İQTİSADİYYAT
Azərbaycan Qafqaz, Orta Asiya və Yaxın Şərq regionunda kredit bazasının təkmilləşdirilməsi və inkişafı prosesini problemsiz yaşayan ölkədir
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan Qafqaz, Orta Asiya və Yaxın Şərq regionunda kredit bazasının təkmilləşdirilməsi və inkişafı prosesini problemsiz yaşayan ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesabatında qeyd olunmuşdur.
Regional iqtisadi inkişaf aspektləri və bölgənin gələcək tərəqqi perspektivlərinin müzakirə olunduğu toplantıda qeyd edilmişdir ki, işlək və qeyri-hökumət kredit bazasının təkmilləşdirilməsi və bank ödəmə məsələləri üzrə Azərbaycan region üçün örnək bir sistem yaratmışdır.
Ekspertlərin rəyinə görə, hərtərəfli iqtisadi artıma nail olmaq üçün makroiqtisadi sabitliyi saxlamaq naminə iqtisadi-siyasi gündəmin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.
Toplantıda Qafqaz, Yaxın Şərq və Orta Asiya regionunda iqtisadi idarəetmənin gələcək prioritetləri müzakirə olunmuşdur.