AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 19-da Budapeştdə, Parlament binasında Macarıstan Respublikasının Baş naziri Ferents Dyurçanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilmişdir.
Lançdan sonra Prezident İlham Əliyev Macarıstan parlamentinin binası ilə tanış oldu.
Dunay çayının sahilində yerləşən və gözəl memarlığı ilə seçilən bina XIX əsrin sonlarında şəxsi saray kimi tikilmişdir.
Dövlətimizin başçısı parlamentin konfrans salonlarına baxdı. Macarıstan parlamentində 386 deputat var və seçkilər dörd ildən bir keçirilir.
Sonra Prezident İlham Əliyev X əsrin sonu - XI əsrin əvvəllərində macar dövlətinin yaranmasında böyük rol oynamış və müqəddəs sayılan I İştvanın binanın birinci mərtəbəsində nümayiş etdirilən tacına baxdı.
######
