Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Bu gün çox əlamətdar bir gündür. Bu gün biz yeni, böyük sement zavodunun təməl daşını qoyduq və bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu əlamətdar hadisə bir də onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir, ölkəmizdə bütün sahələrdə iqtisadiyyat güclənir. Xüsusilə indiki böhran şəraitində, dünyanı iqtisadi və maliyyə böhranı bürüyüb, eyni zamanda, bu böhran artıq sənaye istehsalına da mənfi təsir etməyə başlamışdır. Belə bir şəraitdə Azərbaycanda xarici sərmayələrlə yeni, böyük, 300 milyon avrodan artıq dəyəri olan sement zavodunun təməlinin qoyulması çox böyük hadisədir. Bu, ilk növbədə, onu göstərir ki, xüsusilə böhranlı durumda xarici investorların Azərbaycana marağı artıbdır. Eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici investisiyaların cəlb edilməsi üçün əlavə tədbirlər görür. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır, xarici şirkətlərlə dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur və bu, daha da dərinləşir.

Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün çox gözəl imkanlar var və tikiləcək sement zavodunun timsalında biz bunu görürük.

Azərbaycan etibarlı tərəfdaşdır. Bu layihədə əsas rolu oynayan İsveçrənin tanınmış Holsim şirkəti artıq 10 ilə yaxındır ki, Azərbaycanda işləyir, fəaliyyət göstərir. On ildən sonra yeni layihənin həyata keçirilməsi üçün görülən işlər onu göstərir ki, Azərbaycan xarici sərmayələrin qoyuluşu üçün sözün əsl mənasında çox gözəl bir yerdir. Bu layihə müştərək layihədir. Qeyd etdiyim kimi, burada əsas, aparıcı rolu Holsim şirkəti oynayır. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı layihədə həm investor kimi, həm də maliyyə mənbəyinin təşkili ilə bağlı çıxış edən qurum kimi fəaliyyət göstərir. Azərbaycan İnvestisiya Şirkəti layihədə öz payına malikdir və bu da çox gözəl əlamətdir. Bir müddət əvvəl yaradılmış Azərbaycan İnvestisiya Şirkəti məhz belə layihələrin həyata keçirilməsi üçündür və Azərbaycana lazım olan sahələrə investisiyaların cəlb edilməsi ilə məşğuldur. Əminəm ki, Azərbaycan İnvestisiya Şirkətinin belə böyük layihədə iştirak etməsi onun gələcək fəaliyyəti üçün də çox yaxşı təcrübə olacaqdır.

Bir sözlə, bütün bu gözəl mənzərə, - yəni həm xarici şirkətlərin marağı, beynəlxalq maliyyə qurumlarının Azərbaycana böyük məbləğdə kreditlər ayırması, həm də yerli şirkətlərin bu işlərdə iştirakı, - bu zavodun tikintisində podratçı şəklində çoxsaylı yerli şirkətlər də iştirak edəcəkdir, - bir də onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar, sənayeləşdirmə siyasəti və inkişafla bağlı bütün görülən tədbirlər öz nəticəsini verməkdədir.

Bu gözəl və ən müasir texnologiyalara malik olacaq zavodda çoxsaylı yerli vətəndaşlar işləyəcəkdir. Həm zavodun tikintisində, həm də sonra istismarında Azərbaycan vətəndaşları işləyəcək və bu, eyni zamanda, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Bildiyiniz kimi, son beş il ərzində Azərbaycanda 766 min yeni iş yerləri açılmışdır ki, onların 547 mini daimi iş yerləridir. Azərbaycanda qeyri-neft sektorunun inkişafında bu zavodun böyük rolu olacaqdır. Böyük qürur hissi ilə deyə bilərəm ki, böhrana baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda qeyri-neft sektoru 14 faiz artıbdır.

Bütün dünyada iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür. Ölkələr çətin vəziyyətə düşür, xarici maliyyə yardımına ehtiyacları artır. Ancaq Azərbaycanda biz tam başqa mənzərəni görürük. Azərbaycan həm maliyyə baxımından, həm də yerli resurslar baxımından özünü təmin edən ölkədir. İqtisadi inkişaf baxımından birinci rübdəki artım bir daha göstərir ki, bizim ölkəmiz uzunmüddətli inkişaf strategiyasını düzgün seçibdir. Aparılan iqtisadi islahatlar Azərbaycana böyük mənfəət gətiribdir.

Təsadüfi deyil ki, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi təqdim edibdir. Bu, Azərbaycanda görülən işlərin bariz nümunəsidir. Ən gözəl nümunə görülən işlərdir, ən gözəl nümunə tikilən zavodlar, fabriklər, açılan iş yerləridir. Bir daha demək istəyirəm ki, bizim bütün səylərimiz buna yönəldilibdir. Əgər əvvəlki illərdə bəziləri bizim uğurlarımızı daha çox enerji amili ilə, neft amili ilə bağlayırdısa, artıq bu gün hər kəsə bəllidir ki, uğurların əsas səbəbi düşünülmüş siyasət, iqtisadi islahatlar, siyasi islahatlar, xarici şirkətlərlə uğurlu əməkdaşlığımızdır. Biz artıq uzun illərdir ki, xarici şirkətlərlə səmərəli əməkdaşlıq aparırıq və bu əməkdaşlıq ikitərəflidir, bütün tərəflərin maraqlarına cavab verir.

Bir daha demək istəyirəm ki, bu zavodun tikintisinin çox böyük mənası var. Hər bir müəssisənin tikintisi məni sevindirir, ancaq belə nəhəng - həm maliyyə baxımından, həm istehsal gücü baxımından nəhəng, dünya miqyaslı zavodun tikintisi, özü də böhranlı durumda tikintisi xüsusi məna daşıyır. Əminəm ki, siz də mənim fikirlərimə şəriksiniz.

Azərbaycanın uğurlu inkişafı bundan sonra da davam edəcəkdir. Biz artıq sübut etmişik ki, öz gücümüzlə yaşaya və sürətlə inkişaf edə bilərik. Son beş il ərzində - 2004-2008-ci ildə Azərbaycandakı iqtisadi inkişaf heç bir başqa ölkədə olmamışdır. Beş ildə iqtisadiyyat 2,6 dəfə artıb, büdcə xərcləri 10 dəfədən çox artıbdır. Yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşübdür. İşsizliklə bağlı problemlərin böyük əksəriyyəti öz həllini tapıbdır. Azərbaycanda böyük infrastruktur layihələri icra olunur. Bütün bunlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir.

Bu zavodun tikintisi, eyni zamanda, onu göstərir ki, Azərbaycanın gələcəyinə, iqtisadiyyatın inkişafına xarici investorlar tərəfindən böyük inam var. İndi Azərbaycanın bazarı daxili istehsalçılar tərəfindən böyük dərəcədə təmin edilir. Biz elə etməliyik ki, o cümlədən sement istehsalı da Azərbaycanın bütün tələbatını ödəyə bilsin. İndi biz idxaldan asılıyıq, amma bu zavodun tikintisi, digər zavodların tikintisi bu asılılığı azaldacaq və əminəm ki, vaxt gələcək, sement istehsalı Azərbaycanın bütün tələbatını təmin edəcəkdir.

Hazırda illik tələbat, istehlak olunan sementin həcmi 3,7 milyon tondur. Gələcəkdə bu artacaq və biz bu artıma hazır olmalıyıq. Eyni zamanda, bugünkü gün həm də ona görə əlamətdardır ki, Azərbaycanda həyata keçirilən nəhəng tikinti-quraşdırma, infrastruktur layihələri artıq bütün iqtisadiyyata təkan veribdir. Daha çox dövlət investisiyaları hesabına tikilən yollar, körpülər, binalar, müəssisələr tikinti sektorunun inkişafına böyük təkan verir, tələbat artır. Tələbat artdıqca, xüsusilə tikinti materiallarına tələbat artdıqca, bax, belə gözəl zavodlar da tikilir. Əgər bu infrastruktur layihələri olmasaydı, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etməsəydi, bəlkə də bu zavod tikilməzdi. Yaxud da ki, 10 ildən sonra tikilərdi. Bu gün isə buna tələbat var. Xarici şirkətlər hər şeyi düzgün ölçüb-biçirlər. Onlar öz maliyyə proqramlarını çox böyük təhlildən sonra icra edirlər. Holsim kimi transmilli şirkətin müxtəlif ölkələrdə zavodları da var, fəaliyyəti də var. Azərbaycanın bir prioritet ölkə kimi onlar tərəfindən seçilməsi göstərir ki, Azərbaycana inam böyükdür. Biz bunu bilirik, hiss edirik. Mən çox şadam ki, bu gözəl gündə biz təməl qoyulmasında bərabər iştirak edirik. Əminəm ki, bu, eyni zamanda, Azərbaycanın dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya proseslərinə güclü təkan verəcəkdir. Bizim xarici şirkətlərlə əməkdaşlığımıza yeni imkanlar açacaqdır.

Əziz dostlar, mən sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Layihədə iştirak edən bütün şirkətlərə uğurlar arzulayıram. Mənə verilən məlumata görə, zavodun fəaliyyətə başlaması iki ildən sonra nəzərdə tutulur. Əminəm ki, zavod yüksək keyfiyyətlə və vaxtında tikiləcək və biz sizinlə bərabər onun açılışında iştirak edəcəyik.

Bir daha sizi təbrik edir, sizə yeni-yeni uğurlar arzulayıram.

X X X

Sonra Holsim Group şirkətinin rəhbəri Markus Akerman çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb