Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli Mixail Vladimiroviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.

İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.

Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.

Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.

Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.

Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.

Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı.

x x x

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir. Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm.

Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur.

Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik. Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.

Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir.

Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar.

Mədəni mübadilə. Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq.

Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

İcazə sistemində yeniliklər və Qarabağın dirçəlişi - ŞƏRH

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək

Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub

“Politico”: Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzrə işin intensivləşdirilməsini dəstəkləyir

Fransada intihar edənlərin sayı artıb

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib

Latviya dövlət qulluqçularının Rusiya və Belarusa səfərlərini məhdudlaşdırıb

Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayırmaq niyyətindədir

“Zirə”nin Xorvatiya klubu ilə cavab oyunu italiyalı hakimə tapşırılıb

İtaliyada zəlzələ olub

Firdovsiyyə Əhmədova: Araşdırmalar Mərkəzi Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün elmi informasiya dəstəyi verəcək

Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin Xankəndidə xüsusi sessiyası keçirilib  YENİLƏNİB 2 FOTO VİDEO

Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin Xankəndidə xüsusi sessiyası keçirilib YENİLƏNİB 2 FOTO VİDEO

Azərbaycanın basketbol millisi Avropa çempionatının B divizionunda Kosovoya qalib gəlib

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir

Aslan Kərimov: Saşa İliç “Sumqayıt”a Serbiyadan futbolçular cəlb edə bilər

Laçında əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

AYNA: Vətəndaşlar işğaldan azad olunmuş daha çox şəhər və rayonlara səfər etmək imkanı qazanıblar

BDU Qazaxıstanın İlyas Jansuqurov adına Jetısu Universiteti ilə əməkdaşlıq edəcək

“Kəpəz” müdafiəçisi ilə vidalaşıb

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar

® ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

İyulun 11-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

“Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub

Bu ilin ikinci rübündə EMTA-ya 2200-ə yaxın müraciət daxil olub

Yardımlı-Deman-Arvana avtomobil yolunun təmirinə başlanılıb

ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub

İtaliyanın indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi açıqlanıb

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı 38 minə yaxın sorğu yerləşdirilib

Böyük Qayıdış - Laçın doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır VİDEO

Böyük Qayıdış - Laçın doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır VİDEO

Azərbaycanı Avropa Gənclər Yay Olimpiya Festivalında təmsil edəcək cüdoçular müəyyənləşib

OPEC-in tədbirində “COP29-dan COP30-a doğru” mövzusunda panel müzakirəsi keçiriləcək

Kənan Quluzadə: Yeni qəbul edilmiş qərar Qarabağ və Şərqi Zəngəzura turist axınını daha da sürətləndirəcək

Xaçmazda “Məşğulluğa dəstək layihəsi”nə dair ictimai dinləmə keçiriləcək

Azərbaycan Dillər Universitetində Çinin “Dəniz günü” bayramı qeyd olunub

Donald Tramp klublararası dünya çempionatının final oyununu stadionda izləyəcək

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

YÖS-də yüksək nəticə qazanan astaralı məktəblinin uğuru VİDEO

YÖS-də yüksək nəticə qazanan astaralı məktəblinin uğuru VİDEO

Media: Husilərin hücumları Qırmızı dənizdə gəmilərin sığorta xərclərini artırıb

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Dioqu Jotanın uğradığı qəzanın detalları məlum olub

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib

Oğuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Amerikalı senatorlar Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edirlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Ceyhun Aşurov: İşğaldan azad olunmuş ərazilərə səfər müddətinin artırılması müsbət haldır - AÇIQLAMA

Avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edilib

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb

Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı keçirilir VİDEO

Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı keçirilir VİDEO

Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək

“Daimler Truck” şirkəti Almaniyada 5 min iş yerini ixtisar edəcək

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib

AMEA ilə Koreya Respublikasının Akademiyası arasında əlaqələr qurulacaq

Astronomlar: Süd Yolu qalaktikası təqribən bir milyard işıq ili diametrində “boş zonada” yerləşir

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

Azərbaycanlı tələbələr beynəlxalq müsabiqədə uğur qazandılar

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ”ın potensial rəqibləri qarşılaşacaq

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir VİDEO

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir VİDEO

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb

BDYPİ: Yay mövsümündə avtomobillərin şinlərinə dair tələblər daha ciddi nəzarətdə saxlanılmalıdır

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib

“Zirə” bu gün Türkiyədə ilk sınaq oyununa çıxacaq

Naxçıvanda vergi daxilolmaları 19,2 faiz artıb

Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Klublararası dünya çempionatı: PSJ bu gün “Real Madrid”lə üz-üzə gələcək

Azərbaycan Karate Federasiyasının rəsmisi: Təmiz idman bizim əsas prioritetimizdir - MÜSAHİBƏ

Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib

Beynəlxalq tədbir zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə edilib

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub

DİN: Əməliyyat tədbirləri ilə 23 kiloqramdan artıq narkotik vasitə götürülüb

Gərgin ticarət müharibəsi fonunda Çindəki fabriklərdə deflyasiya pik həddə çatıb

Dövlət Komitəsinin sədri Ağsu rayonunda vətəndaşlarla görüşəcək

DYP skuter, moped və velosiped sürücülərinə çağırış edir

Yaş barama tədarükü davam edir - 186,6 ton barama təhvil verilib

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür

Süd emalı müəssisələrinin nümayəndələri ilə müzakirələr aparılıb

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılıb VİDEO

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılıb VİDEO

BMT-nin sammitində süni intellektin faydaları və yaratdığı problemlər müzakirə olunur

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

“Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsi başlayır

Dünya birjalarında neft ucuzlaşıb

“Araz-Naxçıvan” bu gün yoxlama oyununda Türkiyə klubu ilə qarşılaşacaq

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

FHN Ağdamda regional seminar-müşavirə keçirib

Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün birgə təlim keçirilib

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb

“Azeri Light” markalı neftin qiyməti 75 dolları ötüb

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

Almaniyanın xarici ticarət dövriyyəsində azalma qeydə alınıb

Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür

Türkiyənin ilk iqlim qanunu təsdiqlənib

Çempionlar Liqasında yeni mövsümə start verilib

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsində 20 nəfər xəsarət alıb VİDEO

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsində 20 nəfər xəsarət alıb VİDEO