Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil edib.

İctimai birliyin sədri Mehdi Mehdiyev tədbiri açıq elan etdikdən sonra ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov, birliyin Qarabağ üzrə koordinatoru Etibar Hüseynova və şimal rayonları üzrə koordinatoru Tərlan Hacızadə, o cümlədən veteranlar, müharibə əlilləri və şəhid ailələri iştirak ediblər.

Silahlı Qüvvələrin yaranmasının 103 illiyi münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev təmsil etdiyi qurumun Vətənə ləyaqətlə xidmət etdiyindən qürur duyduğunu bildirib: “Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Prezident İlham Əliyevin də yeni müstəvidə davam etdirdiyi sosial siyasət, imzaladığı fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərə görə hər zaman Prezidentə minnətdarıq”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov çıxışı zamanı Azərbaycanın hərb tarixinə nəzər salıb və bildirib ki, bundan sonra da Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu inkişaf edəcək: “Azərbaycanın hərb tarixi uğurlarla zəngindir. Azərbaycan torpağı hərb tarixinə böyük töhfələr verib, tarixi şəxsiyyətlər yetirib. İstənilən dövrdə Azərbaycanda böyümüş qəhrəmanlar dövlətimizin ərazi bütövlüyü uğrunda fədakarcasına xidmət göstəriblər. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından sonra Azərbaycanın ilk dəfə nizami ordusunun qurulması hərb tariximizdə müstəsna əhəmiyyətə malikdir. Lakin təəssüflər olsun ki, AXC-nin ömrü cəmi 23 ay sürdü və işğaldan sonra Azərbaycan müstəqilliyini itirdi. Bütün bunlara baxmayaraq, tariximiz boyunca hərb sahəsinin hər zaman aktual olduğunu əminliklə vurğulaya bilərik.

Ulu Öndər yaxşı bilirdi ki, əbədi müstəqilliyin əldə olunması üçün hərbi kadrların hazırlanması, Silahlı Qüvvələrin formalaşdırılması lazımdır. Kommunist dövrünün çətinliklərinə baxmayaraq, Ümummilli Lider uzaqgörənliklə Azərbaycanda hərbi məktəblərin yaradılmasına nail oldu. Bunun nəticəsini isə əsasən 1991-ci ildə müstəqillik bərpa olunandan sonra gördük”.

Tahir Budaqov çıxışı zamanı vurğulayıb ki, Azərbaycan dövlətinin öz xalqının milli maraqlarını həyata keçirmək üçün həm iqtisadi, siyasi, həm də milli-mənəvi gücə malikdir: “Prezident İlham Əliyev tərəqqi nöqtəsini inkişaf etdirərək bizi Zəfərə çatdırdı. O Zəfər ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək tarixi hadisədir. Bu tarixi Zəfərin əldə olunmasında yüzlərlə Birinci Qarabağ müharibəsi iştirakçıları töhfə veriblər. Bunların hər biri vahid azərbaycançılıq ideologiyası altında birləşmənin bariz nümunəsidir”.

Tədbirdə, həmçinin birliyin Qarabağ üzrə koordinatoru Etibar Hüseynova və şimal rayonları üzrə koordinator Tərlan Hacızadə çıxış ediblər. Dövlətlə uğurlu əməkdaşlıq aparan ictimai birliyin fəal üzvü olduqları üçün fəxr etdiklərini bildiriblər.

Daha sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə qeyd olunub ki, ictimai birliyin çoxminli üzvləri Prezident İlham Əliyevə bir daha sarsılmaz inam və birmənalı dəstəklərini ifadə edir və tarixi torpaqlarımızı düşməndən azad etdiyinə görə minnətdarlıqlarını bildirirlər: “Sizin Silahlı Qüvvələrin inkişafını davam etdirməniz nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı və türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, ulu öndər Heydər Əliyevin davamçısı kimi Azərbaycan dövlətini və xalqını işğal zülmündən azad edib, Silahlı Qüvvələrimizin köməyi ilə Azərbaycan xalqını dünyada Zəfər çalan xalq kimi tanıtdınız. Uzun illərdir ki, Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb, qaçqın-köçkün vəziyyətində yaşamağa məcbur olub. Uğurla həyata keçirdiyiniz siyasətiniz və insan amilini çox yüksək qiymətləndirməyiniz sayəsində torpaqlarımız düşmən işğalından azad olundu və bütün türk dünyasına sevinc bəxş olundu.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Sizin də yeni müstəvidə davam etdirdiyiniz sosial siyasət, imzaladığınız fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərinizə görə də hər zaman Sizə minnətdarıq”.

Sonda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalı YAP-ın sədr müavini Tahir Budaqova təqdim edilib. Bundan başqa, ictimai birlikdə göstərdikləri xüsusi xidmətlərə görə birliyin bir neçə üzvü fəxri fərmanla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib