Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdikləri igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:

 

“İgidliyə görə” medalı ilə:

 

Kərimov Çingizxan Cümşüd oğlu – leytenant (ölümündən sonra)

Yusifov Camaləddin İslam oğlu – əsgər (ölümündən sonra)

 

“Hərbi xidmətlərə görə” medalı ilə:

Xəlilov Şirin Heydər oğlu – general-mayor

Babayev Sahib Xudaverdi oğlu – polkovnik

Eyvazov Xaliq Rəşid oğlu – polkovnik

Aslanov Emin Vahid oğlu – polkovnik-leytenant

Hümmətov Təvəkkül Nəriman oğlu – polkovnik-leytenant

Quliyev Elvin Nəriman oğlu – polkovnik-leytenant

Məhərrəmov Kamran Musa oğlu – polkovnik-leytenant

Gözəlov İlkin Şakir oğlu – mayor

Həsənov Telman Əjdər oğlu – mayor

Məmmədov Fariz Azad oğlu – mayor

Mürsəlov Sahib Təmraz oğlu – mayor

Məmmədov Əli Vaqif oğlu – baş leytenant

Səfərov Mahir Nəriman oğlu – baş leytenant.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin