Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- 2009-cu ildə ölkəmizin uğurlu inkişafı davam edir, bütün sahələrdə müsbət meyillər daha da güclənir, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunur. Bütün bunlar bir daha göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur, bu yolda artıq böyük nailiyyətlər əldə edilibdir. Azərbaycan müxtəlif zamanlarda çətin sınaqlardan şərəflə çıxa bilmişdir və indi ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən çox uğurla inkişaf edir.

2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutduğumuz bütün məsələlər həyatda öz əksini tapmalıdır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür və bu amillər hər bir ölkə, o cümlədən Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir.

Bu yaxınlarda keçirilmiş ümumxalq səsverməsi - referendum və Azərbaycan xalqının qoyulan məsələlərə münasibəti bir də onu göstərir ki, Azərbaycanda xalqla iqtidar arasında vəhdət möhkəmlənib, güclənib və bu da çox sevindirici haldır. Bütün bunları biz gündəlik həyatda görürük, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, ictimai-siyasi vəziyyətin düzgün istiqamətdə inkişaf etməsində görürük. Əlbəttə, bu, bizə əlavə imkan yaradır ki, islahatları daha da uğurla aparaq.

Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir.

Artıq həm region müstəvisində, həm də dünyada bəllidir ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan öz müstəqil siyasətini davam etdirir. Bu siyasət həm ölkəmizin inkişafına xidmət göstərir, həm də digər ölkələrlə münasibətlərimiz uzunmüddətli əsaslarla çox düzgün qurulur. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir, Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilibdir.

Regional məsələlərə gəldikdə, artıq həyat göstərib ki, bizim təşəbbüsümüzlə irəli sürülən nəhəng transmilli enerji, nəqliyyat layihələri və siyasi təşəbbüslər uğurla icra olunur. Azərbaycanın iştirakı olmadan, əlbəttə ki, bu böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər heç vaxt icra oluna bilməzdi. Bizim iradəmiz, siyasi yanaşmamız, o cümlədən bizim ciddi iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq meyilləri - bütün bunlar regionda yeni reallıqları mümkün edibdir. Regional məsələlərdə Azərbaycan siyasəti həmişə, bütün zamanlarda çox açıq, aydın olub və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olubdur. Əlbəttə, biz regionda baş verən və baş verə biləcək hadisələri izləyirik. Regionda mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir də demək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcəkdir.

Bizim ölkəmiz, - artıq həyat bunu sübut edib, - heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır və gələcəkdə də bizim belə niyyətimiz yoxdur. Eyni zamanda, Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib və etməyəcəkdir. Ancaq bununla bərabər, regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik.

Azərbaycan bölgədə sabitləşdirici rolunu oynayır. Bunu artıq həyat göstəribdir. Keçən il Cənubi Qafqazda yaşanan siyasi və hərbi böhran Azərbaycana öz mənfi təsirini göstərməmişdir. Düzdür, müəyyən, qısa müddət ərzində bizim enerji və nəqliyyat imkanlarımız məhdudlaşdı, ancaq biz çevik siyasət aparmaqla, qısa vaxt ərzində yeni nəqliyyat istiqamətlərini işə sala bildik. Beləliklə, ən az itkilər verməklə o vəziyyətdən şərəflə çıxdıq, iqtisadi maraqları qoruduq. Onu da deyə bilərəm ki, Azərbaycan bir daha etibarlı tərəfdaş və sabitləşdirici amil kimi öz rolunu göstərə bilmişdir.

Hazırda dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyübdür. Böyük ölkələr, kiçik ölkələr, region ölkələri bu böhrandan əziyyət çəkir. Hamımız yaxşı bilirik ki, müxtəlif ölkələrdə iqtisadi və sənaye tənəzzülü 20, 30, 50 faizlə ölçülür.

