Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ QARŞIDAKI QIŞ MÖVSÜMÜNDƏ ƏHALİNİN TƏBİİ QAZ, İSTİLİK, ELEKTRİK ENERJİSİ İLƏ TƏCHİZATI MƏSƏLƏLƏRİ VƏ ENERGETİKA SEKTORUNDAKI VƏZİYYƏTLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyunun 24-də Prezident sarayında qarşıdakı qış mövsümündə əhalinin təbii qaz, istilik, elektrik enerjisi ilə təchizatı məsələləri və energetika sektorundakı vəziyyətlə bağlı müşavirə keçirilmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV müşavirəni açaraq dedi:

- Mən bugünkü müşavirəni energetika sektorundakı vəziyyəti müzakirə etmək üçün keçirirəm. Çünki hesab edirəm ki, biz bu gün bu məsələlərə baxmalıyıq. Qışa hazırlıq məsələlərini müzakirə etməliyik və bütövlükdə, energetika sektorundakı vəziyyəti gərək təhlil edək və görülən tədbirlər haqqında fikir mübadiləsi aparaq.

Amma bu müşavirəni nizam-intizam məsələləri ilə başlamaq istəyirəm. Mən bu gün səhər işə gəldim, Baş nazirə zəng etdim, vəziyyətlə maraqlandım. Mənə iqtisadi göstəricilər haqqında, görülən işlər haqqında məlumat verdi. Dedim ki, belə bir müşavirə çağıraq, bu məsələləri müzakirə edək. Bu gün şənbə günüdür. Təxminən saat 11-in yarısında danışdıq. Dedim ki, müvafiq icra orqanlarının rəhbərlərini də dəvət edin, bunu müzakirə edək. İndi saat birə iyirmi dəqiqə işləyibdir. Təxminən iki saat lazım oldu ki, sizi yığsın. Düzdür, bu, hamıya aid deyil, bəziləri iş yerində idi, amma bəziləri bura iki saata gəldilər. Çünki işdə deyildilər. Bu, dözülməz bir haldır. Buna son qoymaq lazımdır. Mən sizə ciddi xəbərdarlıq edirəm. Mən sadəcə olaraq, kameralar qarşısında ad çəkmək istəmirəm, kameralar çıxandan sonra ad çəkəcəyəm. Mən sizi xalq qarşısında biabır etmək istəmirəm. Nədir, ölkənin bütün məsələləri həll olunub, bütün problemlər öz həllini tapıb ki, siz səhər istirahət edirsiniz?! Özü də nə səhər, artıq günortadır. Saat birə iyirmi dəqiqə işləyir. Təxminən iki saat bundan əvvəl mən Baş nazirə dedim ki, bunları çağırın. Baş nazir, sizdən qat-qat yaşlı olan adam yerində, Prezidentin İcra Aparatının rəhbəri yerində, siz isə yoxsunuz. Nə ilə məşğulsunuz?

Mən sizə ciddi xəbərdarlıq edirəm. Vəzifəli şəxs, məsuliyyət daşıyan şəxs işlə məşğul olmalıdır. Prezident altıncı gün məsələləri həll etmək üçün səhər işə gəlibdir. Sizi isə tapmaq mümkün deyildir. Ona görə ciddi nəticə çıxarın və bu halları yığışdırın.

O ki qaldı energetika məsələlərinə, indi Azərbaycanın qarşısında böyük vəzifələr durur. Biz bunları həll etməliyik. Bizim energetika sistemimiz təkmilləşir, müasirləşir. Çox böyük işlər görürük. Həm elektrik enerjisi istehsalının keyfiyyəti artır, həm də regionların sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində, Bakı qəsəbələrinin inkişafı Proqramı çərçivəsində yeni elektrik stansiyaları tikilir, qaz xətləri çəkilir. Digər energetika infrastrukturu da yaradılır. Ancaq gərək biz bütün məsələlərə bir daha baxaq. Elə etməliyik ki, qış aylarında nə elektrik enerjisi, nə də qaz qıtlığı olmasın. Bunu etmək üçün indidən tədbirlər görməliyik. Qaz anbarlarına kifayət qədər qaz vurulmasını təmin etməliyik. Elektrik stansiyalarının səmərəli işləməsini təmin etməliyik. İstilik sisteminin bərpasına daha da ciddi yanaşmalıyıq. Bilirsiniz ki, bu sahədə böyük tədbirlər görülür və “Azəristiliktəchizat”ın yaranmasından sonra Bakı şəhərinin çoxmərtəbəli binalarının istilik təchizatı təmin olunur. Düzdür, tam həcmdə deyil, amma çalışırıq ki, tam həcmdə olsun. Bir tərəfdən əhaliyə istilik veriləcək, digər tərəfdən, elektrik enerjisinə qənaət olunacaqdır.

Azərbaycan qazın bir miqdarını hələ ki, xaricdən idxal edir. Bu, bizim enerji balansında öz əksini tapır. Biz gələcəkdə də bunu etmək fikrindəyik. Eyni zamanda, “Şahdəniz” qaz yatağının istismara verilməsindən sonra Azərbaycanda daha böyük qaz hasilatı gözlənilir.

Yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır və bunun təməlində Azərbaycanın enerji təhlükəsizliyi məsələləri dayanır. Biz bu baxımdan kifayət qədər imkanlara malikik. Biz enerji təhlükəsizliyi məsələlərini özümüz həll edirik və imkanlarımızı daha da artırırıq. Məhz bu məqsədlə həm rayonlarda, həm də Sumqayıt şəhərində yeni elektrik stansiyaları tikilir və digər stansiyaların tikintisi də nəzərdə tutulur. Onların bəziləri artıq istismara verilibdir.

Astara Elektrik Stansiyasının istismara verilməsindən sonra bu bölgədə elektrik enerjisi istehlakı təxminən 50 faiz artıbdır və keyfiyyət də artıbdır. Yəni bu, nəyi göstərir?! Onu göstərir ki, əvvəllər kifayət qədər elektrik enerjisi verilmirdi. Əgər 50 faiz artıbdırsa, deməli, həmin 50 faiz yox idi, insanlar çətinlik çəkirdilər. Həmişə mən soruşanda ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət necədir, deyirdilər yaxşıdır. Amma mən bilirəm ki, belə deyil. Mən rayonlarda oluram, insanlarla görüşürəm, məlumatım var. Əgər biz cənub bölgəsinin elektrik enerjisi təminatını 50 faiz artıra bilmişiksə, deməli, başqa bölgələrdə də qıtlıq var. İndi başqa bölgələrdə elektrik stansiyalarının tikintisindən sonra orada da təminat yaxşılaşmalıdır.

Uzun fasilədən sonra biz Naxçıvanı qazla təmin etməyə başladıq. Bu da həm iqtisadi, həm də sosial baxımdan böyük məsələdir. 13 ildən sonra Naxçıvana təbii qazın verilməsi böyük nailiyyətdir. İndi orada 90 meqavat gücündə yeni elektrik stansiyası tikilir. Çoxdan fəaliyyətsiz qalmış elektrik stansiyası da bərpa olunur və o da 50 meqavat enerji verəcəkdir. Yəni biz Naxçıvanın da enerji təhlükəsizliyi məsələlərini həll edirik. Çox işlər görülür.

Mən “Azəriqaz”a göstəriş vermişəm ki, əvvəllər qazlaşdırılmamış bölgələrə qaz xətləri çəkilsin. Vəsait də ayırdıq, indi də işlər gedir, Lerikə və Yardımlıya qaz xətləri çəkilir. O rayonlarda heç vaxt qaz olmamışdır. Heç sovet vaxtında da oraya xətlər çəkilməmişdir. Çünki relyef çox çətindir və çox böyük texniki çətinliklər var. Təbii ki, maliyyə məsələləri də həll olunmalıdır. Amma biz bunu edirik. Çünki gərək insanlar təbii qazla təmin olunsunlar, daha da yaxşı yaşasınlar. Yenə də deyirəm, bütün bu məsələlər, əlbəttə, bizim öz imkanlarımızla bağlıdır.

Azərbaycan indi böyük həcmdə neft hasil edən ölkəyə çevrilir. Azərbaycanda qaz hasilatı artır və artmalıdır. Həm “Şahdəniz” qaz yatağından hasilata başlanacaq, eyni zamanda, Dövlət Neft Şirkəti qarşısında vəzifə qoymuşam ki, qaz hasilatını artırsın. İndi böyük işlər görülür. Mənə verilən məlumata görə, gələn il, bəlkə də, 500 milyon - 1 milyard kubmetr arasında əlavə qazın hasil edilməsi planlaşdırılır.

Bu gün bu məsələləri müzakirə edəcəyik və əminəm ki, qəbul ediləcək qərarlar energetika sektorundakı vəziyyəti daha da yaxşılaşdıracaqdır.

X X X

Sonra müşavirədə gündəlikdəki məsələlər barədə geniş müzakirə aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib