AZƏRBAYCAN PREZİDENTİ QƏBUL ETMİŞDİR
Heydər Əliyev qonağa müraciətlə dedi: Siz öz fəaliyyətinizlə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın genişlənməsinə çalışırsınız. Müəyyən tarixi dövr istisna edilməklə, ölkələrimiz həmişə bir yerdə olmuşdur. Əminəm ki, keçmişdə yol verilmiş səhvlər tezliklə aradan qaldırılacaq, iki qonşu dövlət arasında mehriban dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq davam edəcəkdir.
Prezident dedi ki, o, İran İslam Respublikasının rəhbərliyi tərəfindən dost ölkəyə dəvət edilmişdir və yaxın vaxtlarda gözlənilən bu səfər iki qonşu dövlət arasında münasibətlərin daha da yaxşılaşmasına kömək göstərəcəkdir.
Səmimi qəbul üçün Prezidentə təşəkkürünü bildirən doktor Cavad Heyət dedi ki, mən İranla Azərbaycan arasında möhkəm əlaqələr yaranmasına çalışıram və güman edirəm ki, az-çox gördüyüm iş hər iki ölkənin xalqlarına xidmət edir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri