Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

2009-cu il başa çatır və biz ənənəvi olaraq ilin sonunda görüşürük. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Həm bir-birimizi görürük, eyni zamanda, ilin yekunları haqqında danışırıq və hər il yeni idmançılarımızın yeni uğurlarını qeyd edirik. Biz keçən il Olimpiya oyunlarının uğurlarına sevinirdik və bunu qeyd edirdik.

2009-cu il Olimpiya oyunlarından keçən birinci ildir. Adətən, Olimpiya oyunlarından sonra idmançılarda müəyyən mənada arxayınçılıq meyilləri güclənir və bu da təbiidir. Eyni zamanda, istirahətə daha da çox üstünlük verilir. Buna baxmayaraq, 2009-cu ildə idmançılarımız çox gözəl nəticələr göstərmişlər. Bütün beynəlxalq yarışlarda 600-dən çox medal qazanılmışdır ki, onların təxminən yarısı qızıl medallardır. Dörd idmançımız Olimpiya idman növləri üzrə dünya çempionatlarında birinci yerləri tuta bilmişlər. Bu da çox böyük göstəricidir.

Bizim güləş komandamız dünya çempionatında, dünya miqyasında komanda hesabı ilə birinci olmuşdur. Bu da tarixi qələbədir və böyük nailiyyətdir. Nəzərə alsaq ki, dünyada güləş çox populyar idman növüdür və yarışlarda 100-dən artıq ölkəni təmsil edən idmançılar iştirak edirlər, bu, həqiqətən də böyük və tarixi qələbədir. Gənc şahmatçılarımız Avropa çempionatında birinci yeri tuta bilmişlər. Bu, Azərbaycanın intellektual potensialını göstərir və o da çox əlamətdar haldır ki, şahmatçılarımızın hamısı gənclərdir. Onlar vətəndaş və idmançı kimi müstəqillik dövründə formalaşıblar. Digər idman növlərində - avarçəkmədə tarixi qələbələr qazanılmışdır. İlk dəfə olaraq Azərbaycanda avarçəkmə idman növü üzrə dünya çempionumuz vardır və bu idman növünün Azərbaycanda inkişafı üçün çox böyük işlər görülür. Kür Beynəlxalq Olimpiya Bazası tikilməkdədir və yəqin ki, biz gələn il o böyük, nəhəng obyektin açılışında iştirak edəcəyik. Bütün digər idman növlərində də, - hamısını sadalamaq çətindir, - uğurlarımız vardır. Əvvəllər bizim uğurlarımız demək olar ki, bir-iki idman növünü təmsil edən idmançılarla məhdudlaşırdı. Ancaq bu gün dünya və Avropa çempionatlarında bizim uğurlarımız o qədərdir ki, bütün idman növlərini sadalamaq üçün böyük vaxt lazımdır.

Azərbaycan ictimaiyyəti əlbəttə ki, bu uğurlardan xəbərdardır. Çünki idman Azərbaycanda ənənəvi olaraq diqqət mərkəzindədir. Həm televiziyalar və həm də kütləvi informasiya vasitələri idman yarışlarını geniş işıqlandırırlar. Eyni zamanda, Azərbaycanda idman həyatımızın ayrılmaz hissəsidir, ictimai həyatın önəmli amilidir. Əminəm ki, gələcək illərdə idmana, idmançılara daim diqqət və qayğı göstəriləcəkdir. Həm dövlət tərəfindən, həm də idman cəmiyyətləri, klublar, federasiyalar tərəfindən. Azərbaycanda bütün idman qurumları öz fəaliyyətlərini əlaqəli şəkildə qurublar və hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz ondadır. Çünki biz beynəlxalq aləmdə baş verən hadisələri izləyirik və bilirik ki, bir çox ölkələrdə olimpiya komitələri ilə nazirliklər, federasiyalar arasında ixtilaflar, ziddiyyətlər, qarşıdurma vardır. Azərbaycanda isə idmana cavabdehlik daşıyan bütün qurumlar - həm Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri vahid komanda şəklində fəaliyyət göstərirlər. Bu, bizim uğurlarımızı şərtləndirir.

Bir sözlə, 2009-cu il Azərbaycanın idman şöhrətinin ucaldılması işində çox mühüm il olmuşdur. 2009-cu ildə gənclərimiz də bizi sevindirmişlər. Mən xüsusilə gənc cüdoçularımızı qeyd etmək istəyirəm. Onlar çox ağır psixoloji şəraitdə cüdo üzrə Avropa çempionatından Vətənə böyük qələbə ilə qayıtmışlar. Xüsusilə nəzərə alsaq ki, bu yarış İrəvanda keçirilirdi, əlbəttə, başa düşmək çətin deyil ki, idmançılarımızın çiyinlərinə böyük və məsuliyyətli yük düşmüşdü. O, adi yarış deyildi, Azərbaycan idmançıları ilk dəfə olaraq Ermənistanda yarışlarda iştirak edirdilər və çox uğurla iştirak etdilər. Azərbaycan Avropa çempionatında 5 idmançı ilə iştirak edirdi və beşi də Vətənə medal gətirdi, beşi də Azərbaycanın dövlət bayrağını İrəvanda ucaltdı. Eyni zamanda, bir dəfə Azərbaycanın dövlət himni İrəvanda səsləndi. Bu, böyük qəhrəmanlıqdır, böyük tarixi nailiyyətdir. Bu Azərbaycan idmanının, Azərbaycan gəncliyinin, Azərbaycan dövlətinin zəfəri, təntənəsi idi.

Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş qaydada davam etdirilir. Həm böyüklər arasında çıxış edən idmançılar öz peşəkarlığını artırırlar və həm də uğurlarımızın ildən-ilə sayı artır. Eyni zamanda, Azərbaycanda çox güclü və peşəkar gənc nəsil yetişir. Gənclər arasında müxtəlif beynəlxalq yarışlarda idmançılarımız böyük qələbələr qazanırlar. Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı və təlim-məşq toplanışları, bütün idmanın inkişafı ilə bağlı məsələlər düzgün istiqamətdə inkişaf edir. Əgər belə olmasaydı, gənclər arasında uğurlarımız o qədər böyük olmazdı.

Bununla bərabər, Azərbaycanda veteran idmançılara çox böyük qayğı göstərilir. İdmançı bilir ki, əgər idmanla məşğul olan zaman böyük nəticələr əldə etsə, gələcəkdə o, veteran kimi də dövlət tərəfindən həmişə qayğı və diqqətlə əhatə olunacaqdır. Bu da çox önəmlidir. Çünki idmançılarn idman həyatı o qədər də uzun deyildir. Onlar öz bacarıqlarını, öz imkanlarını Azərbaycanın idman şöhrətinin qaldırılmasına yönəldirlər və artıq idmandan gedəndən sonra da biz onlara daim qayğı göstərməliyik.

Mən bu gün qaliblərimizi qeyd etdim, gəncləri qeyd etdim, veteranları da qeyd etmək istəyirəm. Bu il, eyni zamanda, bizim görkəmli idmançımız Namiq Abdullayevin idmanla vidalaşma ili olmuşdur. İdmançı kimi onun Azərbaycanın idman şöhrətinə verdiyi töhfələr çox dəyərlidir, çox əzizdir.

Biz hamımız xatırlayırıq ki, Sidney Olimpiya oyunlarında Namiq və Zemfira Azərbaycana iki qızıl medal gətirmişdilər. O vaxt və hətta bu gün Olimpiya oyunlarında iki qızıl medal qazanmaq böyük qələbədir. Özü də xüsusilə o illərdə ki, hələ Azərbaycanda idmanın inkişafı, əsaslı inkişafı demək olar, ibtidai vəziyyətdə idi. O qələbələr Azərbaycanın idman imkanlarının genişlənməsinə çox böyük təsir göstərmişdir. Biz hamımız xatırlayırıq ki, o qələbədən sonra idman bölmələrinə uşaqların axını nə qədər gücləndi, idmana maraq nə qədər artdı. Azərbaycan idman qələbələri ilə öyünürdü. Ona görə, bu il həm qələbə qazanmış idmançıları, eyni zamanda, idmanla vidalaşan idmançıları da qeyd etməliyik. Mən çox şadam ki, Namiq öz fəaliyyətini Güləş Federasiyasında davam etdirir. Əlbəttə ki, onun və bütün veteran idmançıların təcrübəsi gənc nəslin yetişməsində çox önəmlidir.

Azərbaycanda, eyni zamanda, idmanla məşğul olmaq üçün gözəl şəraitin yaradılması prosesi davam edir. Bu gün səhər mən Şağan qəsəbəsində yeni Olimpiya-İdman Kompleksinin açılışında iştirak edirdim. Bu, artıq gözəl ənənədir, 20-dən çox, haradasa 30-a yaxın Olimpiya kompleksi Azərbaycanda artıq fəaliyyətdədir. Bu il beş Olimpiya-İdman kompleksi istismara verildi. Gələn il ən azı 5 Olimpiya Kompleksi istismara veriləcəkdir. Baxmayaraq ki, 2009-cu il bütün ölkələr üçün sınaq ili olmuşdur. Yəni, dünyanı bürümüş maliyyə böhranı Azərbaycandan da yan keçməmişdir. Ancaq Azərbaycanda bu vaxta qədər görülən işlər, aparılan islahatlar bizi demək olar ki, böyük çətinliklərdən qorudu. Bizim düşünülmüş siyasətimiz və 2009-cu ildə atılan addımlar demək olar, elə şərait yaratdı ki, əhalimizin tam əksəriyyəti böhranı hiss etmədi. Ancaq sirr deyil ki, ölkəmizin maliyyə imkanları əlbəttə, məhdudlaşdı. Çünki iqtisadi problemlər, dünyada baş verən hadisələr Azərbaycana da təsir etdi. Buna baxmayaraq, Azərbaycanda bütün sosial infrastruktur layihələri uğurla icra edildi, o cümlədən ölkəmizdə 5 yeni Olimpiya-İdman Kompleksi yaradıldı. Bu proseslər gələcək illərdə davam etdiriləcəkdir. Tikilməkdə olan komplekslərin bəzilərində tamamlama işləri aparılır. Bundan sonrakı illərdə biz maksimum dərəcədə çalışmalıyıq ki, Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün yaxşı imkanlar, yaxşı şərait olsun. Biz bu işlərin nəticələrini görürük. Həm idmanın kütləviliyi artır, insanlar öz sağlamlığını möhkəmləndirirlər, həm də bölgələrdə çoxlu istedadlı gənc idmanla məşğul olmaq imkanı əldə edir.

Bax, Azərbaycanın idman imkanları gələcəkdə də bu cür inkişaf edəcəkdir. Həm idmançıların uğurlu çıxışları, həm də ölkəmizdə keçirilən və gələcəkdə keçiriləcək beynəlxalq idman yarışları artıq gözəl ənənəyə çevrilibdir. İdman infrastrukturunun yaradılması, federasiyaların, bütün idman cəmiyyətlərinin uğurlu fəaliyyəti, uşaqların, yeniyetmələrin idmana cəlb edilməsi prosesi nəinki idman üçün, ölkəmiz üçün lazımdır. Çünki əhali, insanlarımız sağlam olmalıdırlar. İnsanların sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Bütün bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir və o mərkəzlərdə müayinə və müalicə pulsuzdur. Mən hər dəfə diaqnostika mərkəzlərinin açılışında o bölgələrdə yaşayan insanlara müraciət edirəm, deyirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. Xüsusilə bu gün Azərbaycanın bölgələrində quraşdırılan avadanlıq dünyanın ən qabaqcıl xəstəxanalarında quraşdırılan avadanlıqdan fərqlənmir.

Ona görə, insanlarımızın sağlamlığı üçün kompleks tədbirlər görülür. İdman da o tədbirlərin sırasında öz yerini tutur. Eyni zamanda, ekoloji tədbirlər gücləndirilir. Gələn il Azərbaycanda “Ekologiya ili” elan edilib. Mən əminəm ki, gələn il ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində çox vacib işlər aparılacaqdır. Əlbəttə, bu işlər ancaq gələn il ilə məhdudlaşmayacaqdır. Biz ondan sonrakı illərdə də bu işlərə böyük əhəmiyyət verməliyik.

Yəni, idman sağlamlıqdır, sağlam həyat tərzidir, ölkələrin şöhrətidir, ölkələrin ümumi inkişafını göstərir. Əgər biz beynəlxalq idman yarışlarının nəticələrinə nəzər salsaq görərik ki, əksər hallarda inkişaf etmiş ölkələrin idmançıları, - o ölkələrin ki, orada idman dövlət tərəfindən dəstəklənir, - uğurlar əldə edirlər. Azərbaycan da inkişaf etmiş ölkə olacaqdır. Biz bu yola başlamışıq və bu yolla gedirik. Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bütün tədbirlər görülür. Azərbaycanda dövlət tərəfindən idmana göstərilən qayğı çox yüksək səviyyədədir. Bunu idmançılar da görürlər. Beynəlxalq idman qurumları da bunu bəyan edirlər və Azərbaycanın təcrübəsini bir çox hallarda nümunə kimi göstərirlər. Əminəm ki, idmanın Azərbaycanın ictimai həyatında oynadığı rol ancaq və ancaq artacaqdır.

Bizim gözəl idmançılarımız, çox gözəl gənclərimiz vardır. Biz gələcəyə nikbinliklə baxırıq. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın çox böyük və əvəzolunmaz rolu vardır.

Mən bu bayram ərəfəsində bir daha bütün idmançıları 2009-cu ildə qazanılmış qələbələr münasibətilə təbrik etmək istəyirəm. İdman mütəxəssislərini, məşqçiləri, bütün idman ictimaiyyətini həm əldə edilmiş uğurlarla, həm də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni ildə yeni uğurlar arzulamaq istəyirəm. Bütün idman ictimaiyyətini bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da öz fəaliyyətimdə idmanla bağlı məsələlərə xüsusi diqqət göstərəcəyəm və Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafı üçün səylərimi davam etdirəcəyəm. Sağ olun.

X X X

İdmançılar adından Prezident İlham Əliyevə hədiyyələr təqdim olundu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan alpinistlərinin dünyanın müxtəlif bölgələrində fəth etdikləri zirvələrə vurduqları barelyefinin nümunəsi dövlətimizin başçısına təqdim edildi.

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova idman ictimaiyyəti adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi.

Beynəlxalq Universal Döyüş Federasiyasının təsis etdiyi bir nömrəli xüsusi qızıl medal dövlətimizin başçısına təqdim olundu.

Sonra 2009-cu ilin yekunlarına görə idmançılara mükafatlar təqdim edildi.

Qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətləri olan idmançılara Milli Olimpiya Komitəsinin bu il təsis edilmiş xüsusi Fəxri fərmanları verildi.

Dövlətimizin başçısı Seul Olimpiya oyunlarının qalibi İlqar Məmmədova MOK-un “Olimpiya” ordenini təqdim etdi.

Mərasimdə bir qrup idmançıya və məşqçiyə yeni mənzillərin orderləri təqdim olundu.

Prezident İlham Əliyev idmançıları bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək