Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar,

hörmətli qonaqlar,

əziz dostlar!

Bu gün çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda yeni sənaye sahəsi fəaliyyətə başlayır. Qızıl və mis emalı zavodunun fəaliyyətə başlaması, əslində yeni, böyük sənaye sahəsinin fəaliyyətə başlaması deməkdir. Bu çox əlamətdar hadisədir, çox böyük bir inkişafın təzahürüdür. Əminəm ki, bu sənayenin gələcəyi uğurlu olacaq və Azərbaycan tezliklə qızıl, mis istehsal edən, ixrac edən ölkəyə çevriləcəkdir. Bu zavodun fəaliyyətə başlamasının da böyük tarixi var.

Əslində, hələ 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılmışdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycana böyük həcmdə xarici investisiyalar qoyulmağa başlanmışdır. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə müqavilənin bağlanması bu investisiyaları bir neçə dəfə artırmışdır. Şübhə yoxdur ki, məhz bu addımların nəticəsində Azərbaycanı dünyada tanıdılar. Azərbaycanı sərmayə qoyuluşu baxımından etibarlı tərəfdaş kimi tanıdılar və məhz bunun nəticəsində 1997-ci ildə qızıl yatağı üzrə müqavilələr imzalanmışdır. Düzdür, o vaxtdan bu günə qədər çox işlər görülüb, ancaq çox vaxt da gedib. Bunun da təbii səbəbləri var. Çünki 1990-cı illərin sonunda dünya bazarında qızılın qiyməti kəskin şəkildə aşağı düşmüşdü və qızılın hasilatı üçün əlverişli şərait yox idi.

Son illər ərzində dünya qızıl bazarı sabitləşəndən sonra artıq ilk dəfə olaraq biz Azərbaycanda qızıl istehsalına başlayırıq. İki il yarım bundan əvvəl mən burada olarkən hazırlıq işləri ilə tanış olmuşdum. Bu gün isə artıq tam sənaye sahəsi işə düşüb. Artıq Azərbaycanda həm qızıl filizinin daşınması, emal edilməsi və həm də son məhsula çevrilməsi prosesi baş verir. Bu, doğrudan da, böyük hadisədir. Azərbaycan iqtisadiyyatı üçün, gələcək iqtisadi inkişaf üçün çox mühüm bir addımdır. Bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün də çox böyük təkan verəcəkdir. Bildiyiniz kimi, qeyri-neft sektorunun inkişafı bizim üçün indi prioritet olan məsələdir və son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanda qeyri-neft sektoru çox sürətlə inkişaf edibdir. Biz iqtisadiyyatı şaxələndirə bilmişik. Bizim iqtisadiyyatımız artıq təkcə neft-qaz hasilatından asılı deyil və bunun ən gözəl nümunəsi bu ilin birinci rübünə aid iqtisadi göstəricilərdir.

Dünyanı bürümüş maliyyə və iqtisadi böhran, düzdür, Azərbaycana da təsir etmişdir, amma minimum dərəcədə. Baxmayaraq ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayır, birinci rübdə qeyri-neft sektorumuz, iqtisadiyyatın bu sektoru 13,7 faiz artmışdır. Yəni bu, məhz ölkədə aparılan düşünülmüş iqtisadi islahatlar nəticəsində mümkün olmuşdur. Biz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik və beləliklə, ölkənin dayanıqlı, uzunmüddətli inkişafı üçün bütün əsaslar yaradılıbdır.

Bu gün yeni sənaye sahəsinin işə düşməsi, sadəcə olaraq bu vaxta qədər görülmüş işlərin nəticəsində mümkün olmuşdur. Beləliklə, Azərbaycanda həm yeni istehsal sahəsi işə başlayır, yeni iş yerləri açılır, yüzlərlə, minlərlə iş yerləri açılacaqdır, həm də regionların, xüsusilə bu Qərb regionunun inkişafı üçün gözəl imkanlar yaradılacaqdır.

Bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Belə olmasaydı, Azərbaycana böyük həcmdə investisiyalar qoyulmazdı. Azərbaycanda bütövlükdə çox gözəl investisiya mühiti var və bu kontrakt, 1997-ci ildə qızıl yataqları üzrə imzalanmış kontrakt, demək olar ki, neft kontraktlarına çox oxşayır. Yəni, bu kontrakt o əsasda hazırlanmışdı.

İnvestisiya qoyuluşu Azərbaycanda ildən-ilə artır. Bu gün, artıq bir neçə ildir ki, daxili investisiyalar xarici investisiyaları üstələyir və daxili investisiyaların tərkibində dövlət sərmayələri əksəriyyət təşkil edir. Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük vəsait ayırıbdır və bu uğurlu proses davam edir. Dünən bölgədə ən böyük su anbarının tikintisi başlanmışdır. Şəmkirçay su anbarının təməl daşı qoyulmuşdur. Sırf dövlət tərəfindən maliyyələşdiriləcək bu layihə əminəm ki, 3-4 ilə tamamlanacaqdır. İlkin hesablamalara görə, qoyulacaq vəsaitin həcmi 400 milyon manatdır və bu illər ərzində minlərlə yeni iş yeri açılacaqdır. Şəmkirçay su anbarı və elektrik stansiyası istifadəyə veriləndən sonra həm ucuz elektrik enerjisi əldə ediləcək, eyni zamanda, on minlərlə suvarılmayan yeni torpaqlara su veriləcəkdir. Şəmkir, Göygöl, Samux və Gədəbəy rayonlarının ərazisində suvarma məsələləri öz həllini tapacaqdır. Bu da özlüyündə yeni əkin sahələrinin işə düşməsinə gətirib çıxaracaq, kənd təsərrüfatı istehsalı artacaq, beləliklə, biz öz ərzaq təhlükəsizliyimizi daha çox təmin edəcəyik, daha çox kənd təsərrüfatı məhsulları ixrac edəcəyik. Bax, Azərbaycanın iqtisadiyyatı bu cür inkişaf edir. Neft strategiyamız çox uğurla icra edilir, qeyri-neft sektoru inkişaf edir, dövlət qeyri-neft sektorunu dəstəkləmək üçün maliyyə yardımını da özəl qurumlara edir. Bu il sahibkarlara 130 milyon dollar həcmində güzəştli şərtlərlə kreditlər veriləcəkdir. Bu vaxta qədər verilmiş kreditlər də qayıtmağa başlayıb və qayıdan o vəsait yenidən Azərbaycan iqtisadiyyatına yatırılır. Nəhəng infrastruktur layihələri bölgələrin abadlaşmasına gətirib çıxarır.

Bir sözlə, bizim iqtisadiyyatımız artıq bölgədə bir nümunə ola bilər. Söhbət təkcə iqtisadi göstəricilərdən getmir. Düzdür, son beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə artıbdır. Dünya miqyasında bu, görünməmiş nəticədir. 750 mindən çox yeni iş yerinin açılması, demək olar ki, Azərbaycanda işsizlik kimi böyük bəlanın aradan götürülməsinə xidmət göstərib. Yoxsulluğun 49 faizdən 13 faizə düşməsi də məhz aparılan iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Bizim böyük valyuta ehtiyatlarımız var, bizim uğurlu neft strategiyamızın icrası nəticəsində artıq neft və qaz hasilatı nəinki ölkə tələbatını ödəyir, eyni zamanda, qitə miqyasında öz əhəmiyyətini artırır. Qeyri-neft sektorunun inkişafı yüz minlərlə yeni iş yerinin açılmasına gətirib çıxarıbdır.

Azərbaycanın uğurlu iqtisadi inkişafı əlbəttə ki, potensial investorlara da çox böyük siqnaldır və əgər belə olmasaydı, investorlar başqa yerlərdə işlər görərdilər. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, vətəndaş birliyi də bütün bu işlərə təkan verir. Bax, bizim ölkəmiz bu cür inkişaf edir. Həm siyasi islahatların, həm iqtisadi islahatların, - investisiyaların qoyuluşu üçün Azərbaycan öz sözünü deyir, - davam etdirilməsi bizi daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Çünki Azərbaycanın potensialı çox böyükdür. Həm insani potensial, həm iqtisadi, həm təbii sərvətlərimizlə zəngin olmağımız ölkəmizin gələcəyini təmin edəcəkdir. Ona görə bu qızıl-mis emalı zavodunun əhəmiyyəti çox böyükdür və bu zavodun fəaliyyətə başlamasının tarixi də çox maraqlıdır. Bu tarix demək olar ki, Azərbaycanda islahatların aparılmasının tarixinə bərabərdir. Bu tarix çox vacibdir və gələcək fəaliyyət üçün də əsasdır.

Mən zavodun fəaliyyətinə uğurlar arzulayıram. İnvestisiya gətirən şirkətlərə də öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu böyük sərmayələr bu sahəyə qoyulacaqdır. Bu sərmayə Azərbaycana qoyulur. Bu investisiyalar Azərbaycan iqtisadiyyatına qoyulur və əlbəttə ki, bu investisiyaları qoyanlar mənfəət götürəcəklər. Azərbaycan dövləti xeyir götürəcək, yeni istehsal sahələri açılacaq, orada işləyən insanlar, Gədəbəy rayonunda yaşayan vətəndaşlar - biz hamımız bu zavodun fəaliyyətindən səmərə görəcəyik.

Gədəbəy rayonunun inkişafı üçün də bunun böyük əhəmiyyəti var. Gədəbəy rayonunun inkişafı ilə əlaqədar əməli tədbirlər görülübdür. Mən iki il yarım bundan əvvəl Gədəbəydə olmuşdum, vəziyyətlə tanış olmuşdum, müvafiq göstərişlər vermişdim. O cümlədən Gədəbəyə yeni yolun salınması məsələsi də qoyuldu və bu gün gördüm ki, yol vaxtında və keyfiyyətli tikilibdir. Bütövlükdə rayonun inkişafı üçün burada gözəl təbiətin mövcudluğu əlbəttə ki, əlavə şərait yaradır. Burada turizm imkanlarından geniş istifadə edilməlidir. Kənd təsərrüfatı sahəsində daha böyük işlər görülməlidir. Bütövlükdə rayonun abadlıq-quruculuq işlərinə böyük diqqət göstərilir və bu diqqət növbəti illərdə də göstəriləcəkdir.

Bir sözlə, mən bu zavodun fəaliyyətə başlamasına bax, bu nöqteyi-nəzərdən yanaşıram. Bu zavodun fəaliyyətə başlaması, əslində, Azərbaycanda iqtisadi siyasətin təzahürüdür və iqtisadi prioritetlərimizin bütün elementləri burada mövcuddur. Xarici sərmayələr, Azərbaycanın buna hazır olması və çox gözəl şəraitin mövcudluğu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının mövcudluğu və bu zavod da bu proqrama tam uyğundur, eyni zamanda yeni iş yerlərinin açılması, bunu da burada görürük. Qeyri-neft sektorunun genişlənməsi - bu zavod bunu da təcəssüm etdirir. Yəni, bu zavodun, bir daha demək istəyirəm ki, çox böyük əhəmiyyəti var, böyük mənası var və mən zavodun fəaliyyətinə uğurlar arzulayıram. Bütün Gədəbəy sakinlərinə işlərində uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Reza VƏZİRİ layihənin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında Azərbaycan Prezidentinin və hökumətinin dəstəyi həlledici rol oynayır.

O dedi: Anqlo-Asiya Mininq MMC London birjasında birinci və hələ də yeganə şirkətdir ki, yalnız Azərbaycan Respublikasındakı kapitalına əsaslanaraq qiymətləndirilmişdir. Bu, aydın şəkildə onu göstərir və sübut edir ki, Qərb və beynəlxalq bazarlar bu ölkənin rəhbərliyinə və iqtisadi sabitliyinə tam etimad göstərir, burada xarici sərmayələr qanunla qorunur, hökumətin tam dəstəyinə malikdir.

Cari ildə daha bir və ya iki layihəni Azərbaycan dövlətinə təqdim etmək istədiklərini bildirən Reza Vəziri qeyd etdi ki, indiyə qədər müəssisənin yaradılmasında çalışan 400 nəfərdən 180-i Gədəbəy sakinidir. Zavod işə düşdükdən sonra burada 3 növbədə 480 nəfər çalışacaqdır.

Reza Vəziri idarəetmədə milli kadrların yaxından iştirakını təmin etmək məqsədi ilə silsilə təlim proqramları həyata keçirdiklərini bildirdi. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəydə bir neçə sosial layihə həyata keçirmişdir. Bu tədbirlər bundan sonra daha da genişlənəcəkdir. İndiyə qədər Gədəbəydə şirkətin xətti ilə internetə çıxışla bağlı xeyli işlər görülmüş, içməli su xətti çəkilmiş, körpü salınmış, yollar təmir edilmiş, arıçılığın inkişafı üçün müvafiq layihələr reallaşdırılmışdır. Şirkət Gədəbəydə kiçik sahibkarlığın inkişafını və yeni iş yerlərinin yaradılmasını diqqətdə saxlayır.

Layihənin reallaşmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Reza Vəziri dedi: Biz əminik ki, yaxın gələcəkdə mədən işləri bu ölkənin, Sizin rəhbərliyiniz altında artan iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Bizim hamımızın xatirindədir, ümummilli lider Heydər Əliyev demişdir: “İqtisadi baxımdan güclü dövlət hər şeyə qadirdir”. Həmin gün mənim yaxşı xatirimdədir. Biz o vaxt sazişi imzaladıq və rəhmətlik Prezident Heydər Əliyev bizə böyük şərəf verdi və biz həmin mərasimdə iştirak etdik. Biz sizin hamınıza gərgin işimizə, fəaliyyətimizə verdiyiniz dəstəyə görə minnətdarıq.

Cənab Prezident, son bir neçə il ərzində biz Sizin ölkənizdə ən sürətlə inkişaf edən iqtisadiyyatın müşahidəçisinə çevrilmişik. Biz, eyni zamanda, görürük ki, Sizin paytaxtınız, digər şəhərləriniz gözəlləşir. Yollar, şoselər çəkilir, elektrik enerjisi stansiyaları tikilir, Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkilmişdir. Yeni xəstəxanalar, məktəblər, idman kompleksləri tikilir. Bütün bunlar bu ölkənin iki lideri - ümummilli lider Heydər Əliyevin və cənab Prezident, Sizin səyləriniz olmadan mümkün olmazdı. Mən səmimi qəlbdən sizin hamınıza minnətdarlığımı bildirirəm ki, bizim şirkətlərimiz belə bir gözəl mühitdə sizin ölkənizə sərmayə yatıra bilər və güclü iqtisadiyyatın inkişafına töhfə verər.

Reza Vəziri layihənin reallaşmasında Azərbaycan Beynəlxalq Bankının dəstəyinə görə də minnətdarlığını bildirdi. Növbəti layihələrin uğurla reallaşması üçün səylərini əsirgəməyəcəklərini vurğuladı.

Anqlo-Asiya Mininq MMC-nin rəhbəri Con SUNUNU layihənin reallaşmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi xidmətləri olduğunu qeyd edərək dedi: Mən hesab edirəm ki, bu iki Prezident son 15 il ərzində böyük işlər görmüşlər və onlar uğurun əldə edilməsinə çox sadiq yanaşmışlar. Onların arzusu və məqsədi məhz bu ölkənin xalqına xidmət etməkdən ibarət olmuşdur. Onlar belə bir layihənin həyata keçirilməsini çox mühüm hesab etmişlər. Çünki bu layihənin uğurla həyata keçirilməsi nəticəsində bir çox iş yerləri açılacaq, bu məhsullar ixrac olunacaq və ölkə iqtisadiyyatı həm Bakıda, həm də rayonlarda inkişaf edəcək, ümumiyyətlə, bütün Azərbaycan bundan bəhrələnəcəkdir. Azərbaycan rəhbərliyinin belə addımlar atması mənim üçün tam aydındır və biz bundan, sözün əsl mənasında fərəhlənməliyik.

Cənab Prezident, Siz bizə böyük şərəf verərək bugünkü mərasimdə iştirak edirsiniz. Bu bizim üçün, bütün xalq üçün böyük fərəh hissi ilə dolu bir gündür.

Con Sununu bildirmişdir ki, Azərbaycanın bir sıra nazirlikləri də layihəyə kömək göstərmiş, bir çox işlər görmüşlər. Gədəbəyin hakimiyyət orqanları bizimlə tərəfdaş olmuşlar.

Anqlo-Asiya Mininq MMC-nin rəhbəri dedi: Cənab Prezident, bu Sizin üçün də xüsusi fərəh hissi ilə dolu bir gündür. Çünki biz layihəni həyata keçirməklə onu reallığa çevirdik. Bu, Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Çox sağ olun.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy geoloji-axtarış kəşfiyyat işləri üzrə böyük mühəndisi Şakir QƏDİMOV Gədəbəyin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını bildirdi. O, ölkədə bütün sahələrdə sürətli inkişafı qeyd edərək respublikamızda qlobal səviyyəli layihələrin həyata keçirildiyini vurğuladı. Bildirdi ki, bütün bunlar ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt nəticəsində mümkün olmuşdur. Dövlətimizin başçısının “Bu gün Azərbaycanda həyata keçirilməsi mümkün olmayan layihə yoxdur” sözlərini xatırladan Ş.Qədimov qeyd etdi ki, Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması da respublikanın tərəqqisi və inkişafı naminə ardıcıl surətdə aparılan siyasətin əyani nümunələrindən biridir.

Ölkədə həyata keçirilən irimiqyaslı layihələri, vətəndaşların firavan yaşaması naminə görülən işləri xatırladan Ş.Qədimov, Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətini də xüsusi vurğuladı.

O, rayonda aparılan silsilə yenidənqurma tədbirləri ilə bağlı gədəbəylilərin minnətdarlıqlarını dövlətimizin başçısına çatdıraraq dedi: Bütün gədəbəylilər bilir ki, Gədəbəydə qızıl emalı zavodunun açılması söhbəti çoxdan, hələ sovetlər vaxtından gedirdi. Lakin bu ideya real həyata vəsiqəsini yalnız 1997-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə aldı. Bu işi Siz başa çatdırdınız, cənab Prezident. Özü də gördüyümüz hər bir iş kimi ən yüksək səviyyədə. Yaxşı yadımdadır, o vaxt Gədəbəyin ağsaqqalları tez-tez köks ötürərək, rayonumuzun nə vaxtlarsa metallurgiya nəhəngi olmasını xatırlayır, bir-birinə qüssə ilə, həm də ümidlə “görəsən, həmin günlər bir də qayıdacaqmı” sualını verirdilər. Bu günü gədəbəylilərə Siz qaytardınız, cənab Prezident. Yaşadığımız bu fərəhli gün tək gədəbəylilərin deyil, bütün Azərbaycan xalqının illərlə ürəyində bəslədiyi arzusunun həqiqətə çevrildiyi bir gündür.

Müəssisənin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tövsiyələrini verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş