığımız və müasir dünyada ən yüksək standartlara çatmağımız - mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu fikirləri bölüşür. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.

Əziz dostlar, əziz qonaqlar, mən sizi bu gözəl bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər