Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNNİTQİ

- Əziz qubalılar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, Sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Mən bu gün səhər Qubaya gəlmişəm. Səhərdən burada müxtəlif tədbirlər, görüşlər keçirilibdir. Mən çox şadam ki, Azərbaycanın qədim torpağı olan Quba inkişaf edir. Bilirsiniz ki, mən seçkilərdən əvvəl Qubaya gəlmişdim. Ondan əvvəlki dövrlərdə də dəfələrlə Qubada olmuşdum. Quba mənim üçün çox əziz bir şəhərdir, çox doğma bir diyardır. Təsadüfi deyil ki, Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa edilmiş olimpiya kompleksləri içərisində ən möhtəşəmi məhz Qubada tikilmişdir. Keçən ilin oktyabr ayında biz birlikdə onun açılışını etdik. Məhz bu gün də o kompleksdə çox gözəl tədbir keçirilmişdir. Azərbaycanda sahibkarlıqla məşğul olan şəxslərə kreditlər verilmişdir. Bu, dövlət tərəfindən sahibkarlığın inkişafına yönəlmiş böyük bir addımdır.

Biz çalışırıq ki, sahibkarlıqla məşğul olan insanlar üçün daha gözəl şərait yaradılsın, onlara kreditlər verilsin və onların fəaliyyətinə dövlət tərəfindən daha yüksək səviyyədə qayğı göstərilsin. Bilirsiniz ki, mənim seçkiqabağı vədlərimin içərisində yeni iş yerlərinin açılması, yerli istehsalın güclənməsi, sahibkarlar sinfinin güclənməsi xüsusi yer tutmuşdur. Mən bu siyasətə sadiqəm və çox şadam ki, seçkilərdən keçən bu dövr ərzində Azərbaycanda 40 minə qədər yeni iş yeri açılmışdır. O cümlədən bu bölgədə - Qubada və qonşu rayonlarda yeni iş yerləri yaradılmışdır.

Mən əminəm ki, bu siyasət Azərbaycana böyük xoşbəxtlik gətirəcəkdir. Azərbaycanın iqtisadiyyatı hərtərəfli inkişaf edəcəkdir. Qeyri-neft sektoru inkişaf edəcək, Azərbaycanda işsizlik, yoxsulluq aradan qaldırılacaqdır. Bilirsiniz ki, bu istiqamətdə çox böyük addımlar atılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən başlayaraq aparılmış iqtisadi islahatlar Azərbaycana böyük faydalar gətirdi, böyük xeyirlər verdi, ölkəmiz inkişaf etdi. Xalqımız daha da yaxşı yaşamağa başladı. Mən də bu siyasətə sadiqəm.

Burada qeyd olundu ki, bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqları artırılır. Minimum əmək haqqı qaldırılıb və bundan sonra da qaldırılacaqdır. İmkan daxilində çalışacağıq ki, bütün gücümüzü, səylərimizi insanlarımızın daha da yaxşı yaşamasına yönəldək. Mən əminəm ki, Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində, sosial siyasət nəticəsində xalqımız daha da yaxşı yaşayacaqdır.

Qaçqınların, məcburi köçkünlərin problemləri bizim ən ağrılı problemimizdir. Bu istiqamətdə də addımlar atılır. Mən bilirəm ki, Qubada da erməni təcavüzündən əziyyət çəkmiş insanlar yaşayırlar. Bilirsiniz ki, böyük proqramlar həyata keçiririk. Qaçqınlar, köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Mən söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Mən bu sözə sadiqəm və əminəm ki, biz bu proqramı həyata keçirəcəyik. Qaçqınlar, köçkünlər müvəqqəti olaraq daha müasir və münasib yerlərə köçürüləcəkdir. Amma hamımız bilməliyik ki, bu, müvəqqəti bir addımdır. Mən şübhə etmirəm ki, Azərbaycanın torpaqları işğaldan azad olunacaqdır. Biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik. Azərbaycanın güclü ordusu var. Bilirsiniz ki, ordu quruculuğuna böyük diqqət göstərilir. Bu yaxınlarda orduya əlavə vəsait ayrılıbdır və şübhə etmirəm ki, biz torpaqlarımızı istənilən yolla azad edəcəyik.

Azərbaycanda qəbul edilmiş regional inkişaf proqramı həyata keçirilir. Mən seçkilərdən əvvəl bildirmişdim ki, bu məsələyə xüsusi diqqət göstəriləcəkdir. Çünki Azərbaycanın hər bir guşəsi, hər bir rayonu, kəndi inkişaf etməlidir. Azərbaycanda gedən uğurlu iqtisadi siyasətin nəticəsini hər bir vətəndaş hiss etməlidir. Bu məqsədlə, bu proqramın necə həyata keçirilməsinə nəzarət etmək üçün mən bölgələrə səfər edirəm.

Mən Qubada doqquz ay bundan əvvəl olmuşam. Bu dövr ərzində Qubada böyük dəyişikliklər baş vermişdir. Bilirsiniz ki, mənim Fərmanımla buraya yeni icra hakimiyyəti başçısı təyin olunubdur. Bu gün insanlarla söhbət əsnasında hiss edirəm ki, yeni icra hakimiyyəti başçısının fəaliyyəti bəyənilir və xalq tərəfindən dəstəklənir. Mən icra hakimiyyətinin başçısını təyin edəndə, əlbəttə, onunla Quba haqqında, ümumiyyətlə, bölgə haqqında çox ətraflı söhbət etdik. Mən öz tövsiyələrimi vermiş və demişdim ki, elə işləməlisən ki, xalq səni dəstəkləsin. Get, yaxşı işlə, insanlara qayğı göstər, insanlara kömək et. Bizim siyasətimiz bundan ibarətdir. Mən çox şadam ki, o, bütün göstərişləri ləyaqətlə yerinə yetiribdir.

Hər bir rəhbərin əsas vəzifəsi xalqa xidmət etməkdir, xalqa qayğı göstərməkdir. Bu, bizim vəzifəmizdir və onu şərəflə yerinə yetiririk. Mən əminəm ki, Azərbaycan növbəti illərdə daha da güclənəcək, öz iqtisadi potensialını gücləndirəcək, ölkəmiz zənginləşəcək, qüdrətli dövlətə çevriləcəkdir.

Qubalıların Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə böyük xidmətləri olmuşdur. Qubalılar müstəqillik uğrunda, torpaqlarımızın qorunması yolunda şəhidlər vermişlər. Qubalılar daim Azərbaycanın müstəqilliyi işinə böyük töhfələr vermişlər. Bu proses indi də davam edir. Mən buna görə sizə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Əziz qubalılar, mən bir daha sizi salamlayıram. Bu görüşə gəldiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Sizə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO