Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransı [YENİLƏNİB]

Bakı, 8 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyunun 7-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış etdilər.

Almaniya Kansleri Angela Merkelin

bəyanatı

-Xanımlar və cənablar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Almaniyada bir daha salamlamaqdan məmnunluq hissi keçirirəm. Xoş gəlmisiniz.

Biz beynəlxalq sammitlərdə kifayət qədər tez-tez görüşürük. Bir qədər bundan əvvəl biz ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəldik və hazırda gündəlikdə duran məsələləri müzakirə etdik. Beləliklə, mən Prezident Əliyevi burada salamlamaqdan çox məmnunam.

Biz Azərbaycandakı iqtisadi vəziyyəti müzakirə etdik. Neft və qazın qiymətinin ucuzlaşmasını nəzərə alaraq vəziyyət bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə bir az gərgindir. Lakin bu, iqtisadi islahatlara başlamaq üçün münbit bir şərait yaratdı. Hesab edirəm ki, bu, Azərbaycana öz iqtisadi bazasını şaxələndirmək imkanı verəcək.

Prezident bu gün Almaniyanın iqtisadiyyat naziri, alman biznes icmasının nümayəndələri ilə görüşdü. Almaniya öz imkanları daxilində ölkənizin iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazırdır.

Biz, həmçinin Azərbaycandakı sosial vəziyyəti müzakirə etdik. Mən ümidvar olduğumu bildirdim ki, alman siyasi fondları Azərbaycanda fəaliyyətə başlaya biləcək. Biz belə bir addımı alqışlayardıq və bu məsələ üzərində işləməyə davam edəcəyik. Bu, cəmiyyətdə şəffaflığa, mətbuat azadlığına nail olmaq və əlbəttə ki, insan hüquqlarına hörmət istiqamətində atılan addımlardır. Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq.

Bundan başqa, biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Aprel ayının əvvəlində atəşkəs rejimi kəskin şəkildə pozulmuşdur. Hazırda isə ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir. Buna nail olmaq üçün nəinki atəşkəs rejiminə əməl etmək lazımdir, eyni zamanda, siyasi proses irəliləyərək davam etdirilməlidir. Minsk qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, Minsk qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda, bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya. Biz istərdik ki, bu qrup razılaşdırılmış prinsiplər əsasında fəaliyyət göstərsin. Biz bu siyasi prosesə necə dəstək olmaq barədə müzakirələr apardıq. Əlbəttə ki, münaqişənin bütün tərəfləri danışıqlar masasına əyləşməlidirlər və münaqişənin həllinə nail olmalıdırlar. Birtərəfli həll olmamalıdır. Düşünürəm ki, hazırkı vəziyyətin ürəkaçan olmamasına hər ikimiz də razılaşardıq, çünki münaqişə istənilən zaman kəskinləşə bilər. Biz Azərbaycanın yerləşdiyi regionda münaqişələr barədə danışdıq. Aydındır ki, İranda cərəyan edən hadisələri, nüvə sazişinin bağlana bilməsi faktını, İranla münasibətlərin, o cümlədən Avropa İttifaqı ilə münasibətlərin daha da intensivləşdirilməsini hər ikimiz müsbət hal kimi qiymətləndiririk. Əlbəttə ki, bir qonşu ölkə kimi bunun Azərbaycana da müsbət təsiri olacaq. Ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Rusiya mühüm rol oynayacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün əlaqələrimizdən maksimum şəkildə istifadə etməliyik.

Bu gün bizimlə görüşdüyünüz üçün Sizə təşəkkürümü bildirirəm. Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqə saxlamaq, bütün sosial aspektləri, o cümlədən iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var. Bir daha xoş gəlmisiniz, cənab Prezident!

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

-Xanım Kansler, çox sağ olun. Hər şeydən əvvəl məni bir daha Almaniyaya səfərə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Mən burada keçən il olmuşdum, indi də səfər edirəm. Bu isə aramızda çox fəal siyasi dialoqun mövcud olduğunu göstərir. 

Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik. Bu dörd qətnamə iyirmi ildən çoxdur ki, qəbul edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və onların icrası üçün heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib. Biz münaqişənin sülh yolu ilə, tez bir zamanda, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həllini istəyirik. Regionda, təmas xəttində baş verən son hadisələr onu göstərdi ki, atəşkəs rejimi sabit deyil və tez-tez pozulur, mövcud status-kvo qəbuledilməzdir. Aprel ayının əvvəlində Ermənistan Azərbaycana qarşı bir daha hərbi təxribat törətdi. Biz özümüzü, vətəndaşlarımızı müdafiə etmək məcburiyyətində olduq. Yeri gəlmişkən, Ermənistanın təcavüzü nəticəsində altı mülki şəxs qətlə yetirilib, 100 ev tamamilə məhv edilib və 500 evə ziyan dəyib. Status-kvo dəyişməlidir. Minsk qrupunun həmsədrləri, həmsədr ölkələrin prezidentləri bir neçə dəfə bunu qeyd ediblər. ATƏT-ə sədrlik edən ölkə - Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad olunmasına başlanılması deməkdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu ilin may ayında Vyanada üç həmsədr ölkənin xarici işlər nazirlərinin təşkilatçılığı ilə görüş baş tutdu və biz müxtəlif istiqamətlər üzərində çalışacağımıza razılaşdıq. Hər şeydən əvvəl biz əsaslı danışıqlara başlayacağıq, atəşkəs rejimini gücləndirəcəyik və atəşkəs rejiminin gücləndirilməsi üçün əlavə imkanlar yaradacağıq. Lakin bu proses əlbəttə ki, paralel şəkildə aparılmalıdır.

Biz, həmçinin regional təhlükəsizliyə və əməkdaşlığa aid məsələləri və əlbəttə, aramızda olan iqtisadi əməkdaşlığı da müzakirə etdik. Bu gün səhər mən aparıcı alman şirkətlərinin qatıldığı Azərbaycan-Almaniya İqtisadi Forumunda iştirak etdim və birgə biznesin aparılmasında böyük qarşılıqlı marağın olduğunu gördüm. Almaniya nümayəndəsi tərəfindən qeyd edildiyi kimi, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Əminik ki, bu göstərici daha da artacaq. Həyata keçirdiyimiz islahatlar siyasəti sayəsində şirkətlərimiz üçün birgə biznes aparmaq imkanları daha da çox olacaq.

Əlbəttə ki, bu gün enerji təhlükəsizliyi məsələsi geniş şəkildə müzakirə olundu. Azərbaycan hazırda yeddi ölkəni əhatə edən “Cənub Qaz Dəhlizi” adlanan irimiqyaslı enerji layihəsinin icrasında öz rolunu oynayır. Bu ölkələrin üçü Avropa İttifaqına üzv olan dövlətlərdir. Avropa İttifaqı bizim təşəbbüsləri ciddi şəkildə dəstəkləyir. “Cənub Qaz Dəhlizi” bizlər - istehsalçılar və istehlakçılar üçün enerji şaxələndirilməsi layihəsidir. Çünki onların Azərbaycandan gələn, müasir nəqliyyat infrastrukturu vasitəsilə çatdırılan yeni alternativ qaz mənbəyinə çıxışı olacaq. Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Enerji təchizatından asılı olan ölkələrə əlbəttə ki, şaxələndirilmiş mənbə və marşrutlar lazımdır. Bu baxımdan Azərbaycan yeni ölkədir və dost olaraq biz layihəni vaxtında icra etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. “Cənub Qaz Dəhlizi” layihəsi 2020-ci ilədək tamamlanmalıdır. Bu layihənin dəyəri 45 milyard dollar təşkil edir.

Əməkdaşlığın digər sahələri də böyük əhəmiyyət daşıyır. Mən xanım Kanslerə mövcud infrastrukturumuzdan istifadə edərək ölkəmizin ərazisindən Asiya və Avropa arasında etibarlı əlaqəni yaratmaq üçün Azərbaycanın icra etdiyi nəqliyyat layihələri barədə də məlumat verdim. Beləliklə, Asiyadan Avropaya ən qısa yol Azərbaycandan keçən yol olacaq və bu yol bu ilin sonuna istismara veriləcək.

Biz, həmçinin Azərbaycanda siyasi sahədə inkişaf edən prosesləri də müzakirə etdik. Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir. Bu məsələləri həll etmək üçün son zamanlarda bir çox addımlar atılıb və bu gün Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub - sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, ifadə azadlığı. Bizdə azad internet var, əhalimizin 75 faizi internet istifadəçisidir, din azadlığı var. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif konfessiyaları təmsil edən insanların sülh, harmoniya və ləyaqət içərisində yaşadığının yaxşı nümunəsidir.

Xanım Kansler, göstərdiyiniz qonaqpərvərliyə, bu məsələləri Sizinlə müzakirə etməyə imkan yaratdığınıza görə bir daha minnətdarlığımı ifadə etmək istəyirəm. Mən ümid edirəm ki, bizim ikitərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam edəcək. Təşəkkür edirəm.

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Andreas İnker (Reuters). Sualım Sizə ünvanlanıb cənab Prezident. Rusiyanın oynadığı rolu qiymətləndirə bilərsinizmi? Rusiya Dağlıq Qarabağ münaqişəsində həm Ermənistanı, həm də Azərbaycanı silah-sursatla təchiz edir. O, ədalətli vasitəçidir, yoxsa neft və qaz təchizatına gəldikdə sizin üçün rəqibdir?

Xanım Kansler, Siz Türkiyə Prezidentinin Almaniyanın erməni soyqırımı ilə məşğul olduğu, lakin Holokosta və Herero qətliamına kifayət qədər diqqət yetirməməsi ilə bağlı ittihamlarına nə deyərdiniz?

Prezident İlham Əliyev: Rusiya bizim qonşumuzdur və bizə dost ölkədir. Bizim çox konstruktiv və mehriban münasibətlərimiz var. Biz Rusiya ilə bir çox sahələrdə əməkdaşlıq edirik - iqtisadi sahədə, təhlükəsizlik sahəsində, nəqliyyat sahəsində. Bizim yaxşı ticarət əlaqələrimiz var və biz Rusiyanı öz strateji tərəfdaşımız hesab edirik. Rusiyanın da Azərbaycana qarşı münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması faktı Azərbaycanı qıcıqlandırmır. Biz Rusiyanın böyük silah istehsalçısı olduğunu bilirik və o, bu silahı lazım bildiyi istənilən tərəfə, istənilən ölkəyə sata bilər. Əfsuslar olsun ki, Rusiya silahı Azərbaycana satanda bu, Ermənistanı qıcıqlandırır. Ermənistandan fərqli olaraq Azərbaycan bu silah-sursata görə tam qiyməti ödəyir. Rusiya bizim silah aldığımız yeganə ölkə deyil. Bizim Türkiyədən, İsraildən, Belarusdan, İrandan və bir çox digər ölkələrdən silah almağımız sirr deyil, çünki biz silahlı qüvvələrimizi müasirləşdiririk. İstənilən ölkə, xüsusilə işğal altında yaşayan və mürəkkəb geosiyasi vəziyyətdə olan ölkə lazımi şəkildə müdafiə olunmalıdır. Rusiya, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Biz Rusiyanın rolunu müsbət qiymətləndiririk və ümid edirik ki, ABŞ və Fransa ilə birlikdə Rusiya Ermənistanı ona mənsub olmayan torpaqları boşaltmağa artıq vaxtın yetişdiyinə inandırmaq üçün bütün potensialdan istifadə edəcək.

Kansler Angela Merkel: Biz Türkiyə barədə də danışdıq. Açıq-aydındır ki, Türkiyə cənub hissədəki iqtisadi əlaqələrinə görə Azərbaycanla çox sıx bağlıdır və Türkiyə ümumiyyətlə Azərbaycana bağlıdır. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də danışdıq və bu da Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına şərait yarada bilər. Bildiyiniz kimi, 2005-2009-cu illərdə Azərbaycan və Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq üçün çoxlu səylər göstərilmişdi və bunun bir səbəbi də Azərbaycanın bu münaqişənin həllində özünə kifayət qədər dəstək göstərilmədiyini hiss etməsi ilə bağlı olub. Hesab edirəm ki, bu münaqişə çözülsəydi Türkiyə və Ermənistan arasında münasibətlər də nisbətən az gərgin olardı. O ki qaldı, bir ölkənin keçmişi ilə bağlı olan məsələnin həll edilməsinə, Bundestaq tərəfindən qəbul edilmiş qətnamədə Holokostun özünəməxsusluğu açıq şəkildə göstərilir. Orada açıq bildirilir ki, Almaniya nəinki təkcə öz milli sosializm və Holokost tarixi ilə məşğul olub, o, bunu hər bir nəsildə etməyə davam edəcək. Bunu etmək bizim vəzifəmizdir. Biz inanırıq ki, başqalarına, məsələn, Türkiyə və Ermənistana öz tarixlərini həll etməyə kömək etmək üçün töhfəmizi verməliyik. Məsələn, tarixçilərdən ibarət ümumi panelin təsis edilməsi yolu ilə. Mən, əlbəttə ki, bu məsələlərə Ermənistanla danışıqlarda, lakin, eyni zamanda, Türkiyə tərəfi ilə də müzakirələrimdə toxunacağam. Türkiyə barədə danışdığımıza görə icazə verin fürsətdən istifadə edərək bu gün səhər aldığımız xəbərdən dəhşətə gəldiyimizi bildirim. Yenə də 11 nəfərin terrorçuların nifrət və ağlasığmazlıq ideyalarının qurbanına çevrilməsi faktı bizi çox kədərləndirir. Belə terror aktlarına heç bir şeylə bəraət qazandırıla bilməz və belə qəddarlığa heç bir bəhanə gətirilə bilməz. Həlak olanların, yaralananların ailə üzvləri daim bizim fikrimizdədir. Həyatını itirənlərin ailə üzvlərinə başsağlığı diləyirəm. Bir daha əlavə etmək istəyirəm ki, terrorizmlə mübarizə aparmağın mümkün olduğu hər bir yerdə Almaniya Türkiyənin yanında olacaq.

Azər Xəlilov (CBC televiziya kanalı). Mənim sualım xanım Kanslerədir. Ermənistanın Azərbaycana qarşı 20 ildən çoxdur ki, davam edən təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələri icra etmir. Sizcə, Ermənistanı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri icra etməyə və işğal olunmuş əraziləri boşaltmağa məcbur etmək üçün hansı mexanizmlər ola bilər? Yeri gəlmişkən, nəyə görə Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq olunmur? Təşəkkür edirəm.

Kansler Angela Merkel: Bu gün biz bu məsələni müzakirə etdik, münaqişənin diplomatik və sülh yolu ilə həll ediləcəyinə dair ümidvar olduğumuzu bildirdik. ATƏT-ə sədrlik etdiyi müddətdə Almaniya bu münaqişənin həllinə nail olmağa çalışacaq. Biz təzyiq və təsir vasitələrindən istifadə etməyə səy göstərəcəyik. Biz ümumi paketin icra olunmasını istəyirik. Bir tərəfdən qüvvədə olan atəşkəs rejiminə, digər tərəfdən isə münaqişənin Madrid prinsipləri əsasında həllinə nail olunmalıdır. İlkin addımlar təklif olunub və mən cənab Prezidenti əmin edə bilərəm ki, ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinə - ABŞ, Fransa və Rusiyaya gəldikdə bu prosesin icra edilməsi və irəliləyişə nail olunması üçün bu təkliflər üzərində işin aparılmasını nəzarətimizdə saxlayacağıq.

Kristina Dunnz (Alman Mətbuat Agentliyi). Cənab Prezident, Siz Ermənistanı Azərbaycana qarşı kütləvi şəkildə təcavüz etməkdə ittiham etdiniz. Ermənistan Prezidenti isə burada olanda əksini söyləyirdi. O deyirdi ki, təxribat törədən tərəf həmişə Sizin ölkənizdir. İndi isə Ermənistan bu ərazinin mümkün müstəqilliyi barədə danışmaq istəyir. Sizcə, münaqişənin sülh yolu ilə həlli üçün imkanlar varmı və fikrinizcə, Sizin ölkə bunun üçün nə edə bilər?

Xanım Kansler, Almaniya Bundestaqında Ermənistanla bağlı qətnamə qəbul edildikdən sonra Türkiyə Prezidenti türkiyəli parlament üzvlərinin faktiki qan analizləri vasitəsilə kökünün və mənşəyinin sübuta yetirilməsini istəyir. Sizcə, bu cür münasibət nə qədər təhlükəlidir?

Prezident İlham Əliyev: Ermənistan Prezidentinin Azərbaycanı ittiham etmək üçün hər bir fürsətdən istifadə etməsinə təəccüblənmirəm. Bizim mövqeyimiz çox aydındır. Kimin təcavüzkar və kimin də təcavüzün qurbanı olduğunu bilmək üçün regionun xəritəsinə baxmaq kifayət edər. 1990-cı illərin əvvəlində Ermənistan güc tətbiq edərək Azərbaycana məxsus olan əraziləri işğal edib. Əhalisinin 30 faizi Azərbaycan mənşəli olan Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlıların hamısı oradan qovulub. Ermənistan hərbi cinayət olan Xocalı soyqırımını törədib və hazırda bu hadisə 10 ölkə tərəfindən soyqırımı kimi tanınır. Bir gecədə onlar 613 insanı qətlə yetirib. Bunların arasında 106 qadın, 63 uşaq olub. Minə yaxın insan isə bu vaxta kimi itkin düşmüş hesab olunur. Bütün bunlar sənədləşdirilib. Bu, bir neçə onillik bundan əvvəl baş vermiş və kifayət qədər sübutu olmayan hadisə deyil. Bu hadisə beynəlxalq ictimaiyyətin gözləri önündə baş verib. Dağlıq Qarabağın işğalı onlar üçün kifayət etməyib. Sonra onlar Azərbaycanın digər yeddi rayonunu da işğal etdilər və bütün əhalini evlərindən didərgin saldılar, tarixi abidələrimizi məhv etdilər, məscidlərimizi, məzarlarımızı dağıtdılar. İyirmi ildən artıqdır ki, onlar bu torpaqda qanunsuz olaraq məskunlaşıb və münaqişənin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq vasitəçilərin müraciətlərinə məhəl qoymurlar.

Münaqişənin həll edilməsi nə deməkdir? Bu, çox sadədir. Bu, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasıdır, münaqişənin sülh yolu ilə həll edilməsidir. Biz dəfələrlə Azərbaycan dövlətinin çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət, mümkün olan ən yüksək muxtariyyət verməyə hazır olduğumuzu bəyan etmişik. Bu sonsuz danışıqları uzatmaq üçün vaxtaşırı olaraq onlar bu cür təxribatlar törədirlər. Bu təxribatlardan biri aprel ayının əvvəlində baş vermişdi və burada yeganə məqsəd danışıqlar prosesini dayandırmaqdır. Beynəlxalq vasitəçilərin onlara göstərdiyi təzyiq güclənəndə onlar bundan bəhanə kimi istifadə edirlər. Lakin düşünürəm ki, bu dəfə onlar bunun nəticələrini pis hesablamışdılar. Azərbaycan Ordusunun əks-hücumu nəticəsində biz işğal olunmuş ərazilərimizin bir hissəsi üzərində nəzarəti bərpa edə bildik. Hesab edirəm ki, bu, Ermənistan hökumətinin unutmamalı olduğu bir dərsdir. Onlar beynəlxalq hüquqa əməl etməlidirlər, digər ölkələrə məxsus ərazilərin qanunsuz işğalı tamamilə yolverilməzdir. Onlar ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməzliyi ilə bağlı fikirlərinə qulaq asmalıdırlar və torpaqların boşaldılmasına başlamalıdırlar. Bu prosesə başlanan kimi biz bütün kommunikasiyaları açacağıq, nəqliyyat infrastrukturunu bərpa edəcəyik və hərbi ssenari üçün istənilən imkanları aradan qaldıracağıq. Əvvəl də qeyd etdiyim kimi, bir daha söyləmək istəyirəm, biz münaqişənin sülh yolu ilə həllinə sadiqik. Əks halda aprel ayının əvvəlində toqquşma dayanmazdı. Biz müharibəni istəmədiyimizə görə toqquşmanı dayandırdıq. Lakin bizə sülh, münaqişənin həlli və ərazilərimiz lazımdır.

Kansler Angela Merkel: Almaniya Bundestaqında qətnamə qəbul edildikdə Almaniya Bundestaqının çoxluğu və türk tərəfi arasında fikir ayrılığının olduğu yaxşı məlum idi. Buna görə də mən Ermənistan və Türkiyə arasında birbaşa danışıqların aparılması istiqamətində çalışmışam və çalışmağa da davam edəcəyəm. Almaniya Bundestaqının üzvləri heç bir istisnalar olmadan azad şəkildə seçilmiş parlament üzvləridir və buna görə də mən türk tərəfinin irəli sürdüyü ittihamları heç cür başa düşə bilmirəm.

İlham Əhmədov (Azərbaycan televiziyası). Sualım xanım Kanslerədir. Azərbaycan uzun illərdir ki, Avropa bazarları üçün etibarlı neft təchizatçısı olub. İndi Azərbaycan Avropaya qaz təchizatı mənbələrini şaxələndirməyə kömək etmək üçün “Cənub Qaz Dəhlizi” layihəsini icra edir. Sizcə, Avropada Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol kifayət qədər dəyərləndirilirmi? Çox sağ olun.

Kansler Angela Merkel: Bəli, məndə belə bir təəssürat var ki, bu rol kifayət qədər dəyərləndirilir. Biz uzun illərdir ki, bu barədə danışmışıq. Məmnunluqla qeyd etmək istəyirəm ki, “Cənub Qaz Dəhlizi” indi sadəcə bir layihə deyil, o icra olunacaq. Cənab Prezident də Avropa İttifaqına üzv olan neçə ölkənin bu layihədən birbaşa faydalanacağını doğru qeyd etdi. Bu layihə, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əlaqələri gücləndirəcək, Avropa İttifaqına enerji təchizatını şaxələndirməyə kömək edəcək. Bunun da Avropa enerji siyasətinin məqsədi olması aydındır. Layihə çərçivəsində əldə olunmuş tərəqqini qeyd etmək bizi çox məmnun edir. Cənab Prezidentin də söylədiyi kimi, biz qeyd olunmuş vaxt çərçivəsində təkcə planlardan deyil, eyni zamanda, layihənin reallaşmasından danışırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib