Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar,

Mən sizin hamınızı və bütün Azərbaycan xalqını gözəl bayram - Respublika günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram.

91 il bundan əvvəl Şərqdə - müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Bu hadisə tarixi hadisə idi. Çünki ilk növbədə, müsəlman aləmində ilk dəfə olaraq demokratik cümhuriyyət qurulur, digər tərəfdən, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu, Azərbaycan xalqı azadlığa qovuşurdu. Ancaq əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika müəyyən səbəblər üzündən süqut etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşmışdır. Keçən il Xalq Cümhuriyyətinin 90 illik yubileyini Azərbaycanda çox geniş və təntənəli şəkildə qeyd etmişdik. Bu gözəl tarix bu il də geniş şəkildə qeyd edilir. İki il bundan əvvəl imzaladığım Sərəncama əsasən Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu tarix, bizim tariximizdir və biz tarixdən həmişə ibrət dərsi götürməliyik.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz 70 ildən çox Sovet İttifaqının tərkibində yaşamışıq. Ancaq 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib və əslində, biz ikinci şansı da əldən verə bilərdik. Biz hamımız o illəri çox yaxşı xatırlayırıq. Ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalanmağa sürükləyirdi, Azərbaycan uçurum kənarında idi. Müstəqillik 1991-93-cü illərdə formal xarakter daşıyırdı. Biz bir tərəfdən, daxili çəkişmələr və hakimiyyət uğrunda aparılan mübarizə, vətəndaş müharibəsi, digər tərəfdən, Ermənistanın Azərbaycana etdiyi təcavüz siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi şəraitində yaşamışıq. Məhz, o illərdə - 1992-ci ildə Şuşa və Laçının, 1993-cü ilin birinci yarısında Kəlbəcərin işğalı nəticəsində demək olar ki, müharibənin birinci mərhələsinin taleyi həll edildi, ancaq yalnız birinci mərhələnin. Biz çalışırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, bütün başqa variantları da istisna etmirik.

Beləliklə, 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. Buna bir neçə il lazım oldu ki, vəziyyət sabitləşsin, ictimai-siyasi asayiş bərpa olunsun, sabitlik təmin olunsun və biz inkişafa başlayaq. 1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Məhz, o illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir. O illərdə hüquqi islahatlar aparılmışdır. Bir sözlə, 1993-2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük. Çünki onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır. Azərbaycanın son beş il ərzində keçdiyi yol bir daha sübut edir ki, 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdir və bu, yeganə düzgün seçim idi. Azərbaycan xalqı bu seçimə sadiqdir və biz müxtəlif mərhələlərdə bunu görmüşük.

Azərbaycan beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirə bilmişdir. Biz dünya birliyinə inteqrasiya edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar üzərində qururuq, dərin tarixi və mədəni əsaslar üzərində qururuq. Azərbaycanın xarici siyasəti çox açıqdır, aydındır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər qarşılıqlı hörmət və qarşılıqlı maraq əsasında qurulubdur. Azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınır. Son illərdə bizim dostlarımızın, müttəfiqlərimizin sayı böyük dərəcədə artmışdır. Azərbaycan, eyni zamanda, beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Biz müxtəlif beynəlxalq təşkilatlarda iştirak edirik və öz mövqeyimizi müdafiə edirik. Müxtəlif təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar ədaləti, bizim mövqeyimizi əks etdirən çoxsaylı qərarlar və qətnamələr qəbul edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı keçən ilin mart ayında BMT-nin Baş Məclisində qətnamənin qəbul edilməsi bizim həm mənəvi, həm siyasi qələbəmizdir. Eyni zamanda, bu, ədalətin təntənəsidir. Baxmayaraq ki, böyük dövlətlər bu qətnamənin qəbul edilməsinə etiraz etmişdilər, Azərbaycan böyük səs çoxluğu ilə bu qətnamənin qəbul edilməsinə nail oldu və dünya birliyi bizimlə həmrəy olduğunu göstərdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələr erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Onlara məhəl qoyulmur. Digər beynəlxalq təşkilatların qərarları bizim mövqeyimizi dəstəkləyir. Biz çalışırıq və çalışacağıq ki, bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirək və məsələnin tezliklə həll edilməsinə nail olaq.

Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir.

Ancaq, bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həll etmə, müəyyən etmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edibdir. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, bu gün danışıqlar daha da intensiv xarakter daşıyır. Azərbaycan bütün dövrlərdə olduğu kimi, öz konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqeyini ortaya qoyur. Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır, bütün köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi dayanır. Bir daha bəyan etmək istəyirəm, - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür, - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik.

Bir daha demək istəyirəm ki, atəşkəsdən keçən 15 il ərzində biz öz konstruktiv mövqeyimizi göstərmişik. Amma bununla bərabər, Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində - cəmi üç il ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq və üç il ərzində biz ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır.

Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik. Biz Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistan ilə Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcəkdir. Ermənistan isə öz işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaqdır.

Azərbaycanın artan imkanları, dünyadakı əhəmiyyəti, nüfuzu və çox önəmli ölkəyə çevrilməsi, əlbəttə ki, bizim bütün mövqelərimizi gücləndirir. Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır.

Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər dövlətdir. Biz sülhməramlı siyasət aparırıq və əgər Azərbaycanın xarici və daxili siyasətinə nəzər salsaq görərik ki, bütün ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik. Ancaq geniş mənada regional əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir, işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır.

Biz uğurlu iqtisadi siyasət aparırıq. Bu siyasət bizə güc verir, bizim imkanlarımızı genişləndirir, bizim iqtisadi inkişafımız çox uğurludur. Bu barədə dəfələrlə deyilibdir, təkrar etmək istəmirəm. Son beş il ərzində dünyada iqtisadi artım misli görünməmiş templərlə ölçülürdü. Deyə bilərəm ki, son beş il ərzində bu, rekord göstəricilərdir. Bununla bərabər, bizim iqtisadi uğurlarımızın əsas səbəbi neft-qaz amili deyil, iqtisadi islahatlardır. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı bir daha göstərdi: Azərbaycan tək ölkələrdəndir ki, böhranlı aylarda da öz iqtisadi inkişafını davam etdirir. Bu ilin birinci rübündə iqtisadiyyat 4,3 faiz, qeyri-neft iqtisadiyyatı 13,7 faiz artmışdır. Bütün infrastruktur layihələri, sosial layihələr icra edilir. Manatın məzənnəsi sabitdir. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün praktiki tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatmışdır. Bu gün biz Proqramın ikinci mərhələsinin əvvəlindəyik və növbəti beş il ərzində ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapmalıdır. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.

Biz bölgədə özümüzü çox yaxşı hiss edirik. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə, heç bir məsələ, heç bir təşəbbüs, - baxmayaraq ki, bu təşəbbüsün arxasında hansı qüvvələr var, - icra oluna bilməz. Bölgədə yaşanan son hadisələr, Azərbaycanın birmənalı və prinsipial mövqeyi, bütövlükdə bu gün mövcud olan vəziyyət bir daha göstərir ki, Azərbaycanın milli maraqlarını nəzərə almamaq, Azərbaycanı təcrid etmək istəkləri heç vaxt baş tutmayacaq. Bizim iştirakımız bölgədə bütün layihələri əfsanədən gerçəyə çevirə bilər. Ancaq Azərbaycanın liderlik rolu bölgədə siyasi, iqtisadi, enerji, nəqliyyat və başqa layihələri reallaşdıra bilər. Bunu bilirdik, biz öz gücümüzü bilirdik.

Bu gün bizim gücümüzü, imkanlarımızı, deyə bilərəm ki, nəinki bölgə ölkələri, bütün dünya bilir. Biz son illər ərzində çox ciddi işləmişik. Biz güc yığmışıq. Biz bu gücü ona görə yığmışıq ki, lazım olan anda ondan istifadə edək. Biz, bir daha demək istəyirəm ki, bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Biz istəyirik ki, bölgədə bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsunlar. Ancaq bunu etmək üçün başlıca şərt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, bunu artıq hamı bilməlidir və hamı, bütün dünya birliyi bu məsələnin həllinə çalışmalıdır. Bu, yeganə məsələdir ki, biz son beş il ərzində bunu həll edə bilməmişik. Bunun da səbəbi aydındır, çünki bu, təkcə bizdən asılı deyil. Eyni zamanda, ona görə ki, biz hələ sülh danışıqlarına ümidliyik, biz hələ bütün imkanlardan istifadə etmək istəyirik. Bizdə hələ ümidlər var ki, nəhayət, Ermənistan reallıqları, düşdüyü vəziyyəti dəqiq təhlil edərək düzgün nəticə çıxaracaqdır. Hər halda biz öz siyasətimizi bütün istiqamətlərdə davam etdirəcəyik. İqtisadi inkişaf davam etdiriləcəkdir.

Azərbaycanda siyasi islahatlar uğurla gedir. Azərbaycan demokratik dövlətdir və demokratiya yolunu seçibdir. Bizim hüquqi dövlət quruculuğu işində böyük uğurlarımız var. Qanunun aliliyinin tətbiq edilməsində böyük addımlar atılıbdır. Azərbaycanda bütün azadlıqlar var - həm iqtisadi, həm siyasi azadlıqlar.

Azərbaycan öz tarixinə, milli irsinə bağlı olan, ancaq müasir, dünyəvi ölkədir və belə də inkişaf edəcəkdir. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm, çox nikbin görürəm. Bizim uzunmüddətli inkişaf strategiyamız var və biz fəaliyyətimizi bu strategiya əsasında qururuq. Mən şübhə etmirəm ki, ölkəmiz növbəti illərdə də sürətlə inkişaf edəcək, Azərbaycan xalqının rifah halı daha da yaxşılaşacaq, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmlənəcəkdir.

Bütün bu gözəl işlərdə sizə və bütün Azərbaycan xalqına yeni uğurlar, yeni nailiyyətlər arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

                                            X X X

Rəsmi qəbulda iştirak edən xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, idman ictimaiyyətinin təmsilçiləri Prezident İlham Əliyevlə görüşdülər. Onlar dövlətimizin başçısını Respublika günü münasibətilə təbrik etdilər, ölkəmizdə gedən iqtisadi tərəqqinin xalqımızın firavan gələcəyinə xidmət etdiyini, paytaxtla yanaşı, bölgələrdə də sürətli inkişafın getdiyini, nəticədə Azərbaycanın regionda liderliyini qoruyub saxladığını bildirdilər. Onlar bir daha bayram təbriklərini Prezident İlham Əliyevə çatdırdılar.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş