RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN ZABİTLƏRİNƏ ALİ XÜSUSİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
Seyidov Mirqafar Mircəfər oğlu - Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin rəisi, polis polkovniki
Həsənov Elxan İslam oğlu - Bakı şəhər Baş Polis İdarəsi
rəisinin müavini, polis polkovniki
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2009-cu il.