Ölkələrin milli valyutaları qiymətdən düşür. O cümlədən MDB məkanında, bizim regionumuzda milli valyutalar 10 faiz, 20 faiz, 30 faiz, 50 faiz səviyyəsində qiymətdən düşür. Bu nə deməkdir?! O deməkdir ki, milli pul qiymətdən düşdükcə, alıcılıq qabiliyyəti də azalır və beləliklə, insanlar bundan birbaşa əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət tam başqadır. Bizim milli valyutamız - manatımız sabitdir və sabit olaraq qalacaqdır. Bütün dünyada, demək olar ki, dünya ölkələrində 2009-cu ilin birinci rübündə iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım müşahidə olunur.

Bəzi bədxahlar - Azərbaycana paxıllıqla yanaşan və bizim uğurlarımızı qəbul etmək istəməyən dairələr, adətən, Azərbaycanın uğurlu iqtisadi inkişafını neft amili ilə bağlayırlar. İndi neftin qiyməti 3-4 dəfə aşağı düşübdür. Bu il müəyyən səbəblərə görə Azərbaycanda neft hasilatı aşağı düşübdür. Amma buna baxmayaraq, Azərbaycanın iqtisadiyyatı artır. Birinci rübün ilkin rəqəmləri artıq mənə çatdırılıb, indi tam təhlil aparılır. Rəqəmlər göstərir ki, birinci rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var. Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi. Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin nəticəsi. Biz buna nail ola bilmişik. Daxili istehsalı təşviq etməklə, kreditlərin verilməsini təmin etməklə, özəl sektorun maraqlarını müdafiə etməklə və digər tədbirlər nəticəsində neft amilindən asılılığımızı xeyli dərəcədə azalda bilmişik. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük addımlar atılacaqdır.

Yəni nə siyasi, nə hərbi, nə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu müddət ərzində biz müəyyən çətinliklər çəkən müəssisələrə əlavə yardımlar etməliyik, o cümlədən onları maliyyə resursları ilə təmin etməliyik. Sosial cəhətdən ən az təmin olunmuş insanlara ünvanlı sosial yardımın məbləği gələcəkdə daha da artırılmalıdır. Sosial müdafiə məsələləri həmişəki kimi diqqət mərkəzində olacaqdır. Beləliklə, mən əminəm ki, Azərbaycan bu çətin, qlobal maliyyə və iqtisadi böhrandan şərəflə, üzüağ çıxacaqdır.

Qeyd etdiyim kimi, biz nəzərdə tutulmuş bütün proqramları uğurla icra etməliyik. Növbəti aylarda da iqtisadiyyatın real sektorunun inkişafı üçün əlavə tədbirlər görülməlidir. Sosial məsələlərin, iqtisadi məsələlərin həllinə, ordu quruculuğu işinə daha da böyük diqqət göstərilməlidir. Baxmayaraq ki, son illərdə hərbi potensialımız böyük dərəcədə güclənmişdir, ancaq biz hələ də müharibə şəraitində yaşayırıq və belə olan halda, hərbi sahəyə, ordu quruculuğuna daim ən böyük diqqəti göstərməliyik. Əlbəttə, biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Biz bunun tərəfdarıyıq, atəşkəs rejimi başlanandan sonra 15 il ərzində konstruktiv mövqe nümayiş etdiririk. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir. Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir.

Bütün bu məsələlər indiki zəmanədə daha da ciddi diqqət tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dünyada, bölgədə gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr - bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır.

Biz bu gün bu məsələləri müzakirə edəcəyik və bir daha demək istəyirəm ki, bu vaxta qədər görülmüş işlər məni çox qane edir. Xüsusilə, indiki böhran şəraitində ölkə iqtisadiyyatına və ümumiyyətlə, ölkəyə mümkün ola biləcək zərərin minimuma endirilməsi işində atılan addımlar bir daha bizim ölkəmizin real gücünü göstərir. Həm Azərbaycan xalqı bunu bir daha görür, həm də ki, bütün dünya Azərbaycanın hansı ölkə olduğunu bir daha açıq-aydın görür.

X X X

İclasda Azərbaycanda mövcud olan daxili ictimai-siyasi sabitlik, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional vəziyyət, qonşu ölkələrlə münasibətlər və digər məsələlər müzakirə edilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb