Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan qadınlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Abbasova Validə Məhərrəm qızı

Həmid-zadə Məsrurə Rzabala qızı

Xəlilova Lyudmila Qocayevna

Kuimova Vera Gennadiyevna

Qasımova Üzlüfət Ramazan qızı

Məmmədova Təranə Aslan qızı

Rəhmətullayeva Lalə İbrahim qızı

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

İsmayılova Səadət Teymur qızı

Məmmədova Zöhrə Hüseyn qızı

Şıxsəidova Roza Əli Murad qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin