Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Mən sizi və bütün Azərbaycan xalqını sevimli Novruz bayramı

münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına bu gözəl bayram günlərində xoşbəxtlik, uğurlar arzulayıram.

Novruz bayramı bizim sevimli bayramımızdır. Xalqımız əsrlər boyu bu gözəl bayramı öz qəlbində yaşatmışdır. Bütün dövrlərdə Azərbaycan xalqı Novruz bayramını çox geniş şəkildə qeyd etmişdir. Əvvəlki illərdə, Azərbaycan müstəqil olmayan dövrdə bu bayram ancaq evlərdə, ailələrdə qeyd olunurdu. Buna baxmayaraq, bu bayram hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayırdı, bu gün də yaşayır və əbədi yaşayacaqdır.

Bu il Novruz bayramı, eyni zamanda, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Bu da böyük qələbəmizdir, böyük uğurumuzdur və onu göstərir ki, artıq beynəlxalq aləm bu bayramı qeyd edir. Arzu edirəm ki, bu gözəl Bahar bayramı bütün Azərbaycan xalqına sevinc gətirsin, xoşbəxtlik gətirsin. Biz öz uğurlu siyasətimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycan bu bayramı böyük uğurlarla qarşılayır. Qarşımızda duran bütün vəzifələr uğurla icra edilir. Tərtib edilmiş və qəbul edilmiş bütün proqramlar vaxtında və böyük keyfiyyətlə icra edilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, inkişaf və tərəqqi dövrünü yaşayır. Bütün sahələrdə quruculuq-abadlıq işləri aparılır. Ölkəmizin hərtərəfli inkişafı üçün konkret tədbirlər görülür. Azərbaycan öz iqtisadi gücünü böyük dərəcədə artıra bilmişdir və bu proses bu gün də sürətlə davam edir. Son illərdə ölkəmiz iqtisadi inkişaf baxımından dünya miqyasında birinci yerdədir. Bu birinciliyi biz bu gün də əlimizdə saxlayırıq və əlimizdən verməyəcəyik. Bu bizə imkan verir ki, öz gücümüzə, Azərbaycan xalqının istedadına və zəhmətinə istinad edərək doğma ölkəmizi daha da gücləndirək.

Bu gün Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Bizim bütün siyasətimiz, bütün addımlarımız Azərbaycanın milli maraqlarının qorunmasına yönəldilibdir. Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün əlimizdən gələni edirik. Görülən işlər həm statistik rəqəmlərdə öz əksini tapır, eyni zamanda, biz bunu gündəlik həyatda da görürük. Abadlaşan şəhərlər, gözəlləşən küçələr, binalar, tarixi irsimizə olan münasibətimiz, - mən bu gün qədim Qız qalasının önündə çıxış edirəm, - arxamda qədim İçərişəhər, qarşımda gözəl dənizkənarı bulvar. Bulvarın da böyük tarixi vardır. Bu gün bulvar da Azərbaycanın müasir inkişaf dinamikasını göstərir. Yəni bu gün bu iki mühüm amilin sintezi Azərbaycanda mövcuddur. Bizim uğurlarımızın davam etdirilməsi üçün bu iki mühüm amil daim olmalıdır. Bu gün tarixi keçmişimizə hörmət, milli mədəni irsimizin qorunması üçün bütün tədbirlərin görülməsi, eyni zamanda, müasirlik, gələcəyə baxışlarımız, gələcəyə atılan addımlar, ölkəmizin müasirləşməsi və Azərbaycanın dünya miqyasında mövqelərinin daha da möhkəmlənməsi prosesləri gedir.

Ölkəmiz, tariximiz, bugünkü nailiyyətlərimiz haqqında dünyada da artıq kifayət qədər geniş məlumatlar vardır. Bu gün Azərbaycan dünyada böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi nəticəsidir. Xarici siyasətin əsas məqsədləri ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək və Azərbaycanın milli maraqlarını maksimum dərəcədə müdafiə etməkdir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və hörmət üzərində qurulmuş münasibətlərin davam etdirilməsini arzulayırıq. Bunu etmək üçün praktiki addımlarımızı atırıq. Biz bütün ölkələrə hörmətlə yanaşırıq. Əlbəttə ki, Azərbaycanın seçdiyi yol, bizim apardığımız siyasət də eyni dərəcədə hörmətlə qarşılanmalıdır. Biz bu gün bunu görürük.

Biz müstəqil ölkədə yaşayırıq. Bu, bizim ən böyük dəyərimizdir, ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Biz xoşbəxtik ki, bu müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin möhkəmlənməsi üçün öz səylərimizi qoyuruq. Əsrlər boyu əcdadlarımız müstəqillik həsrətində yaşamışlar. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Müstəmləkə şəklində yaşamışdır. Yəni biz özümüz öz taleyimizi həll edə bilmirdik. Bu gün isə Azərbaycan dünya miqyasında özünü təqdim edir. Biz nəinki müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət aparırıq və bundan sonra da aparacağıq.

Müstəqilliyin möhkəmləndirilməsi üçün çox işlər görülüb və hələ çox işlər də görülməlidir. Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir. O ölkədir ki, onun iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə bütün MDB məkanında birinci yerdədir. O ölkədir ki, iqtisadi və siyasi islahatlar aparmaqla mövqelərini bölgədə möhkəmləndiribdir və bizim təsir imkanlarımız genişlənir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə - istər siyasi, istər iqtisadi - reallaşa bilməz. Bunu biz öz zəhmətimiz hesabına, aparılan siyasətlə və atılan addımlarla özümüz yaratmışıq. Bizim siyasətimiz ləyaqətli, açıq və cəsarətli siyasətdir. Bu siyasətin əsas məqsədi ölkəmizi daha da gücləndirmək və ölkə qarşısında duran bütün problemləri həll etməkdir.

Qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür. Bu mövqelərin gücləndirilməsində, əlbəttə ki, diplomatik səylərimizin rolu vardır. Eyni zamanda, Azərbaycanda gedən quruculuq və inkişaf prosesləri, ölkəmizin güclənməsi əlbəttə ki, danışıqlar prosesində də mövqelərimizi böyük dərəcədə möhkəmləndiribdir. Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz.

Bütün bu amillər danışıqlarda mövqelərimizi möhkəmləndirir və hələ ki, biz danışıqlar prosesinə ümidliyik, biz gərək bu səyləri davam etdirək. Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik. Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıbdır. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik.

Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər.

Yəni, Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır.

Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz.

Biz artıq iyirmi ilə yaxındır ki, müstəqil həyat yaşayırıq. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır və çətin olmuşdur. Biz sadəcə olaraq, öz gücümüzə arxalanaraq, ulu öndər Heydər Əliyevin siyasətini icra edərək bugünkü reallıqlara öz hesabımıza, heç bir yerdən yardım və məsləhətlər almadan nail ola bilmişik. Bu gün isə Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilibdir. Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaqdır. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimizi dostluq, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında quraq. Heç kimin daxili işlərinə qarışmırıq, heç kimi tənqid etmirik. Baxmayaraq ki, bəzi hallarda tənqid etmək üçün kifayət qədər əsaslar vardır. Əlbəttə, gözləyirik ki, bizə də eyni münasibət olsun. Ona görə də, istəmirəm ki, vəziyyət gərginləşsin və biz kiminləsə məsələləri çox ciddi və gərgin şəkildə həll etməyə başlayaq.

Bu gözəl bayram günündə bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur. Biz bu yolda bütün dostlarımızla irəliyə getməyə hazırıq. Ancaq biz işimizə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilmərik.

Biz öz hesabımıza yaşayırıq, yaxşı da yaşayırıq. Bundan daha da yaxşı yaşayacağıq. Bütün bu uğurların təməlində Azərbaycan xalqının iradəsi, qətiyyəti, istedadı dayanır. Bu gün, bu əziz gündə bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, mən ölkənin Prezidenti kimi, bundan sonra da Azərbaycanın müstəqil siyasətini aparacağam, bu yoldan dönməyəcəyəm. Azərbaycanın uğurlu gələcəyini təmin etmək üçün biz bundan sonra da bərabər çalışmalıyıq.

Əziz dostlar, əziz həmvətənlər.

Bu əziz gündə sizi bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər bir Azərbaycan ailəsində bu günlərdə sevinc yaşansın, bayram yaşansın. Nəinki bu günlərdə, ümumiyyətlə, həmişə bütün Azərbaycan xalqı bu gözəl imkanlardan - sabitlik, inkişaf, azadlıq, quruculuq, abadlıq, gözəllik - istifadə etsin. Arzu edirəm ki, Azərbaycan xalqı həmişə sevinsin, həmişə uğurlarımız bizi sevindirsin və biz inamla və uğurla irəliyə gedək. Bayramınız mübarək olsun.

X X X

Prezident İlham Əliyev Azərbaycanın 9 milyonuncu vətəndaşı İlham Əhmədovun valideynlərini təbrik edərək respublikamızın balaca sakininin hesabına dövlətimizin başçısının Ehtiyat Fondundan ayrılmış 20 min manatın Əmanət kitabçasını təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parka gəldi. Şənliyə toplaşanlar dövlətimizin başçısını hərarətlə salamladılar. İncəsənət ustaları, meyxanaçılar, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını, aşıq havalarını və muğamlarımızı ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər.

Sonra Prezident İlham Əliyevi Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, xoş gəlmisiniz, bayramınız mübarək. Biz Sizə uzun ömür, cansağlığı arzulayırıq. Arzu edirik ki, bu ilimiz düşərli olsun. Həmişə Siz başda olasınız, cənab Prezident.

Əziz qonaqlar, cənab Prezident, Novruzun gözəl adətləri vardır. Biz istəyirik ki, adət-ənənəyə sadiq qalaraq Sizinlə yumurta döyüşdürək.

Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Novruz şənliklərinin elementlərindən olan xoruz döyüşü də unudulmamışdı. Prezident İlham Əliyev və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Dövlətimizin başçısı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldu. Müxtəlif bölgələri təmsil edən sərgi iştirakçıları Azərbaycan Prezidentini səmimiyyətlə salamladılar. Dövlətimizin başçısı burada manqalda kabab bişirilməsinə, ipəyirmə, naxışvurma, xalçatoxuma və digər qədim el sənətlərinin nümayişinə baxdı, pəhləvanların, kəndirbazın çıxışını maraqla izlədi.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya milli hədiyyələr təqdim olundu.

Daha sonra qocaman aşıq Xanmusa Musayev Prezidentin şərəfinə mahnı oxudu.

Prezident İlham Əliyev gənc rəssamların, dizayner və el sənətkarlarının davamçılarının əl işlərinə tamaşa etdi.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Dövlətimizin başçısı onlarla qol güləşdirdi, pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdirdi.

Folklor və rəqs qruplarının çıxışları, Şəki Atçılıq Məktəbinin yetirmələrinin papaqaldı oyunu maraqla qarşılandı.

Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də tədbir iştirakçılarında maraq doğurdu.

Bahar qız Prezident İlham Əliyevə bayram xonçası təqdim edərək dedi:

- Salam, əziz Prezidentimiz və Mehriban xanım. Bu gün yurdumuzun ən xoşbəxt günüdür. Çünki doğma Azərbaycanımıza bahar gəlib. Novruz bu gün bizim üçün daha əzizdir. Çünki istəkli Mehriban xanımın böyük səyi nəticəsində YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş Novruzu bütün dünya Azərbaycanın milli bayramı kimi qəbul edir. Həm də bu gün bizim üçün ona görə əzizdir ki, möhtərəm Prezidentimiz və Mehriban xanım bizimlə bir yerdədir. Bayramınız mübarək olsun.

Dövlətimizin başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və respublika paytaxtının qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir