Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin enerji əməkdaşlığı və təhlükəsizliyi barədə mühüm tezisləri: Dünya Enerji Konqresindəki nitqi əsasında

Azərbaycan Prezidentinin enerji əməkdaşlığı və təhlükəsizliyi barədə mühüm tezisləri: Dünya Enerji Konqresindəki nitqi əsasında

Bu günlərdə İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi keçirilib. Tədbirdə 10 mindən çox nümayəndə iştirak edib. Müzakirə mövzularının əhatə dairəsi geniş olub və əsas olaraq gələcəyə hesablanmış məqamlara toxunulub. O cümlədən bir neçə on ildən sonra qlobal səviyyədə enerji mənbələrinin vəziyyəti haqqında mütəxəssislər fikir mübadiləsi aparıblar. Həmin kontekstdə ayrıca olaraq 2060-cı ildə Çinin gözlənilən enerji durumu müzakirə edilib. Siyasi liderlər daha çox müasir mərhələdə enerji əməkdaşlığı və təhlükəsizliyi məsələlərinə diqqət yetiriblər. Bu aspektdə Azərbaycanın dövlət başçısı çox maraqlı tezislər irəli sürüb. İlham Əliyevin dərin məzmunlu nitqi maraqla dinlənilib. Bu baxımdan Prezidentin ifadə etdiyi tezislərin bir sıra məqamları üzərində dayanmağa ciddi ehtiyac vardır.

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkibi kimi

Müasir dünyada enerji daşıyıcılarının əhəmiyyəti çox artıb. Elə bir dövlət yoxdur ki, onun üçün bu məsələ strateji xarakter almasın. Enerji qaynaqlarına sahib olmaqla yanaşı, onların istismarı və nəqli də qlobal siyasətin aparıcı amillərindən birinə çevrilib. Bu səbəblərdən Dünya Enerji Şurasının təşkil etdiyi Dünya Enerji Konqresinə ciddi əhəmiyyət verilir. 23-cü Dünya Enerji Konqresi oktyabrın 10-13-ü arası Türkiyənin İstanbul şəhərində keçirilib. Bu tədbirin başlanğıcı 1924-cü ilə gedib çıxır. Üç ildən bir keçirilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim edir.

Bu il Türkiyədə təşkil edilən həmin tədbirdə 10 mindən çox nümayəndə iştirak edib. Onların sırasında dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatların, “beyin mərkəzləri”nin, universitetlərin, enerji və sənaye qurumlarının təmsilçiləri olub. Konqres çərçivəsində çox maraqlı və aktual mövzular müzakirə edilib. Bu bağlılıqda “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” və 2060-cı ildə dünya enerjisinin proqnostik vəziyyəti, həmin dövrdə Çinin əsas enerji göstəricilərinin təhlili kimi əhəmiyyətli məsələlər müzakirə edilib.

Bütün bunlar onu göstərir ki, indi siyasi liderlər və mütəxəssislər enerji təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirirlər. Azərbaycan Prezidenti bu barədə dəfələrlə fikir bildirib. 23-cü Dünya Enerji Konqresində İlham Əliyev həmin tezisi bir daha dünyaya bəyan edib. Ölkə başçısı Konqresdəki çıxışı zamanı deyib: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir” (bax: İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib / AZƏRTAC, 10 oktyabr 2016).

Bu fikri İstanbulda “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən həmin tədbirin əsas tezislərindən biri hesab etmək olar. Çünki Dünya Enerji Şurasının bu Konqresində aktual mövzulardan biri enerji təhlükəsizliyi məsələsi olub. Enerji sahəsində əməkdaşlığa həmin faktor kontekstində nəzər yetirilib. Dünya dövlətlərinin müxtəlif enerji daşıyıcıları sferasında əməkdaşlığının perspektivinə təhlükəsizliyin təmini aspektindən kənarda baxmaq absurddur. Bu səbəbdən bir çox layihələrin reallaşması, hətta alternativ enerji qaynaqlarından istifadə məsələsi sabitliyin təmin edilməsi ilə birbaşa əlaqəlidir.

Təsadüfi deyil ki, dünya kütləvi informasiya vasitələri də məhz həmin kontekstdə İstanbuldakı Konqresi şərh etməkdədir. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Azərbaycan və Venesuela dövlət başçılarını tədbirə dəvət etməsi məqamını ayrıca vurğulamaq lazım gəlir. Çünki bu ölkələrin hər biri dünya enerji siyasətində əhəmiyyətli rol oynayırlar, onlar böyük neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, aktiv surətdə enerji layihələrində iştirakçıdırlar. Deməli, Ankara, ümumiyyətlə, qlobal enerji sahəsində aktiv iştirakını davam etdirmək fikrindədir. Tədbir göstərib ki, Türkiyə bu istiqamətdə öz məqsədinə çatmaqdadır.

Perspektivlər: Türkiyə və Azərbaycanın liderliyi fonunda əməkdaşlıq fəlsəfəsi

Yuxarıda vurğuladığımız məqamlar kontekstində ayrıca deməliyik ki, Türkiyə rəhbərliyi, ictimaiyyəti və kütləvi informasiya vasitələri Azərbaycan Prezidentinin səfərinə böyük diqqət göstərib. İlham Əliyevin Konqresdəki çıxışı zamanı ifadə etdiyi fikirləri qardaş ölkə mediası geniş işıqlandırıb. Xüsusilə Azərbaycanın dövlət başçısının Türkiyə-Azərbaycan münasibətləri haqqında dediyi obyektiv, səmimi və dəqiq tezislərə ekspertlərin marağı böyük olub. İlham Əliyev tədbirdəki nitqi zamanı bəyan edib: “Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20”lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20”lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram.

Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır” (bax: Aliyev'den Türk halkına mesaj / “Hürriyet”, 10 oktyabr 2016 və əvvəlki mənbəyə).

Burada dövlət başçısı iki qardaş ölkə arasında əlaqələrin real maraqlar üzərində qurulduğunu xüsusi qeyd edib. Yəni söhbət tam əsası olan bərabərhüquqlu əməkdaşlıq formatından gedir. Azərbaycanla Türkiyə tarixi və etnik yaxınlığı deyil, konkret sosial-iqtisadi, siyasi, energetik, təhlükəsizlik və mədəni maraqları önə çıxarırlar.

Bu da onu göstərir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq əməkdaşlıq meyarlarına tam uyğundur. Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə dünyanın sabitliyi və davamlı inkişafı naminə dərinləşir və genişlənir. Əslində, bu məqam Azərbaycan Prezidentinin tədbirdəki çıxışında böyük səmimiyyət və dolğunluqla ifadə edilib.

İlham Əliyev Konqresdəki dərin məzmunlu nitqini aşağıdakı fikirlərlə başlayıb: “Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır” (bax: İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib / AZƏRTAC, 10 oktyabr 2016).

Ölkə rəhbəri nitqinin sonrakı hissəsində Azərbaycanla Türkiyənin bu istiqamətdə həyata keçirdikləri böyük layihələrdən bəhs edib. Onların bütövlükdə dünya enerji təhlükəsizliyi üçün əhəmiyyətini geniş izah edib. O cümlədən “Cənub qaz dəhlizi” layihəsinin önəmini dəqiqliklə təsvir edən Azərbaycan Prezidenti, onun verəcəyi bəhrələrə də diqqət çəkib. Bu layihənin reallaşmasında Azərbaycanla Türkiyənin oynadığı lider rolunu vurğulayıb. Həmin kontekstdə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinin faydasını qeyd edib. Bütün bunların əsasında İlham Əliyev çox vacib bir qənaəti ifadə edib: “Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq” (bax: əvvəlki mənbəyə).

Deməli, faktiki olaraq Türkiyənin dünya enerji siyasətindəki rolu ilə yanaşı, Azərbaycanın da bu istiqamətdə fəaliyyəti mütləq vurğulanmalıdır. Bundan əlavə, Azərbaycan enerji sahəsində əməkdaşlığın ədalətli mexanizmini və formatını da dünya dövlətlərinə təklif edir.

Azərbaycan rəhbəri bununla bağlı tədbirdəki çıxışında vurğulayıb: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək” (bax: əvvəlki mənbəyə).

Beləliklə, Azərbaycan Prezidentinin 23-cü Dünya Enerji Konqresindəki iştirakı çox uğurlu olub. Növbəti dəfə ölkə başçısı Azərbaycanın qlobal miqyasda enerji sahəsində oynadığı rolu dünyaya çatdırıb. Aydın görünür ki, bu istiqamətdə rəsmi Bakının apardığı ardıcıl siyasət öz bəhrələrini verir. Milli və müstəqil dövlətçiliyimiz inkişaf edir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb