Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab Prezident,

hörmətli Ukraynanın birinci xanımı,

əziz qonaqlar!

Mən dostum Viktor Andreyeviç Yuşşenkonu yenidən salamlamaqdan çox şadam. Bu gün biz ikitərəfli münasibətlərin inkişaf yolları haqqında çox geniş müzakirələr apardıq və belə bir ümumi qənaətə gəldik ki, ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlığın potensialını fəal surətdə inkişaf etdirməli və artırmalıyıq. Tarixdə bizim xalqlarımızı birləşdirən məqamlar çoxdur. Ukrayna və Azərbaycan xalqları əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşamışlar. Xalqlarımızın mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsirinin xalqlarımızı, ölkələrimizi zənginləşdirməsinə aid çox misallar göstərmək olar. Çox fərəhli haldır ki, ölkələrimizin müstəqil suveren dövlətlər kimi inkişaf etdiyi dövrdə dostluq münasibətlərimiz möhkəmlənir, çox fəal siyasi dialoq aparılır. Təkcə Ukrayna və Azərbaycan prezidentlərinin səfərlərinin statistikasına nəzər salsaq görərik ki, bu münasibətlər ən dinamik münasibətlərdən biridir. Statistik məlumatlardan əlavə, müzakirə edilən məsələlərin mahiyyəti də ikitərəfli əməkdaşlıq üçün, regional əməkdaşlıq üçün, qitə çərçivəsində əməkdaşlıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bu gün bizim fəal müzakirə etdiyimiz məsələlər arasında qarşılıqlı siyasi əlaqələr, bu əlaqələrin dərinləşdirilməsi, iqtisadi kooperasiya, enerji təhlükəsizliyi, nəqliyyat məsələləri, sənayenin inkişafı, hərbi-texniki əməkdaşlıq və humanitar sahə ilə bağlı məsələlər vardır. Yəni, bizim gündəliyimiz çox genişdir. Hər bir istiqamət üzrə konkret fəaliyyət planı var və bu gün artıq o, qarşıdakı iki ildə Ukrayna ilə Azərbaycan arasında birgə tədbirlər planının, “yol xəritəsinin” imzalanması ilə hüquqi cəhətdən rəsmiləşdirildi. Orada bizim fəal əməkdaşlıq edəcəyimiz bütün istiqamətlər, qərarların yerinə yetirilməsinin konkret müddətləri, konkret qrafiki göstərilmişdir.

Mənim bəhs etdiyim məsələlərin hər birinin böyük əhəmiyyəti vardır. Lakin heç şübhəsiz, regiondakı vəziyyət, enerji təhlükəsizliyi məsələləri təkcə bizim ölkələrimizdə deyil, bütövlükdə Avropa qitəsində daha çox maraq doğurur. İndi iqtisadi əməkdaşlıq məsələlərini enerji sahəsində əməkdaşlıqdan təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyildir. Hər bir ölkənin enerji təhlükəsizliyi yüksək diqqət yetirilən məsələdir. Azərbaycan regionun, Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə çalışır və inanıram ki, ötən illərdə bizim irəli sürdüyümüz və hazırda uğurla həyata keçirilən təşəbbüslər, habelə indi münasibətlərimizin ikitərəfli formatında fəal müzakirə etdiyimiz təşəbbüslər həyata keçirildiyi təqdirdə enerji bazarında vəziyyətin proqnozlaşdırılmasına, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların uzunmüddətli əməkdaşlığa əmin olmasına kömək edəcəkdir.

Bu gün biz enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsi baxımından ölkələrimiz üçün müstəsna əhəmiyyəti olan Odessa-Brodı-Plotsk-Qdansk layihəsini ətraflı müzakirə etdik. Təbii ki, neft və qaz hasil edən ölkə kimi Azərbaycan bazarların şaxələndirilməsində öz maraqlarını görür. Buna görə də Odessa-Brodı-Plotsk-Qdansk layihəsi bizim üçün böyük maraq doğurur. Əlbəttə, tranzit ölkələr və istehlakçı ölkələr xammal mənbələrinin şaxələndirilməsinin müsbət cəhətlərini görürlər və bu da tamamilə məntiqə uyğundur. Ona görə də bu istiqamətdə səylərin birləşdirilməsi və əlaqələndirilməsi, maraqların birləşdirilməsi uğurun rəhnidir. Deməliyəm ki, bu baxımdan Ukrayna və Azərbaycan rəhbərliyi arasında gələcəkdə bu istiqamətdə necə əməkdaşlıq etməli olduğumuz, bu əməkdaşlığın formatının nə dərəcədə geniş olması və iri beynəlxalq qurumların bu əməkdaşlıqda necə iştirak edə bilməsi, zəruri hallarda buna necə kömək edə bilməsi məsələlərində tam anlaşma var.

Energetika bizi yaxınlaşdıran yeganə sahə deyildir. Bu gün gündəlikdə duran çox geniş məsələləri nəzərdən keçirdik və əlbəttə, indi bizim üçün böyük maraq doğuran və gələcəkdə də böyük maraq doğuracaq məsələləri müzakirə etdik. Onların arasında humanitar əməkdaşlıq məsələsini xüsusi qeyd etmək istərdim, çünki bunsuz, insanlar səviyyəsində əlaqələr olmasa, mədəni mübadilə olmasa gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın müsbət ruhunu qoruyub saxlamaq çətin olacaqdır. Bu gün mən də, Viktor Andreyeviç də mətbuat üçün bəyanatda bildirdik ki, bizim Ukraynaya və Azərbaycana səfərlərimizin, demək olar, hər biri ölkələrimizin və xalqlarımızın mədəni həyatında çox mühüm hadisələrlə bağlı olur. Bizim tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə qayğıkeş münasibət ölkələrimizi səciyyələndirən cəhətlərdir. Mən Ukrayna xalqının böyük oğlu Taras Şevçenkonun Bakıda abidəsini birlikdə açdığımız günü çox səmimi hisslərlə xatırlayıram. Bu abidənin qoyulduğu bağça indi Bakının ən gözəl guşələrindən birinə, Ukrayna diasporu nümayəndələrinin və Bakı sakinlərinin toplaşdığı yerə çevrilmişdir. Bu cür misallardan çox göstərmək olar. Başlıcası odur ki, gələcəkdə biz bu sahəni heç vaxt unutmayaq. Ölkələrimizin suverenliyini möhkəmlətmək və bir neçə əsr irəlicədən müstəqil inkişafımızı təmin etmək üçün, ölkələrimiz üçün, əlbəttə, mühüm olan iqtisadi, siyasi layihələrin, energetika layihələrinin əhəmiyyəti arxasında biz həmişə yadda saxlamalıyıq ki, ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdıran nədir.

Mən dəvətimi qəbul etdiyinə və bu gün buraya gəldiyinə görə Ukrayna Prezidentinə dərin minnətdarlığımı bildirmək, aparılmış danışıqlardan, qəbul edilmiş qərarlardan məmnunluğumu ifadə etmək istərdim. Əminəm ki, bizim münasibətlərimizin praktikasında dəfələrlə olduğu kimi, bu qərarların da hamısı həyata keçiriləcəkdir.

Mən bu badəni Ukrayna Prezidentinin, onun xanımının sağlığına, qardaş Ukrayna xalqının sağlığı və firavanlığı şərəfinə qaldırmaq istəyirəm!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub