Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı Ali Məhkəmənin yeni binasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bina həm şəhərimizə əlavə yaraşıq verir, həm də ki, bu binada işləmək üçün, fəaliyyət göstərmək üçün ən gözəl şərait yaradılıbdır. Bu binada ən yüksək standartlar tətbiq olunub, həm memarlıq baxımından, həm daxili tərtibat, dizayn baxımından dünyanın ən yüksək standartlarına cavab verən binadır. Bu binanın funksional tərəfi də çox müasirdir və bu binaya girən hər bir insan bunu öz gözləri ilə görür.

Təxminən üç il bundan əvvəl bu yerdə biz binanın təməl daşını qoyduq. Bu yerdə əvvəllər bir zavod yerləşirdi, o zavod demək olar ki, fəaliyyətini dayandırmışdı. Şəhərimizin ümumi abadlıq işlərinə göstərilən diqqətin əlaməti olaraq Ali Məhkəmənin binasının məhz bu yerdə tikilməsi nəzərdə tutulmuşdur. Çünki bu, şəhərin mərkəzidir, Bakıya girişdir və son üç il ərzində bu yol da genişləndirildi, binanın ətrafında yerləşən köhnə binaların siması da dəyişdirildi. Bir sözlə, şəhərin bu hissəsi paytaxtımızın ən gözəl yerlərindən biridir. Ali Məhkəmənin binası məhz belə olmalı idi, gözəl, əzəmətli, eyni zamanda müasir.

Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür.

Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır. Düzdür, hər bir yerdə olduğu kimi, biz ədalətsizlikləri də görürük. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu ədalətsizlikləri aradan götürək. Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir.

Qanunun aliliyi Azərbaycanda tam şəkildə bərqərar olunmalıdır. Hüquqi dövlət quruculuğu işində biz çox böyük uğurlar əldə etmişik. Azərbaycanda dövlət quruculuğu ilə bərabər, hüquqi dövlət quruculuğu da sürətlə və uğurla gedir. Qəbul edilmiş qərarlar, məhkəmə- hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi - bütün bu işlər ölkəmizi gücləndirir.

Ölkənin gücü təkcə iqtisadi artımla ölçülmür. Ölkənin gücü insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından, məhkəmələrin azad olmasından asılıdır. Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, ölkəmizi hərtərəfli inkişaf etdirək. Əlbəttə ki, bizim güclü iqtisadi potensialımız ölkədə aparılan köklü islahatların davam etdirilməsi üçün çox mühüm vasitədir. Azərbaycanda siyasi sistemin təkmilləşməsi işində çox vacib islahatlar aparılmışdır. Bu islahatlar davam etdirilir.

Azərbaycan demokratiyanın inkişafı sahəsində çox böyük və uğurlu yol keçmişdir. Bizim ölkəmiz demokratik əsaslarla idarə olunur, xalqın iradəsinə əsaslanır. Xalqla iqtidar arasındakı birlik məhz ölkədə demokratik vəziyyətin nə qədər möhkəm olduğunu göstərir. Demokratiyanın inkişafı prosesi bütün dünyada getməlidir, o cümlədən müstəqilliyini nisbətən təzə əldə etmiş ölkələrdə. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçibdir. Azərbaycan müasirləşir, zənginləşir. Biz həm iqtisadi cəhətdən öz imkanlarımızdan istifadə edirik, eyni zamanda, siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılmalıdır və aparılır. Bir daha demək istəyirəm ki, qanunun aliliyinin tətbiq edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir.

Eyni zamanda, hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir və hamı qanun qarşısında öz məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır.

Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olması, asayişin qorunması, hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi bir məqsədi güdür: ölkəmiz daha da möhkəmlənsin, müasirləşsin, dünyada mövcud olan ən gözəl təcrübəni biz Azərbaycanda tətbiq edək, öz imkanlarımızı genişləndirək və ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı üçün möhkəm əsasları yaradaq.

Azərbaycanda islahatların aparılması 1990-cı illərin ortalarından başlanmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həm iqtisadi islahatlar, həm siyasi islahatlar, müstəqil Azərbaycanın 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi çox mühüm hadisə olmuşdur. Seçki prosesinin təkmilləşməsi məsələləri böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğundur və bunu təkcə biz yox, bütün beynəlxalq qurumlar təsdiq edir.

Bir sözlə, ölkəmizin gələcək inkişafı üçün bizdə bütün əsaslar - güclü iqtisadiyyat, iqtisadi potensial vardır. Azərbaycan hətta ən böhranlı günlərdə, aylarda göstərdi ki, biz uğurla inkişaf edə bilərik. İqtisadiyyatımız böhrana baxmayaraq, dörd ayda 4,5 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı təxminən 14 faiz artmışdır. Biz, öz hesabımıza yaşayırıq və yaşayacağıq. Demokratik proseslər Azərbaycanda çox uğurla gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, bütün başqa azadlıqlar mövcuddur. Azərbaycanda açıq cəmiyyət, vətəndaş cəmiyyəti formalaşır, insanlar azaddır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bu amillərin sintezindədir. Bir də demək istəyirəm ki, islahatlar davam etməlidir. İslahatlar Azərbaycan xalqına böyük uğurlar gətiribdir və ölkəmizin gələcək inkişafında nə lazımdırsa, o da ediləcəkdir.

Əziz dostlar, mən bu gözəl binanın - ədalət sarayının açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Məhkəmə-hüquq sistemində, hüquq mühafizə orqanlarında çalışan bütün insanlara uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb