AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ
Naharda ABŞ Milli İstehsalçılar Assosiasiyasının prezidenti, Miçiqan ştatının keçmiş qubernatoru Con Enqler, ABŞ-ın keçmiş energetika naziri Spenser Abraham, “Boinq” şirkətinin vitse-prezidenti və Avropa üzrə meneceri Qreq Conston, “Bektel” şirkətinin prezidenti Karlos Agila, “Beker Boks” şirkətinin nümayəndəsi Cey Kold, “Ceneral Elektrik” şirkətinin vitse-prezidenti Nensi Dorm, “Şevron-Xəzər” şirkətinin prezidenti Devid Minemyer, “Omni Communiteyşn” şirkətinin prezidenti Dərya Yavalar, “Motorola” şirkətinin vitse-prezidenti Dohktan Bulafqa, “Procter & Gembl” şirkətinin vitse-prezidenti Karolin Prehm, “Conoco-Philips” şirkətinin vitse-prezidenti Bill Berri və digər nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirdilər.