Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN TƏSDİQ EDİLMƏSİ, QÜVVƏYƏ MİNMƏSİ VƏ BUNUNLA BAĞLI HÜQUQİ TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN VƏ HƏMİN QANUNLA TƏSDİQ EDİLMİŞ AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 25 AVQUST TARİXLİ 387 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİK VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 610; 2001-ci il, №10, maddə 646; 2002-ci il, №5, maddələr 273, 279, №7, maddə 413, №8, maddə 478, №9, maddə 563; 2003-cü il, №8, maddə 434; 2004-cü il, №1, maddə 19, №5, maddə 345; 2005-ci il, №1, maddə 18, №4, maddə 299, №9, maddə 799, №12, maddə 1101; 2006-cı il, №8, maddə 676, №11, maddə 935; 2007-ci il, №1, maddə 10, №3, maddə 223, №9, maddə 865, №12, maddə 1247; 2008-ci il, №1, maddələr 7, 10) 3-cü bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. üçüncü abzasda “216,” rəqəmi çıxarılsın;

2. aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və ya daxili işlər (polis) orqanları.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin