İQTİSADİYYAT
Azərbaycan radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi məsələlərinin müzakirəsində təmsil olunmuşdur
Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycan nümayəndəsi Regional Rabitə Birliyinin (RRB) radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi üzrə komissiyasının Astanada keçirilən 4-cü iclasında iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan ilə yanaşı, digər MDB ölkələrindən 40-dan çox nümayəndə, həmçinin RRB-nin icra komitəsinin və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri iştirak etmişlər.
İclas çərçivəsində radioyayım və radiotezliklərin istifadəsi üzrə işçi qruplarının rəhbərlərinin hesabatları təqdim olunmuşdur. Bundan əlavə, tezlik zolaqlarının Regional Rabitə Birliyi ölkələrinin müxtəlif radioxidmətləri tərəfindən perspektiv istifadə imkanları müzakirə olunmuş, RRB-nin radotezlik spektrinin və peyk orbitlərinin tənzimlənməsi üzrə iş planı təsdiq olunmuşdur.