AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN TİBB İDARƏSİNİN BİR QRUP ƏMƏKDAŞINA “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR HƏKİMİ” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının sağlamlığının qorunmasında, yüksək səviyyəli tibbi xidmət göstərilməsində, müalicə-profilaktika işinin təşkilində xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin aşağıdakı əməkdaşlarına “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilsin:
1.Əlizadə İlqar Qulam oğlu -Tibb İdarəsinin general-leytenant A.Heydərov adına Respublika Qospitalının terapiya bölməsinin rəisi
2.Nəbiyev Fəxrəddin Sabir oğlu - Tibb İdarəsinin general-leytenant A.Heydərov adına Respublika Qospitalının cərrahiyyə bölməsinin rəisi.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2002-ci il