Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏ-YUNANISTAN QAZ KƏMƏRİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərənin təntənəli açılış mərasimi keçirilmişdir.

Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Türkiyə ilə Yunanıstanın qaz kəmərləri şəbəkələrini birləşdirəcək bu boru xəttinin inşasına dair ilkin sənəd 2002-ci ilin aprelində imzalanmış, 2003-cü ilin fevralında hökumətlərarası razılıq əldə olunmuşdu. 296,5 kilometrlik kəmərin 210 kilometri Türkiyənin, 86,5 kilometri Yunanıstanın ərazisindən keçir. Layihənin ümumi dəyəri təxminən 250 milyon avrodur. İlkin mərhələdə 250 milyon kubmetr, ikinci ildə 500 milyon kubmetr, üçüncü ildə 750 milyon kubmetr qaz nəql ediləcəkdir. Sonrakı 15 il ərzində bu göstərici 12 milyard kubmetrə çatdırılmalıdır. Bundan başqa, 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə daha bir kəmərin inşası planlaşdırılır. Bu xətt Yunanıstanla İtaliyanı birləşdirəcəkdir. Nəticədə Xəzər regionunda hasil ediləcək təbii qazın Mərkəzi Avropaya çatdırılması imkanı daha da genişlənəcəkdir.

Xatırladaq ki, 2007-ci ilin iyulunda Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Türkiyənin “Botaş” şirkətinin qaz nəqli sisteminə ilk qaz verilmişdir.

Azərbaycanın, Türkiyənin və Yunanıstanın dövlət himnləri səsləndirildi.

Mərasimi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər açdı.

Hilmi Gülər mərasim iştirakçılarını salamlayaraq, Türkiyə-Yunanıstan qaz kəməri vasitəsilə Xəzər hövzəsindən, Orta Şərqdən və Türkiyəyə qonşu olan digər bölgələrdən təbii qazın Türkiyə və Yunanıstan ərazisi ilə Avropa bazarlarına ötürüləcəyini bildirdi. Türkiyə naziri kəmərin tikintisi ilə bağlı hökumətlərarası anlaşma, “Botaş” və “Depa” şirkətləri arasında alqı-satqı razılaşmasının imzalanması, texniki göstəricilər, ilkin mərhələdə və sonrakı illərdə qaz nəqlinin nəzərdə tutulan həcmi barədə məlumat verdi. Hilmi Gülər “Şahdəniz” layihəsi ilə bağlı işlərin başa çatdırılmasında böyük əməyi olan Prezident İlham Əliyevə, habelə Baş nazir Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirdi.

ABŞ-ın energetika naziri Samuel Bodman bildirdi ki, bu layihə çox əhəmiyyətli, iqtisadi cəhətdən çox səmərəlidir. O, son illər həyata keçirilən bir sıra beynəlxalq layihələrə və təşəbbüskarlığına görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi ki, ABŞ bu layihələrə böyük önəm verir. Bu kəmər Azərbaycan, Türkiyə və Yunanıstan üçün böyük müvəffəqiyyətdir və yeni işbirliyi yaradacaq, uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcəkdir. Bunu gerçəkləşdirmək çox vacib idi. Hazırda Avropa ən böyük enerji bazarıdır və gələcəkdə tələbat daha da artacaqdır. Azərbaycanın və Orta Asiyanın ən böyük enerji ixracatçısı olacağını vurğulayan nazir gələcəkdə Türkmənistan və Qazaxıstanın da bu layihəyə qoşulacağına əminliyini söylədi.

Yunanıstanın Baş naziri Konstantinos Karamanlis göstərilən qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirdi, Azərbaycan Prezidentini xüsusi olaraq “Xoş gəlmisiniz!” deyə salamladı. Bu layihənin çox önəmli xarakter daşıdığını vurğulayan Baş nazir bunu dəstəklədiklərinə görə Avropa İttifaqının rəhbərlərinə təşəkkür etdi. O dedi ki, gələcəkdə bu kəmər İtaliya sərhədinə qədər uzanacaq və bununla əlaqədar sənəd imzalanmışdır. Konstantinos Karamanlis bu ilin avqustunda Azərbaycanla təbii qazın nəqli ilə əlaqədar sazişin imzalandığını da vurğuladı. O, Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya dördtərəfli işbirliyini tarixi reallıq adlandırdı, bunun ölkələr üçün çox əhəmiyyətli olduğunu söylədi. Dünyada enerji problemlərinin yarandığı bir vaxtda kəmərin işə düşməsini yüksək qiymətləndirən Baş nazir bunu həm də beynəlxalq işbirliyinin nümunəsi kimi səciyyələndirdi. Konstantinos Karamanlis gələcəkdə Türkiyə ilə Yunanıstan arasında elektrik xətlərinin birləşdirilməsinin nəzərdə tutulduğunu, bu barədə avqust ayında sənəd imzalandığını xatırlatdı. O dedi ki, Türkiyə ilə əlaqələrin daha da sıxlaşdırılmasına, dərinləşdirilməsinə çalışırıq və Türkiyənin Avropa İttifaqına qəbuluna böyük dəstək veririk.

Sonra çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dedi ki, iki qonşu ölkə arasında reallaşdırılan qaz kəmərinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bizim üçün qürur mənbəyidir. 2005-ci ildə təməli qoyulan Avropa İttifaqına üzvlüklə bağlı Türkiyə-Yunanıstan əlaqələri bütün sahələrdə daha da genişlənməkdədir. Türkiyənin geosiyasi əhəmiyyətindən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrindən danışan Baş nazir Xəzər hövzəsinin təbii ehtiyatlarının Türkiyə və Yunanıstan ərazisi ilə Avropa bazarlarına çıxarılmasının yeni çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu bildirdi. O dedi ki, bütün işlərdə qarşılıqlı əməkdaşlığa önəm verən Türkiyə, bölgədə böyük enerji dəhlizinə çevrilir. Avropaya qaz nəqli layihəsinin növbəti mərhələsində boru xəttinin Adriatik dənizindən keçməklə İtaliyaya çatdırılmasından sonra Xəzər hövzəsi və Orta Şərq mənbələrindən Yunanıstana ildə 3,6 milyard kubmetr və İtaliyaya isə 8 milyard kubmetr qazın nəqli planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin bu mərasimdə iştirakını bir daha yüksək qiymətləndirdi, Azərbaycan nefti və qazının dünya bazarlarına çıxarılmasının beynəlxalq aləmdə əməkdaşlığın əsl nümunəsi olduğunu dedi. NABUKKO layihəsinin önəmindən də bəhs edən Türkiyənin Baş naziri bütün işlərin bölgədə sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət etdiyini vurğuladı, layihənin xeyirli və uğurlu olmasını arzuladı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər Türkiyə-Yunanıstan təbii qaz kəmərinin rəmzi açılışını bildirən düyməni basdılar və qaz məşəlini alovlandırdılar, məşəl önündə xatirə şəkli çəkdirdilər.

Türkiyə ərazisində təntənəli mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyev, Baş nazirlər və digər qonaqlar Yunanıstan sərhədini keçdilər. Burada mərasimin ikinci hissəsi davam etdirildi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, ABŞ və digər ölkələrdən gəlmiş qonaqlar Yunanıstanın ərazisində yerləşən qazpaylayıcı və ölçü stansiyası ilə yaxından tanış oldular.

Prezident İlham Əliyev, Baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Konstantinos Karamanlis təbii qaz kəmərinin açılışını bildirən düyməni basdılar və bununla da qaz Yunanıstan tərəfə daxil oldu.

Bu münasibətlə keçirilən mərasimi Yunanıstanın inkişaf naziri Xristos Folias açaraq, Azərbaycan Prezidentini, Türkiyənin Baş nazirini və digər qonaqları salamladı. O, bu kəmərin açılışı ilə Türkiyə və Yunanıstan arasında münasibətlərdə yeni dövrün başlandığını, Xəzər bölgəsindən, Orta Şərqdən və digər mənbələrdən gələn qazın gələcəkdə Yunanıstan vasitəsilə İtaliyaya da ötürüləcəyini bildirdi.

Sonra Yunanıstanın Baş naziri Konstantinos Karamanlis çıxış edərək dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin burada olması bizi daha da şərəfləndirir. Biz gələcəkdə daha böyük əməkdaşlığın qurulması üçün birlikdə çalışacağıq. Elektrik enerjisi sahəsində də birgə əməkdaşlığın zəruriliyini vurğulayan K.Karamanlis bütün bunların Yunanıstan-Türkiyə münasibətlərində yeni fürsətlərin yaradacağını və tərəflərin onlardan səmərəli istifadə etməsinin zəruriliyini bildirdi. O dedi ki, biz - Türkiyə, Azərbaycan və Yunanıstan sülhə, əməkdaşlığa gedən yolda mühüm əməkdaşlıq həyata keçiririk.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında görülən işlərdən bütün tərəflərin məmnun qaldığını bildirdi və dedi ki, bu layihənin həyata keçirilməsi regional və beynəlxalq əməkdaşlığımızda yeni mərhələ açmışdır. Xəzər hövzəsi ölkələrinin təbii ehtiyalarının Avropaya çıxarılmasını təmin etmək üçün bundan sonra da səylə çalışacağıq. Mərasimdə iştirak edən və bu işlərdə çox böyük rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkür edirəm və əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.

Bununla da Yunanıstan ərazisindəki mərasim başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır